Vikipediya:Həftənin yaxşı məqaləsi/26. Həftə 2023 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin yaxşı məqaləsi/26. Həftə 2023 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin yaxşı məqaləsi/26. Həftə 2023

Qızıl Tərəzi eviAlmaniyanın Frankfurt şəhərinin köhnə hissəsində mövcud olmuş və 22 mart 1944-cü ildə Böyük Britaniyanın Kral Hərbi Hava Qüvvələri tərəfindən şəhərin bombalaması zamanı dağıdılmış Orta əsrlərə aid faxverk üslublu ev idi. Öz yüksək memarlıq dəyərinə və tarixi əhəmiyyətinə görə, bina şəhərin ən məşhur görməli yerlərindən biri hesab olunurdu.

Müqəddəs Varfolomey İmperator kafedral kilsəsinin (və ya qısaca olaraq Frankfurt kafedralının) əsas portal girişinin qarşısında küncvari şəkildə tikilmiş Qızıl Tərəzi evi, bir tərəfdən olduqca dar Höllqasse (alm. Höllgasse‎), digər tərəfdən isə Domplatz meydanı ilə şəhərin tarixi mərkəzi hesab edilən Römerberq meydanını birləşdirən Markt küçələrinin kəsişməsində yerləşirdi. Bir zamanlar öz detallı və zərif fasadı ilə göz oxşamış alman İntibah memarlığının şah əsəri hesab edilən bu ev, təxminən 1619-cu ildə inşa edilmişdir.

(Davamı...)


Saytda 103 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024