Vikipediya:Həftənin yaxşı məqaləsi/oktyabr 2015 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin yaxşı məqaləsi/oktyabr 2015 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin yaxşı məqaləsi/oktyabr 2015

Həftənin yaxşı məqaləsi arxivi
2015: İyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2016: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2017: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2018: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2019: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2020: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2021: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2022: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2023: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2024: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


Keşi təmizlə

40. Həftə
Biosenoz — (yun. βίος — "həyat" + κοινός — "ümumi") — müəyyən abiotik mühit məkanında (biotop, ekotop) yaşayan və bir-biri ilə müxtəlif əlaqələrdə olan bütün canlıların məcmusudur. Buraya bütün avtotrof orqanizmlər olan bitkilərheterotrof orqanizmlər olan canlılar (məməlilər, sürünənlər, quşlar, balıqlar, cücülər və s.) aiddirlər. Biotop şəklində yayılmış bütün canlılar – müxtəlif növlər və hər bir növü təşkil edən fərqlər təbii qrupların biosenozlarını əmələ gətirir. İlk dəfə bu termin (alm. Biocönose‎) elmə 1877-ci ildə Alman alimi Karl Avqust Möbius tərəfindən daxil edilmişdir.

"Biosenoz" sözü iki yunan sözünün birləşməsindən əmələ gəlmişdir. Yunanca "Bio" - «həyat» və "Koinos" - «ümumi» deməkdir. Bəzən "Koinos" sözünün mənası "nəyisə ümumi şəkildə etmək" sözü kimi tərcümə olunur. Ümumiyyətlə, "Biosenoz" sözünün mənası isə "Ümumi həyat" deməkdir. Biosenoz - az və ya çox dərəcədə eyni yaşayış mühitinə malik müəyyən ərazidə yaşayan canlıların məcmusudur. Bu məcmuya müxtəlif bitki, heyvan və mikroorqanizmlər daxildir. Biosenoz cansız təbiət amilləri ilə qırılmaz bağlı olub, birlikdə möhkəm sistem əmələ gətirir ki, burada onların komponentləri arasında maddələr dövranı gedir. (Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


41. Həftə
Call of Duty 4: Modern Warfare — (azərb. Borcun çağırışı 4: Müasir Müharibə‎) — "Infinity Ward" studiyası tərəfindən yaradılmış və birinci şəxs-atıcı janrında olan multiplatformalı video oyun. Call of Duty adlı oyunlar seriyasından 4-cü. Oyunun süjeti digər Call of Duty-lərdən fərqlidir. Belə-ki Call of Duty 4 İkinci dünya müharibəsindən yox 2011-ci ildə baş verən hadisələrdən gedir. Oyunçu ABŞ əsgərləri və Böyük Britaniya xüsüsi təyinatlıları ilə oynayır. Oyunun süjeti Rusiya, Ukrayna, AzərbaycanYaxın Şərqdə baş verir. İlk 24 saat satış zamanı oyunun 600.000 nüsxəsi satılıb. Bütün dünyada 10 milyondan çox surəti hazırlanmış, oyun isə öz vaxtının ən satılan oyununa çevrilmişdir. Daha sonra bu titulu Call of Duty 4-ün varisləri Call of Duty: Modern Warfare 2Call of Duty: Black Ops qazandı.

Rusiya millətçisi İmran Zaxayev Rusiyada hakimiyyəti ələ keçirmək və Rusiyanın ərazilərini böyütmək istəyindədir. Zaxayev ABŞ-ın onun istəyinin reallaşmasına imkan verməyəcəyinə düşünərək Yaxın Şərqdə hərbi çevriliş təşkil edir. Zaxayevin fikrincə ABŞ ordusu Yaxın Şərqdə müttəfiqi Xalid-Əl-Əsəd tərəfindən edilmiş hərbi çevrilişə başı qarışan zaman Rusiyada hakimiyyəti ələ keçirəcək. Oyunda SAS döyüşçüsü serjant Soup Maktavişin, SAS kapitanı Kapitan Praysın və ABŞ dəniz piyadası Pol Ceksonun başına gələn hadisələrdn danışılır. (Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


42. Həftə
Qan dövranı — orqanizmdə qanın hərəkətidir. Ürəyin yığılması ilə qan ürəkdən damarlara qovulmağa başlayır. Qan dövranında oksigenlə zəngin arterial qan sol mədəcikdən aorta və arterialar vasitəsilə bədən üzvlərinə daşınaraq, kapilyarlar vasitəsilə toxumalara daxil olur, buradan da toxumalarda toplanan karbon qazı ilə zənginləşmiş venoz qan toplayıcı venalarla aşağıyuxarı boş venalara keçərək ürəyin sağ qulaqcığına daxil olmuş olur. Qan dövranı "kiçik qan dövranı" və "böyük qan dövranı" olmaqla iki yerə ayrılır. Ürəyin sağ kameralarına gələn tünd qırmızı rəngli qan oksigensizdir. Həmin qan bu dəfə sağ mədəcikdən ağciyərlərə qovularaq, alveolalardakı kapilyar tordan keçərək oksigenlə zənginləşdikdən sonra yığıcı ağciyər venaları vasitəsilə ürəyin sol şöbəsinə dönür, beləcə, qan yenidən alqırmızı rəngini almış olur. Ürəyin sağ şöbəsindən başlayaraq ağciyərlərdən keçməklə sol şöbədə bitən qan dövranı "kiçik qan dövranı" adlanır.

Al-qırmızı, yəni oksigenlə zənginləşmiş arterial qan, ürəyin sol şöbəsinə gəldikdən sonra, böyük bir təzyiqlə aortaya və periferik arteriyalara qovulur. Getdikcə nazikləşən bu qan damarları, sonda kapilyar damarlara keçir. Beləliklə, oksigen hüceyrələrə nəql edilmiş olunur. Bu mərhələdə qan yenidən oksigenini itirib, al-qırmızıdan tünd qırmızıya çevrilir. Hüceyrələrdə gedən maddələr mübadiləsindən hasil olan karbon qazı kapilyar torunda qana yüklənərək, yığıcı venalarla toplanaraq, eyni şəkildə kiçikdən böyüyə doğru ötürülür. Sonra ürəyin sağ qulaqcığına və mədəciyinə çatır, oradan da karbon qazından təmizlənmək və oksigenlə zənginləşmək üçün ağciyər arteriyası vasitəsilə ağciyərlərə qovulur. Beləliklə, qan insan bədənində sirkulyasiya, daha doğrusu hərəkət edir. Ürəyin sol şöbəsindən başlayaraq üzv və toxumalardan keçməklə sağ şöbədə bitən qan dövranı "böyük qan dövranı" adlanır. (Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


43. Həftə
Harri Potter və Fəlsəfə DaşıCoan Roulinq tərəfindən yazılmış Harri Potter romanlar seriyasından olan ilk romandır. Romanda gənc Harrinin sehrkar olmasını öyrənməsi, Sehrkarlıq və Sehr Məktəbi Hoqvartsda dostlar tapması və ilk ildəcə düşmənlərlə qarşılaşmasından bəhs edilir. Dostlarının köməyi ilə Harri, onun valideynlərini öldürmüş, lakin zəifləmiş Lord Voldemortun geri qayıtmaq planının qarşısını alır.

Roluinqin debüt kitabı olan bu roman ilk dəfə 26 iyun 1997-ci ildə “Bloomsbury” nəşriyyatı tərəfindən Londonda nəşr edilmişdir. 1998-ci ildə “Scholastic Corporation” nəşriyyatı “Harri Potter və Sehrbaz Daşı” (Harry Potter and the Sorcerer's Stone) adı ilə romanın ABŞ versiyasını nəşr etdi. Kitab BKABŞ-da bir çox mükafatlara layiq görülmüşdür. 1999-cu ilin avqustunda kitab “The New York Times”ın ən çox satılan fentezi romanları siyahısında birinci yerə yüksəlmiş, 1999-2000-ci illər ərzində bu mövqeyə yaxın yerlərdə qərarlaşmışdır. Dünyanın müxtəlif dillərinə tərcümə olunmuş roman 2011-ci ildə “Qanun” nəşriyyatı tərəfindən nəşr edilmişdir. Roman əsasında 2001-ci ildə eyni adlı film çəkilmişdir.

Əksər tənqidçilər Roulinqin zəngin fantaziyası, sadə, düzgün nəql stilini və aydın süjet qurma bacarığını yüksək qiymətləndirsələr də, bəziləri romanın son fəsillərində çox hadisə “sığışdırıldığını” bildirmişlər. “Harri Potter və Fəlsəfə Daşı” əsəri Roulinqin sevimli yazıçısı olan Ceyn Ostinin əsərləri, Harri Potter romanlarından əvvəl uşaq ədəbiyyatının ən məşhur nümunələrini yaratmış Roald Dalın əsərləri və qədim yunan yazıçısı Homerin əsərləri ilə müqayisə edilmişdir. Bəzi tənqidçilər romanı viktorian və edvardian dövrünün məktəb romanları ilə müqayisə edərkən, bəziləri də etik və sosial normaları baxımından romanın müasir ədəbiyyat nümunəsi olduğunu bildirmişlər. (Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


44. Həftə
Rəşad SadıqovAzərbaycanlı futbolçu, Azərbaycan milli futbol komandasının və "Qarabağ" klubunun kapitanıdır. Müdafiəçi mövqeyində oynayır.

2000-2001-ci illərdə Azərbaycanın "Turan Tovuz", 2001-2002, 2003-2005, 2006-2008-ci illərdə "Neftçi", 2009-2010-cu illərdə "Qarabağ", 2002-2003-cü illərdə İranın "Fulad Xuzistan" və 2005-2006-cı illərdə Türkiyənin "Kayserispor", 2008-2009-cu illərdə "Kocaelispor", 2010-2011-ci illərdə Əskişəhərspor klublarının heyətində çıxış edib. 2011-ci ildən Azərbaycanın "Qarabağ" klubunda çıxış edir.

Dörd dəfə Azərbaycanda ilin futbolçusu seçilib. Üç dəfə Azərbaycan Premyer Liqasının, iki dəfə isə Azərbaycan Kubokunun qalibi olub.

2001-ci ildən Azərbaycan milli futbol komandasında çıxış edir. Milli komandada 95 oyun keçirib və 4 qol vurub.

Bir müddət basketbolla da məşğul olub. (Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


Saytda 64 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023