Vikipediya:Həftənin yaxşı məqaləsi/16. Həftə 2024 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin yaxşı məqaləsi/16. Həftə 2024 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin yaxşı məqaləsi/16. Həftə 2024

Kişvəri — XV əsrin ortalarında Cənubi Azərbaycanın Dilməqan (indiki Səlmas) şəhərində anadan olmuş, 1490-cı ilə qədər Ağqoyunlu sultanı Yaqubun sarayında yaşamış, sultan öldürüldükdən sonra saraydan uzaqlaşdırılmışdır.

O, Təbriz ədəbi mühitində formalaşmışdı. Saray şeir ənənələrinə əməl etmək məcburiyyəti qarşısında qalmış istedadlı şair məddahlığa alışa bilməmiş, Ağqoyunlu sarayını tərk edərək 6 divan yaratmış özbək şairi, mütəfəkkiri və dövlət xadimi Əlişir Nəvaiyə pənah aparmışdır.

Kişvəri Azərbaycan (türk)fars dillərində "Divan" yaratmış, əsasən lirik qəzəllər müəllifi kimi tanınmışdır. Kişvərinin həyat və yaradıcılığı haqqında məlumatlar natamam və pərakəndə haldadır. Təəssüf ki, orta əsr mənbələrində şairin anadan olduğu il və yer barədə məlumata rast gəlinmir. Lakin şairin hansı illərdə yaradıcılıqla məşğul olduğunu təxmin etmək mümkündür.

(Davamı...)


Saytda 134 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024