Vikipediya:Həftənin yaxşı məqaləsi/aprel 2018 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin yaxşı məqaləsi/aprel 2018 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin yaxşı məqaləsi/aprel 2018

Həftənin yaxşı məqaləsi arxivi
2015: İyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2016: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2017: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2018: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2019: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2020: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2021: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2022: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2023: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2024: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


Keşi təmizlə

14. Həftə

Miltiad (q.yun. Μιλτιάδης; e.ə. 550 – e.ə. 489) — Afina dövlət xadimi, Yunan-İran müharibələri (e.ə. 500 – e.ə. 449-cu illər) zamanı sərkərdə, Frakiya Xersonesosun tiranı (təxminən e.ə. 520—e.ə. 493-cü illər), sərkərdə Kimonun atası.

Miltiad qədim zadəgan nəslindən idi. E.ə. 524-cü ildə Afinada arxont-eponim seçilmişdir, hardasa e.ə. 520-ci ildən sonra) böyük Miltiadın varisi kimi Frakiya Xersonesosun tiranı olmuşdur. E.ə. 513-cü ildə İran hökümdarı I Daranın vassalı olmaq məcburiyyətində qaldı və onu skiflər üzərinə yürüşdə müşayiət etdi, orada Miltiada digər yunanlarla birlikdə farsların Dunay çayında tikdiyi körpünü mühafizə etmək tapşırıldı. İoniya üsyanı zamanı Miltiad Xersonesosu tərk etməli oldu və Afinaya qayıtdı. Afinada o, Frakiyada tiranlıq etməkdə ittiham olundu, lakin sonra bəraət qazandı.

Məhkəmədən sonra Miltiad Afinanın ən nüfuzlu siyasətçilərindən biri oldu. E.ə. 490-cı ildə Miltiad strateqlər kollegiyasına seçildi. Həmin ildə Dara Afinanın fəthi üçün Egey dənizinə ekspedisiya göndərdi Fars taktikası ilə tanış olan Miltiad hərbi şuranı razı saldı ki, farslarla döyüş açıq çöldə baş versin. Başqa strateqlərin könüllü razılaşmaları sayəsində o, qoşunlar üzərində baş komandanlığı əlinə keçirtdi. Miltiad qoşunun mövqeyesinin bütün üstünlüklərindən istifadə etdi və güclü basqınla farsları sarsıdaraq, Marafon döyüşündə onlar üzərində qələbə qazandı.

Növbəti ildə Miltiad Kiklad adaları üzərinə yürüşə başlamağı təklif etdi. Onun başçılığı altında Afinalılar Paros adasını mühasirəyə aldılar, amma blokada uğursuzluqla bitdi. Miltiadın özü yaralandı və heç bir nəticəyə nail olmadan Afinaya qayıtdı. O, "xalqı aldatmaqda" ittiham olundu və 50 talant cərimə cəzasına məhkum edildi. Hadisələrdən az sonra Paros adasının dövrəyə alınması zamanı əldə etdiyi yaralarından vəfat etdi.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


15. Həftə
İmitasiya oyunu2014-cü ildə rejissor Morten Tildumun Qrehem Murun Endryu Hudcsun “Alan Türinq:Eniqma” bioqrafik əsəri (əsər daha əvvəl BBC tərəfindən “Kodun sındırılması” tamaşası üçün adaptasiya edilmişdir) əsasında yazdığı ssenariyə uyğun olaraq çəkdiyi tarixi triller janrında olan ABŞ filmidir.

Filmdə aktyor Benedikt Kamberbetç İkinci Dünya müharibəsi zamanı alman hökümət və ordu başçılarının gizli yazışmalarını anlamaq üçün Eniqma maşınını sındırmağa çalışan Britaniya kriptoanalitiki Alan Türinq obrazını canlandırmışdır.

Filmin ssenarisi 2011-ci ildə ekranlaşdırılmamış ən yaxşı Hollivud ssenarilərinin ənənəvi Qara siyahısına salınmışdır. “The Weinstein Company” 2014-cü ilin fevralında Avropa Film Bazarında filmi əldə etmək üçün $7 milyon ödəmişdir ki, bu da ABŞ distribyutorluğu üçün ödənən ən böyük məbləğdir. Film Birləşmiş Krallıq kinoteatrlarında 14 noyabr, ABŞ-da isə 28 noyabrda təqdim edilmişdir.

İmitasiya oyunu həm gəlir, həm də tənqidçilərin mövqeyi baxımından uğur qazanmışdır. $14 milyon istehsal büdcəsi olan film 2015-ci ilin aprelinə kimi ümumilikdə $219 milyon gəlirlə 2014-cü ilin ən çox gəlirli müstəqil filmi olmuşdur. 87-ci Oskar mükafatlarının təqdim edilməsi mərasimində film Ən Yaxşı film, Ən Yaxşı Rejissor (Tildum), Ən Yaxşı Aktyor (Kamberbetç), İkinci dərəcəli rolda Ən Yaxşı Aktrisa (Kira Naytli) kateqoriyaları da daxil olmaqla ümumilikdə səkkiz kateqoriyafa mükafata namizəd göstərilmişdir. Film Ən Yaxşı Adaptasiya edilmiş Ssenari nominasiyasında Oskara layiq görülmüşdür.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


16. Həftə
Gəncə qalasının işğalıRusiya imperiyası əsgərlərinin 3 yanvar 1804-cü ildə Gəncə xanlığının paytaxtı Gəncə şəhərini ələ keçirməsi.

Gəncə xanlığı Kür çayının sağ sahilində Alazan çayının mənsəbinə qədər yerləşirdi. Xanlıq şərq və cənub-şərqdə Qarabağ xanlığı ilə, cənubda İrəvan xanlığı ilə həmsərhəd idi. Qərbdə Zəyəm çayı xanlığın ərazisini Şəmşədil sultanlığından və şimalda Kür çayı xanlığın ərazisini Gürcüstandan ayırırdı. Gəncə 8 metr hündürlüyündəki iki divarı və 6 bürcü olan güclü qala idi. 2 dekabr 1803-cü ildə dən blokadada olan Gəncə qalası Nikolay Dubrovinə görə bütün Adərbicanda ən yaxşı hesab edilirdi. Bu zaman şəhər onun Gürcüstan kraliçası Böyük Tamaranın dövründən bəri Gürcüstana aid olması və Gürcüstan hökmdarlarının zəifliyinə görə bu yerlə əlaqəsini kəsdiyini bəhanə edən general-leytenant Sisianovun rəhbərliyi altındakı rus ordusunun hücumlarına məruz qalırdı. Sisianova görə “Gəncə qalasının yerli mövqeyi bütün Adərbican üzərində hökmran" idi. Bax, buna görə də "bu istila Rusiya üçün birinci dərəcəli əhəmiyyətə malik" idi.

Sisianov Qacarlar nəslindən olan V Gəncə xanı Cavad xandan təslim olmağı tələb edəndə Cavad xan imtina etdi və Tamaradan bəri Gəncənin Gürcüstana aid olmasını rədd etdi. Gəncəyə yaxınlaşarkən Cavad xan onlarla savaşdı və məğlub oldu.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


17. Həftə
Gülüstan-Bayatı-ŞirazFikrət Əmirov tərəfindən 1971-ci ildə bəstələnmiş simfonik muğamdır. Bəstəkarın üçüncü simfonik muğamı olan “Gülüstan-Bayatı-Şiraz” əvvəlki iki simfonik muğamdan uzun illər sonra yaranmışdır. “Şur” və “Kürd-Ovşarı” simfonik muğamlarının uğur qazanmasından uzun illər sonra Fikrət Əmirov özünü bir daha bu janrda yenidən sınamaq qərarına gəlir. Əvvəlki iki simfonik muğamla müqayisədə, “Gülüstan-Bayatı-Şiraz”da bəstəkar muğama daha sərbəst yanaşır, onun quruluşunu və ardıcıl inkişafını saxlamaqdan daha çox, ümumi emosional mühiti, muğamın melodik-ritmik xüsusiyyətlərini saxlamağa meyl edir. Əgər əvvəlki simfonik muğamlarda bəstəkar ənənəvi əsası saxlayırsa, üçüncü simfonik muğamda bu meyil dəf olunur. Burada muğamın bölmələri göstərilmir, melodik şəklə, muğam melosuna da sərbəst yanaşılır.

Əsər ilk dəfə 8 oktyabr 1971-ci ildə, UNESCO-nun “Xalqların musiqi mədəniyyəti, ənənə və müasirlik” mövzusuna həsr edilmiş VII Beynəlxalq Musiqi Konqresi çərçivəsində P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının böyük salonunda səsləndirilmişdir. “Gülüstan-Bayatı-Şiraz”ı Gennadi Rojdestvenskinin idarəsi ilə Ümumittifaq Televiziyası və Radiosunun Böyük Simfonik Orkestri ifa etmişdir. (Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


Saytda 52 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023