Vikipediya:Həftənin yaxşı məqaləsi/iyun 2022 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin yaxşı məqaləsi/iyun 2022 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin yaxşı məqaləsi/iyun 2022

Həftənin yaxşı məqaləsi arxivi
2015: İyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2016: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2017: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2018: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2019: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2020: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2021: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2022: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2023: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2024: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


Keşi təmizlə

23. Həftə
Qərmətilərin İraqa yürüşüBəhreyn qərmətilərinin Abbasilər xilafətinin paytaxt bölgəsi İraqa 927-ci ilin payızında başlayan və 928-ci ilin yayına qədər davam edən genişmiqyaslı basqını.

Bu yürüş əvvəlki illərdə həcc karvanlarına edilən bir sıra dağıdıcı basqınlar, eləcə də BəsrəKufənin yağmalanmasından sonra yaranan gərginliyin kulminasiya nöqtəsi idi. Bu basqınlar qərmətilərə müqavimət göstərməkdə aciz qalan Abbasi hökumətindəki ümumi siyasi nasazlıq fonunda baş vermiş, Bağdadda siyasi gərginliyi artırmış və vəzir ibn Fəratın edamına səbəb olmuşdur.

927-ci ilin oktyabr və ya noyabr ayında qərmətilərin rəhbəri Əbu Tahir Cənnəbi İraqa yürüş etmək üçün tərkibi 2,300 nəfərdən çox olmayan bir qüvvəyə rəhbərlik etmişdir. Qərmətilər dekabrda Kufəni tutmuş və Azərbaycanın əsir götürülən yarımmuxtar əmiri Yusif ibn Əbu Sac xeyli böyük ordusunu məğlub etmişdilər. Qərmətilər daha sonra şimaldan Fərat çayı boyunca Bağdada doğru hərəkət etməyə başlamış, nəticədə paytaxtda burada geniş çaxnaşma baş tutmuşdur. Təhlükəyə qarşı çıxmaq üçün 40 mindən çox qoşun toplanmış, lakin Abbasi sərkərdələri Munis Müzəffər və Əbülheycə Həmdani döyüşdən yayınmış, əvəzində Bağdad yaxınlığındakı körpüləri və kanalları dağıdaraq qərmatilərin irəliləməsinə mane olmuşdular.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


24. Həftə
Ağtala monastır kompleksiErmənistanın Loru mərzində, Allahverdi (19 sentyabr 1969-cu ildən Tumanyan) rayonu ərazisində, Ağtala dəmiryol stansiyasından 2,5–3 km aralıda yerləşən erməni-gürcü monastırı və qalası. Abidə ilkin quruluşunu saxlayaraq indiki dövrə çatmışdır. Ağtala qalası ŞəddadilərinAzərbaycan Atabəylərinin hakimiyyəti dövründə bölgənin müdafiə sistemində mühüm yer tutmuşdur. Kompleksə daxil olan əsas məbəd binası freskaları ilə diqqəti cəlb edir. Məbədin adı türkcə olmaqla "ağ" və "tala" sözlərindən ibarətdir. Məbədin yerləşdiyi Ağtala kəndi tarixən türk tayfalarının yurdu olmuş və XX əsrin ortalarına kimi kənddə yalnız Azərbaycan türkləri, yunanlar və gürcülər yaşamışdır. XX yüzilin əvvəllərində kəndə yunan ailələri köçərək məskunlaşmışdır. İlk ermənilər isə kəndə 1922-ci ildə köçüb gəlmişdir.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


25. Həftə
Qızıl Tərəzi eviAlmaniyanın Frankfurt şəhərinin köhnə hissəsində mövcud olmuş və 22 mart 1944-cü ildə Böyük Britaniyanın Kral Hərbi Hava Qüvvələri tərəfindən şəhərin bombalaması zamanı dağıdılmış Orta əsrlərə aid faxverk üslublu ev idi. Öz yüksək memarlıq dəyərinə və tarixi əhəmiyyətinə görə, bina şəhərin ən məşhur görməli yerlərindən biri hesab olunurdu. Müqəddəs Varfolomey İmperator kafedral kilsəsinin (və ya qısaca olaraq Frankfurt kafedralının) əsas portal girişinin qarşısında küncvari şəkildə tikilmiş Qızıl Tərəzi evi, bir tərəfdən olduqca dar Höllqasse (alm. Höllgasse‎), digər tərəfdən isə Domplatz meydanı ilə şəhərin tarixi mərkəzi hesab edilən Römerberq meydanını birləşdirən Markt küçələrinin kəsişməsində yerləşirdi.

Bir zamanlar öz detallı və zərif fasadı ilə göz oxşamış alman İntibah memarlığının şah əsəri hesab edilən bu ev, təxminən 1619-cu ildə inşa edilmişdir. Müharibədən sonrakı dövrdə yenidənqurmaya yardımçı ola biləcək evin möcüzəvi şəkildə salamat qalmış qalıqları, şəhər rəhbərliyinin qərarı ilə 1950-ci ildə sökülmüşdür. Sökülməzdən öncə dağıntı ərazisindən çıxarılmış arkadalar, tarixi eksponat qismində Frankfurtla qonşu olan Offenbax am Main şəhərinin cənubunda yerləşən Götzenhain rayonundakı özəl kitabxanaya daşınılmış, evin bünövrəsi və bəzi qalıqları isə 20 ildən artıq müddət ərzində torpaq altında qalmışdır.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


26. Həftə
Azərbaycan Milli İstiqlal Partiyası — Azərbaycanda 3–4 iyul 1992-ci il tarixlərində Etibar Məmmədov rəhbərliyində təsis edilmiş, 17 iyul 1992-ci il tarixində Ədliyyə Nazirliyindən ilk rəsmi qeydiyyatdan keçmiş partiya. Partiya müstəqil Azərbaycan tarixində rəsmi olaraq dövlət qeydiyyatından keçmiş və rəsmi olaraq təsis edilmiş ilk siyasi partiya olmuşdur.

Azərbaycan Milli İstiqlal Partiyası Azərbaycan Xalq Cəbhəsinin sabiq üzvləri tərəfindən təsis olunmuşdur. Partiya I çağırış Azərbaycan Respublikasının Milli Məclisində əvvəlcə 3 millət vəkili — Etibar Məmmədov, Nazim İmanov, Şadman Hüseyn, daha sonra transfer üsulu ilə daha 3 millət vəkili — Novruz Quliyev, Cəbrayıl ƏhmədovGülnarə Qurbanova ilə təmsil olunmuşdur.

Azərbaycan Milli İstiqlal Partiyası II çağırış Azərbaycan Respublikasının Milli Məclisində əvvəlcə 1 millət vəkili — Rifət Ağalarov, daha sonra isə daha 1 millət vəkili — Hidayət Qulamov ilə təmsil olunsa da, partiyanın parlamentdə iştirakdan imtina qərarına riayət etmədikləri üçün hər iki millət vəkili partiya sıralarından uzaqlaşdırılmışdır.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


Saytda 98 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024