Vikipediya:Həftənin seçilmiş siyahısı/mart 2019 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin seçilmiş siyahısı/mart 2019 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin seçilmiş siyahısı/mart 2019

Keşi təmizlə

10. Həftə
Fizika üzrə Nobel mükafatı laureatlarının siyahısıİsveç Kral Elmlər Akademiyası tərəfindən fizikanın müxtəlif sahələri üzrə elm adamlarına təqdim olunan illik mükafat. Bu mükafat Alfred Nobelin 1895-ci ildəki vəsiyəti əsasında təsis edilmiş beş Nobel mükafatından biridir hansı ki, fizika sahəsi üzrə insanlığa əlamətdar töhvələr verənlərə təqdim olunur. Nobelin vəsiyyətinə əsasən, mükafat Nobel Fondu tərəfindən idarə olunur və Royal İsveç Elmlər Akademiyası tərəfindən seçilmiş beş üzvdən ibarət komitə tərəfindən verilir. Mükafat Stokholmda 10 dekabr Alfred Nobelin ölüm ildönümü ilə bağlı illik mərasimdə təqdim olunur. Laureatlar bir medal bir diplom və illər ərzində dəyişən miqdarda pul mükafatı alır.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


11. Həftə
Britaniya monarxlarının siyahısı — burada İngiltərə, Şotlandiya, İrlandiya, Böyük BritaniyaBirləşmiş Krallığın və həmçinin Britaniya adalarında mövcud olan dövlətlərin monarxlarının siyahısı verilmişdir:

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


12. Həftə
Ağqoyunlu hökmdarlarının siyahısıAğqoyunlular oğuzların bayandur boyuna mənsub olublar. Ağqoyunlu hökmdarlarının idarəsi altında imperiya ən qüvvətli dövrlərində şimalda Rusiya, cənubda Küveytə və şərqdə PakistanƏfqanıstandan, qərbdə TürkiyəSuriyaya qədər uzanıb. Ağqoyunlu tayfa ittifaqının əsasını Pəhləvan bəy qoymuşdur. 1401-ci ildə Osman bəyin dövründən başlayaraq Diyarbəkir şəhəri 1468-ci ilə qədər Ağqoyunlu bəyliyinin mərkəzi olmuşdur. 1468-ci ildən isə Uzun Həsənin başçılıq etdiyi Ağqoyunlu imperiyasının mərkəzi Təbriz şəhəri olmuşdur.

1387-ci ildən 1508-ci ilə qədər Ağqoyunlular 20 hökmdar tərəfindən idarə olunmuşlar. Sultan Yaqubun ölümündən sonra Ağqoyunlular arasında başlayan taxt mübarizəsi ölkənin süqutuna gətirib çıxarmışdır. Gödək Əhmədin ölümündən sonra ölkə Əbhər sülh müqaviləsi ilə Əlvənd mirzəSultan Murad arasında 2 yerə bölündü. 1501-ci ildə Əlvənd mirzəni və 1503-cü ildə Sultan Muradı məğlub edən I Şah İsmayıl tərəfindən 1508-ci ildə Ağqoyunluların hakimiyyətinə tamamilə son qoyuldu. Beləliklə, Ağqoyunluların süqutu ilə onun yerində Səfəvilər imperiyasının əsası qoyuldu.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


13. Həftə
Latviya Prezidenti — (latış. Latvijas Valsts Prezidents‎) – Latviyanın ali dövlət vəzifəsi. Latviya Prezidenti dövlətin başçısı hesab olunur. Latviya Prezidenti, vəzifəyə Latviya Parlamentində (Seymi) baş tutan seçki yolu ilə təyin olunur. Latviya Seyminin 100 üzvü bir neçə mərhələdən ibarət olan seçki yolu ilə bir nəfəri dörd il müddətinə Latviya Prezidenti vəzifəsinə seçir. Latviya Prezidenti seçilən şəxsin səlahiyyət müddəti seçildiyi il iyulun 8-dən başlayır və dörd il sonra başa çatır.

2015-ci il iyulun 8-dən Latviya Prezidentinin səlahiyyətlərini Raymonds Veyonis icra edir. Onun səlahiyyət müddəti 2019-cu il iyulun 8-də başa çatır.

2019-cu ilin iyun ayında Latviya Seymində növbəti Prezident seçkilərinin baş tutması gözlənilir.


baxmüzakirə etredaktə ettarixçə


Saytda 152 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023