Vikipediya:Həftənin seçilmiş siyahısı/sentyabr 2021 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin seçilmiş siyahısı/sentyabr 2021 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin seçilmiş siyahısı/sentyabr 2021

Keşi təmizlə

36. Həftə
Afrikadakı Ümumdünya irsi obyektlərinin siyahısıBirləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) Afrikada 145 Ümumdünya irsi obyekti təyin etmişdir. Bu obyektlər 35 suveren dövlətdə yerləşir. Dövlətlər arasında siyahıya daxil olmuş obyekt sayına görə Cənubi Afrika Respublikası on obyekt ilə liderdir. Ardınca doqquz obyektin yerləşdiyi EfiopiyaMərakeş, daha sonra səkkiz obyekt ilə Tunis və yeddi obyekt ilə Əlcəzair, Misir, Keniya, SeneqalTanzaniya gəlir.

Siyahıya daxil olan on ölkənin hər birində yalnız bir obyekt var. Dörd obyekt iki ölkə arasında paylaşılır: Maloti-Drakensberq parkı (LesotoCənubi Afrika), Nimba dağı Təbiət Qoruğu (Kot d'İvuarQvineya), Seneqambiya daş çevrələri (QambiyaSeneqal) və Viktoriya şəlaləsi (ZambiyaZimbabve). Sanqa meşəsi (Mərkəzi Afrika Respublikası, KamerunKonqo) və V-Arli-Pencari kompleksi (Benin, Burkina FasoNiger) isə üç ölkə arasında bölüşdürülür.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


37. Həftə
Nobel mükafatı laureatlarının siyahısıİsveç Kral Elmlər Akademiyası, İsveç Akademiyası, Karolinska İnstitutuNorveç Nobel Komitəsi tərəfindən şəxslər və ya təşkilatlara fizika, kimya, ədəbiyyat, sülhfiziologiya və ya tibb sahəsindəki fövqəladə uğurlarına görə verilir.

Nobel mükafatı 1895-ci ildə Alfred Nobelin vəsiyyəti əsasında, 1896-cı ildən etibarən Nobel Fondu tərəfindən idarə edilir. İqtisadiyyat üzrə Nobel mükafatı 1969-cu ildə İsveçin mərkəzi bankı olan Sveriges Riksbank tərəfindən yaradılıb və iqtisadiyyat elminə verilmiş töhfələrə görə təqdim edilir.


baxmüzakirə etredaktə ettarixçə


38. Həftə
Böyük Moğol imperiyası hökmdarlarının siyahısıBöyük Moğol İmperiyasını idarə etmiş hökmdarların ümumi siyahısı. Böyük Moğol İmperiyasının əsası 1526-cı ildə qoyulmuşdur. Dövlətin ilk hökmdarı Babur şahıdır. Sonuncu hökmdar isə II Bahadır Şah olmuşdur. Böyük Moğol İmperiyası mövcud olduğu 332 il ərzində 19 hökmdar tərəfindən idarə edilmişdir.

Böyük Moğol İmperiyasının əsası Zahirəddin Məhəmməd Babur (fars. ﻇﻬﻴﺮﺍﻟﺪﻳﻦ محمد‎ ; al-ṣultānu 'l-ʿazam wa 'l-ḫāqān al-mukkarram bādshāh-e ġāzī) tərəfindən qoyulmuşdur. Babur ata tərəfdən Teymurilər sülaləsindən, ana tərəfdən isə Çingizlilər sülaləsindəndir. Baburun atası Əmir Teymurun nəvəsi olan Ömər Şeyx Mirzə Barlas idi. Baburun anası isə Çingizlilər nəslindən olan Yunus xanın qızı Qutluq Nigar xanım idi.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


39. Həftə
Polşa milli parklarıPolşada yerləşən 23 milli parka verilən ümumi ad.

Polşa milli parkları əvvəllər Polşa Milli Parklar Nazirliyi (pol. Krajowy Zarząd Parków Narodowych) tərəfindən idarə olunurdusa, 2004-cü ildə bu iş Polşa Ətraf Mühit Nazirliyinin əlindədir. Milli parkların çoxu qismən və ya ciddi qorunan hissələrə bölünür.

Bundan əlavə milli parklar otulina adlanan bufer zonaları əhatə olunmuşdur. 2004-cü ildə Polşada qəbul edilmiş Təbiət Konservasiya Aktına görə: "Milli park 1000 hektardan az olmamaq şərti ilə təbiəti və təbiətin xüsusiyyətlərini qorumaq məqsədi ilə qurulan, təbii, elmi, sosial, mədəni və təhsil dəyərlərinə görə tanınan ərazini əhatə edir.


baxmüzakirə etredaktə ettarixçə


Saytda 60 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024