Vikipediya:Həftənin yaxşı məqaləsi/dekabr 2022 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin yaxşı məqaləsi/dekabr 2022 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin yaxşı məqaləsi/dekabr 2022

Həftənin yaxşı məqaləsi arxivi
2015: İyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2016: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2017: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2018: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2019: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2020: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2021: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2022: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2023: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2024: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


Keşi təmizlə
49. Həftə
Malazgird döyüşüBizans imperiyası ilə Səlcuqlu imperiyası arasında 26 avqust 1071-ci ildə İberiyanın Manzıkert nahiyyəsində (hal-hazırda Türkiyənin Muş əyalətinin Malazgird məntəqəsi) baş vermiş döyüş. Döyüşdə Bizans ordusunun məğlub olması və imperator IV Roman Diogenin əsir düşməsi Anadoluda və ətrafında Bizans hakimiyyətinin laxlamasında mühüm rol oynamış və Anadolunun tədricən türkləşməsinə şərait yaratmışdır. XI əsrdə qərbə doğru yürüşlərdə iştirak edən türklərin bir çoxu Malazgird qələbəsini Kiçik Asiyanın qapılarını onların üzünə açan qələbə kimi qəbul edirdilər.

Bizans ordusundakı muzdluların və hərbi mükəlləfiyyətlə orduya cəlb edilmiş döyüşçülərin əksəriyyətinin döyüşdən tez bir zamanda qaçıb canlarını xilas etməsinə görə, məğlubiyyət qərbi və şərqi taqmatalardan toplanılmış döyüşçülərə baha başa gəldi. Malazgirddəki döyüşün nəticələri Bizans üçün fəlakət demək idi. Döyüşün nəticəsi siyasi və iqtisadi böhrana gətirib çıxardı və Bizansın öz sərhədlərini müdafiə etməsini daha da çətinləşdirdi

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


50. Həftə
[[Şəkil:|left|150px]] FİFA Dünya Kuboku mükafatı — dünya üzrə keçirilən və FİFA-nın üzvü olan ölkələrin milli komandalarının iştirak etdiyi futbol turniri olan FİFA Dünya Kubokunu qazanan komandaya verilən qızıl kubok. Turnirin başladığı 1930-cu ildən etibarən turnirin qalibi olan komandaya müvəqqəti olaraq Jül Rime kuboku təqdim olunurdu. Bu kubokun 1970-ci ildə əbədi olaraq Braziliyaya verilməsindən sonra yeni bir kubok hazırlandı və 1974-cü ildən etibarən FİFA Dünya Kuboku adı ilə verilməyə başlandı.

Abel Laflyorun hazırladığı və "Qələbə" adını daşıyan ilk kuboka 1946-cı ildə FİFA-nın sabiq prezidenti Jül Rimenin adı verilib. Qədim yunan mifologiyasında qələbə ilahəsi sayılan Nikanı təsvir edən kubok, 925 əyarlı qızıl suyuna salınmış gümüşdənlazuritdən hazırlanmışdır. Turniri qazanan komandaların müvəqqəti olaraq sahib olduğu kubok, turnirdə üç dəfə qalib gələn komandaya əbədi olaraq veriləcəkdi. Kubok, 1966-cı ildə İngiltərədə xalqa nümayiş olunması üçün təşkil olunmuş açıq sərgi zamanı oğurlansa da, bir həftə sonra tapılmışdır.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


51. Həftə
Türk briqadasıKoreya müharibəsində 1950-1953-cü illərdə BMT qüvvələrinin tərkibində iştirak edən Türkiyə Silahlı Qüvvələrinin piyada briqadası. ABŞ Ordusunun 25-ci diviziyasının tabeliyində olmuş və bir sıra döyüş əməliyyatlarında iştirak etmişdir. Xüsusən Kunu-ri döyüşündə göstərdikləri şücaətə görə ABŞ və Cənubi Koreya hökumətləri tərəfindən təşəkkürə layiq görülmüşdülər. Türk briqadası müharibə ərzində döyüş qabiliyyəti, cəsur müdafiə, vəzifəyə sadiqliyi və şücaəti ilə şöhrət qazanmışdı.

II Dünya Müharibəsi bitsə də, ondan sonra SSRİ və ABŞ arasında Soyuq müharibə başlamışdı. Hər iki tərəf bu müharibədə özünə yeni müttəfiqlər axtarırdı. Belə yeni müttəfiqlərdən biri də Türkiyə ola bilərdi. II Dünya müharibəsi dövründə bitərəf olan Türkiyə müharibədən sonrakı dövrdə beynəlxalq mühitdə tək qalmışdı.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


52. Həftə
Azərbaycan döyüş sənətləri və oyunları — Azərbaycanda tarixən oynanılmış döyüş tipli idman növləri və oyunlar. Azərbaycan milli güləşizorxana əsas döyüş sənətləridir.

"Kitabi-Dədə Qorqud"da (XIII–XV əsrlər) və "Koroğlu" dastanının Azərbaycan versiyasında (XVII əsr) döyüş sənətləri və meydan tamaşaları ilə bağlı məlumatlar verilir. Azərbaycan xanlıqları dövründə (XVIII əsrin II yarısı — XIX əsrin əvvəlləri) isə ordularda "bahadır" adlandırılan pəhləvanlar var idi. Müasir dövr Azərbaycan pəhləvanlarına "Altıaylıq pəhləvan" ləqəbli Məşədi Əbdüləli Axundov, bakılı Şonu Abdulla, Sali Süleyman, Rəşid Yusifov daxildir. 2022-ci ildə pəhləvanlıq irsi UNESCO səviyyəsində "Pəhləvanlıq sənəti: ənənəvi zorxana oyunları, idman növləri və güləş" adı altında Azərbaycanın qeyri-maddi mədəni irsi elan edilmişdir.

Zorxana döyüş sənətinə sinə oyunu, mil oyunu, yekba, səngi-daşqaldırma, kəbbadə, ayaqdöymə, çərxi, güləş daxildir. Azərbaycanda zorxananın keçirildiyi qədim yerlər Bakıdakı XV əsr İçərişəhər zorxanasıOrdubaddakı XVII əsr Qeysəriyyə abidəsidir. Bakını ziyarət edən XVIII əsr erməni müəllifi Artemi Araratski Bakı zorxanalarındakı yarışmaları, buralardakı cambaz və pəhləvanları təsvir edir. Keçmiş dövrdə meydanda pəhləvanların güc sınamaq, güşt tutmaq, daş oynatmaq, kərən sındırmaq, buğa boynu əymək, ağırlıq qaldırmaq, ağırlıq dartmaq və s. oyunlarına rəğbət var idi. XIX əsrdən etibarən Gəncə, Şuşa, Şəki, Naxçıvan, Şirvan şəhərlərində zorxanalar tikilmişdir. Sovet dövründə zorxana fəaliyyəti zəifləsə də, müstəqillik dövründə vəziyyət müsbət istiqamətdə dəyişmişdir.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə



Saytda 115 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024