Vikipediya:Həftənin yaxşı məqaləsi/noyabr 2020 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin yaxşı məqaləsi/noyabr 2020 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin yaxşı məqaləsi/noyabr 2020

Həftənin yaxşı məqaləsi arxivi
2015: İyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2016: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2017: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2018: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2019: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2020: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2021: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2022: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2023: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2024: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


Keşi təmizlə

45. Həftə
Ərəblərin Anadoluya yürüşü (782)Abbasilər xilafətinin Bizans imperiyasına qarşı həyata keçirdiyi ən böyükhəcmli yürüşlərdən biri. Bu yürüş Bizansın hərbi uğurlarına bir cavab olaraq, Abbasi ordusunun hərbi gücünü nümayiş etdirmək üçün həyata keçirilmişdir. Abbasilər xilafətinin şərti vəliəhdi, gələcək xəlifə Harun ər-Rəşidin öndərliyindəki Abbasi ordusu Bizansın paytaxtı olan Konstantinopol (indiki İstanbul) şəhərindən Bosforun digər sahilindəki Krisopol (indiki Üskudar) şəhərinə qədər çatmışdır. Eyni zamanda, ikinci dərəcəli qüvvələr isə Anadolunun qərb hissələrinə basqınlar təşkil etmiş, oradakı Bizans qoşunlarını darmadağın etmişdir. Ər-Harun Konstantinopol şəhərini mühasirə almaq istəmədiyindən və bunun üçün yetərli dəniz gücünə malik olmadığından ordusunu geri çəkmişdir.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


46. Həftə
Meril Devis — (ing. Meryl Davis; 1 yanvar 1987, Royal-Ou, Miçiqan ştatı, ABŞ) — Birləşmiş Ştatları təmsil edən fiqurçu. Meril Devis, Çarli Uayt ilə birgə 2002-ci ildən 2014-cü ilə qədər beynəlxalq yarışlarda mübarizə aparıb. Meril Devis və Çarli Uayt cütlüyü, 2010-cu ildə Kanadada baş tutan XXI Qış Olimpiya Oyunlarında gümüş medala, 2014-cü ildə Rusiya Federasiyasının Soçi şəhərinin ev sahibliyində baş tutan XXII Qış Olimpiya Oyunlarında isə qızıl və bürünc medalın sahib olub.

Meril Devis və Çarli Uayt cütlüyü, həmdə 2010 və 2012-ci illərdə baş tutan Dünya Çempionatlarının gümüş medalına, 2011 və 2013-cü illərdə baş tutan çempionatların isə qızıl medalına sahib olub, beş dəfə (2009—2010, 2010—2011, 2011—2012, 2012—2013 və 2013—2014) ISU Qran-Pri Finalında qızıl medala, 2006-cı ildə gənclər arasında Dünya Çempionatında bürünc medala, habelə altı dəfə (2009, 2010, 2011, 2012, 2013 və 2014-cü illərdə) isə ABŞ Çempionatının qızıl medalına sahib olub.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


47. Həftə
Salman Mümtaz — azərbaycanlı şair, ədəbiyyatşünas, mətnşünas və biblioqraf, orta əsr əlyazmalarının kolleksiyaçısı, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialı Dil və Ədəbiyyat İnstitutu ədəbiyyat sektorunun 1-ci kateqoriyasında tədqiqat işçisi, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri (1929-1932).

Salman Mümtaz Aşqabadda təhsil alıb. 1910-cu ildən "Molla Nəsrəddin" və digər jurnallarda şeirlər və felyetonları ilə dini fanatizm və xürafata qarşı çıxış etmişdir. O, doğma Azərbaycan dili ilə yanaşı fars, ərəb, rus, türkurdu dillərini mənimsəmişdi. Salman Mümtaz İmadəddin Nəsimi, Qövsi Təbrizi, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Mirzə Şəfi Vazeh və digər Azərbaycan klassiklərinin əsərlərini nəşrə hazırlamışdı. 1927-1928-ci illərdə Azərbaycan aşıq poeziyasının nümunələrini iki cilddə nəşr etdirmişdi. O, həmçinin Xətai, Füzuli və digərlərinin elmi-tənqidi mətnlərini tərtib etmişdi.

Stalin repressiyasının qurbanı olan Mümtaz, 1937-ci ilin oktyabr ayınında həbs olunub və 10 il müddətinə azadlıqdan məhrum edilib. O, həbsdə olarkən 1941-ci ilin sentyabr ayında Oryol şəhərində güllələnib. Onun tərəfindən toplanmış 270 əlyazma həbs zamanı məhv edilmişdir. Salman Mümtaza 1956-cı il noyabr ayının 17-də SSRİ Ali Məhkəməsi tərəfindən ölümündən sonra bəraət verilib.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


48. Həftə
Qəsr əl-Bahili uğrunda döyüş — Qəsr əl-Bahili qalasında Əməvilər xilafəti ilə Türgiş xaqanlığı arasında baş vermiş döyüş. Döyüş nəticəsində türk qoşunları Xorasan vilayətinin Əməvi valisi tərəfindən göndərilən, Müseyib ibn Bişr ər-Riyahi başçılığı altındakı köməkçi qüvvə tərəfindən məğlub edilmiş, qaladakı ərəb qarnizonu isə Səmərqənd şəhərinə göndərilmişdir.

Bu döyüş Türgiş xaqanlığının ərəblərin bir müddət əvvəl zəbt etdiyi və on illərlə bu iki imperiya arasında döyüş meydanına çevrilmiş Mavəraünnəhrə yürüşünün birinci mərhələsi idi.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə



Saytda 82 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023