Vikipediya:Həftənin seçilmiş siyahısı/oktyabr 2020 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin seçilmiş siyahısı/oktyabr 2020 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin seçilmiş siyahısı/oktyabr 2020

Keşi təmizlə

40. Həftə
Azərbaycan Milli Məclisinin VI çağırış deputatları — 2020-ci il fevralı 9-da baş tutan seçkilər əsasında formalaşdırıldı.

Milli Məclisin 125 deputatından 70 nəfəri Yeni Azərbaycan Partiyası (YAP) üzvü idi. VI çağırış Milli Məclisdə VHP 3 nəfərlə, AVP, ADİSP, ADMP, BQP, BAXCP, VƏHDƏTVBP isə 1 nəfərlə təmsil olundu. 41 nəfər bitərəf idi.

2020-ci il martın 10-da VI çağırış Milli Məclisin birinci iclası baş tutdu. Milli Məclisin VI çağırış deputatlarının səlahiyyət müddəti 2025-ci il martın 10-da başa çatacaq.

VI çağırış Milli Məclisin sədri YAP üzvü Sahibə Qafarova, sədrin birinci müavini bitərəf Adil Əliyev, sədrin müavinləri isə VHP üzvü Fəzail İbrahimliYAP üzvü Əli Hüseynli idi. Sahibə Qafarova, Azərbaycan Milli Məclisinin birinci qadın sədri oldu.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


41. Həftə
Rusiya imperatorlarının siyahısı — titulu 22 oktyabr 1721-ci ildə I Pyotr tərəfindən Senatın xahişi ilə Şimal müharibəsindəki qələbədən sonra qəbul edilmiş 1917-ci il Fevral inqilabına qədər mövcud olmuşdur. Bu siyahıda Rusiya imperator və imperatriçələrinin adları xronoloji ardıcıllıqla verilmişdir.

Siyahıda həmçinin imperatorun adı, atasının adı, portreti, imperatorun dövründə olan dövlət gerbi, hakimiyyətinib başlanğıcı və sonu, tacqoyma tarixi və məlumatların mənbəyi göstərilmişdir. Siyahıda illər yuli təqvimi ilə verilmişdir.


baxmüzakirə etredaktə ettarixçə


42. Həftə
Azərbaycanın dövlət bayramları və xüsusi günləri — Azərbaycanda qanunla tənzimlənən günlər.

Azərbaycanda Yeni il bayramı (1 və 2 yanvar), Beynəlxalq Qadınlar Günü (8 mart), Qələbə Günü (9 may), Respublika Günü (28 may), Azərbaycan xalqının milli qurtuluş günü (15 iyun), Azərbaycan Respublikası Silahlı Qüvvələri günü (26 iyun), Milli müstəqillik günü (18 oktyabr), Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü (9 noyabr), Konstitusiya Günü (12 noyabr), Milli Dirçəliş Günü (17 noyabr), Dünya azərbaycanlılarının həmrəyliyi günü (31 dekabr), Novruz bayramı (beş gün), Qurban bayramıRamazan bayramı (iki gün) qeyd edilir. Müstəqillik günü, Milli Dirçəliş Günü və Konstitusiya Günü istisna olmaqla bayram günləri iş günü hesab edilmir. 2006-cı ildən bəri bayram günləri həftə sonuna düşəndə növbəti gün iş günü hesab edilmir.


baxmüzakirə etredaktə ettarixçə


43. Həftə
Amerika Birləşmiş Ştatları prezidentlərinin siyahısıABŞ icraedici hakimiyyətdə qəbul etdiyi ABŞ Konstitusiyası tərəfindən təsis edilib. 1789-cu ildə Corc Vaşinqton ABŞ-nin ilk prezidenti oldu. Onun bu vəzifə başına keçməsindən öncə, "prezident" sözü "Kontinental konqresinin prezidenti" birləşməsində istifadə olunurdu.

Amerika Birləşmiş Ştatlarında prezidentlər 1789-cu ildən seçilirlər. Ardıcıl seçilmələr eyni hakimiyyət dövrü kimi qəbul olunur (məsələn, 2 dəfə ardıcıl olaraq seçilən Corc Vaşinqton 1-ci və 2-ci deyil, yalnız 1-ci prezident hesab olunur), hazırda ABŞ tarixində fasilə ilə prezident vəzifəsini tutmuş yeganə şəxs Qrover Klivlend olmuşdur və o, 24-cü və 26-cı prezident hesab olunur.


baxmüzakirə etredaktə ettarixçə


44. Həftə
Azərbaycan Milli Məclisinin III çağırış deputatları — 2005-ci il noyabrın 6-da baş tutan seçimlər əsasında formalaşdırıldı.

Milli Məclisin 125 deputatından 61 nəfəri Yeni Azərbaycan Partiyası (YAP) üzvü idi. III çağırış Milli Məclisdə MÜSAVAT 5 nəfərlə, AVPAXCP 2 nəfərlə, ADİSP, ALP, ASRP, AXP, BQP, BAXCP, ƏDALƏT, ÜMİD, VBPVHP isə 1 nəfərlə təmsil olundu. 45 nəfər bitərəf idi.

IIII çağırış Milli Məclisin sədri Oqtay Əsədov, sədrin birinci müavini Ziyafət Əsgərov, sədrin müavinləri isə Bahar MuradovaValeh Ələsgərov idi.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


Saytda 171 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024