Vikipediya:Həftənin seçilmiş siyahısı/iyul 2020 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin seçilmiş siyahısı/iyul 2020 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin seçilmiş siyahısı/iyul 2020

Keşi təmizlə

27. Həftə
Gürcüstan baş nazirlərinin siyahısı26 may 1918-ci ildən sonra ölkədə respublika quruluşu təyin edilmişdi, bu vaxtdan başlayaraq Gürcüstan Respublikasının baş nazirləri bu siyahıda göstərilib. Bu siyahıda Gürcüstanda 1918-ci ildən 2015-ci ilədək baş nazir və ya analoji vəzifəni tutan şəxslər təqdim olunub. Gürcüstanın ilk baş naziri Noy Ramişvili idi, indiki isə Georgi Kvirikaşvilidi.

Baş nazir vəzifəsi Gürcüstan Demokratik Respublikasının 1918-ci ildə müstəqillik elan etdikdən dərhal sonra yaradılıb. Gürcüstan Demokratik Respublikasının mövcud olduğu dövrdə vəzifə hökumət sədri (gürc. მთავრობის თავმჯდომარე) adlanırdı.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


28. Həftə
Ağqoyunlu hökmdarlarının siyahısıAğqoyunlular oğuzların bayandur boyuna mənsub olublar. Ağqoyunlu hökmdarlarının idarəsi altında imperiya ən qüvvətli dövrlərində şimalda Rusiya, cənubda Küveytə və şərqdə PakistanƏfqanıstandan, qərbdə TürkiyəSuriyaya qədər uzanıb. Ağqoyunlu tayfa ittifaqının əsasını Pəhləvan bəy qoymuşdur.

1401-ci ildə Osman bəyin dövründən başlayaraq Diyarbəkir şəhəri 1468-ci ilə qədər Ağqoyunlu bəyliyinin mərkəzi olmuşdur. 1468-ci ildən isə Uzun Həsənin başçılıq etdiyi Ağqoyunlu imperiyasının mərkəzi Təbriz şəhəri olmuşdur. 1387-ci ildən 1508-ci ilə qədər Ağqoyunlular 20 hökmdar tərəfindən idarə olunmuşlar. Sultan Yaqubun ölümündən sonra Ağqoyunlular arasında başlayan taxt mübarizəsi ölkənin süqutuna gətirib çıxarmışdır. (Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


29. Həftə
Zlatan İbrahimoviçin milli komandada vurduğu qolların siyahısıZlatan İbrahimoviç 2001-2016-cı illər aralığında beynəlxalq səviyyədə İsveç millisində oynamış peşəkar futbolçu. O, həmçinin Bosniya və Herseqovina və ya Xorvatiya millisinin şərəfini qoruya bilərdi. İsveç millisində debüt matçı 2001-ci ilin 31 yanvar tarixində, 0-0 hesabı ilə başa çatmış Farer adaları yığmasına qarşı oyun olmuşdur və İbrahimoviç ilk beynəlxalq qoluna məhz həmin il Azərbaycan millisinə qarşı keçirdiyi oyunda imza atmışdır. 2009-cu ilin oktyabr ayında İsveç millisi 2010-cu il FİFA Dünya Kuboku turnirindən kənarda qaldıqdan sonra o, millidə çıxışını başa vurduğunu elan etsədə, növbəti ilin avqust ayında millinin kapitanı kimi yenidən komandaya geri qayıtmışdır.

Beynəlxalq karyerası dövründə o, meydana çıxdığı 116 matçda ümumilikdə 62 qola imza ataraq İsveç yığmasında ən çox qola imza atan futbolçu olmuşdur ki, 2014-cü ildə Friends Arena stadionunda Estoniya yığması ilə keçirilən yoldaşlıq oyununda 2 qol vuraraq Sven Ryüdellin rekordunu qırdı.

Davamı...



baxmüzakirə etredaktə ettarixçə


30. Həftə
Nürnberq prosesində təqsirləndirilən şəxslərin siyahısı — bu siyahıda Almaniyanın Nürnberq şəhərində 1945-ci il noyabrın 20-dən 1946-cı il oktyabrın 1-dək təqsirləndirilən şəxs qismində beynəlxalq hərbi tribunal qarşısında dayanmış Üçüncü Reyxin ali dövlət və hərbi xadimləri göstərilib.

Hələ 1942-ci ildə SSRİ nasist cinayətkarlarını mühakimə etmək üçün hərbi tribunal yaradılması barədə fikir bildirmişdi. Stalin bir neçə dəfə bildirmişdi ki, İkinci dünya müharibəsinə səbəb olan şəxslər beynəlxalq məhkəmədə əməllərinə görə cavab verməlidirlər.

Çörçill düşünürdü ki, əsas hərbi cinayətkarları əsir götürən kimi edam etmək lazımdır. Ruzvelt isə hesab edirdi ki, prosedur çox hüquqi olmamalı və məhkəməyə müxbirlər və fotoqraflar buraxılmamalıdır. İkinci dünya müharibəsində qalib gələn dövlətlər 1945-ci ilin iyun-avqust aylarında keçirilən London konfransında beynəlxalq hərbi tribunalın yaradılması barədə razılığa gəldilər.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


Saytda 71 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024