Vikipediya:Həftənin yaxşı məqaləsi/46. Həftə 2023 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin yaxşı məqaləsi/46. Həftə 2023 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin yaxşı məqaləsi/46. Həftə 2023

Edqar FernandesBoliviya taksi sürücüsü, siyasətçi və həmkarlar ittifaqı üzvü. O, 2010-cu ildən 2015-ci ilə qədər Santa-Krus departamentindən Deputatlar Palatasının partiya siyahısı üzvü kimi fəaliyyət göstərmişdir.

Totorada anadan olan Fernandes həyatının çox hissəsini Santa-Krus-de-la-Syerrada yaşamışdır. O, şəhərin 3,000-ci plan rayonunda məskunlaşmış, burada taksibus xidmətləri göstərməyə başlamışdır. Fernandes 18 yaşında yerli sürücülər sindikatına qoşulmuş və 2000-ci illərin əvvəllərində ittifaqın sıralarında tədricən yüksəlmişdir.

2001-ci ildən Sosializmə doğru hərəkatın üzvü olan Fernandes öz sektorunun ittifaqlarını partiya ilə uyğunlaşdırmaq üçün fəal şəkildə çalışmış, onun fəaliyyəti nəticəsində uzunmüddətli siyasi ittifaq yaranmışdır. 2004-cü və 2005-ci illərdə dövlət vəzifəsinə iki dəfə uğursuz olaraq namizədlik göstərmiş Fernandes 2009-cu ildə Deputatlar Palatasında Santa-Krus departamentinin təmsilçisi kimi seçilmişdir. Onun vəzifə müddəti bitdikdən sonra yenidən seçilməsi üçün namizədliyi irəli sürülməmişdir.

(Davamı...)


Saytda 150 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024