Vikipediya:Həftənin yaxşı məqaləsi/yanvar 2016 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Həftənin yaxşı məqaləsi/yanvar 2016 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Həftənin yaxşı məqaləsi/yanvar 2016

Həftənin yaxşı məqaləsi arxivi
2015: İyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2016: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2017: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2018: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2019: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2020: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2021: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2022: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2023: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2024: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


Keşi təmizlə

1. Həftə
Madaqaskar 3: Avropanın ən çox axtarılanları6 iyun 2012-ci ildə DreamWorks Animation SKG tərəfindən istehsal edilmiş qısametrajlı animasiya filmi. Filmin rejissorları Erin Dannell və Konrad Bernondur. "DreamWorks" şirkətinin rəhbəri Ceffi Katsenberqin sözlərinə görə ikinci filmin uğurundan sonra üçüncü filmin üzərində işləməyə başlanıb. Filmin rejissoru Tom Makqrat deyir ki, cizgi filminin baş qəhrəmanlarını mütləq Nyu-York mərkəzi zooparkına geri qaytaracaq. Cizgi filmi 3D formatında çəkilib.

Animasiya filminin mövzusu əvvəlki franşizalara yaxındır. Baş qəhrəmanlar Aleks, Marti, Melman və Qloriya doğma Nyu-York mərkəzi zooparkına geri qayıtmaq niyyətindədirlər. Lakin onların bu planlarına kapitan Şantell Dübua mane olur. Bu səbəbdən baş qəhrəmanlar bütün Avropa yollarını keçəcək sirk heyətinə qoşulurlar. Baş qəhrəmanlar uzun müddət davam edən əhvalatlarla qarşılaşdıqdan sonra artıq sirki doğma evləri kimi görür və zooparka geri qayıtmaq istəmirlər. (Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


2. Həftə
Əbüləsvar Şavur1049-1067-ci illərdə paytaxt Gəncə olmaqla Arranı idarə edən VIII Şəddadi hökmdarı. Bundan əvvəl o, 1022-ci ildən başlayaraq Dvin əmiri idi. Bacarıqlı döyüşçü və gözüaçıq hakim olan Əbüləsvar qonşularının çoxu ilə konfliktdə idi. O, Dvində hakim olarkən erməni bəyliklərinin daxili məsələlərinə qarışmışdı. Əbüləsvar Bizans imperiyası ilə birlikdə 1045-ci ildə Ermənistanın Baqration krallığının qalıqlarını işğal etmişdi, ancaq Bizans imperiyası onunla müttəfiqliyi pozanda ona qarşı edilən üç həmləni dəf etmişdi. 1049-cu ildə Gəncədəki üsyan onun azyaşlı qardaşı nəvəsi Ənuşirvanı devirdi və ailənin əmirliyini alması üçün onu çağırdı. Əbüləsvarın hakimiyyəti dövründə Şəddadilər sülaləsi zirvə nöqtəsinə çatdı, Gürcüstan krallığınaŞirvanşahlar dövlətinə uğurlu yürüşlər edildi, ancaq Tiflis əmirliyinin gürcülərin əlinə keçməsinə izn verilməsi və alanların dağıdıcı yürüşləri Şəddadilərin gücünün məhdudiyyətlərini göstərdi. Eyni vaxtda Səlcuq imperiyası gücləndi və Cənubi Qafqaz dövlətlərində idarəni ələ keçirdi. 1054/5-ci ildə Əbüləsvar səlcuqların vassalı oldu. 1065-ci ildə o, səlcuqların köməyi ilə Ani şəhərini ələ keçirsə də, 1067-ci ildə o öləndən sonra sülalənin hakimiyyəti zəiflədi.

Əsərləri Şəddadilər haqqında əsas mənbə olan Osmanlı tarixçisi Münəccimbaşı (ö.1702) onları kürd əsilli hesab edirdi və bu fikir müasir dövr tədqiqatçıları tərəfindən düz qəbul edilir. Ailənin banisi Məhəmməd bin Şəddad 950-ci illərdə Dvində hakimiyyəti ələ almışdı. (Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


3. Həftə
Madriddə 3 may 1808 — ispan rəssam Qoyyanın 1814-cü ildə tamamladığı rəsm əsəri. Hazırda bu əsər Madriddə yerləşən Prado muzeyində sərgilənməkdədir. Qoyya bu işini 1808-ci ildə Fransanın İspaniyanı işğal etdiyi zaman fransızlara müqavimət göstərməyə çalışan ispanlara həsr etmişdir. Bu müqavimət həm də Yarımada müharibəsinin xəbərçisi idi. İspan rəssamın həmin dövrdəki eyni ölçülü bənzər işi "Madriddə 2 may 1808" (Məmlüklərin hücumu) də bu rəsm əsəri kimi İspaniyanın müvəqqəti höküməti tərəfindən sifariş edilmişdir.

Əsərin tərkibi, təqdimatı və emosional gücü onu müharibənin qorxuncluğu haqqında cığır açan və ilk nümunə olaraq olaraq dəyərləndirilən simvol halına gətirmişdir. Yaradıldığı dövrün məşhur incəsənətinin bütün imkanlarında yararlanan "Madriddə 3 may 1808" böyük şöhrət qazanmışdır. Xristian incəsənətinin və ənənəvi müharibə motivlərindən uzaqlaşması əsəri bənzərsiz etmiş və müasir sahədə ilk nümunələrdən biri olmuşdur. İncəsənət tarixçisi Kennet Klarka görə rəsm əsəri tərz, mövzu, niyyət olaraq sözün əsil mənasında inqilab yaradan ilk rəsm əsəri idi.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


4. Həftə
Gürcü yazılarıgürcü dilində yazmaq üçün istifadə olunan üç yazı sistemidir: Asomtavruli, NusxuriMxedruli. Hər üç yazının hərfləri bir-birinin ekvivalenti olub, eyni ad və əlifba sırasına malikdirlər, üçü də tək kameralıdır (böyük və kiçik hərflər arasında fərq yoxdur). Baxmayaraq ki, onların hər üçü istifadə olunur, Mxedruli yazısı (aşağı bax) gürcü dili və onunla əlaqəli olan digər kartvel dilləri üçün standart yazı hesab olunur.

Gürcü yazıları orijinalda 38 hərfdən ibarətdir. Lakin hazırda gürcü dilində 33 hərdfən istifadə olunur, çünki beş hərf köhnəldiyi üçün istifadədən çıxarılmışdır. Meqrel əlifbasında 36 hərfdən istifadə olunur: gürcü dili üçün istifadə olunan 33 hərf, həmin dil üçün köhnəlmiş olan bir hərf və əlavə olaraq Meqrel və Svan filləri üçün spesifik olan iki hərf. Həmin hərflər, üstəlik Yunan əlifbasından bir hərf və də əlavə olmaqla 35 hərf Laz əlifbasında istifadə olunur. Dörd kartvel dilindən yalnız Svan dili yazı sisteminə malik deyil, lakin, bu dildə yazmaq istəyərkən Meqrel əlifbasının hərflərindən istifadə olunur, bəzən də çoxsəsliliyi təmin etmək üçün diakritik işərələr tətbiq olunur.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


Saytda 112 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024