Vikipediya:Həftənin yaxşı məqaləsi/27. Həftə 2017 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin yaxşı məqaləsi/27. Həftə 2017 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin yaxşı məqaləsi/27. Həftə 2017

Pikaçu — Nintendo və Game Freak-ə məxsus olan oyun seriyası, manqa və anime olan "Pokemon"da yer alan personaj. Uydurma kainatın xüsusi pokemon canlılarından biri olan Pikaçu oyun dizayneri Suqimori Ken və Game Freak yaradıcılıq komandası tərəfindən yaradılmışdır və ilk dəfə "Pokémon Red və Blue" video oyunlarında ortaya çıxmışdır və daha sonra sonrakı oyunlarında iştirak etmişdir. Pikaçu ən çox tanınan və məşhur pokemonlardan biridir və franşizanın rəsmi talismanı kimi son illərdə yapon pop mədəniyyətinin ikonasına çevrilmişdir.

Pikaçu Piçu pokemonundan yaranıb və təkamül nəticəsində Rayçu pokemonuna çevrilə bilər. Uydurma pokemon dünyasında Pikaçu adətən evlərdə, meşələrdə, dərələrdə, bəzi zamanlar dağlarda və adalarda, həm də elektrik stansiyalarda yayılmışdır. Elektrik növü pokemon olaraq, Pikaçu yanaqlarında elektrik saxlayır və lazımlı hallarda onun köməyi ilə hücum edə bilir. Game Freak tərəfindən yaradılmış və Nintendo tərəfindən buraxılmış "Pokemon" seriyası Yaponiyada 1996-cı ildən yayımlanmağa başlamışdı.

(Davamı...)


Saytda 90 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024