Vikipediya:Həftənin yaxşı məqaləsi/may 2023 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin yaxşı məqaləsi/may 2023 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin yaxşı məqaləsi/may 2023

Həftənin yaxşı məqaləsi arxivi
2015: İyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2016: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2017: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2018: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2019: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2020: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2021: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2022: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2023: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2024: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


Keşi təmizlə

18. Həftə
Marvel vs. Capcom: Clash of Super Heroes — "Capcom" tərəfindən hazırlanan və nəşr olunan krossover faytinq video oyunu. "Marvel vs. Capcom" video oyun seriyasındakı 3-cü əsas epizoddur və 1997-ci ildə satışa çıxarılan "Marvel Super Heroes vs. Street Fighter" video oyununun davamıdır. Video oyun ilk dəfə 1998-ci ildə arkada oyunu kimi buraxılmışdır.

Video oyun daha sonra 1999-cu ildə Dreamcast, 2000-ci ildə isə PlayStation üçün satışa çıxarılmışdır. Oyun "Marvel vs. Capcom Origins" kompilyasiyasının bir parçası olaraq 2012-ci ildə PlayStation 3Xbox 360 platformaları üçün yenidən buraxılmışdır. "Marvel vs. Capcom: Clash of Super Heroes" video oyununun geympleyi və estetikası "Marvel Super Heroes vs. Street Fighter" video oyununa çox oxşayır.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


19. Həftə
Qaraçaylıların deportasiyası — "Qağayı əməliyyatı" adı ilə tanınan və Şimali Qafqazdan qaraçaylıların Sovet hökuməti tərəfindən güc tətbiq etməklə bütünlüklə Orta Asiyaya köçürülməsini nəzərdə tutulur. Deportasiya II Dünya müharibəsi zamanı, 1943-cü ilin noyabr ayında baş vermişdir. Deportasiya Sovet dövlətinin rəhbəri İosif Stalin tərəfindən təstiqləndikdən sonra NKVD-nin rəhbəri Lavrenti Beriyanın əmri ilə həyata keçirilmişdir.

Təxminən 70.000 Qafqaz qaraçaylısı öz doğma torpaqlarından deportasiya edilmişdir. Bu cinayət 1930-1950-ci illəri əhatə edən, Sovet dövlətinin milyonlarla qeyri-rus əhaliyə təsir edən siyasətinin bir parçası olmuşdur. Proses zamanı milyonlarla insan məcburi köçürülmələrə və başqa yerdə məskunlaşdırmaya məruz qalmışdır.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


20. Həftə
II ƏbdülməcidOsmanlı sülaləsinin sürgündəki 2-ci rəisi, sülalənin 29-cu, Türkiyə Böyük Millət Məclisinin yeganə, İslamın 116-cı və son xəlifəsi (1922–1924); Osmanlı imperiyası tarixində sultan titulunu daşımayan yeganə xəlifə.

Sultan Əbdüləzizin dördüncü oğlu olan Əbdülməcid Əfəndinin Osmanlı taxt-tacına sahib olmaq üçün demək olar ki, şansı yox idi: 1876-cı ildə V Murad devrildikdən sonra o, varislik iyerarxiyasında yalnız səkkizinci yeri tutmuşdu. 1912-ci ildə müstəqil Alban dövlətinin qurulmasına ümid bəsləyən albanlar Əbdülməcidə yeni dövlətin başçısı olmağı təklif etdilər.

Albanlar bilirdilər ki, Əbdülməcid bütün şahzadələr arasında tərbiyəsi və təhsili yüksək olan, ən çox qərbləşən və avropalaşan şahzadə idi, lakin buna baxmayaraq, İtaliya albanların bu fikrinə qarşı çıxdı. Türkiyə Böyük Millət Məclisi 1922-ci il noyabrın 1-də Ankarada Osmanlı imperiyasının ləğv edilməsi haqqında qərar qəbul etdi. Noyabrın 18-də və ya 19-da TBMM Əbdülməcidi keçirilən xəlifəlik seçkisinin nəticəsi olaraq hökumətin xəlifəsi seçdi.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


21. Həftə
Nataliya Sinişin — 2005–2014-cü illərdə Ukraynanı, 2014–2017-ci illərdə isə Azərbaycanı təmsil edən qadın güləşçi. Nataliya Sinişin 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında bürünc medal medala sahib olub.

Nataliya Sinişin həmçinin 2006-cı ildə Çində, 2007-ci ildə isə Azərbaycanda baş tutan Dünya Çempionatlarının bürünc medallarına sahib olub. Nataliya Sinişin həmçinin üç dəfə — 2009, 2012 və 2016-cı illərdə Avropa Çempionatlarının qalibi olub.

2015-ci ildə Azərbaycanda I Avropa Oyunlarının bürünc medalına sahib olan Natali Sinişin həm də 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının da gümüş medalına sahib olub.

Nataliya Sinişib Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli Sərəncamına əsasən "Tərəqqi" medalı ilə, 22 avqust 2016-cı il tarixli Sərəncamına əsasən isə Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edilib.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


22. Həftə
Qafqaz Albaniyasının incəsənətiQədim Şərqin tarixi və regional incəsənəti olmaqla Azərbaycan incəsənətinin ən qədim mərhələlərindən birini təşkil edir.

Arxeoloji materialların öyrənilməsi, tədqiqatçılara Qafqaz Albaniyası incəsənətinin inkişaf mərhələləri haqqında fikir söyləməyə imkan vermişdir. Orta əsrlər alban incəsənəti qədim dövrdə Qafqaz Albaniyası sənətkarlarının yaratdıqları özüllər üzərində inkişaf etmişdi. Qafqaz Albaniyası incəsənəti erkən dövrdə təbiəti və xarakteri baxımından dini ideyalara əsaslansa da, birinci əsrdən yeni dövrün başlanması ilə dinin təsiri bir qədər zəifləyir və feodalizmin mənşəyi və inkişafı ilə bağlı yenilikçi ideyalar yayılır. Yüksək səviyyədə mənimsənilmiş humanist ideyaların istiqamət verdiyi ikinci mərhələ dini və məzhəbi tendensiyaların üstünlük təşkil etdiyi əvvəlki mərhələnin özülləri üzərində inkişaf etməkdə idi.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


Saytda 132 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024