Vikipediya:Həftənin yaxşı məqaləsi/31. Həftə 2023 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin yaxşı məqaləsi/31. Həftə 2023 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin yaxşı məqaləsi/31. Həftə 2023

İvan KotlyarevskiUkrayna şairi, tərcüməçisi, pedaqoqudramaturqu.

Kotlyarevski Ukrayna ədəbiyyatının qabaqcıllarından biri hesab olunur. O, ukrayn dilində yazılmış və ilk dəfə 1798-ci ildə nəşr olunmuş "Eneida" poemasının müəllifidir. Bundan başqa, rus dilində də əsərləri var. Kotlyarevski ştabs-kapitan rütbəsi ilə 1806–1812-ci illər Rusiya-Osmanlı müharibəsində iştirak etmiş, müharibənin sonunda "1806-cı il Türkiyə müharibəsində rus qoşunlarının ilk hərəkətləri haqqında qeydlər" əsərini nəşr etdirmişdir.

Kotlyarevskinin təsiri təkcə onun Qriqori Kvitka-Osnovyanenko, Taras Şevçenko, Yakov Kuxarenko, Stepan Pisarevski və başqaları kimi yaxın davamçılarının əsərlərində deyil, həm də XIX əsrin ikinci yarısının etnoqrafik pyeslərində, rusdilli müəlliflər Nikolay Qoqolun və Vasili Narejninin əsərlərində və Belarus ədəbiyyatında müşahidə olunmuşdur.

(Davamı...)


Saytda 58 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024