Vikipediya:Həftənin yaxşı məqaləsi/sentyabr 2020 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin yaxşı məqaləsi/sentyabr 2020 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin yaxşı məqaləsi/sentyabr 2020

Həftənin yaxşı məqaləsi arxivi
2015: İyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2016: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2017: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2018: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2019: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2020: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2021: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2022: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2023: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2024: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


Keşi təmizlə

36. Həftə
Əlinin qətlixarici Əbdürrəhman ibn Mülcəm əl-Muradi tərəfindən 26 yanvar 661-ci il tarixində, indiki İraqın Kufə şəhərində yerləşən Böyük Kufə məscidində Rəşidi xəlifəsişiə islamın birinci imamı Əli ibn Əbu Talibə qarşı törədilmiş sui-qəsd hadisəsi. Əli başına zəhərli qılıncla zərbə endirilməsindən iki gün sonra, hicri təqvim ilə 40-cı ilin ramazan ayının 21-də (və ya 19-da), miladi təqvim ilə yanvar ayının 28-də 661-ci ildə aldığı yaralardan vəfat etmişdir. O, ÖmərOsmandan sonra sui-qəsdə uğramış ardıcıl üçüncü xəlifədir.

Əli Osmanın 656-cı il tarixində sui-qəsd ilə öldürülməsindən sonra xəlifə olmuşdur. Buna baxmayaraq, o, Levant valisi I Muaviyə də daxil olmaqla müxtəlif fraksiyaların müxalifəti ilə qarşılaşdı. Erkən İslam dövlətində İlk fitnə adlanan vətəndaş müharibəsi baş verdi ki, bu da Əməvilər sülaləsinin hakimiyyətə gəlməsi ilə nəticələnmişdir.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


37. Həftə
Geniş açılmış gözlərlə (film, 2009)İsrail rejissoru Haim Tabakmanın 2009-cu ildə, dram janrında çəkilmiş filmi. Filmin ssenarisi israilli ssenari müəlifi Merav Doster tərəfindən yazılmışdır. Filmdə səslənən musiqi isə, fransalı bəstəkar Nataniel Mexali tərəfindən bəstələnmişdir. Film Yerusəlimin (yaxud Qüdsün) ətrafındakı qədim Mea Şearim rayonunda yaşayan iki haredim — ultraortodoksal yəhudi kişilər arasında baş vermiş sevgi hisləri haqqındadır. Film 14 may 2009-cu ildə Böyük Britaniyada Peccadillo Pictures şirkəti tərəfindən tamaşaçılara nümayiş olunmuşdur. Film İsrail, FransaAlmaniyanın birgə istehsalı hesab olunur.

Film iki dekorasiyalı poetik ibrətli hekayə xarakterinə malikdir. Rejissor Tabakmanın əsas məqsədi, minimalistik metodlar ilə bədii fikirin tam şəkildə ötürülməsi idi. Rejissor bir neçə sadə ştrix vasitəsilə baş qəhrəmanların gizlin emosiya tufanını, gərginliyini və xarakterlərini müvəffəqiyyətlə nümayiş etdirə bilmişdir.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


38. Həftə
Bosniya və Herseqovina kondominiumu18781908-ci illərdə Avstriya-MacarıstanOsmanlı İmperiyası (faktiki olaraq Avstriya-Macarıstanın inzibati tabeliyində idi) tərəfindən formal olaraq idarə olunan ərazi. 1908-ci ildə Avstriya-Macarıstan tərəfindən anneksiya olunmuşdur; 1919-cu ildə Serblər, Xorvatlar və Slovenlər Krallığının tərkibinə daxil oldu.

Rusiya-Osmanlı müharibəsinin nəticəsində 1878-ci ildə imzalanan Berlin müqaviləsinin şərtlərinə əsasən Bosniya əyaləti Avstriya-Macarıstan qoşunu tərəfindən işğal olundu, lakin rəsmi olaraq Osmanlı İmperiyasının bir hissəsi kimi qalırdı (bax: kondominium). İşğal illəri ərzində Avstriya-Macarıstan hakimiyyəti vilayəti imperiyanın iqtisadi və siyasi strukturuna daxil etmək və orada bir sıra əhəmiyyətli iqtisadi və mədəni dəyişikliklər keçirməyə nail oldu.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


39. Həftə
Adelina SotnikovaRusiya fiqurçusu. Adelina Sotnikova, 2014-cü ildə Rusiyanın ev sahibliyində baş tutan XXII Qış Olimpiya Oyunlarında qızıl medala sahib olub. O, həmdə 2013-cü ildə Zaqrebdə və 2014-cü ildə Budapeştdə baş tutan Avropa Çempionatlarının və 2012-ci ildə baş tutan Yeniyetmələrin I Qış Olimpiya Oyunlarının gümüş medallarına sahib olub, 2011-ci ildə gənclər arasında Dünya Çempionatının, 2010-cu ildə gənclər arasında ISU Qran-Pri Finalının və dörd dəfə (2008, 2010, 2011 və 2013-cü illərdə) Rusiya Çempionatının qalibi olub.

Karyerası ərzində 36 yarışa qatılan Adelina Sotnikova, onların 11-də qızıl medal, 7-də gümüş medal, 8-də isə bürünc medal qazanıb.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


Saytda 66 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024