Vikipediya:Həftənin seçilmiş siyahısı/yanvar 2018 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin seçilmiş siyahısı/yanvar 2018 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin seçilmiş siyahısı/yanvar 2018

Keşi təmizlə

1. Həftə
UEFA Superkuboku oyunlarının siyahısı1972-ci ildə əsası qoyulmuş hər il keçirilən futbol turniridir. Hazırda kubok uğrunda UEFA Çempionlar Liqası qalibi ilə UEFA Avropa Liqası qalibi qarşılaşır.

Kubok qarşılaşması 1972-ci ildən 1999-cu ilədək UEFA Kuboklar Kubokunu qazanan komanda ilə UEFA Çempionlar Liqasını qazanan komanda arasında keçirilirdi. UEFA Superkuboku sonuncu dəfə bu formatda 1999-cu ildə — "Mançester Yunayted" və "Latsio" komandaları arasında oynanılıb: "Latsio" "Mançester Yunayted" üzərində 1:0 hesabı ilə qələbə qazanıb. Qalib 1997-ci ilədək hər iştirakçı komandanın stadionunda bir dəfə oynanılmaqla iki oyunun nəticəsinə görə müəyyənləşirdi. 1998-ci ildən neytral stadionda bir oyun keçirilir. Superkubok oyunu 1998-ci ildən 2012-ci ilədək Monakodakı "II Lui" stadionunda keçirilib.

2000-ci ildən 2010-cu ilədək turnirdə UEFA Çempionlar Liqasının qalibi ilə UEFA Kubokunun qalibi qarşılaşıb. 2010-cu ildə UEFA Kubokunun adı UEFA Avropa Liqası olaraq dəyişdirildi. 2010-cu ildən bugünədək kubok uğrunda UEFA Çempionlar Liqasının qalibi ilə UEFA Avropa Liqasının qalibi qarşılaşır.


baxmüzakirə etredaktə ettarixçə


2. Həftə
Ən yaxşı xarici filmlərə verilən Qızıl Qartal mükafatı (Rusiya) — (rus. Золотой Орёл за лучший зарубежный фильм в российском прокате) - Motion Pictures Arts ("Hərəkətli şəkilli incəsənət") və Rusiya Milli Elmlər Akademiyasının illik təqdim etdiyi iyirmi mükafat kateqoriyalarından biridir. Bu Rusiya Elmlər Akademiyasının verdiyi illik Nika mükafatının müqabili kimi Nikita Mixalkov tərəfindən yaradılmış Qızıl Qartal mükafatlarından biridir. Qeyri-rusdilli filmlərə fərlənmə kimi verilən Qızıl Qartal mükafatı yalnız kateqoriyadır. Hər il üç namizəd Akademiya tərəfindən seçilir. Mükafatın ilk laureatı 2002-ci ildə "Ameli" filmi olmuşdur. Mükafatın ən son laureatı isə 2016-cı ildə "Sağ qalmış" filmi olub. Ən çox nominasiya ilə günə 17-31 nominasiya olan Amerika Birləşmiş Ştatları birincidir. Digər ən çox nominasiya: Fransa (dörd), Böyük Britaniya (dörd) və Almaniya (iki).


baxmüzakirə etredaktə ettarixçə


3. Həftə
Azərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli arxeoloji abidələrin siyahısıAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycanda qeydiyyata alınması göstərilmiş dünya əhəmiyyətli arxeoloji

abidələrin siyahısıdır. Siyahıda ən qədim abidələr FüzuliXocavənd rayonları ərazisində yerləşən, Quruçay mədəniyyəti dövrünə aid AzıxTağlar mağaralarıdır. Siyahıdakı abidələrdən biri UNESCO-nun Ümumdünya irsi siyahısına siyahısına salınmışdır. Siyahıda qeyd edilmiş abidələrin dördü mədəniyyət, memarlıq və tarix qoruqlarıdır.


baxmüzakirə etredaktə ettarixçə


4. Həftə
Qurban Qurbanovun milli komandada vurduğu qolların siyahısıQurban Qurbanov hücumçu mövqeyində oynamış keçmiş Azərbaycan futbolçusudur. O, hazırda Ağdamın "Qarabağ" klubunun (2008-ci ildən) və Azərbaycan milli futbol komandasının (2017-ci ildən) baş məşqçisidir.

Qurbanov Azərbaycan milli futbol komandasının ən məhsuldar oyunçusudur. Keçmiş hücumçu 1992-2005-ci illərdə çıxış etdiyi Azərbaycan millisində 68 oyunda 14 qol vurub. Qurbanov artıq 12 ildir futbolçu karyerasını bitirsə də, hələ də millisinin ən məhsuldar oyunçusu olaraq qalmaqdadır.

Qurbanov 1992-ci il sentyabrın 17-də Gürcüstanla səfərdə keçirilən yoxlama oyununda Azərbaycan milli futbol komandasının heyətində debüt edib. O, matçın 46-cı dəqiqəsində Mahmud Qurbanovu əvəzləyib. Qurbanov millinin heyətində sonuncu oyununa 7 sentyabr 2005-ci ildə DÇ-2006-nın seçmə mərhələsi çərçivəsində Bakıda Avstriya ilə keçirilən qarşılaşmada çıxıb.


baxmüzakirə etredaktə ettarixçə


5. Həftə
Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatlarının siyahısı — Doqquzuncu çağırış 1975-ci ildən 1979-cu ilədək işləmişdir. Doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinə seçkilər 1975-ci il iyunun 15-də keçirilmişdir (təkrar seçkiləri — 1976-cı il iyulun 4-də). Ali Sovetə cəmi 400 deputat seçilmişdir.

Deputatların 151 nəfəri qadındır ki, bu da əvvəlki çağırışda olduğundan 9 nəfər artıqdır.

277 deputat Sov.İKP üzvü və ya üzvlüyünə namizəd, 123 deputat bitərəfdir.

Deputatların tərkibində 201 fəhləkolxozçu vardır ki, bu da ümumi tərkibin 50 faizindən çoxunu təşkil edir, 87 deputat partiya, həmkarlar ittifaqları və komsomol orqanlarının işçisi, 53 deputat sovet idarələrinin işçisi, 10 deputat Sovet OrdusununHərbi-Dəniz Donanmasının hərbi qulluqçusudur.

345 deputatın ali və orta təhsili var, 40 deputat elmlər doktoru və elmlər namizədidir.


baxmüzakirə etredaktə ettarixçə


Saytda 82 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023