Vikipediya:Həftənin seçilmiş siyahısı/oktyabr 2018 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin seçilmiş siyahısı/oktyabr 2018 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin seçilmiş siyahısı/oktyabr 2018

Keşi təmizlə

40. Həftə
Nobel mükafatı laureatı olmuş qadınların siyahısı — 2017-ci ilə qədər Nobel mükafatı 844 kişiyə, 48 qadına (Mariya Küri iki dəfə qazanmışdır) və 27 təşkilata verilmişdir. Onlardan on altısı Nobel Sülh mükafatını, on dördü Nobel Ədəbiyyat mükafatını, on ikisi Nobel Tibb və ya Fiziologiya mükafatını, dördü Nobel Kimya mükafatını, ikisi Nobel Fizika mükafatını və biri Elinor Ostrom Nobel İqtisadiyyat mükafatını qazanmlışdır. Nobel mükafatını qazanan ilk qadın, 1903-cü ildə əri Pyer KüriAnri Bekkerel fizika sahəsi üzrə Nobel mükafatını qazanan Mariya Küri oldu. Küri həmçinin iki qat Nobel mükafatını qazanmış yeganə qadındır; 1911-ci ildə Nobel Kimya mükafatını qazandı. Qadınların tək ildə ən çox mükafat aldığı il 2009-cu il idi hansı ki, beş qadın laureat oldu. Nobel mükafatı alan ən son qadınlar Tu Yuyu və Svetlana Aleksiyeviç idi (2015).


baxmüzakirə etredaktə ettarixçə


41. Həftə
SSRİ medallarıkommunizm quruculuğunda, sosialist ölkəsinin müdafiəsində xüsusi xidmətlərə görə verilən dövlət mükafatları. SSRİ konstitusiyasına görə (maddə 121, bənd 9) SSRİ medallarını SSRİ Ali Sovetinin Rəyasət Heyəti təsis edir və verir. Hər bir medalı təsis edərkən SSRİ Ali Sovetinin Rəyasət Heyəti eyni zamanda müvafiq medal haqqında Əsasnaməni və həmin medalın təsvirini təsdiq edir. SSRİ medalları ilə təltifetmənin ümumi qaydası həmçinin "SSRİ-nin ordenləri, medalları və fəxri adları haqqında Ümumi Əsasnamə" (1979) ilə nizamlanır.


baxmüzakirə etredaktə ettarixçə


42. Həftə
ABŞ milli parklarının siyahısı — ABŞ-da yerləşən 59 milli parka verilən ümumi ad.

ABŞ Daxili işlər nazirliyinin tabeliyindəki Milli Park Xidməti tərəfindən idarə olunan və milli park adlandırılan xüsusi statuslu 59 qoruq ərazisi mövcuddur (2013). ABŞ-dakı milli parklar ABŞ Konqresinin qərarları ilə yaradılır. İlk ABŞ milli parkı 1872-ci ildə qəbul edilən qanunla və ABŞ prezidenti Uliss Qrantın təsdiqi ilə yaradılan Yellouston Milli Parkıdır. Bundan sonra 1875-ci ildə Mekkinak Milli Parkı yaradılmış, lakin 1895-ci ildə statusunu itirmişdir. Üçüncü və dördüncü milli parklar 1890-cı ildə qurulan Yosemit milli parkı və Sekvoya milli parkıdır. 1916-cı ildə ABŞ Konqresində qəbul olunan "Milli parklar" qanunu ilə federal dövlət adından milli parkları idarə etmək üçün ABŞ Daxili işlər nazirliyinin tabeliyində Milli Park Xidməti quruldu.


baxmüzakirə etredaktə ettarixçə


43. Həftə
Sword Art Online seriyalarının siyahısıReki Kavahara tərəfindən yazılan və abec tərəfindən çəkilən eyniadlı fentezi ranobe seriyası əsasında çəkilmiş anime serialıdır. Anime serialı A-1 Pictures, Genco və SAO Project tərəfindən istehsal olunmuş və Tomohiko İtonun rejissorluğu ilə çəkilmişdir. Serial iki arka bölünmüşdür: Aynkrad və Pəri rəqsi. Anime serialı Sword Art Online (SAO) adlı virtual reallıq dünyasında ilişmiş Kazuto "Kirito" KiriqayaAsuna Yuukinin başına gələn hadisələrdən bəhs edir. Onlar oyundan azad olmaq üçün 100 mərtəbəni təmizləməli və final bossu məğlub etməlidirlər. Ölüm oyunundan 3 ay sonra Kirito Asunanın bu dəfə SAO-nun xələfi olan və insanların pəri rolunda çıxış etdikləri ALfheim Online (ALO) adlı başqa virtual reallıq oyununda ilişdiyini öyrənir. Kirito oyuna daxil olur və bacısı Suquha "Lifa" Kiriqaya ilə birlikdə Asunanı xilas etməyə çalışır.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


44. Həftə
Bobbi Çarltonun milli komandada vurduğu qolların siyahısıBritaniya imperiyası ordeninə layiq görülmüş Bobbi Çarlton 1958-1970-ci illər aralığında 106 matçda İngiltərə milli futbol komandasının şərəfini qorumuşdur. O, millinin tərkibində 49 dəfə fərqlənməklə, İngiltərə milli futbol komandasının ikinci bombardiri hesab olunur. Üstəlik o, futbol tarixinin ən güclü yarımmüdafiəçilərindən biri hesab olunur ki, nəticədə 1966-cı ildə Qızıl top mükafatına layiq görülmüşdür.

Çarlton İngiltərə millisində debütünü 1958-ci ilin aprel ayında, Şotlandiya milli futbol komandasına qarşı keçirdiyi ilk oyununda qol hesabını açmağı bacardı. O, millidə çıxış etdiyi ilk 13 ay ərzində komandası üçün olduqca məhsuldar futbolçu olmuş və millinin tərkibində ilk het-triki 1959-cu ilin may ayında ABŞ milli futbol komandasına qarşı keçirdiyi matçda reallaşdırdı.


baxmüzakirə etredaktə ettarixçə


Saytda 62 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024