Vikipediya:Həftənin yaxşı məqaləsi/aprel 2023 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin yaxşı məqaləsi/aprel 2023 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin yaxşı məqaləsi/aprel 2023

Həftənin yaxşı məqaləsi arxivi
2015: İyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2016: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2017: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2018: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2019: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2020: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2021: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2022: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2023: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2024: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


Keşi təmizlə

14. Həftə

Qdansk ratuşasıPolşanın şimalındakı Pomeraniya voyevodalığının paytaxtı olan keçmiş alman şəhəri Dansiqin (indiki Qdansk şəhərinin) mərkəzində yerləşən qədim ratuşa binasıdır. Bina şəhərin Qluvne Myasto (pol. Główne Miasto) rayonunun mərkəzində yerləşir və bir qədər şimaldakı Köhnə şəhərdən daha qədim ərazi hesab edilir. Şəhərin ən gözəl əraziləridən biri hesab edilən Dluqa küçəsində yerləşən ratuşa binası həmçinin yaxınlıqdakı uzun bazar meydanında və şəhərin ümumi mənzərəsində hakim mövqeyə malikdir.

Turist axını nəticəsində uzun bazar meydanının olduqca izdihamlı əraziyə çevrilməsi səbəbindən, şəhər idarəetmə orqanın başqa yerə köçürülməsi, köhnə ratuşa binasında isə Qdansk Tarix Muzeyinin təsis edilməsi barəsində qərar qəbul edilmişdir. Qdansk Əsas Şəhər ratuşa binası şəhərin mərkəzi hissəsindəki Dluqa küçəsinin və uzun bazar meydanının (pol. Długi Targ) kəsişməsində yerləşir; ölkə əhəmiyyətli qədim abidələrin böyük qismi şəhər mərkəzinin bu hissəsində cəmləşdirilmişdir.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


15. Həftə
Paz Vizsla — "Ulduz müharibələri" franşizasında, "Disney+" teleserialları olan "Mandalorlu" və "Boba Fettin kitabı"nda nümayiş edilən personaj. O, teleserialın eyniadlı protaqonisti ilə birlikdə mandalorlu döyüşçü tayfasının üzvüdür. Paz əvvəlcə onunla toqquşur, lakin sonra Mandalorlunun "uşaq"ı Qalaktik imperiyanın qalıqlarından xilas etməkdə kömək olur. O, əcdadı Tarr Vizsla tərəfindən düzəldilmiş əfsanəvi işıq qılıncı tünd qılınca sahib olduğu üçün yenidən Mandalorlu ilə dalaşır.

Fiziki cəhətdən güclü və vüqarlı olan Paz iri miniqanabənzər blaster və reaktiv kürək çantası olan ağır piyada döyüşçüsüdür. Paz Vizsla "Mandalorlu" teleserialının yaradıcısı və şoumeni Con Favro tərəfindən səsləndirilmişdir. Favro həmçinin, "Ulduz müharibələri: Klon müharibələri" animasiya teleserialında eynisoyadlı Pre Vizslanı səsləndirmişdir. Vizsla "Ulduz müharibələri" kainatında ən böyük Mandalor klanlarından birinin adıdır. Paz Vizslanın canlı dublyoru kaskadyor və keçmiş qarışıq döyüş sənətçisi Teyt Fletçer olmuşdur. O, "Mandalorlu" teleserialının birinci mövsümündə fərqli bir obrazı da canlandırmışdır.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


16. Həftə
Lorenso Sotomayor — 2013–2021-ci illərdə Azərbaycan yığmasının heyətində çıxış edən boksçu. 2016-cı il XXXI Yay Olimpiya Oyunlarının gümüş medalçısı, 2015-ci il I Avropa Oyunlarının qalibi.

2013-cü ildə Azərbaycan yığmasınn heyətinə cəlb edilən Kuba əsilli Lorenso Sotomayor, qısa müddət ərzində ciddi uğurlara imza atdı. 2015-ci ildə Azərbaycanda baş tutan I Avropa Oyunlarının final görüşündə İtaliya nümayəndəsi Vinçenzo Manciaçapre üzərində qələbə qazanaraq (3:0), birinci ciddi nailiyyətinə imza atan Lorenso Sotomayor, Azərbaycanı 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil elədi.

Avqustun 19-da Rio-de-Janeyro Olimpiadasının yarım-final mərhələsində Almaniya nümayəndəsi Artyom Arutyunyan üzərində qələbə qazanaraq (3:0) final görüşünə vəsiqə qazanan Lorenso Sotomayor, bu idman növü üzrə Olimpiadaların finalında rinqə çıxacaq birinci idmançı oldu. Avqustun 21-də baş tutan həlledici görüşdə isə Sotomayor, Fazliddin Qaibnəzərova məğlub olaraq (1:2) turnirin gümüş medalına sahib oldu.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


17. Həftə
Azərbaycan 2008 Yay Paralimpiya Oyunlarında — 2008-ci ildə Çinin Pekin şəhərində baş tutan XIII Yay Paralimpiya Oyunlarında. Azərbaycan Milli Paralimpiya Komandası 6-18 sentyabr tarixlərində baş tutan XIII Yay Paralimpiya Oyunlarında 18 idmançı ilə 4 idman növündə təmsil olundu.

Azərbaycan Milli Paralimpiya Komandası XIII Yay Paralimpiya Oyunlarını 10 medalla (2 qızıl, 3 gümüş və 5 bürünc) başa vurdu. Komandanın heyətində cüdoçular İlham Zəkiyev (qızıl), Tofiq Məmmədov (gümüş), Kərim Sərdarov (gümüş) və Ramin İbrahimov (bürünc), yüngül atletlər Oloxan Musayev (qızıl), Zeynəddin Bilalov (gümüş), Vladimir Zayets (bürünc), Oleq Panyutin (bürünc), Rza Osmanov (bürünc) və Vüqar Mehdiyev (bürünc) medala sahib oldu.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


Saytda 255 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024