Vikipediya:Kütləvi mesaj göndəricilər Haqqinda Melumat - Vikipedia

Vikipediya:Kütləvi mesaj göndəricilər Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Kütləvi mesaj göndəricilər

Kütləvi mesaj göndərici etiketinə sahib olan istifadəçilər ('massmessage-sender' istifadəçi qrupu), eyni anda birdən çox istifadəçiyə mesaj göndərməsinə icazə verilən və öz hesabından kütləvi mesaj göndərici səlahiyyətini ala bilən istifadəçilərdir. Mövzu ilə bağlı texniki detalları və məlumatları m:MassMessagemw:Help:Extension:MassMessage səhifələrindən əldə etmək olar.

Azərbaycanca Vikipediyada hal-hazırda 13 idarəçi və 0 kütləvi mesaj göndərici (cəmi: 13) mövcuddur. massmessage-sender istifadəçi qrupunda olan istifadəçilər Special:MassMessage səhifəsindən istifadə edərək mesaj göndərə bilirlər.

İstifadəçi təlimatı redaktə

Toplu mesajlar yalnız mesajın diqqətini cəlb etməsini istəyən istifadəçi qruplarına göndərilməlidir. İstifadəçilərə və idarəçilərə sadəcə bu hallarda bu hüquqdan istifadə və kütləvi mesaj göndərmə haqqı verilir.

  • Hər hansı bir səhifənin status alması üçün keçirilən səsvermələrdə.
  • Qaydaların qəbulu üçün keçirilən səsvermələrdə.
  • Mübahisəli müzakirələr zamanı konsensusa ehtiyac duyulduqda.
  • Bir mövzudakı Mövzulu ay, VikiMarafon, VikiLayihə və digər layihə iştirakçılarına layihə haqqındakı hadisələr haqqında məlumat verildikdə.
  • Arbitraj komitəsində seçkilər keçirildikdə.
  • Müzakirələr və səsvermələr zamanı.
  • İdarəçi, bürokrat və digər statuslar üçün təşkil olunan seçkilərdə.

Bu hallar xaricində ehtiyac olmadıqca bu statusdan istifadə edilməməlidir.

Məzmun redaktə

Yuxarıda göstərilən nümunə hallarından başqa daha az fərdiləşdirilmiş ünsiyyət üsullarına üstünlük verilməlidir. Vikipediyadakı əsas əlaqə səhifələri əsasən məqalələrin müzakirə səhifələridir, bununla yanaşı Kənd meydanı eləcə də digər müzakirə səhifələridir. Bununla belə müəyyən bir mövzu ilə maraqlanan redaktorlar və ya istifadəçilər, maraqlandıqları mövzu ilə əlaqəli səhifələri izləmə siyahılarında tuta bilərlər.

Səlahiyyət üçün müraciət redaktə

Kütləvi mesaj göndərən qrupuna daxil olmaq istəyirsinizsə bir idarəçiyə mesaj göndərə bilərsiniz. İdarəçilərin özlərini və ya digər idarəçiləri bu qrupa daxil etməsinə ehtiyac yoxdur, çünki kütləvi mesaj göndərmə səlahiyyətləri idarəçilik alətləri paketinin bir hissəsi kimi onlara avtomatik verilir.

Ümumiyyətlə, bu istifadəçi hüququ yalnız müntəzəm olaraq kütləvi mesaj göndərməyi planlaşdıran və ya buna ehtiyacı olanlara verilir və tamamilə qeyri-aktiv istifadəçilərdən alınır.

İstifadəçi şablonu redaktə

Kütləvi mesaj göndərici hüququ olan istifadəçilər, öz istifadəçi səhifəsində aşağıdakı istifadəçi şablonunu istifadə edə bilərlər.

İstifadəsi Görüntü
{{Kütləvi mesaj göndərici}}

Həmçinin bax redaktə


Saytda 42 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024