Vikipediya:Həftənin seçilmiş siyahısı/sentyabr 2019 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin seçilmiş siyahısı/sentyabr 2019 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin seçilmiş siyahısı/sentyabr 2019

Keşi təmizlə

36. Həftə
ABŞ milli parklarının siyahısıABŞ-da yerləşən 59 milli parka verilən ümumi ad.

ABŞ Daxili işlər nazirliyinin tabeliyindəki Milli Park Xidməti tərəfindən idarə olunan və milli park adlandırılan xüsusi statuslu 59 qoruq ərazisi mövcuddur (2013). ABŞ-dakı milli parklar ABŞ Konqresinin qərarları ilə yaradılır. İlk ABŞ milli parkı 1872-ci ildə qəbul edilən qanunla və ABŞ prezidenti Uliss Qrantın təsdiqi ilə yaradılan Yellouston Milli Parkıdır. Bundan sonra 1875-ci ildə Mekkinak Milli Parkı yaradılmış, lakin 1895-ci ildə statusunu itirmişdir. Üçüncü və dördüncü milli parklar 1890-cı ildə qurulan Yosemit milli parkı və Sekvoya milli parkıdır. 1916-cı ildə ABŞ Konqresində qəbul olunan "Milli parklar" qanunu ilə federal dövlət adından milli parkları idarə etmək üçün ABŞ Daxili işlər nazirliyinin tabeliyində Milli Park Xidməti quruldu. Qanunda hədəf belə açıqlanmışdır:

"Milli parklardakı təbii mənzərələr və təbii dekorasiya ilə tarixi və təbii ünsürlərin qorunması. Parkların idarəetməsinin hazırda insanların həzz alması üçün təşkili. Müasir dövrümüzdə bu idarəetmə elə bir üsulda və elə bir şəkildə olmalıdır ki, gələcək nəsillər eyni şəkildə milli parkdan həzz alsınlar."


baxmüzakirə etredaktə ettarixçə


37. Həftə
Gürcüstan azərbaycanlılarının siyahısıGürcüstan hüdudlarında tarixən yaşayan və ya sadəcə doğulan azərbaycanlılar.

Gürcüstanda yaşayan azərbaycanlıların etnik tərkibini qarapapaqlar, qıpçaqlar, saklar, gögərlər və digər türkdilli tayfalar təşkil edir. Hazırda azərbaycanlılar əsasən Gürcüstanın Borçalı (Aşağı Kartli diyarı), KaxetiMsxeta-Mtianeti bölgələrində, Acarıstan Muxtar Respublikasında, həmçinin Tbilisi, Rustavi şəhərlərində tarixən kompakt şəkildə yaşayırlar. 2007-ci ilə olan təxminə əsasən sayları 360,000 nəfərdir.

Hələ eramızdan əvvəl Gürcüstanın cənub və cənub-şərq ərazisində türkdilli tayfaların yaşaması haqqında çoxsaylı mənbələr, o cümlədən gürcü mənşəli tarixçilərin və etnoqrafların da etirafları mövcuddur.


baxmüzakirə etredaktə ettarixçə


38. Həftə
UEFA İntertoto Kubokunu qazananların siyahısıUEFA İntertoto Kuboku Çempionlar Liqası və ya UEFA Kuboku yarışmasına qatılmağa müvvəffəq olmayan Avropa klubları üçün yay aylarında Avropa futbol assossasiyası tərəfindən təşkil edilən futbol turniri idi.

Bu turnir UEFA Kubokuna qatılmaq üçün alternativ yol sayılırdı. Turnir 1995-ci ilədək UEFA tərəfindən tanınmadı və 2009-cu ildə fəaliyyəti dəyandırıldı. 1995-ci İldə ilk dəfə təşkil olunan turniri iki komanda qazandı və qalib komandalar UEFA Kuboku turnirinə qatılmağa müvəffəq oldular.

İlk qalib komandalar isə "Strasburq" və "Bordo" klubları oldu. Növbəti mövsümdən etibarən 2005-ci ilədək hər mövsüm turniri iki deyil üç klub qazanmağa nail oldu. Burada fransız məşqçilərin üstünlüyü nəzərə çarpırdı.


baxmüzakirə etredaktə ettarixçə


39. Həftə
Nobel mükafatı laureatı olmuş qadınların siyahısı2017-ci ilə qədər Nobel mükafatı 844 kişiyə, 48 qadına (Mariya Küri iki dəfə qazanmışdır) və 27 təşkilata verilmişdir. Onlardan on altısı Nobel Sülh mükafatını, on dördü Nobel Ədəbiyyat mükafatını, on ikisi Nobel Tibb və ya Fiziologiya mükafatını, dördü Nobel Kimya mükafatını, ikisi Nobel Fizika mükafatını və biri Elinor Ostrom Nobel İqtisadiyyat mükafatını qazanmlışdır.

Nobel mükafatını qazanan ilk qadın, 1903-cü ildə əri Pyer KüriAnri Bekkerel fizika sahəsi üzrə Nobel mükafatını qazanan Mariya Küri oldu. Küri həmçinin iki qat Nobel mükafatını qazanmış yeganə qadındır; 1911-ci ildə Nobel Kimya mükafatını qazandı.


baxmüzakirə etredaktə ettarixçə


Saytda 25 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023