Vikipediya:Həftənin seçilmiş siyahısı/avqust 2021 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin seçilmiş siyahısı/avqust 2021 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin seçilmiş siyahısı/avqust 2021

Keşi təmizlə

31. Həftə
Ağqoyunlu hökmdarlarının siyahısıAğqoyunlular oğuzların bayandur boyuna mənsub olublar. Ağqoyunlu hökmdarlarının idarəsi altında imperiya ən qüvvətli dövrlərində şimalda Rusiya, cənubda Küveytə və şərqdə PakistanƏfqanıstandan, qərbdə TürkiyəSuriyaya qədər uzanıb. Ağqoyunlu tayfa ittifaqının əsasını Pəhləvan bəy qoymuşdur.

1401-ci ildə Osman bəyin dövründən başlayaraq Diyarbəkir şəhəri 1468-ci ilə qədər Ağqoyunlu bəyliyinin mərkəzi olmuşdur. 1468-ci ildən isə Uzun Həsənin başçılıq etdiyi Ağqoyunlu imperiyasının mərkəzi Təbriz şəhəri olmuşdur. 1387-ci ildən 1508-ci ilə qədər Ağqoyunlular 20 hökmdar tərəfindən idarə olunmuşlar. Sultan Yaqubun ölümündən sonra Ağqoyunlular arasında başlayan taxt mübarizəsi ölkənin süqutuna gətirib çıxarmışdır.

(Davamı…)


baxmüzakirə etredaktə ettarixçə


32. Həftə
Batmış atom sualtı qayıqlarının siyahısı — Müxtəlif səbəblərdən batmış atom sualtı qayıqlarının siyahısı. Siyahıda bu və ya digər səbəblərdən batmış atom sualtı gəmiləri göstərilmişdir. 1955-2017-ci illər ərzində 8 atom sualtı gəmisi batmışdır, bunlardan: 4-ü sovet, 2-si rus, 2-si amerikan atom sualtı gəmiləridir. Bütün gəmilər müxtəlif qəzalar səbəbindən batmışlar: 3 gəmi texniki nasazlıq, 2 gəmi yanğın, 2 gəmi silahların partlaması səbəbindən batmış, 1 gəminin isə batma səbəbi məlum deyil. Nüvə reaktorunda baş vermiş nasazlıq səbəbindən yalnız K-27 gəmisində texniki problem baş vermişdir. Gəminin zədə almamasına baxmayaraq, o, təhlükəsizlik baxımından batırılmışdır. K-141 "Kursk" gəmisi 2001-ci ildə quruya çıxarılmış, digər 7 batmış gəmi isə hələ də dənizin dibindədir. Siyahıya batmış və göyərtəsində nüvə silahı olan K-129 gəmisi daxil deyil.


baxmüzakirə etredaktə ettarixçə


33. Həftə
Zlatan İbrahimoviçin milli komandada vurduğu qolların siyahısıZlatan İbrahimoviç 2001-2016-cı illər aralığında beynəlxalq səviyyədə İsveç millisində oynamış peşəkar futbolçu. O, həmçinin Bosniya və Herseqovina və ya Xorvatiya millisinin şərəfini qoruya bilərdi. İsveç millisində debüt matçı 2001-ci ilin 31 yanvar tarixində, 0-0 hesabı ilə başa çatmış Farer adaları yığmasına qarşı oyun olmuşdur və İbrahimoviç ilk beynəlxalq qoluna məhz həmin il Azərbaycan millisinə qarşı keçirdiyi oyunda imza atmışdır. 2009-cu ilin oktyabr ayında İsveç millisi 2010-cu il FİFA Dünya Kuboku turnirindən kənarda qaldıqdan sonra o, millidə çıxışını başa vurduğunu elan etsədə, növbəti ilin avqust ayında millinin kapitanı kimi yenidən komandaya geri qayıtmışdır. Beynəlxalq karyerası dövründə o, meydana çıxdığı 116 matçda ümumilikdə 62 qola imza ataraq İsveç yığmasında ən çox qola imza atan futbolçu olmuşdur ki, 2014-cü ildə Friends Arena stadionunda Estoniya yığması ilə keçirilən yoldaşlıq oyununda 2 qol vuraraq Sven Ryüdellin rekordunu qırdı. 2016-cı ilin iyunun 21-də UEFA Avro 2016 turnirindən sonra İbrahimoviç milli səviyyəsində karyerasını bitirdiyini bəyan etdi və növbəti gün sonuncu dəfə Belçika yığması ilə oyunda milli formasını geyindi.


baxmüzakirə etredaktə ettarixçə


34. Həftə
Fate/ZeroUfotable animasiya studiyası tərəfindən eyniadlı ranobe seriyası əsasında çəkilmiş anime serialıdır. Anime serialının rejissorluğunu Ey Aoki etmişdir, ssenarini isə Akira Hiyama və Akihiro Yoşida yazmışdırlar. Personajların ilkin dizaynlarını Takaşi Takeuçi hazırlamış, Atsuşi İkariya və Tomonori Sudo orijinal dizaynlardan istifadə edərək anime üçün personajları dizayn etmişdirlər. Musiqi Yuki Kaciura tərəfindən bəstələnmişdir. Anime serialı Type-Moon şirkəti tərəfindən istehsal olunmuş "Fate/stay night" vizual romanında baş verən hadisələrin 10 il əvvəlidir: yeddi ustanın və yeddi xidmətçinin Fuyuki şəhərində ortaya çıxacaq Müqəddəs qədəhi qazanmaq üçün qatıldıqları Dördüncü Müqəddəs qədəh müharibəsindən bəhs edir.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


35. Həftə
Zaha Hadidin əsərlərinin siyahısı — Siyahıda İraq mənşəli Böyük Britaniya dizayner və memarı Zaha Hadidin əsərləri göstərilmişdir. Hadid 1950-ci ildə Bağdadda yüksək təhsilli ərəb ailəsində doğulmuşdur. 2004-cü ildə Pritsker mükafatına layiq görülmüş ilk ərəb qadın olmuşdur. 2010-2011-ci illərdə Hadid Britaniya Memarları Kral İnstitutunun Stirlinq mükafatına layiq görülmüşdür. 2012-ci ildə Britaniya İmperiyası Ordeninə layiq görülmüş Hadid, 2015-ci ildə Kral Qızıl Medalı almış ilk qadın olmuşdur.

Müasir həyatın xaos və axınını əks etdirən ifadəli, bir neçə prespektivə malik geniş axıcı formalar və parçalanmış həndəsi elementlər yaratmaqla Zaha Hadid memarlığı ənənəvi həndəsi formalardan azad etmişdir. Parametrisizmin pionerlərindən biri olan Hadid, həm də neo-futurizmin ikonik təmsilçilərindəndir.


baxmüzakirə etredaktə ettarixçə


Saytda 103 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024