Vikipediya:Həftənin yaxşı məqaləsi/29. Həftə 2017 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin yaxşı məqaləsi/29. Həftə 2017 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin yaxşı məqaləsi/29. Həftə 2017

MoqadişoSomalinin paytaxtı, ən iri şəhəri və əsas portu, onun maliyyə, mədəni və sənaye mərkəzi. Şəhər yerli dildə Xamar adlanır. 2015-ci ilin qeydlərinə görə, Moqadişoda 2,120,000 sakin yaşayır. Moqadişonun X əsrdə yaradılması hesab olunsa da, şəhərin daha qədim olduğu güman edilir. Orta əsrlərdə şəhər Ajuran dövlətinin vassalı olan Müzəffər sülaləsi tərəfindən idarə olunmuşdur. Sonradan Moqadişo Geledi Sultanlığı və Omanın Zanzibar Sultanlığının birgə nəzarəti altında olmuşdur.

1905-ci ildə İtaliya Moqadişonu İtalyan Somalisinin paytaxtı etdi. 1960-cı ildə Somali müstəqil olanda, şəhər "Hind okeanının ağ mirvarisi" adlandırılırdı. Siad Barre rejiminin devrilməsindən sonra Moqadişoda vətəndaş müharibəsi başlamış, 2006-cı ildə İslam Məhkəmələr Birliyi tərəfindən idarə olunmuşdur.

(Davamı...)


Saytda 98 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024