Vikipediya:Həftənin yaxşı məqaləsi/mart 2018 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin yaxşı məqaləsi/mart 2018 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin yaxşı məqaləsi/mart 2018

Həftənin yaxşı məqaləsi arxivi
2015: İyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2016: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2017: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2018: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2019: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2020: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2021: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2022: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2023: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2024: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


Keşi təmizlə

10. Həftə
Psycho-PassSaiko Pasu (サイコパス?, azərb. Psixopasport‎)Production I.G studiyası tərəfindən istehsal olunmuş kiberpank və cinayət trilleri anime serialı. Rejissorları Naoyoşi Şiotani və Katsuyuki Motohiro, ssenaristi Qen Urobuçi, personaj dizayneri Akira Amano, bəstəkarı Yuqo Kannodur. Personajları səsləndirən orijinal heyətə Kana Hanazava (Akane Tsunemori), Tomokazu Seki (Şinya Koqami) və Takahiro Sakuray (Şoqo Makişima) daxildirlər. Anime serialı 12 oktyabr 2012-ci ildən 22 mart 2013-cü ilə kimi Fuji TV telekanalının NoitaminA veriliş blokunda yayımlanmışdır.

Anime serialında hadisələr avtoritar antiutopik gələcəkdə baş verir. Bu dünyada hər yerdə mövcud olan ictimai sensorlar fasiləsiz olaraq hər keçən vətəndaşın zehni vəziyyətini analiz edir. Hazırkı zehni vəziyyətinə və ümumi şəxsiyyətinə əsaslanaraq cinayət törətmə potensialına malik vətəndaşlar müəyyənləşdirilir. Bu göstəricilərə vətəndaşın psixopasportu deyilir. Göstəricilərin qiyməti həddən çox yüksək qeydə alınanda məsul şəxslər bundan xəbərdar olurlar və İctimai Təhlükəsizlik Bürosunun rəsmiləri dərhal hadisə yerinə göndərilirlər. Rəsmilər "Hökmdarlar" adlandırılan və qarşısındakı şəxsin psixopasportuna əsaslanaraq gücünü tənzimləyən enerji tapançaları daşıyırlar. Hekayə Şinya Koqami, Akane Tsunemori və İctimai Təhlükəsizlik Bürosunun Cinayət Tədqiqat Diviziyasının bir nömrəli birliyinin digər üzvlərinin başına gələn hadisələrdən bəhs edir.

"Psycho-Pass" animesi Production I.G studiyasının Mamoru Oşiinin uğurlarının davamını gətirmək marağından doğmuşdur. Anime serialı bir neçə filmdən ilhamlanmışdır. Baş rejissor Katsuyuki Motohiro antiutopik hekayədən istifadə edərək cəmiyyətin gəncliyindəki psixoloji mövzulara toxunmaq istəmişdir. "Psycho-Pass" bir çox kitab və filmdən təsirlənmişdir. Bunlardan ən önəmlisi 1982-ci ildə istehsalı "Ülgücün üzəri ilə qaçan" elmi fantastika filmidir.


(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


11. Həftə
Semyuel Bekket — fransız əsilli irlandiyalı yazıçı, dramaturq, tənqidçi və şair. Ejen İonesko ilə birgə Absurd Teatrın yaradıcılarından biri. 1969-cu ildə nəsr və poeziya janrlarında müasir insanın faciəsinin onun zəfərinə çevrilməsini novatorcasına əks etdirən əsərlərinə görə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən Bekket, həm də Sənət İnsanları Cəmiyyətində Müdrik seçilmişdir.

Semyuel Barkli Bekket XX əsr eksperimental ədəbiyyatın aparıcı müəlliflərindən biridir. O, Ceyms Coysun davamçısı olduğu üçün "son modernistlərdən", daha sonra bir çox yazıçıya təsir göstərmiş olduğu üçün də "ilk postmodernistlərdən" biri kimi qiymətləndirilir. Bekket, həmçinin Martin Esslinin Absurd Teatr olaraq adlandırdığı cərəyanın ən vacib yazıçısı sayılır. Əsərlərinin çoxunu fransızca ya da ingiliscə yazıb, digər dilə özü tərcümə etmişdir. Ən tanınmış əsəri "Qodonu gözlərkən" olmuşdur. Bekketin əsərləri sadə və əsasən minimalistdir. Bəzi şərhlərə görə, müasir insanın vəziyyəti haqqında pessimist, hətta nihilist əsərlər yazmışdır. Getdikcə daha qısa və əsaslı əsərlər yazan Bekket bu pessimizmi qara yumor yolu ilə izah edir.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


12. Həftə
Şirvanşahlar sarayıŞirvanşahlar dövləti hökmdarlarının Bakı şəhərində yerləşən köhnə iqamətgahı. Kompleksə saraydan başqa Divanxana, Şirvanşahlar türbəsi, Şah məscidi, Saray hamamı, ovdan, saray alimi Seyid Yəhya Bakuvinin türbəsiKeyqubad məscidinin qalıqları daxildir.

Saray kompleksi XIII əsrdən XVI əsrə qədər müddət ərzində tikilib. Saray daxil olmaqla bəzi binalar XV əsrin əvvəllərində, Şirvanşah I Xəlilullahın hakimiyyəti dövründə tikilib. Osmanlı imperiyası Bakını ələ keçirəndə saray ərazisində onu şərqdən əhatə edən saray divarı ilə Murad darvazası tikilib. Saray XIX əsrdən bəri bir neçə dəfə təmir və restavrasiya edilib.

Əsas tikililərin müxtəlif vaxtlarda tikilməsinə baxmayaraq saray kompleksi ümumi bədii təəssürat yaradır. Kompleksin memarları Şirvan-Abşeron memarlıq məktəbinin qədim ənənələrinə əsaslanırdılar. Dəqiq kubik formalı və çoxüzlü memarlıq abidələri yaradaraq onlar divarları zəngin oyma naxışlarla bəzəyirdilər və bu sübut edir ki, sarayı tikənlər bənnalıq sənətini yüksək səviyyədə bilirdilər. Hər memar ənənə və bədii zövq sayəsində öz sələfinin memarlıqla bağlı ideyasını mənimsəmiş, yaradıcı surətdə onu inkişaf etdirmiş və zənginləşdirmişdir.

Müxtəlif dövrlərdə həyata keçirilən tikintilər həm ölçülərin vəhdəti, həm də əsas memarlıq formaları olan kubik şəkilli binalar, günbəzlərportalların ahəngi və mütənasibliyi ilə əlaqələndirilmişdir.

(Davamı...)



baxmüzakirə etredaktə ettarixçə


13. Həftə
Nefertitinin büstü — Misir fironu Exnatonun həyat yoldaşı Nefertitinin əhəngdaşı və stukkodan hazırlanmış büstüdür. Büstün e.ə. 1345-ci ildə heykəltəraş Tutmos tərəfindən yaradıldığı düşünülür. Beləki, büst Misirdə, Amarna şəhərində yerləşən Tutmosun atelyesindən tapılmışdır. Qədim Misirin ən çox surəti çıxarılmış əsərlərindən biridir. Əsərin tapılması ilə Nefertiti antik dünyanın ən tanınmış qadınların biri kimi qəbul edildi və qadın gözəlliyinin simvoluna çevrildi.

Büst Ludviq Borxardtın rəhbərlik etdiyi alman arxeoloji qrupu tərəfindən 1912-ci ildə Tutmosun atelyesində aşkar olundu. Tapıldıqdan sonra büst, bir bankın zirzəmisində, Merkers-Kizelbax duz mədənində, Dahlem muzeyində, Şarlottenburqdakı Misir muzeyində və Qədim Muzeydə saxlanıldı. Hazırda İkinci Dünya müharibəsindən əvvəl sərgiləndiyi Berlinin Yeni Muzeyində sərgilənir.

Nefertitinin büstü Qədim Misirdən başqa Berlinin də mədəniyyət simvoluna çevrildi. Nefertitinin özü də bir simvola çevrildi. Nefertiti həm gözəlliyi, həm də bacarıqlı olması ilə tanınır. Büstün Misirə gedir qaytarılması məsələsində Almaniya ilə Misir arasında problemlər yaşandı. Nefertitinin Bədəni adlı incəsənət sərgisində büstün originallığı ilə bağlı bəzi şübhələr yarandı. Bəzi önəmli testlər və büst üzərində analizlər aparıldıqdan sonra büstün original olduğu bildirildi.


(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


Saytda 119 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023