Vikipediya:Həftənin yaxşı məqaləsi/iyun 2021 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin yaxşı məqaləsi/iyun 2021 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin yaxşı məqaləsi/iyun 2021

Həftənin yaxşı məqaləsi arxivi
2015: İyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2016: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2017: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2018: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2019: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2020: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2021: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2022: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2023: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2024: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


Keşi təmizlə

23. Həftə
23-cü küçə (Manhetten)Nyu-York şəhəri Manhetten borosunun Midtaun rayonunda yerləşən ikitərəfli küçə; adanın şərqindən qərbinə keçən əsas magistral yollarından biri. Küçə qərbdən On Birinci prospektdən başlayaraq, şərqdə FDR magistralına qədər davam edir.

Küçə 1811-ci ildə Manhettenin hərtərəfli inkişaf planının qəbulundan sonra yarandı. Burada Beşinci ProspektÇelsi kimi mehmanxanalar və bir çox teatrlar tikilmişdir. Flatiron Building, Metropolitan Life Tower və 2013-cü ildə inşa edilən One Madison kimi tarixi göydələnlər bu küçədə yerləşir.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


24. Həftə
Ramiz QasımovAzərbaycan Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı, USTA dərəcəli pilot, Vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinin birinci saatlarında "SPAYK" uzun mənzilli raketlərilə silahlanan "Mi-17" hücum vertolyotu ilə cəbhənin Tərtər-Suqovuşan-Talış istiqamətlərində Ermənistan Ordusunun strateji əhəmiyyətli hədəflərini məhv edən birinci pilotlardan idi.

Hərbi hədəflərin məhv edilməsindən sonra Ramiz Qasımovun idarə etdiyi "Mi-17" hücum vertolyotu geri dönən zaman Tərtər rayonunun Azad Qaraqoyunlu istiqamətində olan zaman Ermənistan Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının (HHM) bölmələri tərəfindən vurulmuşdur.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


25. Həftə
Quqark faciəsi — o dövrdə Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) tərkibində olan Ermənistan Sovet Sosialist Respublikasının (Ermənistan SSR) Quqark rayonu (indiki Loru mərzinin bir hissəsi) ərazisində yaşayan etnik azərbaycanlı sakinlərinə qarşı törədilmiş poqrom aktı.

Rəsmi erməni mənbələrinə görə, bu dövrdə ərazidə yaşayan yerli ermənilərinAzərbaycandan qaçqın düşən etnik ermənilər Ermənistan azərbaycanlılarını ələ salmış, onları öldürmüş və evlərini qarət etmişdir. Poqrom zamanı ən azı 18, ən çox isə 187 nəfər öldürülmüşdür.

1988-ci ilin martında Quqark rayonunda başlayan poqrom, Sumqayıt hadisələrindən sonra baş tutmuşdur. Bölgədəki azərbaycanlılar oradan qaçana qədər təqibə məruz qalmışdır. Poqrom daha sonra müharibəyə çevriləcək Dağlıq Qarabağ münaqişəsi kontekstində baş verən etnik zorakılıq aktlarından biri idi.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


26. Həftə
Dinamo əməliyyatıİkinci Dünya müharibəsi dövründə Fransa hərbi kampaniyası zamanı Dünkerk döyüşündən sonra Almaniya hərbi qüvvələri tərəfindən Dünkerk şəhəri yaxınlığında mühasirəyə alınmış ingilis, fransız və Belçika hərbi birliklərinin dəniz yolu ilə təxliyyə əməliyyatı.

Evakuasiya əməliyyatı 26 may — 4 iyun 1940-cı il may ayının 26-dan iyun ayının 4-ə qədər davam etmişdir. Altı həftəlik Fransa döyüşləri zamanı çox sayda Belçika, İngiltərəFransa hərbi bölmələri Almaniya qoşunlarının mühasirəsinə düşdükdən sonra əməliyyatın başlanılması qərara alındı. Britaniya İmperiyasının Baş naziri Uinston Çörçill İcmalar Palatasında çıxışında bunu "böyük bir hərbi fəlakət" adlandırdı və "İngiltərə ordusunun bütün özəyinin, əsasının və beyni"nin Dünkerkdə mühasirədə qaldığını və onun məhv olmaq ya da ələ keçirilmək təhlükəsi yaranığını söyləmişdi. İyunun 4-də etdiyi "çimərliklərdə döyüşəcəyik" çıxışında Çörçill onların xilas edilməsini "qurtuluş möcüzəsi" olaraq qiymətləndirmişdi.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


Saytda 56 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024