Vikipediya:Kənd meydanı Haqqinda Melumat - Vikipedia

Vikipediya:Kənd meydanı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Kənd meydanı

Ən son rəy:14 saat öncə, Moses tərəfindən "Prinsiplərin mühafizəsi ilə bağlı" mövzusunda


Redaktə Bərpası funksiyası artıq aktivdir redaktə

 
Redaktə bərpa olunanda çıxan bildiriş. Azərbaycanca layihələrdə bu cümlələr azərbaycan dilindədir.

Salam hərkəsə. Azərbaycanca Vikipediya daxil olmaqla bir çox vikilərdə Redaktə Bərpası funksiyası artıq aktivdir. Funksiyanın mahiyyəti bəlkə də çoxlarımızın işinə yarayacaq. Belə ki, əgər səhvən brauzeri və ya kompüteri bağlasanız və həmin anda da vikidə yadda saxlanmamış redaktələriniz olsa bu funksiya sayəsində artıq onlar itməyəcək.

Aktivləşdirmək üçün nizamlamalarda Redaktə bölməsinə daxil olun və "Redaktə Bərpası funksiyasını aktivləşdirin" xanasını seçərək yadda saxlaya klikləyin. Bundan sonra səhvən bağladığınız səhifəyə qayıtdıqda bu xəbərdarlığı alacaqsınız. Əlavə olaraq Xüsusi:EditRecovery səhifəsindən də baxa bilərsiniz.

Qeyd: Bu funksiya vizual redaktorda işləmir, sadəcə vikimətn redaktorunda işləyir. Nemoralis (müzakirə) 19:08, 9 aprel 2024 (UTC)Cavabla

Təşəkkürlər. Yararlı funksiyadır. Patriot (müzakirə) 10:21, 10 aprel 2024 (UTC)Cavabla
Şəxsən mənə çox lazım olacaq bir funksiyadır. Baskervill 00:42, 13 aprel 2024 (UTC)Cavabla
Əladı. Məndə bəzən problemlər olurdu və əməyim həba olurdu. Təşəkkürlər... Hörmətlə, Gadirmüzakirə 00:57, 13 aprel 2024 (UTC)Cavabla
Təşəkkürlər. Aktivləşdirdim.— Nicat49   müzakirə 16:24, 13 aprel 2024 (UTC)Cavabla
Çox gözəl funksiyadır. Əziyyəti olanlara minnətdaram. Rəcəb Yaxşı (müzakirə) 05:04, 16 aprel 2024 (UTC)Cavabla
Əla, təşəkkürlər. Araz Yaquboglu (müzakirə) 10:29, 17 aprel 2024 (UTC)Cavabla

ABŞ-də inzibati vahid redaktə

Salam. 2015-də eyniadlı başlıq açılır Kənd meydanında və bir nəticəyə gəlinmir. İndi isə qarışıqlıq yaranıb kateqoriya adlarında. Bəziləri qraflıq, bəziləri dairə adlandırılıb. Səhifələr də həmçinin. Məsələn, Havay (dairə) intervikisi isə "Hawaii county". Yenə Leyk qraflığının intervikisi "Lake county".

İlk özüm baxanda dedim ki, hər halda "qraflıq" və "dairə" ayrı-ayrı inzibati vahiddir. Yaxşı, onda niyə eyni kateqoriyadadır? Qraflıq üçün ayrıca kateqoriya açılmayıb?

Düzdür, deyəsən bir nəfər açmaq istəyib:). Amma sonra Qraflıq (ABŞ) səhifəsini intervikiləri müqayisə edəndə eyni inzibati vahid olduğu qənaətinə gəldim. İndi kateqoriya adları və səhifə adlarını vahid bir adla adlandırmaq lazımdır ki, qarışıqlıq olmasın. "County" sözü bizə "qraflıq" kimi tərcümə olunur. Belə olduqda kateqoriyaların adlarını dəyişməli olacağıq. Ya da siz hansı sözü təklif edirsiniz? Hatselate (müzakirə) 11:47, 13 aprel 2024 (UTC)Cavabla

Qraflıq yaxşıdır. "Dairə" rusların "okruq" sözünün tərcüməsidir. Kosmik Ozan utora! 12:19, 13 aprel 2024 (UTC)Cavabla
@Hatselate o kateqoriyanı Şablon:ABŞ qraflığı yaradır. Əgər məni deyirsizsə mən məcburiyyətdən yaratmış və adının da doğru olmadığı haqda kateqoriyaya şablon yerləşdirmişəm. Araz Yaquboglu (müzakirə) 13:34, 13 aprel 2024 (UTC)Cavabla
Salam, ümumiyyətlə, mən kateqoriyani kimin yaratdığını bilmirdim. Şablonun yaratdığını da, həmçinin. Sadəcə kateqoriya adı ingilis sözləri və Azərbaycan dilindəki sözlərin qarışığından ibarət idi və ":)" ona vurğu idi Hatselate (müzakirə) 19:25, 13 aprel 2024 (UTC)Cavabla
Türkdilli (Türkiyə türkçəsi) Vikipediyada county gedir. Nə fikirləşirsiniz, bəlkə Az-Vikidə kaunti olsun? Ümumiyyətlə Azərbaycan dilində rəsmi qəbul olunmuş adlanma var? Zohrab javad (müzakirə) 08:43, 15 aprel 2024 (UTC)Cavabla
Yoxdur, deyəsən. Tapa bilməmişdim. Düşünürəm ki, tərcümə olsa, yaxşı olar Hatselate (müzakirə) 09:39, 16 aprel 2024 (UTC)Cavabla

Yerli olmayan əsərlərin adlandırılması ilə bağlı redaktə

Salam, dostlar. Bir müddət öncə artıq film məqalələrindən və digər əsərlərdən, incəsənət işlərindən lüzumsuz dəqiqləşdirmələrin yığışdırılması prosesinə başlanıldı. Sırada tətbiq olunası vacib bir iş daha var. Düzdü, hələ o iş tam yekunlaşmamış olsa da, işlər icra olunur gedir və bu da bir az vaxt alan işdir, amma zatən tələsmirik, hamısı qaydasına qoyulur və vaxtla da bitəcək. Düşünürəm ki, bu da çox vacib məsələdir və bu məsələdə də artıq adekvat addım atmaq lazımdır. Bütün xarici ekran işlərinin tərcümə edilərək azərbaycancaya "uyğunlaşdırılıb" adlandırıldıqları səhifələri əgər mənbə yoxdursa və film elə xarici adı ilə (istər orijinal adı, istərsə də beynəlxalq adı) tanınırsa, elə onu da qeyd edək. Çox vikilər elə edir elə. Və biz də bundan sonra da bu səhvə yol verməyək. Mənbəsiz tərcümə etmək, başlıq qoymaq orijinal tədqiqatdır elə. Hərfi tərcümələr də eləcə. Tərcüməni mənbə olan vaxt müzakirə etmək olar. Vikipediya mənbələrə əsaslanaraq yazılır. Nə vaxtsa yayımlanar, mənbələr olar, o vaxtda müzakirə edib dəyişərik. Bundan əlavə, yayımlanan işlərə belə, sırf bir kanal elə yayımlayıb deyə o formada adlandırmaq doğru deyil, məncə. Daha çox necə tanındığına, varsa mənbələrə baxmalıyıq ki, həmin mənbələr bu işlərə necə müraciət edir. Yəni qısacası, hansı daha ağır basırsa, orijinal yaxud beynəlxalq adımı, yoxsa TV verdiyi admı. Axı bunu fərqli TV-lər fərqli adlarla da verə bilər, onda nə olacaq? Güman ki, bu tətbiq olunmağa başladıqdan sonra müəyyən məqalələr barədə müzakirə səhifələrində dəqiqləşdirmələr üçün müzakirələr aparmaq lazım gələcək. Əgər ehtiyac olarsa, buna aid xüsusi səhifə də yaradarıq. Bir mövzuda da fikirləriniz maraqlıdır. Deyəlim ki, bir işə azərbaycanca müraciət edən mənbələr yoxdur, amma izləyicilərin, kütlənin həmin işə müraciət etdiyi adlandırma forması var, yenə də bu da bizə əsas vermir ki, məqaləni durub o formada adlandıraq. Bu halda sadəcə yönləndirmə vermək kifayətdir, fikrimcə. Mənbə olsa bu məlumatı məqalədə qeyd də etmək olar. Və ya mənbə yoxdursa, hamıya bilinən faktı mənbəsiz də əlavə etmək problem deyil. Bu məsələni ekran işləri üzrə açsam da, eyni hal digər tərəfdən, rəsm əsərləri, roman, kitab, məqalə, tezis, tədqiqat və s. üçün də keçərlidir. Yəni nəticəni onlar üçün də keçərli sayın. Mahnı və albomlar, jurnal, qəzet və s. zatən olduğu kimi qeyd olunur deyə onlarda bu barədə problem yoxdur. Amma bu adlarda da tranliterasiya olunur, o barədə nə düşünürsünüz? Hörmətlə, Gadirmüzakirə 23:23, 14 aprel 2024 (UTC)Cavabla


Kifayət qədər məntiqli və əsaslı səbəblər təqdim etmişəm və düşünürəm ki, konsensus olarsa, tətbiqində problem də olmayacaq. Oxuduqdan sonra fikirlərinizi "lehinə" yaxud "əleyhinə" (təbii ki, əks arqumentlər də gətirərək) bölməsində bildirin lütfən. Müzakirə bölməsi şərhləriniz üçün açıqdır. Hörmətlə, Gadirmüzakirə 23:28, 14 aprel 2024 (UTC)Cavabla

Lehinə redaktə

  1. +  Lehinə: təklifi verən kimi. Hörmətlə, Gadirmüzakirə 23:28, 14 aprel 2024 (UTC)Cavabla
  2. +  Lehinə:elonizm 20:12, 15 aprel 2024 (UTC)Cavabla

Əleyhinə redaktə

  1. −  Əleyhinə: Qeyd etdiyiniz məsələləri çözmək üçün istiqamətləndirmə səhifələrini işlətmək olar. Tərcümə tədqiqat deyil. — Мурад 97 (müzakirə) 20:58, 15 aprel 2024 (UTC)Cavabla
  2. −  Əleyhinə: Bu, orijinal tədqiqat deyil. Hər bir vikidə, məsələn, Azərbaycan filmlərinin adları avtomatik olaraq tərcümə edilir mənbə olmadan. --► Hörmətlə: SolaVirum 10:11, 17 aprel 2024 (UTC)Cavabla

Müzakirə redaktə

Bura nümunə olaraq bir neçə ekran işini qeyd edəcəyəm. Misal üçün, Squid Game barədə "Kalmar oyunu" olaraq axtarış etsəniz (hərfi tərcüməsi olsa belə) kifayət qədər mənbələrlə qarşılaşacaqsınız, orijinal adı ilə də nəticələr kifayət qədər çoxdur, az dilli mənbələrdən söhbət gedir təbii ki. Amma Prison Break üçün "Həbsxanadan qaçış" olaraq heç bir mənbə çıxmır, əlaqəsiz şeylər çıxır, axtardığınız sözlərlə bağlı xəbərlər və s. Breaking Bad serialını İTV "Bədbəxt" kimi yayımlasa da, bu barədə də öz saytı xaric düz-əməlli mənbələr yoxdur. Məsələn, Fast & Furious barədə bilirik ki, yayımlanıb da, mənbələr də var, hamı da bu adla bilir və istinad edir. Halbuki hərfi tərcüməyə qalsa, heç mənası "Forsaj" deyil. Olmalı idi: "Sürətli və qəzəbli". Fikir vermişəm, sənət əsərlərində və kitablarda da bu adlandırmalara, problemə çox rast gəlinir. Lokal adı yoxdur, götürülüb tərcümə edilib. Bu arada, bu tətbiq olunsa, envikidə belə bir qayda var, növbəti addım kimi onu tərcümə edəcəyəm. Çox yaxşı qaydadır, əsərlərin necə adlandırılmasını stil kitabçası ilə nizamlayır. Bununla da yuxarıda da qeyd edilən bütün bu problemlər öz əksini tapacaq. Təəssüf ki, yayımlanmadığı və mənbə olmadığı üçün bir çox əsər üçün ad problemi yaranır, amma bu bizə orijinal tədqiqata yol verməyə imkan verməməlidir. Digər dillərdə də tərcümə etmirlər, yoxdursa, orijinal formada qeyd edirlər əksər halda. Sadəcə Vikidə tərcümələrə yol verilib deyə Google Panelində də götürüb hamısını azərbaycanca yazıblar və orijinal, beynəlxalq adlarını da yazanda həmin o tərcümə olunmuş versiyalarla rastlaşırıq, amma yad gəlir o adlar bizə. Hörmətlə, Gadirmüzakirə 00:34, 15 aprel 2024 (UTC)Cavabla

@Gadir, bu, çox geniş və qarışıq mövzudur. Söhbət sadəcə film və serial adlarından getmir. Rəsm əsərləri də buna daxildir. Amma belə də bir şey var: əgər biz filmlərin adlarını tərcümə etməyi orijinal tədqiqat hesab ediriksə, onda şəxslərin və yerlərin adlarını transliterasiya etməyi də orijinal tədqiqat hesab etməliyik, çünki bizdə əksər dil üçün rəsmi tranliterasiya qaydalarımız yoxdu. Belə olan halda belə çıxır ki, onda şəxs adlarını da olduğu kimi yazmalıyıq. Yəni mən bu barədə tez-bazar qərar verilməsinə yaxşı baxmıram. Yaxşı-yaxşı düşünmək lazımdır bu barədə. Çünki filmlər, kitablar haqqında alacağımız qərar domino effektinə səbəb olacaq. Kosmik Ozan utora! 00:51, 15 aprel 2024 (UTC)Cavabla
Bəli, qeyd etmişəm onları da, rəsm əsərləri və kitabları. Əslində yenə də bir şəxs barədə yazı olmasa da, başqa bir yazıda o adı tranliterasiya edilmiş formada görürük və bilmirəm, yəqin, bəlkə də bu bizə əsas verir. Bir də ki, tranliterasiyanı dilimiz tələb edir, mənbələr də olanda götürüb o formada yazırlar, xarici dildə yox. Yerlər deyəndə nəyi nəzərdə tutursunuz? Obyektlər və yaşayış məntəqələri? Əslində bu müzakirəyə adlar aid edilməsə də, ikinci məsələdə qeyd etdiyimi nəzərdə tutursunuzsa, o da əlavə oluna bilər. Yəni yaşayış yerləri əksər halda olur, kiçikləri (məsələn, kənd) olmaya bilir olmayanda da. Amma məsələn, saraylar və heykəllər, çox araşdırmamışam, amma yəqin ki, onlarda da olanı da var, olmayanı da. Bilirsiniz nə təklif edirəm. Sırf bu müzakirə film, serial, kitab, rəsm əsəri və oxşar digərləri kimi əsərlərlə bağlıdır deyə müzakirənin yekununda bu mövzuları adlandırma məsələsində müzakirə olunması üçün KM kimi ümumi müzakirə səhifəsi açaq, necə ki, bu, transliterasiya üçün var. Yəni hər dəfə problemləri orada həll edək, adlandırmalar barədə orada müzakirə edək. Ümumi bir səhifəmiz olar, onu orada, bunu burada danışmarıq. Əslində ilk cümlənizdə haqlılıq payınız var. Sadəcə mən məntiqli və əsaslı səbəbləri də qeyd edərək icmadan konsensus gözləyirdim, yəni açığı, sadəcə müzakirə tərzində bir başlıq olsa idi, çox da maraq olmayacaqdı deyə düşünürəm. Hörmətlə, Gadirmüzakirə 01:05, 15 aprel 2024 (UTC)Cavabla
Əgər filmin lisenziyası alınıb fərqli adda yayımlanıbsa o zaman həmin adla, yəni Azərbaycanca adı ilə qeyd etmək olar. Lakin lisenziya alınmadan filmin adının dəyişdirilməsi mənim fikrimcə, birbaşa olaraq düzgün deyil. O ki, qaldı yer və şəxs adlarına onlar tərcüm edilmir, transliterasiya edilir. Lakin əsər, film və s. adları birbaşa tərcümə edilir, yerli mənbələr olmasa belə. Onların transliterasiya olması əlbəttə ki, absurddur. Bu səbəbdən orijjinal dildə saxlanmasını, tərcüməli mənbələrin olduğu adları isə tərcümə edilmiş formada (yanında orijinal adı olmaqla) qeyd edilməsinin məqbul olduğunu düşünürəm. — elonizm 16:20, 15 aprel 2024 (UTC)Cavabla
Zatən əsər adları (film, proqram, serial, tablo və s.) kursivlə veriləcək, qeyd etdiyim qaydaya əsasən. Bu halda orijinal xarici adları da, yerli adları da varsa, kursivlə vurğulanacaq. Hörmətlə, Gadirmüzakirə 16:23, 15 aprel 2024 (UTC)Cavabla

Mən White Demon ilə razılaşıram, hər bir əsər növü ilə bağlı (film, rəsm, serial, tvşou) ayrıca qayda qəbul olunmalıdır. Ayrılıqda müzakirə olunmalıdı, ayrı qayda qəbul olunmalıdır. Hamısını bir başlıq altına yığmaq normal nəticə verməyəcək.— Bikar müzakirə 16:05, 15 aprel 2024 (UTC)Cavabla

Bir şeyi də qeyd edim ki, bizdə tranliterasiya edəndən sonra çox vaxt normal adı silirlər, bu, qalmalıdır, silinməməlidir. Hörmətlə, Gadirmüzakirə 16:07, 15 aprel 2024 (UTC)Cavabla
@Мурад 97, necə tədqiqat deyil? Məsələn, siz başqa cür tərcümə edirsiniz, mən başqa cür, indi hansını yazaq? O bir qırağa, heç bizim tərcümələrin mənbəsiz falan dəstəklənmədən yazılması birbaşa tədqiqatdır. Çünki o nəticəyə siz gəlmisiniz. Hörmətlə, Gadirmüzakirə 21:02, 15 aprel 2024 (UTC)Cavabla
Gadir, təklif etdiyiniz prinsipi qəbul etsək, Vikipediyada (məsələn) mənim fəaliyyətimin təxm. 80%-i VP:OT-dır. İstifadəçi səhifəmdə "vikitərcüməçi" şablonu tapa bilərsiniz və bu yerli/yeni bir xüsusiyyət deyil. Vikipediya üçün tərcümə həmişə normal idi və VP:OT olaraq sayılmır. Elə buna görə Vikipediyanın tərcümə üçün xüsusi alətləriqaydaları mövcuddur. Və hər Viki-də bu qaydalar fərqli ola bilər. Bizdə qəbul olunan qaydalar, Azərbaycan dilində ümumiyyətlə mövcud olan normaları əks etdirir və burda VP:OT-ya zidd olan bir şey yoxdur. — Мурад 97 (müzakirə) 21:17, 15 aprel 2024 (UTC)Cavabla
Tərcümə normaldır, amma bunun mövzumuza aidiyyəti yoxdur axı. Ümumiyyətlə, söhbət ondan getmir. Digər vikiləri nümunə çəkirsiniz, amma qeyd etmirsiniz ki, digər vikilərdə tərcümə etmirlər, əksəri mənbə yoxdursa, elə serial yaxud filmin həmin öz adını da yazır. Ona qalsa, Azərbaycanın bir sıra yaşayış obyektləri ingilis dilində və bəzi digər dillərdə də orijinalındakı kimi "ə" hərfi də qeyd edilməklə tərcüməsiz verilib, bəzi məqalələrdə də çevrilib. Baxır nəyi tərcümə edirsən, nəyi yox. Göstərdiyiniz qayda deyil, təlimatdır + mətn daxili tərcümədir, diqqət etsəz. O şablon da məzmun tərcümə edənlər üçündür, başlıq, ad yox. Hörmətlə, Gadirmüzakirə 21:25, 15 aprel 2024 (UTC)Cavabla
Qısaca belə deyim də, mənbələrdə heç olmasa az da işlənən bir adı yoxdursa, axı mən durub niyə görə, hansı əsasla özümdən ad uydurmalıyam? Bəli, məhz uydurmaq. Çünki mövcud deyil elə bir şey. Mənbə yoxdursa, o da uydurmadır. Oxucu necə təxmin eləsin ki, mən necə tərcümə etmişəm. Yəni bilmədiyi bir şeyi necə axtarsın və axtaranda da heç başa düşməyəcək. Hörmətlə, Gadirmüzakirə 21:27, 15 aprel 2024 (UTC)Cavabla
Hər şeyi tərcümə ediriksə, o zaman mahnıları, qəzetləri, jurnalları və albomları da tərcümə edək? Hörmətlə, Gadirmüzakirə 21:42, 15 aprel 2024 (UTC)Cavabla
Digər vikiləri ona görə qeyd edirəm ki, onların öz dillərinə uyğun qaydaları var, bizdə isə öz dilimizə. Məsələn, bizim dilimizdə qəzetlərin adlarını tərcümə etmək normal deyil: [1]; filmlərin adlarını tərcümə etmək isə normaldır: [2] (bəli, bu ancaq iki nümunədir, amma hamımız bilirik ki, normalda belədir). Verdiyim keçidlər isə (təlimat ya qayda olsa, fərqi yox əslində, bu həmin nümunələrin mənasını dəyişmir), onu göstərir ki, Vikipediya üçün tərcümə normal bir şeydir və VP:OT sayılmır. Qısaca, tərcümə uydurma deyil. — Мурад 97 (müzakirə) 21:51, 15 aprel 2024 (UTC)Cavabla
O qeyd etdiyiniz tərcümə yox, transliterasiyadır. Həm də ki, bu mənbələr özü-özlüyündə məqalənin adının azərbaycanca olması üçün əsas verir. Mən deyirəm ki, məzmun tərcüməsi normaldır, başlıq tərcüməsi isə həqiqətən deyil. O ada istinad edən mənbələrin olması şərtdir, yoxdursa, nə vaxt olanda qoyarıq və o zamana kimi süni şəkildə və mübahisəli tərcümələrə də gərək yoxdur. Hörmətlə, Gadirmüzakirə 22:02, 15 aprel 2024 (UTC)Cavabla
Transliterasiya tərcümənin bir növüdür. Yazırsınız ki, "məzmun tərcüməsi normaldır, başlıq tərcüməsi isə həqiqətən deyil". Amma, bunu necə əsaslandırırsınız, görmürəm. Məsələn, mənə yazdığınız birinci ismarıcınızdakı bu dəlilə baxaq: "necə tədqiqat deyil? Məsələn, siz başqa cür tərcümə edirsiniz, mən başqa cür, indi hansını yazaq". Bu başlıq tərcüməsinə qarşı dəlil deyil, ümuniyyətlə tərcümələrə qarşı dəlildir. — Мурад 97 (müzakirə) 22:16, 15 aprel 2024 (UTC)Cavabla
Orada söhbət başlıqdan gedir. Çünki məzmunda bir cümləni fərqli formalarda müəyyən şəkildə yazmaq olur, orada informasiya veririk və oxucu elə də yazsaq bizi başa düşəcək, belə də, çünki bir şey başa salırıq, informasiya veririk. Burada isə 2, 3, 4, hətta 5 başlıq fikirləşirik alternativ kimi, və bunlardan birini mənbəsiz şəkildə ad təyin edirik. Oxucu deməyəcək ki, bunu hardan almısınız? Məqalə adlandırmaları ilə bağlı qaydalar var və orada qeyd olunur ki, məqalə adları mənbələrə əsasən təyin edilməlidir və necə ki, edilir də. Bu mövzuda da elə olmalıdır, niyə görə bu, istisna olmalıdır? Tərcümə yox, elə orijinal versiya yazılmalıdır. Əksər halda elə xarici versiyaya istinad olunur, sabit bir tərcümə olmayanda. Elə yerli saytlar özü də xarici adlara istinad edirlər. Hörmətlə, Gadirmüzakirə 22:21, 15 aprel 2024 (UTC)Cavabla
İstifadəçi axtarışda yazacaq beynəlxalq adını və istiqamətləndirmə vasitəsi ilə lazım olan səhifəyə keçə bilər. Yəni, məncə burda istifadəçilərə narahatlıq yarada bilən problem istiqamətləndirmə səhifələrin azlığıdır, məqalə adları deyil. — Мурад 97 (müzakirə) 08:18, 16 aprel 2024 (UTC)Cavabla
Məqalənin başlığını tərcümə etməklə mətni tərcümə etmək eyni şey deyil. Məqalənin içərisində "I am from Baku" cümləsini necə tərcümə etməyinin oxucu üçün heç bir fərqi yoxdu, əsas odu ki, məna düzgün olsun. Amma başlıq başqa məsələdir, oxucu elə biləcək ki, bu, filmin bizim dildəki rəsmi adıdır. Halbuki özümüzdən uydurmuşuq. Kosmik Ozan utora! 10:53, 16 aprel 2024 (UTC)Cavabla
Tərcümə ümumiyyətlə uydurma deyil. Heç yerdə. — Мурад 97 (müzakirə) 11:14, 16 aprel 2024 (UTC)Cavabla
Başlıq uydurma ola bilər. Məsələn, "12 Angry Men" filmini sən həm "12 əsəbi adam" kimi də yaza bilərsən, "12 qəzəbli adam" kimi də. Məna eynidir, indi hansı doğrudur, hansı deyil? Buna necə qərar veriləcək? Rəsmi ad mövcud deyilsə. Kosmik Ozan utora! 11:30, 16 aprel 2024 (UTC)Cavabla
Əgər problem həqiqətən də bundadır, bunun üçün Vikipediyada işlənilən başqa bir tərcümə vasitəsi var. Google-da dırnaq işarəni istifadə edərək bu iki variantı axtarırsınız. Biri 9 mənbədə, başqası isə 227 min mənbədə işlənilib. Vəssalam, ikinci variant daha çox istifadə edilir, demək onu işlətmək lazımdır. VP:OT iddiaları haqqında yuxarıda yazmışam artıq. Öz sualıma isə cavab görmədim. Bəlkə həmin sualı başqa cür soruşmalıyam: Əgər bir yerdə tərcümə OT-dır, başqa yerdə onu niyə OT saymırsınız? — Мурад 97 (müzakirə) 09:49, 17 aprel 2024 (UTC)Cavabla
Görürsünüz nəticələrlə müqayisə edirsiniz. Bəs nəticələr çıxmayanda necə olacaq? Hörmətlə, Gadirmüzakirə 09:52, 17 aprel 2024 (UTC)Cavabla
Mən "12 Angry Man"-i nümunə kimi vermişəm və o, çox məşhur filmdir. On minlərlə film var dünyada. Bəs quql nəticələrini müqayisə edə bilməcəyimiz filmlərdə vəziyyət necə olsun? Tutalım, "Time" adlı film var, onu "Vaxt" və ya "Zaman" adlandırmağı necə müəyyən edəcəyik? Kosmik Ozan utora! 09:54, 17 aprel 2024 (UTC)Cavabla
Məsələn, bu filmi "Sonuncu hava maqı" kimi etmisiz, amma nəyə əsasən etmisiz, bilinmir. Quqlda da tutarlı bir nəticə yoxdur. Mənə qalsa, "Sonuncu hava bükücüsü" daha düzgün variantdır. Kosmik Ozan utora! 10:02, 17 aprel 2024 (UTC)Cavabla
Gadir sualınıza cavab son şərhimdə var.
White Demon bu nümunə başqa məsələdir, ona görə ki, həmin serial müəyyən franşızın adını daşıyır. Həmin franşız adı isə Azərbaycan dilinə Günəş TV/ARB Günəş kanalında rəsmən bu formada tərcümə olunub. Yəni onun tərcüməsi nə sizə, nə də mənə qalır. O, artıq çoxdan rəsmən tərcümə olunub. Bundan başqa, həmin franşızın və serialın iki orijinal adı var (ikisi də rəsmidir), ona görə dünyanın fərqli yerlərində adı bu cür fərqlənir. "Taym" kimi az tanınan filmlər isə həm "Zaman", həm də "Vaxt" kimi tərcümə oluna bilər, əsas ki, istiqamətləndirmələri olsun. Sualı gələcək zamanda niyə verirsiniz, başa düşmürəm. Sanki, ömür boyu belə olmayıb. — Мурад 97 (müzakirə) 13:36, 17 aprel 2024 (UTC)Cavabla
"Sanki ömür belə olmayıb" o demək deyil ki, bir problemi həmişə görməzdən gəlməliyik. Bizdə hər filmin, hər kitabın, hər serialın rəsmi adı yoxdur. Fakt odur ki, biz hazırda filmlərin 80%-inin adını özümüzdən "uydurmuşuq". Biz nə televiziya kanalıyıq, nə kitab nəşriyyatıyıq, ya da hansısa başqa yayımcı təşkilat. Filmlərə, kitablara, seriallara "rəsmi adı", title-ni biz seçə bilmərik. Biz adi vikipediyaçılarıq. Bizim rəsmi adı olmayan bir serial, bir film üçün "rəsmi ad" seçmə ixtiyarımız yoxdur. Həmin iş kinoteatrlara, nəşriyyatlara və s. aiddir. Bu, məsələnin əsas və birinci tərəfidir. İkinci tərəfi isə rəsmi ad olmadığı müddətcə hər hansı film, serial, kitab və s. üçün ad seçsək, heç bir halda həmin ad 100% dəqiq olmayacaq. Çünki sən bir ifadəni, hətta bəzən bir sözü müxtəlif formalarda tərcümə edə bilərsən. Məqalənin isə ancaq bir adı ola bilər. AzViki tarixində belə şeylər üstündə mübahisələr belə düşür. Məsələn, bir nümunə, bu filmin Naringilər və ya Mandarinlər adlandırılması barədə dava düşmüşdü. Niyə görə sizcə? Çünki filmin bizim dildə rəsmi adı yoxdur (ya da həmin müzakirə gedən zaman rəsmi ad məlum deyildi).
Qısaca yenə deyim ki, hansısa xarici bir əsərin, film olsun, serial olsun, fərqi yoxdur, rəsmi adı adı yoxdursa, ona bir "rəsmi ad uydurmaq" orijinal tədqiqat hesab edirəm. Biz özümüzdən adı tərcümə edəndə ona "rəsmi ad uydurmuş" oluruq. Mən düşünmürəm ki, bu məsələni indi həll etmək, üstünə düşmək düzgündür. Amma problemi həll etməyin yolu ən birinci onu anlamaqdan, varlığını başa düşməkdən keçir. Kosmik Ozan utora! 14:02, 17 aprel 2024 (UTC)Cavabla
Bəs romana əsaslanan eyniadlı işlərdə, roman nəşr edilibsə, onun adını ona qoymaq olar? Xırdalıqlar çoxdur. Məsələn, bir şəxsin adını tranliterasiya edirsən dəstəkləyən mənbələrlə, o adda bir iş çıxır ekrana, onun da mənbəsi yox (amma çox vaxtı olur mənbəsi, transliterasiya olunmuş adı ilə), deməyim o ki, mənbəsi olmayanda onu da mənbələrin də dəstəklədiyi adla eyni adlandırmaq olar? Hörmətlə, Gadirmüzakirə 02:22, 17 aprel 2024 (UTC)Cavabla
Girişdə xarici adın yanında mötərizədə azərbaycanca yazıb tərcümə edin də. Buna bir şey deyən yoxdur, amma məqalə adı o şəkildə qətiyyən olmamalıdır. Bu, həm vikini milliləşdirmək, həm də orijinal tədqiqatdır birbaşa. Hörmətlə, Gadirmüzakirə 02:18, 17 aprel 2024 (UTC)Cavabla
  • Təklif edirəm ki, birinci film və serialları müzakirə edək, sonra digər əsərləri. Mənbələrlə əlaqəli mövzu olduğu üçün, film və rəsm əsərlərini eyni başlıq daxilində müzakirə etmək doğru deyil. Şübhəsiz, bu iki anlayışın mənbələrdəki əhatə həcmi arasında çox fərq var. Müzakirədən sonra müvafiq qaydada dəyişiklik etmək olar. Bu arada mən Məqalə adları qaydasını işləmişdim, amma sonra çox sayda müəmmalı məqam olduğunu görüb səsverməyə təqdim etmədim. Bəzi məqamları zaman-zaman dəqiqləşdirsək, ümumi qaydanı yaxşı vəziyyətdə işləyərəm. — Sura Shukurlu (müzakirə) 20:08, 16 aprel 2024 (UTC)Cavabla
    @White Demon, @Bikar, @Sura Shukurlu, razıyam. Əgər bağlanmasını uyğun bilirsinizsə, yuxarıda icmanın fikrini öyrənmək üçün səsvermə şəklində açdığım konsensusu bağlaya bilərsiniz, etirazım yoxdur. Hörmətlə, Gadirmüzakirə 20:22, 16 aprel 2024 (UTC)Cavabla

Şəxs şablonlarında təhsili bölməsində məktəblərin qeyd olunması redaktə

salam icma. Araz bəylə fikir ayrılığı yaşadığımız üçün icmanın fikrini öyrənmək qərarına gəldim. belə ki, mənə görə, şəxs şablonlarında şəxsin oxuduğu məktəb əgər xüsusi önəmli məktəb deyilsə (yəni misal üçün Ali Hərbi Məktəb) onu şablonda qeyd etmək lazım deyil. mən hər yerdə, bütün vikilərdə də belə görmüşəm. mənə görə də, məntiqli olanı budur. Araz bəy bir neçə dəfə redaktəmi geri qaytarıb. əgər oxuduğu məktəb minlərlə sıradan məktəblərdən biridirsə onun üçün niyə ayrıca vikidata yaradıb şablonuna da əlavə edirik ki? Universitet olsa hə. Və ya Kollec. yoxsa adi məktəbdə buna nə ehtiyac var? bu hansı təcrübədə var? məqalənin içində verildi fsoda. əgər 1 məqalədə icazə verilirsə, deməli digər bütün məqalələrdə bu edilə bilər. hamı öz məktəbinin vikidatasın yaradıb əlavə etsin. belə çıxır ki, onda o birilər də getdiyi kursları filan vikidatasın yaradıb qeyd etsin. rəsm kursu, nağara kursu, abituriyent kursu filan. elə kurslar var məktəbdən daha məşhurdu. elə deyil? əgər sırf təhsildir deyə şablonda təhsil bölməsində qeyd olunmalıdırsa, vallah mən hazırlıqda məktəbdən daha çox öyrənmişəm. onda öz hazırlıq müəllimlərimin də adın qeyd edim. nə düşünürsüz? Atakhanli (müzakirə) 10:32, 15 aprel 2024 (UTC)Cavabla

Müzakirəni açarkən bir az detalları ilə yazsaz daha yaxşı olardı. Belə ki, siz şəxsin vikidatasından məktəbin adını çıxarıb sonra da vikidatada sns edirsiz. Şəxsin məqaləsindən silirsizsə sns niyə edirsiz? Bəyəm bu məktəb (Sankt-Peterburq şəhər 193 nömrəli orta məktəb) önəmli məktəbdir ki, onu heç silmir, saxlayırlar. Belə yüzlərlə məktəb haqqında vikidata var. — Araz Yaquboglu (müzakirə) 10:41, 15 aprel 2024 (UTC)Cavabla
Həmin məktəb qeyd olunmamalıdır deyə çıxarmışam və xüsusi önəmə malik olmadığı üçün SNS-yə vermişəm. qeyd etdiyiniz məktəb də bəli önəmli məktəbdir, hansı ki, Vladimir Putinin də oxuduğu məktəbdir. müqayisə belə oluna bilməz. necə ki, bizdə də 6 nömrəli məktəb-lisey var. hansı ki, önəmlidir. yoxsa dediyim kimi, 10 minlərlə məktəbdən biri deyil. Atakhanli (müzakirə) 10:45, 15 aprel 2024 (UTC)Cavabla
O önəmli məktəb haqqında nə əcəb heç bir vikidə məqalə yoxdur? Araz Yaquboglu (müzakirə) 10:48, 15 aprel 2024 (UTC)Cavabla
məsələ budur? açdığım mövzu budur? siz bilmirsiniz ki, həmin o məktəb hansısa parametrdə qeyd olunubsa deməli vikidatası olmalıdır, silinməməlidir. həmin o məktəb də Rusiya Prezidenti Vladimi Putinin vikidatasında qeyd olunub. Atakhanli (müzakirə) 10:51, 15 aprel 2024 (UTC)Cavabla
Bu məktəb hansı parametrdə qeyd olunub? Heç bir. — Araz Yaquboglu (müzakirə) 10:53, 15 aprel 2024 (UTC)Cavabla
Bəs mən də o məqalədə istifadə etmişəm deyə deməli vikidatası olmalıdır. Özünüz dediyinizi özünüz inkar edirsiz. Araz Yaquboglu (müzakirə) 10:55, 15 aprel 2024 (UTC)Cavabla
xahiş edirəm kibar başa düşün, elə bilirdim gedib hansısa yerdən milyonlarla vikidatadan birin çıxarıb gətirəcəksiniz ki, burda var, burda yoxdur. gedib İndoneziya məktəbin tapmısız. SNS olunub saxlanılıb? indi biri yaradıbda. mən də indi 30-40 məktəb yaradım. bu səbəbdir? + açdığım mövzu bu deyil axı. Vikidata parametri silinməlidir ya qalmalıdır, onu Vikidatanın SNS-sində bildirin zəhmət olmasa. burada mövzu tam başqadır. + O boyda ölkənin prezidenti ilə adi adam birdir? Adicə elə öz nümunə göstərdiyiniz Rusiya məktəbinə baxın. sadəcə Vladimir Putininin məqaləsində istifadə olunub. necə ki, biz də öz prezidentimizdə belə etmişik. 6 nömrəli məktəb. indi deyirsiniz ki, milyonlarla əhaləsi olan Rusiyada bu məktəbdə oxuyan heç bir vikipediyada məqaləsi olan adam yoxdur? var, sadəcə qeyd olunmur. niyə? çünki vacib deyil, lazım deyil. Atakhanli (müzakirə) 11:02, 15 aprel 2024 (UTC)Cavabla
Bəs SNS niyə edirsiz. Orada sənə yazdıqları kimi, reklamdır? Məktəbdir da, Şəxs və ya şirkət deyil ki? Araz Yaquboglu (müzakirə) 11:54, 15 aprel 2024 (UTC)Cavabla
fikrimi orada bildirmişəm. vikidata Google Maps deyilki. vikidatada olacaq qədər ən azından əhəmiyyəti olmalıdır bir şeyin. məqaləsi olmasa belə Atakhanli (müzakirə) 11:56, 15 aprel 2024 (UTC)Cavabla
Əhəmiyyətlidir da. Çünki vikipediyada məqaləsi olan şəxs o məktəbi bitirib. Hansısa boş yerə, keçidi olmayan bir məktəb haqqında vikidata açmamışam ki, onun da müzakirəsi aparam. Keçidi olmasa, hə, siz deyəndi. Daha heç nə də yazmayacam. Məndən bu qədər. Boş yerə vaxtımı alırsız. Araz Yaquboglu (müzakirə) 12:10, 15 aprel 2024 (UTC)Cavabla
Şəxs şablonundakı o parametr səhvdir. Orijinalı "alma mater" yazılıb, bu da sırf ali təhsili əhatə edir, orta və ibtidai təhsili yox. --► Hörmətlə: SolaVirum 12:23, 15 aprel 2024 (UTC)Cavabla
amma mənə nə çatmır, Atakhanli, məktəbi niyə SNS edirsiniz? Vikidatada ensiklopediya məqalələri haqqında elementlər belə var, Toghrul R bilər. Ciddi deyirəm, silməyə dəhşət həvəslisiniz. Bu, konstruktiv fəaliyyət deyil. --► Hörmətlə: SolaVirum 12:25, 15 aprel 2024 (UTC)Cavabla
nəyin var, nəyin var olmadığını bilirəm. SNS niyə edilir? Layihə üçün əhəmiyyətli hesab etmədiyin üçün. o məktəb də adi məktəblərdən biridir. vikidata üçün önəmli olmadığı üçün namizəd göstərdim sadəcə. yəni, müzakirəyə təqdim etdim. vikidata Google Maps deyil ki, hər nöqtə barədə məlumat olsun. Oranın da öz önəmli-önəmli olmayan şeyləri olur. fəaliyyətimdən narazısınızsa həmin layihənin inzibatçılarına müraciət edin Atakhanli (müzakirə) 12:34, 15 aprel 2024 (UTC)Cavabla
Atakhanli, mənim müraciət etməyimə ehtiyac yoxdur, orada sizə irad bildiriblər onsuz da. Sözsüz ki, vikidatanı burada müzakirə etmək mənasızdır. Hər halda, destruktiv fəaliyyət göstərdiyinizi qeyd etməliyəm. --► Hörmətlə: SolaVirum 13:22, 15 aprel 2024 (UTC)Cavabla
SNS-dir. SNS-də fərqli fikir niyə irad olsunki?)) 😅 tamam. bəli, burada açılan mövzu fərqlidir deyə ora aid olan fikirləri ora yazmaq yaxşıdır 👍 Atakhanli (müzakirə) 13:36, 15 aprel 2024 (UTC)Cavabla
İbtidai məktəbi infoboksda qeyd etməyə ehtiyac yoxdur, liseydir, əhəmiyyətli məktəbdir, onlar qeyd oluna bilər. Kosmik Ozan utora! 12:44, 15 aprel 2024 (UTC)Cavabla
@White Demon Fikrinə qatılıram. Redivy (müzakirə) 21:35, 15 aprel 2024 (UTC)Cavabla
Salam, bəylər. Əslində kim haqlı, kim haqsız deyə bilməyəcəm, çünki konkret bu barədə qaydamız olmalıdır ki, nəyi daxil etmək olar infoboksa, nəyi yox. O da olmadığına görə heç bir fikir bildirə bilmirəm. Hörmətlə, Gadirmüzakirə 04:12, 16 aprel 2024 (UTC)Cavabla
Şərh  Şərh:@Atakhanli dediklərində doğruluq var. Şablonda qeyd olunmalı deyil - Hidirsuban (müzakirə) 10:47, 16 aprel 2024 (UTC)Cavabla

Naviqasiya panelindəki "Fayl yüklə" bölməsinin en-vikidə olduğu kimi "Vikipediya:Yükləmə sehrbazı"na keçid etməsi (bax: orginal səhifə) redaktə

Salam 2019-cu ildə Azərbaycanca Vikipediyanın Naviqasiya (Alətlər altbaşlığında) panelindəki "Fayl yüklə" bölməsinin Vikianbara yönləndirməsi üçün qərar qəbul etmişdik. Həmin zaman fayl yükləmək naviqasiya panelindən hər kəsə rahat olduğu və hər kəsə açıq olduğu üçün, mövcud olan yüksək trafik demək olar ki, nəzarəti itirməyimizə səbəb olmuşdu və buna görə də bölməni Vikianbara yönləndirmişdik. Hazırda isə demək olar ki, icma olaraq fayllarla bağlı tam nəzarəti ələ almışıq və dağılmış sistemi təmizləyib hər şeyi sıfırdan qururuq. Təklif edirəm, keçidi əvvəlki vəziyyətinə qaytaraq. Çünki, həm artıq hər kəs yükləmə edə bilmir, həm də digər praktikalardakı kimi lokal səhifəyə yönlənmə bərpa olunsun. Həmçinin bölmənin aşağısında Vikianbara yüklə adlı bölmə də yaratmaq olar.— Turkmen müzakirə 20:36, 16 aprel 2024 (UTC)Cavabla

Məncə "Fayl yüklə" bölməsini birbaşa Vikipediya:Yükləmə müraciətlərinə yönləndirmək lazımdı. — Bikar müzakirə 20:45, 16 aprel 2024 (UTC)Cavabla
@Bikar, o bölmənin həmin səhifə ilə əlaqəsi yoxdur axı. MediaViki:Badaccess-groups vasitəsilə istifadəçilər müvafiq səhifəyə (VP:YMM) yönləndirilib. Turkmen müzakirə 20:49, 16 aprel 2024 (UTC)Cavabla
Olarmı ki, bu səhifədə bir daha aydın açıqlama verək? Vikidən kənar adam gəlib, bu faylı mənim üçün yükləyin yox, mənə yükləyici hüququ verin deyəcək — Bikar müzakirə 20:53, 16 aprel 2024 (UTC)Cavabla
@Bikar, Nemoralisin təklifi ilə sizin dediyiniz məsələ də həll yolunu tapacaq. Həm də, əgər yükləmələri normaldırsa, niyə də verilməsin? Pisdirsə alınacaq zatən və yenə YMM-dən kömək almalı olacaq. Turkmen müzakirə 08:31, 18 aprel 2024 (UTC)Cavabla
Mən heç bir redaktəsi olmayan yeni hesabları nəzərdə tutmuşdum.— Bikar müzakirə 08:36, 18 aprel 2024 (UTC)Cavabla
@Bikar, onlar zatən əvvəl də bunu edə bilmirdilər. Fayl yükləmək üçün əvvəlki qaydalara görə avtotəsdiqlənmiş olmaq lazım idi və bunun üçün də redaktə etmək mütləqdir. Turkmen müzakirə 08:38, 18 aprel 2024 (UTC)Cavabla
Yenə izah eliyə bilmədim. Tutaq mənim vikidən xəbərim yoxdu, gəldim hesab açdım. Hansısa məqaləyə şəkil yükləməyə, basdım fayl yükləni, yazıldı ki, inzibatçılar və yükləyicilər fayl yüklüyə bilər. Mən də birbaşa keçdim İstifadəçi hüquqları üçün müraciət səhifəsinə(ya inzibatçılara müraciətə), yazdım ki, mənə yükləyici hüququ verin, fayl yükləmək istəyirəm. Demək olar hər fayl yükləmək istəyəni ordan tutub Yükləmə müraciətləri yönləndirməli olacıq. — Bikar müzakirə 08:54, 18 aprel 2024 (UTC)Cavabla
@Bikar, olsun, bu xırda birşeydir. İndi də eynisi olur. Hüququ bilməyən yeni istifadəçi həmin hüququ istəyir. Biz də ya vermirik və təcrübə istəyirik. Normaldır yəni. Turkmen müzakirə 09:05, 18 aprel 2024 (UTC)Cavabla
Envikidə Yükləmə sehrbazı var. Onu yaratsaq daha rahat olar, həm lisenziyanı təyin etmək asan olar, həm də hüququ olmayanları yönəltmək Nemoralis (müzakirə) 22:05, 16 aprel 2024 (UTC)Cavabla
@Nemoralis, yaxşı fikirdi. Turkmen müzakirə 04:56, 17 aprel 2024 (UTC)Cavabla

+  Lehinə: samral müzakirə 19:24, 17 aprel 2024 (UTC)Cavabla
+  Lehinə: yeni istifadəçilərin işini çox asanlaşdıracaq. Qadcet kimi parametrləri özü təklif edir. Həmçinin daxilində Vikianbara və daxili yükləməyə keçidlər verir. Səhifəni yaxında hazır edəcəm.— Turkmen müzakirə 06:13, 18 aprel 2024 (UTC)Cavabla
+  Lehinə:Tarixi Nadir (müzakirə) 08:41, 18 aprel 2024 (UTC)Cavabla
+  Lehinə:Bikar müzakirə 09:33, 18 aprel 2024 (UTC)Cavabla

Prinsiplərin mühafizəsi ilə bağlı redaktə

Salam, icma. Bu barədə bilmək istərdim ki, icma qərarı varmı? Nemoralisdən soruşanda bunu göstərib demişdi ki, "belə bir şey var, amma bilmirəm bundan əvvəl tətbiq olunmağa başlayıb ya sonra". Qısacası ümumi konsensus yoxdursa, mühafizələr çıxarılmalıdır. Ən təkmil viki saydığımız ingilis dilində belə, avtotəsdiqlənmiş istifadəçilərə açıq şəkildə mühafizə olunur, türk dilində isə hamıya açıq. Və hansı ki, o vikilərdə vandalizm təhlükəsi daha çoxdur bizdən. İstifadəçilər texniki düzəlişlər edə bilir və qrammatik və digər səhvləri düzəldə bilirlər asanlıqla. Bizdə isə mühafizədədir deyə səhv tapanda hər dəfə yazmalı olursan inzibatçılara ki, düzəliş edilsin. Yəni özün edə biləcəkkən belə etməli olursan məcbur. Nəticədə iş uzanır. Yəni nə zərurət var? Həm də vandalizm çox da olmayacaq digər vikilərə müqayisə ilə və patrullar onsuz da digər səhifələr kimi, o səhifələri də izləyəcəklər. Şəxsən mən çox müraciət etmişəm bu istiqamətdə. Bundan sonra özümüz qarşılaşanda düzəldək. Və mən müəyyən qaydalar var ki ağlımda, onları işləməyi düşünürəm, yəni tərcümə, texniki və qrammatik səhvlər də edə bilərəm, onları sonradan baxdıqca düzəldə biləcəm, əgər bu təklif qəbul olunsa. Əks halda, gərək hər dəfə bir nöqtəyə görə yazım ki, "bunu düzəld" özümə də xoş olmur davamlı bunu etmək, amma dediyim kimi, məcbursan buna. Təcrübəli istifadəçilər isə ora nəsə silib əlavə etməzlər təbii ki. Bunu bilirlər. Qısacası, qərar yoxdursa (varsa qeyd edilsin, indiki əsaslı arqumentlərlə konsensus əldə etsək dəyişdirək), təklif edirəm ki, avtotəsdiqlənmiş istifadəçilərə yaxud hamıya açıq və ya təcrübəli istifadəçilər üçün açıq edək bu səhifələri ən azından. Bu arada, envikidə tətbiq olunan kritik şablonların mühafizə edildiyi səhifələrdə redaktə üçün müvafiq sistem var və orada dəyişiklik tələb edirsən şablonda və ona da baxırlar. Onun tətbiqi də Nemoralis dediyinə görə, köhnə sistem imiş, operatoru aktiv deyilmiş və bunlara görə də mümkün deyilmiş idxalı, sürüm kontrolu kimi. Aşağıda fikirlərinizi bildirin lütfən. Hörmətlə, Gadirmüzakirə 04:39, 17 aprel 2024 (UTC)Cavabla

Bütün istifadəçilər üçün açıq olsun redaktə

Bu seçim qəbul olunarsa, IP ünvanları da daxil, yeni qeydiyyatdan keçmiş bütün istifadəçilər, mütləq hər hansısa bir istifadəçi qrupunda olmamaq şərtilə, qısacası, hamı məzmunda redaktə edə biləcək.

Minimum avtotəsdiqlənmiş istifadəçilər üçün açıq olsun redaktə

Bu seçim qəbul olunarsa, qeydiyyatdan keçmiş, ən az 10 redaktəsi olan və qeydiyyat tarixindən ən az 4 gün keçmiş avtotəsdiqlənmiş istifadəçi qrupuna daxil istifadəçilər məzmunda redaktə edə biləcək.

Minimum təcrübəli istifadəçilər üçün açıq olsun redaktə

Bu seçim qəbul olunarsa, qeydiyyatdan keçmiş, 30 gün ərzində azı 500 redaktə etmiş təcrübəli istifadəçi qrupuna daxil istifadəçilər məzmunda redaktə edə biləcək.

  1. +  Lehinə: dəfələrlə təsdiqlənmiş qaydalarda ya orfoqrafik səhv, ya artıq adı dəyişdirilmiş qaydaya keçid, ya da mövcud olan qaydaya keçidin olmaması, ya qısayol olmamasını müşahidə etmişəm. Bəzən bununla bağlı inzibatçılara müraciət etmişəm, bəzən adam ərinir. Bəzən inzibatçılar edir, bəzən etmir və s. Xülasə təklifi çox yerində hesab edir və bu bölmədəki şərtlər altında dəstəkləyirəm.-samral müzakirə 19:27, 17 aprel 2024 (UTC)Cavabla
  2. +  Lehinə: Xüsusi dəyişiklik süzgəci yaradıb qaydalarda dəyişiklik edən redaktələri sonradan yoxlamaq üçün etiketləmək də olar. Nemoralis (müzakirə) 20:17, 17 aprel 2024 (UTC)Cavabla
  3. +  Lehinə: qeyd edilmiş arqumentlərlə razıyam Toghrul R (m) 06:20, 18 aprel 2024 (UTC)Cavabla
  4. +  Lehinə: mütərəqqi təklifdir — Tarixi Nadir (müzakirə) 08:40, 18 aprel 2024 (UTC)Cavabla
  5. +  Lehinə: razıyam Atakhanli (müzakirə) 10:04, 18 aprel 2024 (UTC)Cavabla
  6. +  Lehinə: Moses :) 05:53, 19 aprel 2024 (UTC)Cavabla

Müzakirə redaktə

Toghrul R, Nemoralis, elə etmək olarmı ki, "təcrübəli istifadəçi" istifadəçi qrupuna daxil olmayan istifadəçilər də redaktə etmək istəyəndə bildiriş çıxsın və onları həmin səhifənin müzakirə səhifəsinə yönləndirsin qeyd etmələri üçün. Hörmətlə, Gadirmüzakirə 22:10, 18 aprel 2024 (UTC)Cavabla


Saytda 215 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024