Vikipediya:Həftənin seçilmiş siyahısı/noyabr 2020 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin seçilmiş siyahısı/noyabr 2020 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin seçilmiş siyahısı/noyabr 2020

Keşi təmizlə

45. Həftə
Şəki Xan qəbiristanlığındakı epiqrafik abidələr — hal-hazırda orada mövcud olan, yaxud vaxtilə orada mövcud olmuş yazılı başdaşılardan, yazılı başdaşı qəlpələrindən və bir yazılı qəbirüstü abidədən ibarətdir.

Şəki Xan məscidinın şərq tərəfində yerləşən Şəki Xan qəbiristanlığında vaxtilə 15-20-yə qədər yazılı başdaşı olmuşdur. Hal-hazırda orada cəmi 10 yazılı başdaşı və bir yazılı qəbirüstü abidə var.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


46. Həftə
İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının siyahısıİsveç Kral Elmləri Akademiyası tərəfindən hər il iqtisadi elmlər sahəsində araşdırma aparan tədqiqatçılara verilir.

İlk mükafatın qalibləri 1969-cu ildə Raqnar FrişYan Tinberqen olmuşdur. Hər bir laureat medal, diplom və miqdarı hər il dəyişən pul mükafatı alır. 1969-cu ildə Tinberqen və Frişə 375,000 İsveç kronu verilmişdi(bu pul 2007-ci ildə 2,871,041 İsveç kronudur). Mükafat Stokholmda Alfred Nobelin vəfatının ildönümü olan dekabrın 10-da illik mərasimdə təqdim olunur

2018-ci ildəki mükafatla birlikdə 50 İqtisadiyyat üzrə Nobel mükafatı 81 şəxsə verildi. 2007-ci ilə qədər 9 mükafatla ən çox mükafatın əldə edildiyi sahə makroiqtisadiyyatdır. 2018-in oktyabrından etibarən ən çox laureata sahib universitet 32 laureatla Çikaqo Universiteti olmuşdu.


baxmüzakirə etredaktə ettarixçə


47. Həftə
Ən yaxşı xarici filmlərə verilən Qızıl Qartal mükafatı (Rusiya) — (rus. Золотой Орёл за лучший зарубежный фильм в российском прокате) - Motion Pictures Arts ("Hərəkətli şəkilli incəsənət") və Rusiya Milli Elmlər Akademiyasının illik təqdim etdiyi iyirmi mükafat kateqoriyalarından biridir. Bu Rusiya Elmlər Akademiyasının verdiyi illik Nika mükafatının müqabili kimi Nikita Mixalkov tərəfindən yaradılmış Qızıl Qartal mükafatlarından biridir. Qeyri-rusdilli filmlərə fərlənmə kimi verilən Qızıl Qartal mükafatı yalnız kateqoriyadır.

Hər il üç namizəd Akademiya tərəfindən seçilir. Mükafatın ilk laureatı 2002-ci ildə "Ameli" filmi olmuşdur. Mükafatın ən son laureatı isə 2016-cı ildə "Sağ qalmış" filmi olub. Ən çox nominasiya ilə günə 17-31 nominasiya olan Amerika Birləşmiş Ştatları birincidir. Digər ən çox nominasiya: Fransa (dörd), Böyük Britaniya (dörd) və Almaniya (iki).


baxmüzakirə etredaktə ettarixçə


48. Həftə
Əhalisinə görə meqapolislərin siyahısı — Siyahıda dünyanın müxtəlif ölkələrindən olan meqapolislərin əhalisi ardıcıllıqla düzülmüşdür. Meqapolis və ya iri şəhərlər deyildikdə, əmək bazarının böyük iş yerlərinin sıx olduğu bölgələr və bu zonalara birbaşa bağlı olan ətraf ərazilər nəzərdə tutulur. Hal-hazırda meqapolis anlayışının dünyada dəqiq tərifi yoxdur. Bu səbəbdən də, şəhərlər arasında müqayisə çətinləşir. Əhalisinə görə meqapolislərin siyahısında bütün iri şəhər və metropolislərdəki əhalinin sayı hökumətlərin müəyyən illərdə keçirilmiş siyahıyaalmalarına əsaslanır.

Siyahıda 39 ölkədən 100 metropolitan şəhər yer almışdır.


baxmüzakirə etredaktə ettarixçə



Saytda 28 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024