Vikipediya:Həftənin seçilmiş siyahısı/may 2018 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin seçilmiş siyahısı/may 2018 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin seçilmiş siyahısı/may 2018

Keşi təmizlə

18. Həftə
Nürnberq prosesində təqsirləndirilən şəxslərin siyahısı — Bu siyahıda Almaniyanın Nürnberq şəhərində 1945-ci il noyabrın 20-dən 1946-cı il oktyabrın 1-dək təqsirləndirilən şəxs qismində beynəlxalq hərbi tribunal qarşısında dayanmış Üçüncü Reyxin ali dövlət və hərbi xadimləri göstərilib. Hələ 1942-ci ildə SSRİ nasist cinayətkarlarını mühakimə etmək üçün hərbi tribunal yaradılması barədə fikir bildirmişdi. Stalin bir neçə dəfə bildirmişdi ki, İkinci dünya müharibəsinə səbəb olan şəxslər beynəlxalq məhkəmədə əməllərinə görə cavab verməlidirlər.

Çörçill düşünürdü ki, əsas hərbi cinayətkarları əsir götürən kimi edam etmək lazımdır. Ruzvelt isə hesab edirdi ki, prosedur çox hüquqi olmamalı və məhkəməyə müxbirlər və fotoqraflar buraxılmamalıdır. İkinci dünya müharibəsində qalib gələn dövlətlər 1945-ci ilin iyun-avqust aylarında keçirilən London konfransında beynəlxalq hərbi tribunalın yaradılması barədə razılığa gəldilər.


baxmüzakirə etredaktə ettarixçə


19. Həftə
Batmış atom sualtı qayıqlarının siyahısı — Müxtəlif səbəblərdən batmış atom sualtı qayıqlarının siyahısı. Siyahıda bu və ya digər səbəblərdən batmış atom sualtı gəmiləri göstərilmişdir. 1955-2017-ci illər ərzində 8 atom sualtı gəmisi batmışdır, bunlardan: 4-ü sovet, 2-si rus, 2-si amerikan atom sualtı gəmiləridir. Bütün gəmilər müxtəlif qəzalar səbəbindən batmışlar: 3 gəmi texniki nasazlıq, 2 gəmi yanğın, 2 gəmi silahların partlaması səbəbindən batmış, 1 gəminin isə batma səbəbi məlum deyil. Nüvə reaktorunda baş vermiş nasazlıq səbəbindən yalnız K-27 gəmisində texniki problem baş vermişdir. Gəminin zədə almamasına baxmayaraq, o, təhlükəsizlik baxımından batırılmışdır. K-141 "Kursk" gəmisi 2001-ci ildə quruya çıxarılmış, digər 7 batmış gəmi isə hələ də dənizin dibindədir. Siyahıya batmış və göyərtəsində nüvə silahı olan K-129 gəmisi daxil deyil.


baxmüzakirə etredaktə ettarixçə


20. Həftə
Azərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli memarlıq abidələrinin siyahısıAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycanda qeydiyyata alınması göstərilmiş dünya əhəmiyyətli memarlıq abidələrinin siyahısıdır. Siyahıda ən qədim abidələr Qafqaz Albaniyası dövrünə aid Qax rayonu ərazisindəki Ləkit məbədiŞabran rayonu ərazisindəki Çıraqqaladır. Siyahıdakı abidələrdən on ikisi UNESCO-nun Ümumdünya irsi siyahısına, on altısı isə ehtiyat (namizəd) siyahısına salınmış abidələrdir. Siyahıda qeyd edilmiş abidələrin doqquzu mədəniyyət, memarlıq və tarix qoruqlarıdır.


baxmüzakirə etredaktə ettarixçə


21. Həftə
[[Şəkil:|left|150px]] Premyer Liqa Qızıl Butsuİngiltərə Premyer Liqasında mövsüm ərzində ən çox qol vuran oyunçuya təqdim edilən illik futbol mükafatıdır. Sponsorluq anlaşmalarına görə mükafat 1994-cü ildən 2001-ci ilədək Karlinq Qızıl Butsu, 2001-ci ildən 2004-cü ilədək Barkleykard Qızıl Butsu, 2015-ci ildən başlayaraq isə Barkleys Qızıl Butsu kimi adlanır.

Bundan əlavə mükafatın sahibinə mövsüm ərzində vurduğu hər qola görə adətən 1000 funt sterlinq pul mükafatı təqdim edilir. Həmçinin 2012/13 mövsümündə vurduğu 26 qol qarşılığında Robin van Persi toplam 30.000 funt sterlinq pul mükafatı əldə etmişdir. Premyer Liqa 1992-ci ildə yaranmışdır.

Belə ki, birinci divizyonda çıxış edən klublar Futbol Liqasını tərk etdilər və beləcə maliyyə baxımından azad olan, şəxsi yayım hüququ və sponsor razılaşmaları olan liqa yarandı. Yeni yaranmış liqanın 1992/93 futbol mövsümünü təşkil etməsi üçün heç bir sponsoru yox idi ta ki Karlinq növbəti mövsüm üçün büdcəsi 12 milyon funt sterlinqi əhatə edən 4 illik müqavilə bağlayana qədər.


baxmüzakirə etredaktə ettarixçə


22. Həftə
Böyük Moğol İmperiyası hökmdarlarının siyahısıBöyük Moğol İmperiyasını idarə etmiş hökmdarların ümumi siyahısı. Böyük Moğol İmperiyasının əsası 1526-cı ildə qoyulmuşdur. Dövlətin ilk hökmdarı Babur şahıdır. Sonuncu hökmdar isə II Bahadır Şah olmuşdur. Böyük Moğol İmperiyası mövcud olduğu 332 il ərzində 19 hökmdar tərəfindən idarə edilmişdir. Böyük Moğol İmperiyasının əsası Zahirəddin Məhəmməd Babur (fars. ﻇﻬﻴﺮﺍﻟﺪﻳﻦ محمد‎ ; al-ṣultānu 'l-ʿazam wa 'l-ḫāqān al-mukkarram bādshāh-e ġāzī) tərəfindən qoyulmuşdur. Babur ata tərəfdən Teymurilər sülaləsindən, ana tərəfdən isə Çingizlilər sülaləsindəndir. Baburun atası Əmir Teymurun nəvəsi olan Ömər Şeyx Mirzə Barlas idi. Baburun anası isə Çingizlilər nəslindən olan Yunus xanın qızı Qutluq Nigar xanım idi.


baxmüzakirə etredaktə ettarixçə


Saytda 20 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024