Vikipediya:Həftənin seçilmiş siyahısı/sentyabr 2017 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin seçilmiş siyahısı/sentyabr 2017 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin seçilmiş siyahısı/sentyabr 2017

Keşi təmizlə

36. Həftə
[[Şəkil:|left|150px]] Fullmetal Alchemist — manqası yapon manqaka Hiromu Arakava tərəfindən yazılmış və hazırlanmışdır. Manqa seriyasının yayımlanması 2001-ci ilin avqustunda "Square Enix"-in "Monthly Shonen Gangan" jurnalında başlanılmış, 2010-cu ilin iyulundakı nəşri ilə (2010-cu ilin iyununda nəşr olunmuşdur) başa çatmışdır. Bu müddətdə manqa seriyasının 108 fəsli nəşr olunmuşdur. Manqa Edvard və Alfons Elrik adlı iki əlkimyagər qardaşın başına gələn hadisələrdən bəhs edir.

Onlar ölmüş analarını geri qaytarmağa çalışarkən itirdikləri bədən üzvlərini geri qaytarmaq üçün fəlsəfə daşının axtarışına çıxırlar. Edvard orduya qatılır və ordunun tərkibində ikən ordunun da daşın axtarışında olduğunu öyrənir. "Square Enix" fəsilləri tankobon formatında cəmləşdirmişdir. İlk cild 22 yanvar 2002-ci ildə, sonuncu — 27-ci cild isə isə 22 noyabr 2010-cu ildə çap edilmişdir.


baxmüzakirə etredaktə ettarixçə


37. Həftə
Merilin Monronun filmoqrafiyasıamerikalı kinoaktrisa Merilin Monronun çəkilmiş olduğu filmlər haqqında məlumatları özündə cəmləşdirir. 1945-ci ildə Monro fotomodel karyerasına başlayıb, 1946-cı ildə isə Fox kino şirkəti ilə bir illik müqavilə imzalayıb və bu şirkətin bir neçə az tanınan filmlərində epizodik rollarda görünüb. O, özünün ilk baş rolunu 1948-ci ildə Columbia studiyasının az büdcəli müzikli olan "Xor qadınları" filmində oynayıb.

Bu film Monronun danışdığı, həm də oxuduğu ilk film olub. 1949-cu ildə o Marks qardaşlarının "Xoşbəxt məhəbbət" filminin reklam kompaniyasında iştirak etmiş və epizodik rol oynamışdır. 1950-ci ildə "Asfalt cəngəllik" və "Yeva haqqında hər şey" filmləri ekranlara çıxdıqdan sonra, Monro tənqidçilərin diqqətini cəlb edib. Bu epizodik rollardan sonra aktrisa 20th Century Fox kino şirkəti ilə, həftədə 750 dollar məvacib şərti ilə uzunmüddətli müqavilə imzalayıb.


baxmüzakirə etredaktə ettarixçə


38. Həftə
FİFA Dünya Kubokunda qeydə alınmış het-triklərin siyahısı — Bu siyahıya FİFA Dünya Kuboku finalları tarixində bir futbol matçında üç və ya daha çox qol vuran oyunçular daxil edilmişdir. (Dünya Kuboku seçmə matçları daxil deyil.) Bir Dünya Kuboku matçında het-trik (üç və ya daha çox qol vurmaq) nisbi olaraq olduqca nadirdir.

18 dəfə təşkil edilən Dünya Kubokunda oynanan 700-dən çox matçda idmançılar yalnız 48 dəfə bu performansı həyata keçirə bilmişlər. Futbolun və Dünya Kubokunun rəhbərliyində olan FİFAnın bir oyunçunun üç və ya daha çox qol atdığını rəsmi olaraq təsdiqləməsi ilə oyunçunun performansı het-trik olaraq qəbul edilir.


baxmüzakirə etredaktə ettarixçə


39. Həftə
[[Şəkil:|left|150px]] SSRİ hökumət başçılarıSovet Sosialist Respublikaları İttifaqında hökumət rəhbəri vəzifəsinin qeyri-rəsmi adı. Bu vəzifənin rəsmi adı isə tamamilə başqa şəkildə, özü də müxtəlif illərdə müxtəlif şəkildə olmuşdur.

SSRİ-nin mövcudluğu dövründə cəmi 12 nəfər hökumət başçısı olmuşdur. Onlardan ikisi vəzifədə olarkən vəfat edib (Vladimir Leninİosif Stalin), üçü istefaya göndərilib (Aleksey Kosıgin, Nikolay Tixonov və İvan Silayev). SSRİ hökumət başçısı vəzifəsini icra edən 2 nəfər eyni vaxtda həm də partiya rəhbəri vəzifəsini daşımışdır (Stalin və Nikita Xruşşov).

Birinci hökumət başçısı Sovet Sosialist Respublikaları İttifaqının yaradılması müqaviləsindən sonra 1922-ci ildə Lenin olmuşdur. Sonuncu olan İvan Silayev 1991-ci ildə 126 gün kabinetə rəhbərlik edərək bu vəzifəni ən qısa müddət ifa edən şəxs olub. Kosıgin 14 ildən çox bu vəzifəni icra edərək kabinetdə ən uzun vaxt qalan şəxs olub və iki dəfədən çox hökumət formalaşdıran yeganə şəxsdir. 1980-ci ildə istefasından bir az sonra vəfat edib


baxmüzakirə etredaktə ettarixçə


Saytda 72 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023