Vikipediya:Həftənin yaxşı məqaləsi/sentyabr 2016 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin yaxşı məqaləsi/sentyabr 2016 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin yaxşı məqaləsi/sentyabr 2016

Həftənin yaxşı məqaləsi arxivi
2015: İyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2016: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2017: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2018: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2019: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2020: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2021: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2022: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2023: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2024: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


Keşi təmizlə

36. Həftə
Dəniz inəyi — insan tərəfindən nəsli kəsilən (1768), Sirenlər dəstəsinə daxil olan məməli növü. Dəniz inəkləri ilk dəfə 1741-ci ildə Vitus Berinqin ekspedisiyası zamanı aşkarlanmışdır. Adı ekspedisiyanın həkimi və bu canlı haqqında ilk ətraflı məlumat verən Georq Stellerin şərəfinə adlandırılmışdır.

Steller inəyi ancaq Komandor adaları sahilində aşkarlanmış və digər ərazilərdə müşahidə edilməmişdir. Bununla belə, bir çox paleontoloqlar onların arealının daha geniş əraziyə malik olduğunu ehtimal edirlər. Ləzzətli ətə sahib olması bu canlıların kütləvi ovuna səbəb olmuşdur. Artıq 1768-ci ildə dəniz inəklərinin nəsli tamamən kəsilmişdir.

Steller inəkləri nəhəng ölçülərə malik olmuşlar. Onlar ölçülərinə görə dəniz məməliləri arasında yalnız balinakimilərdən və ən yaxın qohumu hesab edilən Hidrodamalis Kuestadan (ehtimal ki, bu canlılar 10 metr uzunluğa və 10 ton çəkiyə malik olmuşlar) geri qalırdı.

7-8 metr uzunluğa və beş tondan artıq çəkiyə malik olmuşlar. Az hərəkətli həyat tərzi keçirən canlı olması ehtimal edilir. Bədən quruluşuna və böyük ölçülərinə görə onların sürətli üzməsi imkansız olmuşdur. Əsasən sahil boyu ərazilərdə yayılmışlar. Dəniz inəkləri yosunlar və əsasən dəniz kələmi ilə qidalanırdılar. Astagəl, qorxaq və insana tez öyrəncəli olmaları ilə seçilirdilər. Bu xüsusiyyətlər onların insanlar tərəfindən asanlıqla ovlanmasına gətirib çıxarırdı.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


37. Həftə
Fatimə — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmmədin birinci həyat yoldaşı Xədicədən olan qızı, Məhəmmədin əmisi oğlu, IV Raşidi xəlifə, şiələrin I imamıxəlifəsi, II məsumu Əlinin həyat yoldaşı, şiələrin II və III imamları Həsən ibn ƏliHüseyn ibn Əlinin anası. Müsəlmanlara görə Əhli-beytin 5 üzvündən biri.

Fatimə Nəcran nəsranilərilə edilən Mübahilə günündə Məhəmmədin yanında olan yeganə qadındır. O, Əbu Bəkrə beyət etməmiş və ona qarşı çıxmışdır. Fədəkiyyə xütbəsində Fədəyin qəsbi və Əlinin xilafətini müdafiə etməsi məşhurdur. Fatimə Məhəmmədin vəfatından sonra, Cəmadiyəlaxir ayının 3-cü günü hicri-qəməri 11-ci ildə Mədinədə dünyasını dəyişib, gecə, gizlicə dəfn edilib. Fatimə məşhur ərəb qadınlarındandır. İbn Tayfur (ö. 280) Fatiməyə aid xütbələri "Bəlağatun-Nisa" adlı kitabda nəql etmişdir. Fədək haqqındakı ona məxsus xütbəni Əbu Talib sülaləsi öz uşaqlarına öyrədirdilər.

İsmaili şiələrinin sülaləsi olan və X-XII əsrlərdə MisirdəŞimali Afrikada hakimlik edən Fatimilər sülaləsinin adı məhz Fatimə ilə bağlıdır və bu onların Fatimənin nəslindən olduğunu göstərir.

Müsəlmanlar ondan danışarkən "Məsumə", "Cənnət qadınlarının seyyidəsi", və ya "Peyğəmbər qızı" deyirlər.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


38. Həftə
CokerKristofer Nolanın 2008-ci ildə çıxarılmış "Qara cəngavər" adlı superqəhrəman filmində Avstraliya aktyoru Hit Ledcer tərəfindən canlandırılmış DC Comics uydurma mənfi obrazıdır. Ledcerin personaj interpretasiyası Betmen: Öldürən zarafatArkham Asylum: A Serious House on Serious Earth qrafik romanlarından təsirlənmişdir. Onun fiziki xüsusiyyətinə Qlazqo gülüşünü əhatə edən kloun makiyajı aiddir.

Anarxiyaxaos fəlsəfi ideyalarını rezümə edən bu canlandırma, Ledcerin Terri Gilliamın "Qrim qardaşları" fantastik filmindəki kloun səhnəsi də daxil olmaqla, əvvəlki rolları ifa texnikasını da ehtiva edir. Bundan başqa o, Frensis Bekonun rəsm əsərlərinə, Entoni Bercessin "Qurulan portağal" romanına və müxtəlif pank-rok ifaçılarına istinad edir.

Müasir dövrün ən ikonik performanslarından biri kimi qəbul edilən Coker, Ledcerin ən yaxşı işlərindən biri hesab edilir; aktyor özü bu rolu ən xoş rolu hesab edirdi.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


39. Həftə
[[Şəkil:|left|150px]] MelloTsuqumi ObaTakeşi Obata tərəfindən yaradılmış "Death Note" animanqa seriyasından personaj. Seriya boyunca Mello Nia ilə birlikdə L-in əvəzedicilərindən biri kimi təqdim olunur. Həm Mello, həm də Nia L-in köməkçisi olan Vatarinin əsasını qoyduğu "Wammy's House" yetimxanasında böyümüşdülər. Lakin Mello Kira adlı qatili tapmaq üçün Nia ilə birlikdə işləməyi rədd edir. Cərəyan edən hadisələr zamanı Mello mafiyaya qoşulur, Ölüm dəftərini tapır, bir neçə nəfərin ölümünə bais olur, ölməzdən qabaq isə Kiranın əsl şəxsiyyətini ifşa edə bilir. Anime və manqadan əlavə Mello video oyunlardaranobelərdə də peyda olmuşdur.

Mello Nia ilə birlikdə dedektiv L ilə Kira adı ilə cinayət işləyən Layt Yaqami arasındakı sonsuz davam edən qarşıdurmanı dayandırmaq üçün yaradılmışdılar. Həm Mello, həm Nia L-dən sonra dizayn olunmuşdular və ilk öncə L-in oğulları olan əkizlər kimi təsəvvür edilmişdilər. Sonda, bu ideyadan istifadə olunmamış və orijinal dizaynlar seçilmişdir. (Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


Saytda 175 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024