Vikipediya:Həftənin yaxşı məqaləsi/3. Həftə 2023 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin yaxşı məqaləsi/3. Həftə 2023 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin yaxşı məqaləsi/3. Həftə 2023

Azərbaycan 2012 Yay Paralimpiya Oyunlarında — 2012-ci ildə Birləşmiş Krallıqın London şəhərində baş tutan XIV Yay Paralimpiya Oyunlarında. Azərbaycan Milli Paralimpiya Komandası 28 avqust-8 sentyabr tarixlərində baş tutan XIV Yay Paralimpiya Oyunlarında 21 idmançı ilə 6 idman növündə təmsil olundu.

Azərbaycan Milli Paralimpiya Komandası XIV Yay Paralimpiya Oyunlarını 12 medalla (4 qızıl, 5 gümüş və 3 bürünc) başa vurdu. Komandanın heyətində cüdoçular Ramin İbrahimov (qızıl), Afaq Sultanova (qızıl) və İlham Zəkiyev (bürünc), üzgüçü Natali Pronina (bir qızıl və dörd gümüş), yüngül atletlər Oleq Panyutin (qızıl), Vladimir Zayets (gümüş) və Hüseyn Həsənov (bürünc), həmçinin Elçin Muradov, Rza Osmanov, Oleq PanyutinVladimir Zayetsdən ibarət qrup (bürünc) medala sahib oldu.

(Davamı...)


Saytda 172 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024