Vikipediya:Həftənin yaxşı məqaləsi/mart 2017 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin yaxşı məqaləsi/mart 2017 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin yaxşı məqaləsi/mart 2017

Həftənin yaxşı məqaləsi arxivi
2015: İyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2016: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2017: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2018: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2019: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2020: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2021: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2022: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2023: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2024: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


Keşi təmizlə

10. Həftə
Cowboy BebopYaponiyada film Cowboy Bebop: Knockin' on Heaven's Door adlanır (yap. カウボーイビバップ 天国の扉, lit. Kovboy Bebop: Cənnət qapısının döyülməsi) — 2001-ci ildə çəkilmiş speys vestern bədii anime filmidir. Film Hacime Yatate tərəfindən çəkilmiş və 1998-ci ildə Cowboy Bebop anime seriyasının əsasında qurulmuşdur. Orijinal seriyanın müxtəlif həyəti, rejisor Shiniçiro Vatanabe, yazıçı Keiko Nobumoto, xarakter dizaynerı Toşihiro Kavamoto, animasiya direktoru Hiroşi Osaka, və bəstəkar Yoko Kanno daxil olmaqla, filmin üzərində işləmişdir. Filmi orijinal yapon və ingiliscə səsləndirən heyət də rollarını davam etmişdir.

Film orijinal seriyanın 22-ci və 23-cü seriyası arasında qurulmuşdur. Filmin süjeti, Marsda insan əhalisini məhv etməyi planlaşdıran və naməlum patogendən istifadə edən sirli terrorist üzərində mərkəzlənir. Bebop kosmik gəmisində kəllə ovçu heyəti, terrorist tutmaq üçün işləyir və baş verə bilən hücumdan əvvəl, patogenin mənbəyini tapırlar. (Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


11. Həftə
Dərvişməhəmməd xanŞəki hökmdarı (1524-1551). Atası Həsən sultanın Gürcü çarı ilə döyüşdə həlak olmasından sonra Şəki əhalisi onu "hökumət taxtına əyləşdir"mişdi. Dərvişməhəmməd xan 1538-ci ildə Buğurt qalasını mühasirəyə almış qızılbaşlara gecə basqınları etsə də, az sonra onlarla münasibətləri yaxşılaşdıra bilmiş və hətta I Şah Təhmasibin bacısı ilə evlənmışdi. 1549-cu ildən etibarən isə Dərvişməhəmməd xan ilə Səfəvilər dövləti arasında münasibətlər yenidən pisləşməyə başladı.

Belə ki həmin ildə Şah Təhmasib Şəkiyə cəza dəstəsi göndərərmiş və bu ölkəni qarət etdirmişdi. 2 il sonra, 1551-ci ildə isə Şah Təhmasib özü böyük bir ordu ilə Şəki hökmdarlığının ərazisinə daxil oldu. Şəki ordusu ilə ilk toqquşmada qızılbaşlar qalib gəldilər və Şəkinin ən məşhur sərkərdələrindən birini əsir götürdülər. Daha sonra isə onlar Şəki hökmdarlığının üç əsas istehkamını eyni vaxtda mühasirəyə aldılar. (Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


12. Həftə
Amerikan qorxu hekayəsi: Qatil evFX telekanalında yayımlanan "Amerikan qorxu hekayəsi” serialının 5 oktyabr 2011-ci ildən 21 dekabr 2011-ci ilə kimi efirdə olmuş birinci mövsümüdür. “20th Century Fox Television” tərəfindən istehsal edilmiş mövsümün icraçı prodüsseri Dante Di Loreto, yaradıcıları isə Bred Falçuk və Rayan Mörfi olmuşdur.

Birinci mövsümdə baş verən hadisələrin mərkəzində Ben, Vivyen və onların qızı Vayaletdən təşkil olunmuş Harmonlar ailəsi durur. Vivyenin uşaq düşürməsi və Benin ailəsinə xəyanət etməsindən sonra, Harmonlar yeni həyata başlamaq üçün Bostondan Los-Ancelesə keçir və Viktorian dövrünə aid malikanədə məskunlaşırlar.

Serialın birinci mövsümü televiziya tənqidçiləri və fanatlar tərəfindən müsbət qarşılanmışdır. Serialın aktyor heyəti, xüsusi Cessika LancFrensis Konroyun oyunu yüksək qiymətləndirilmişdir. Serial FX kabel televiziyası üçün sabit yüksək reytinq gətirməklə, birinci mövsümdə ən böyük kabel serialı olmuşdur. Ən Yaxşı Teleserial – Drama nominasiyasında Qızıl Qlobus Mükafatı da daxil olmaqla bir çox mükafatlara namizəd göstərilmiş birinci mövsümEmmi mükafatı da daxil olmaqla on yeddi mükafata layiq görülmüşdür. Bunlardan əlavə serialda yaratdığı obraza görə Cessika Lanc İkinci dərəcəli rolda Ən yaxşı aktrisa nominasiyasında Qızıl Qlobus Mükafatı, Heyrətamiz qadın performansına görə Ekran Aktyorları Gildiyasının mükafatı, Miniserial və ya Filmdə İkinci dərəcəli qadın roluna görə Emmi mükafatına layiq görülmüşdür.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


13. Həftə
İlisuAzərbaycan Respublikasının Qax rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Kənd bir yaşayış məskəni kimi XIII əsrdə yaranmışdır. Ərazidə ilk məskunlaşanlar İlisudan 3 km-lik bir məsafədə vaxtilə mövcud olmuş indi isə Kəndtala (Orta Könə) adlandırılan ərazidə yaşayan insanlar olmuşlar. Daha sonra həm yerli azərbaycanlılarınDağıstanın Saxur rayonundan köçüb gəlmiş saxurların yerləşməsi nəticəsində formalaşmışdır. Yaşayış məntəqəsi buradakı İlisu bulaqlarının adı ilə adlandırılmışdır. Toponim qıpçaq sözü olan ili (isti) və su sözlərindən düzəlib, "isti su" deməkdir. Türk dillərində "ilisu" həm də "yel suyu" mənasındadır.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


Saytda 126 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024