Vikipediya:Həftənin yaxşı məqaləsi/mart 2019 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin yaxşı məqaləsi/mart 2019 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin yaxşı məqaləsi/mart 2019

Həftənin yaxşı məqaləsi arxivi
2015: İyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2016: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2017: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2018: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2019: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2020: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2021: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2022: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2023: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2024: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


Keşi təmizlə

10. Həftə
Odsonn EduardFransa futbolçusu, Şotlandiya futbol klubu olan "Seltik" klubunun hücumçusu.

Eduard Bobini klubunun akademiyası vasitəsilə inkişaf etmişdir. O, 2011-ci ilin iyul ayında "Pari Sen-Jermen" klubu ilə müqavilə imzalamış, 2016-17 mövsümündə isə Liqa 1 təmsilçilərindən olan "Tuluza" klubuna icarəyə verilmişdir. Növbəti mövsümü "Seltik" klubuna icarə əsasında keçirmiş və klub ilə yerli treblı qazanmışdır.

Eduard Fransa millisinin müxtəlif yaş qruplarında çıxış etmişdir. O, 2015 UEFA Avropa U-17 Çempionatında millisinin əsas aparıcı oyunçusu olmuş və Ən yaxşı oyunçuQızıl ayaqqabı mükafatlarının sahib çıxmışdır. (Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


11. Həftə
Şərəf abidəsiTürkiyənin Samsun şəhərininin İlkadım ilçəsindəki "Atatürk parkı"nda yerləşən və şəhərin simvolu olan abidə. Mustafa Kamalın Samsuna gəldiyi hissəyə inşa edilən abidə İstiqlaliyyət müharibəsinin başlanğıcı sayılan bu hadisənin simvoludur.

Abidənin heykəli Samsun qubernatoru Kazım paşa tərəfindən Samsun əhalisi adına Avstriya heykəltəraşı Heinriç Krippelə 1927-ci ildə sifariş edilmiş, həmin il 19 may tarixində qaydalara uyğun olaraq rəsmi təməlatma mərasimi keçirilmiş, 1928-ci ildə Vyana şəhərində başlayan heykəlin istehsal müddəti 1931-ci ildə sona çatdırılmış və heykəl 29 oktyabr 1931-ci il tarixində inşa edilmişdir. 15 yanvar 1932-ci il tarixində abidənin rəsmi açılış mərasimi keçirilərək respublika tarixinin on üçüncü abidəsi, Heinriç Krippelin isə Türkiyədəki inşa etdiyi dördüncü abidə olmuşdur.

Tuncdan hazırlanmış heykəlin hündürlüyü – 4.75 metr (15.6 ft). Daş blok ayaqlığın hündürlüyü – 4.10 metr (13.5 ft). Bütün heykəlin ümumi hündürlüyü – 8.85 metr (29.0 ft). Heykəl üçün memar 37.000 ABŞ dollarına razılaşmış, lakin heykəltəraş Heinriç Krippelə 5.500 ABŞ dolları əlavə olaraq ödəniş edilmişdir. (Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


12. Həftə
Danların əməlləri — həmçinin "Saksonun Danimarka tarixi" (dan. Saxos Danmarkshistorie) və ya "Saksonun Danimarka salnaməsi" (dan. Saxos Danmarks Krønike) — XII əsr Danimarka tarixşünası Sakson Qrammatikin yazdığı yarı-əfsanəvi salnamə. Əsər Danimarkanın Sorö qəsəbəsindəki bir monastırda yazılmışdır. "Danların əməlləri" Sakson Qrammatikin müəllifi olduğu ən məşhur əsəridir. Salnamə Danimarka tarixinin ən əhəmiyyətli mənbəyi hesab edilir və millətin identikliyinin formalaşmasında böyük rolu olmuşdur. Əsər həmçinin EstoniyaLatviya tarixindən bəhs edən ən qədim sənəddir.

Əsər Danimarka dini xadimi Lund yepiskopu Absalomun sifarişi ilə latın dilində yazılmış on altı kitabdan ibarətdir. "Danların əməlləri" əfsanəvi Kral Danın həyatından başlayaraq 1185-ci ilə qədər Danimarka tarixini, bir qədər də Skandinaviya tarixini təsvir edir. Salnamənin barəsində məlumat verdiyi son mövzu danların indiki Almaniyanın şimalında, Şlezviq-Holşteyn vilayətində yaşayan slavyan xalqı olan vendləri məğlub etməsidir. Əlavə olaraq, salnamə Avropanın orta əsr tarixi barədə skandinav perspektivdən məlumat verir. Əsərin əsas məqsədi mənəvi cəhətdən konstruktiv olmaq və Danimarkanın tarixini şərəfləndirməkdir. Salnamənin ədəbi əhəmiyyəti tarixi əhəmiyyətindən daha yüksəkdir.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


13. Həftə
İblis — (az-əbcəd. ابلیس‎), bəzən "Şeytan", "Satana" və ya "Cin" adlanır — 1918-ci ildə Azərbaycan şairi və dramaturq Hüseyn Cavid tərəfindən yazılmış dörd aktlı faciə, poetik pyes (şeirli drama). Pyesin Birinci Dünya müharibəsi illərində yazıya alınması, Hüseyn Cavidin burada bir filosof və humanist insan kimi düşüncələrinin açılması, ədalətsiz müharibələrə, müharibə qızışdırıcılarına nifrət hissləri oyatması ideyalarını əks etdirir.

Faciə ilk dəfə 1920-ci ildə Abbas Mirzə Şərifzadə tərəfindən səhnəyə qoyulmuşdur. 1920-ci illərin əvvəllərində pyesa əhəmiyyətli müvəffəqiyyət qazanmışdır. "İblis" səhnələşdirilən ilk Azərbaycan poetik dramdır. Drama yalnız mürəkkəb fəlsəfi məzmunu ilə deyil, həm də romantik üslubu ilə diqqətə layiqdir. "İblis" Hüseyn Cavidin ilk səhnəyə qoyulan əsəridir.

Pyesa ilk dəfə 1924-cü ildə nəşr olunmuşdur. Daha sonra əsər 1927, 1959, 1969, 1982, 20012005-ci illərdə nəşr olunmuşdur. 1931-ci ilin Kiçik Sovet Ensiklopediyasında əsər poema adlandırılmışdır. Əsər Hüseyn Cavidin ən yaxşı dramlarından sayılır.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


Saytda 66 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024