Vikipediya:Həftənin yaxşı məqaləsi/43. Həftə 2023 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin yaxşı məqaləsi/43. Həftə 2023 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin yaxşı məqaləsi/43. Həftə 2023

Azərbaycan 1996 Yay Olimpiya Oyunlarında — 1996-cı ilin 18 iyul-4 avqust tarixlərində Birləşmiş Ştatların Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında. Azərbaycan Milli Olimpiya Komandası Atlanta Olimpiadasında 23 idmançı ilə 9 idman növündə təmsil olundu.

Azərbaycan Milli Olimpiya Komandası Atlanta Olimpiadasını 1 gümüş medalla başa vurdu. Komandanın heyətində yeganə medalı sərbəst güləş turnirində mübarizə aparan və turnirin final görüşündə məğlub olaraq gümüş medala sahib olan Namiq Abdullayev qazandı.

XXVI Yay Olimpiya Oyunlarında 1 gümüş medala sahib olan Azərbaycan Milli Olimpiya Komandası medalların əyarına görə 61-ci pillədə, medalların sayına görə isə 64-cü pillədə qərarlaşdı.

1991-ci ildə Sovet İttifaqından ayrılan Azərbaycan dövlət müstəqilliyini elan elədi. 1992-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsi yaradıldı. Bu qurum 1993-cü ildə Beynəlxalq Olimpiya Komitəsinin üzvü seçildi. 1996-cı ildə isə Azərbaycan Olimpiya Oyunlarında debüt elədi.

(Davamı...)


Saytda 61 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024