Vikipediya:Həftənin yaxşı məqaləsi/sentyabr 2022 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin yaxşı məqaləsi/sentyabr 2022 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin yaxşı məqaləsi/sentyabr 2022

Həftənin yaxşı məqaləsi arxivi
2015: İyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2016: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2017: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2018: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2019: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2020: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2021: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2022: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2023: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2024: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


Keşi təmizlə

36. Həftə
Şotlandiya Leyboristlər PartiyasıŞotlandiyada kiçik milliyətçi siyasi partiya. 1970-ci illərin əvvəllərində fəal idi. Şotlandiya Milli Partiyasının (ŞMP) Dandi şöbəsindən solçu təfqirəçi partiya kimi formalaşan Şotlandiya Leyboristlər Partiyası 1973-cü ildə Dandi-İst aralıq seçkilərində iştirakı ilə tanınır. Onun seçkilərə müdaxiləsi milliyətçi seçiciləri bölmüş və bu da nəticədə ŞMP-nin parlamentdə yer qazanmamasına gətirib çıxarmışdır. İki ay sonra partiya Dandi Şəhər Şurası seçkilərində iştirak etmiş, lakin uğursuz nəticələr əldə etmişdir. Qısa müddətdən sonra partiya ləğv edilmiş və 1974-cü ilin əvvəlində onun üzvlərinin əksəriyyəti ŞMP-yə qayıtmışdır. Bu dövrdə ŞMP-nin Şimal dənizinin neftli-qazlı hövzəsi ilə bağlı kampaniyaları Şotlandiyanın şəhərlərdə yaşayan seçiciləri arasında populyarlıq qazanmışdır. Şotlandiya Leyboristlər Partiyası heç vaxt rəsmi siyasi təmsilçiliyi olmamışdır.

ŞMP-nin ovaxtkı lideri Vilyam Vulf Şotlandiya Leyboristlər Partiyasının yaradılmasını yerli siyasətçilərin etdiyi fürsətçilik kimi qiymətləndirmişdir. Bu siyasətçilər arasında partiyanın ən görkəmli üzvü Corc Maklin də var idi. Maklinin 1979-cu il aralıq seçkilərində rəqibi Qordon Vilson Vulfun davamçısı olmuşdur.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


37. Həftə
Böyük ZabTürkiyəİraq ərazisindən axan, təxminən 400 kilometr (250 mil) uzunluğunda çay. Çay Türkiyədəki Van gölündən başlayır və İraqda, Mosulun cənubunda Dəclə çayına birləşir. Böyük Zabın hövzəsi təxminən 40,300 kvadrat kilometr ərazini əhatə edir və çay öz axını boyunca bir çox qollardan su toplayır. Çay və onun qolları əsasən qar və yağış suları ilə ilə qidalanır. Nəticədə, su sərfi il boyu çox dəyişir. Böyük Zab və onun qollarında ən azı altı bəndin tikilməsi planlaşdırılmışdır. Onlardan yalnız Bekme SES-nin tikintisinə başlanılmış, lakin Körfəz müharibəsindən sonra dayandırılmışdır.

Zaqros dağlarında ən azı Alt Paleolit dövründən insanlar məskunlaşmışdır. Həmçinin, Böyük Zab hövzəsində neandertalların yaşaması faktı Şanidar mağarasında aparılan arxeoloji qazıntılar nəticəsində təsdiqlənmişdir. Region ilə bağlı ilkin tarixi qeydlər eramızdan əvvəl III minilliyin sonlarına aiddir. Yeni Assuriya çarlığı dövründə Böyük Zab çayından paytaxt Nimrud ətrafındakı torpaqları suvarmaq üçün istifadə edilmişdir.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


38. Həftə
Məşəl savaşı1578–1590-cı illər Səfəvi-Osmanlı müharibəsi zamanı, 7-11 may, 8 may və ya 11-13 may 1583-cü il tarixlərində baş vermiş döyüş. Döyüş Samur çayının sahilində baş vermiş və üç gün davam etmişdir. Döyüşün adı tərəflərin gecə vaxtı məşəl işığında döyüşü davam etdirməsinə görə belə adlanmaqdadır. Döyüşdə qələbə qazanan Osmanlı ordusu komandanı Özdəmiroğlu Osman paşa Şirvanda möhkəmlənmək imkanı qazandı.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


39. Həftə
Vostok-1Vostok proqramının ilk kosmik uçuşu və tarixdə ilk dəfə insanla orbital kosmik uçuş. Vostok-3KA kosmik kapsulu 12 aprel 1961-ci ildə Sovet kosmonavtı Yuri Qaqarin ilə birlikdə Baykonur kosmodromundan buraxılmış və bunun nəticəsində Yuri Qaqarin Yer ətrafında orbital sürətə çatan və Yer ətrafında tam orbiti tamamlayan ilk insan olmuşdur.

Kosmik uçuşun orbitinin ən aşağı nöqtəs iatmosferin yuxarı hissəsindən 169 kilometr (91 nmi) məsafədə idi. Uçuş startdan enişə qədər 108 dəqiqə çəkdi. Qaqarin 7 kilometr (23,000 ft) hündürlükdə kapsulundan ayrılaraq paraşütlə yerə endi.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


Saytda 66 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023