Vikipediya:Kənd meydanı/Arxiv/Sentyabr/2018 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Kənd meydanı/Arxiv/Sentyabr/2018 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Kənd meydanı/Arxiv/Sentyabr/2018

İnfoqutular

 
Başlıqlar üçün illüstrasiyalar

Hərkəsə salam. Şablonları tamamilə yenidən yığmağa qərar vermişəm. Səbəb isə stabil olmamaları, hərəsinin fərqli yollarla yaradılmaları, içərisindəki parametrlərin adlandırmaları hərəsində fərqli olmaları (məsələn: bir şablonda şəklin eni yazılıbsa digərində şəklin miqyası yazılır), Commons kimi vacib parametrin vikidata vasitəsilə yerləşdirilməməsi və s.dir. Bu günlərdə bir neçəsini rus vikisindəki kimi kartoçka şablonu ilə yenidən işlədim. Məsələn, Musiqiçi və teatr şablonlarını tamamilə yenidən yığdım. Bundan əlavə şablonlara başlıq kimi rəsmlər də əlavə etdim. İllüstrasiyaları isə İspan vikisindən götürdüm. Xatırlatmaq istərdim ki bu tip şablonlar erməni, ispan, fransız və digər dillərdə tətbiq olunub. Lakin bu dəyişiklikləri tamamilə tətbiq etmək, onların dokumentasiyalarının hazırlanması üçün sizin də fikirlərinizi bilmək istərdim. Əgər məsələni dəstəkləyirsinizsə, {{Dəstək}} şablonundan istifadə etmənizi xahiş edirəm. Hörmətlə, --Toghrul Rahimli (müzakirə) 05:17, 30 avqust 2018 (UTC)

Qeyd edilən şablonlarda yuxarıda illüstrasiyanın olmasını bəyənirəm. İlk dəfə fransız vikipediyada görmüşdüm bunu. Bizim vikiyə tətbiq etmək istəsəm də, vaxt ayıra bilməmişdim. Bu şablonlar üçün dəstəkləyirəm. Amma parametrlər barədə diqqətli olmaq lazımdı. Şablonun bir parametrini tamamilə qaldırıb əvəzinə başqa şey yazanda məqalələrdə infoqutularda problem yaranır. Bir də bütün şablonların standart şəkildə görünməsini və eyni yolla yaradılmasını dəstəkləmirəm. Çünki spesifik şablon spesifik mövzuya uyğun gəlməlidir. Ümumiyyətlə, hər şablonda köklü dəyişiklik aparanda əvvəlcə müzakirə etmək lazımdı.--White Demツnyo! 05:48, 30 avqust 2018 (UTC)
Hörmətli, White Demon fikirlərinizə görə minnətdaram. Qeyd etdiyiniz parametrlərin mən də aradan qaldırılmasının tərəfdarı deyiləm. Əgər şablon tamam fərqli üslubdadırsa onu yeni dillə yaratmaq yaxşı olar. Həmçinin bütün parametrlərin ortaq məxrəcə gəlinməsini də təmin etmişəm. Vəfat tarixi yazılacaq amma kod olacaq:
{{{Vəfat tarixi|{{{vəfatı|{{{Ölüm Tarixi|{{{Ölüm tarixi|{{{Vəfatı|}}}}}}}}}}}}}}}

Qeyd edim ki 9 şablonu dəyişmişdim. Tamamilə stabil idi hər biri. Nicat49 etdiyim dəyişiklikləri geri qaytararaq, təklifi bəyənmədiyini və məsələni Kənd Meydanına çıxarmağı təklif etdi. İstəsəniz, hər hansısa şablonu geri qaytarıb test edə bilərsiniz. Hörmətlə, --Toghrul Rahimli (müzakirə) 06:00, 30 avqust 2018 (UTC)
  • +  Lehinə: Hörmətli Toghrul Rahimli, infoqutuda etdiyiniz dəyişiklikləri dəstəkləyərək bildirmək istərdim ki Azvikidə belə yeniliklərə ehtiyyac var idi. Azvikidə fəaliyyətim zamanı şablonlardaki çatışmazlıqlar diqqetimi çəkirdi. Bu səbəbdən də sizə təşəkkür etmək lazım olduğunu düşünürəm. --Pinkfloyd1990 (müzakirə) 06:35, 30 avqust 2018 (UTC)
  • +  Lehinə: Mənimdə belə fikrim var idi. Həmdə belə gözəl görünür. Film şablonunada lazımdı.--riman 10:43, 30 avqust 2018 (UTC)
Şərh  Şərh: Əlbəttə ki, bunu bütün şablonlara tətbiq etmək mümkündür. Hamısına əlavə etməyi düşünürəm.--Toghrul Rahimli (müzakirə) 11:08, 30 avqust 2018 (UTC)

İngilis, rus, alman və s kimi önəmli vikilərdə bu şablonlarda illüstrasiyalara yer verilməyib. Ümumi parametrlərə ziyanı yoxdursa mən də kəskin əleyhinə deyiləm. Hörmətlə.--Nicat49   müzakirə 00:13, 31 avqust 2018 (UTC)

Şərh  Şərh: Hörmətli Azerifactory. Şablonları mən yığmışam. Yazı dillərini də dəyişib yeni versiyaya (kartoçka şablonuna) uyğunlaşdırmışam. Peşə deyərkən nəyi nəzərdə tutursunuz? Alim şablonuna illüstrasiya əlavə etmişəm və bu digər qrafik element yerləşdirilən vikilərdəki kimidir. Mənim anladığım odur ki, siz misal üçün, əgər şəxs riyaziyyatçıdırsa adının kənarında riyazi funksiyaların illüstrasiyaların olmasını nəzərdə tutursunuz yəqin. --Toghrul Rahimli (müzakirə) 05:51, 5 sentyabr 2018 (UTC)

Şuşa qalası

Hörmətli Azviki istifadəçiləri və idarəçiləri, Şuşa qalası məqaləsində istifadə olunmuş bəzi şəkilərin düzgün seçilmədiyini düşünürəm. Məqalənin şablon hissəsində əsas şəkildə "ŞUŞİ" sözu var, digər bir şəkildə isə erməni bayrağı dalğalanır. Abidələrin ən son vəziyyətini göstərməli olsaq belə şablondakı əsas şəkil məhz bu şəkil seçilməməliydi. Hansı ki Viki Anbarda Şuşa qalasının hazırki vəziyyətini əks etdirən fərqli şəkillər mövcuddur. Vəziyyət belə olduqda sırf bu şəkilin seçilməsi nə dərəcədə düzgündür? Hələ bu məqalə yaxşı məqalə seçilmişkən. Ermənicə Vikipediyada belə bu məqalədə həmin şəkillərdən istifadə olunmayıb. Azərbaycandilli Vikipedidiyada belə şəkillərdən istifadə etmək bizim sübut etməli olduğumuz məsələlərdə görəcəyimiz işləri çətinləşdirir.--Pinkfloyd1990 (müzakirə) 11:57, 30 avqust 2018 (UTC)

Məqalənin müzakirə səhifəsində fikrimi qeyd etmişdim, burda bir daha təkrarlayıram. Abidələr haqqında məqalələrdə onların son vəziyyətlərini göstərən fotoşəkillərdən istifadə edilməsi daha düzgündür. Siz 70-ci illərə aid bu [1] şəkilin istifadə edilməsini təklif edirsiz, amma həmin dövrdən qırx il vaxt keçib və bu müddətdə abidənin görünüşü dəyişilib. O ki, qaldı, qalanın Gəncə qapısının şəklinin əsas şəkil kimi istifadə olunmasına, bu da onun həm daha yaxşı qorunmuş və daha məşhur hissəsi olması ilə əlaqədardır. Hər nə qədər xoşagəlməz olsa da, qalanın üstündə Şuşa yazısı çoxdan dəyişdirilib, Şahbulaq qalasının üstündə isə Azərbaycan bayrağı dalğalanmır. Məncə vətənpərvərlik göstərmək istəyən yoldaşlar, bərbad vəziyyətdə olan Qarabağ məqalələri haqqında məqalələri zənginləşdirməklə məşğul olsalar daha çox fayda vermiş olarlar. Pinkfloyd1990 məsələn, Şahbulaq qalası haqqında məqaləni zənginləşdirib Şuşa qalası məqaləsinin səviyyəsinə çatdıra bilərsiz. Vikipediya şəxsi hiss və fikirlərin (o cümlədən vətənpərvərlik hisslərinin) nümayiş etdirilməsi üçün məkan yox, ensiklopediyadır, burda məlumatların yeni olması əsas şərtlərdən biri olmalıdır. Hörmətlə --sefer azeri 16:08, 30 avqust 2018 (UTC)
Hörmətli sefer azeri, etdiyiniz bu redaktəni heç bir halda dəstəkləmirəm. Milli-mənəvi dəyərlərimizə zidd olan redaktələr etməməyi məsləhət görürəm. Hörmətlə --eldarado 16:26, 30 avqust 2018 (UTC)
Mən də öncə fikir bildirən iki həmkarla eyni fikirdəyəm. Ən azı 1992-ci ilədək olan şəkil əsas şablonda olmalıdı. Ermənicə yazısı olan şəkil isə mətn daxilində verilə bilər. --Araz Yaquboglu (müzakirə) 16:44, 30 avqust 2018 (UTC)
Eldarado xahiş edirəm, aktiv müzakirənin aparıldığı vaxtda məqalədə razılaşdırılmamış redaktə etməyəsiz. Araz Yaquboglu 1992-ci ildən sonra abidə xeyli dəyişib, əlimizdə yeni şəkil və məlumatların olduğu halda köhnə şəkilin infoqutu şablonunda istifadə edilməsi bilərəkdən səhv məlumat verməkdi. --sefer azeri 17:28, 30 avqust 2018 (UTC)
Şuşa bizdə deyil. Əgər bir şəkillə biz Şuşanı qaytararıqsa razıyam, silinsin. Ümumi olaraq fikrim budur ki, yeni daha orjinal şəkildən istifadə olunmalıdır. Əgər şəkillərin adlarının ermənicə olmasından narazı olan varsa, adları commosnda müzakirə aparıb ingiliscə edə bilər.--Rufet Turkmen (müzakirə) 21:56, 30 avqust 2018 (UTC)
Vikipediyada abidənin son vəziyyətini əks etdirən şəkilin olması daha düzgündür. Beləcə, ermənilərin bu tarixi abidəmiz üzərində hansı işlər gördüyü oxuculara çatar. Üzərində "Şuşi" yazısı olan şəkili infoqutuda olması o demək deyil ki, abidə ermənilərə məxsusdur. Sadəcə deyirik ki, hazırda abidə bu vəziyyətdədir.--White Demツnyo! 21:58, 30 avqust 2018 (UTC)

Məncə də abidənin son vəziyyətini əks etdirən şəklin olması daha düzgündür. Təklif edirəm ki, şəklin izahı yerinə ya qeyd kimi, ya da sadəcə "işğaldan sonra" cümləsini yazaq.--Nicat49   müzakirə 22:15, 30 avqust 2018 (UTC)

sefer azeri ilə həmfikirəm. --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€(hail sithis!) 02:09, 31 avqust 2018 (UTC)

Hörmətli Pinkfloyd1990, belə bir mövzunu kənd meydanında müzakirəyə çıxartdığınız üçün əvvəlcədən sizə təşəkkür edirəm. Nəhayət ki, azvikidə belə məqalələrdən heç olmasa biri hansısa istifadəçinin diqqətini çəkdi.

Mövzuya gəldikdə isə qeyd etmək istəyirəm ki, istifadəçi sefer azerinin fəaliyyətini izləyərkən Azərbaycan vikipediyası üçün çox dəyərli işlər gördüyü göz qabağındadır. Məsələn, Şirvanşahlar dövləti məqaləsi mənim çox qiymətləndirdiyim məqalələrdən biridir. Lakin, istifadəçi səfər azəri-nin fəaliyyətində anlamadığım məqamlar var. Azərbaycan vikipediyası üçün neçə illərdir belə bir səylə fəaliyyət göstərən bir istifadəçi niyə görə Ermənistan, erməni mədəniyyəti, erməni xalqı mövzularına bu qədər önəm verir. Digər yeni istifadəçilərə başqa məqalələr üzərində işləməyi məsləhən görən həmkarımıza bildirmək istərdim ki, düzdür, biz yeni istifadəçilərik, amma siz (daha fəal istifadəçi olaraq) en azı on il ərzində yazılmalı məqalələr varkən bu kimi məqalələrə vaxt ayırmaya bilərdiniz.

Hörmətli azviki idarəçiləri, düzdür, heçkimin şəxsi fikrinə qarışa bilmərik. Amma qeyd etmək istəyirəm ki, Azərbaycan vikipediyasında silinməli və ya tamamilə dəyişdirilməli məqalələr var. Bura vikipediyadır, neytrallıq, obyektivlik qorunmalıdır. Bütün bunları başa düşürəm. Lakin bu neytrallığın qorunmağı sırf bütün azərbaycanlıların həssas nöqtəsi olan belə bir mövzularamı aid olunmalıdır. Azərbaycan vikipediyasında sayılmayacaq qədər vikipediya qaydalarına riayət olunmayaraq yazılan məqalələr var. Bəs niyə onlara baxılmır?

Çox hörmətli, fəal azviki istifadəçiləri Rufet Turkmen, Nicat49, Aykhan Zayedzadeh və digər istifadəçilər, azviki üçün bu qədər əziyyət çəkərkən belə bir yanlışlığı nədən görməzdən gəlirsiniz? Yoxsa doğurdanmı belə məqalələr sizin üçün normaldır. Hörmətlə, --Natəvan.R. (müzakirə) 05:58, 31 avqust 2018 (UTC)


Hörmətli həmkarlar,

İlk öncə onu qeyd edim ki, belə müzakirələrin olması mütləqdir. Lakin qərar vermək üçün heç də tələsmək lazım deyil!

Hörmətli Pinkfloyd1990,

Sizin bütün şəxsi fikirlərinizə böyük hörmətlə yanaşıram və hər bir Azərbaycanlı kimi bu məsələ bizi çox incidir.

Hörmətli Sefer azeri,

Sizin fikirlərinizə də böyük hörmətlə yanaşaraq bəzi məsələlərə münasibət bildirmək istəyirəm. Sizin göstərdiyiniz bu[2] şəkildən uzun illər ötüb keçməsinə baxmayaraq, o şəkildə, nə SSRİ, nə Azərbaycan SSR və ya nə də erməni bayraqlarından biri asılmayıb. Əlbətdə bir açıq dünya ensiklopediyasında vətənpərvərlik hisslərinə qapılıb bir qərar vermək doğru olmazdı. Amma gəlin bir az da vətənpərvərlik nümayiş etdirib, müəyyən məsələləri dünyaya çatdıra bilək. Şuşa haqqındakı məqalədə rəsimdə, Şuşanın son vəziyyəti qoyulub. Xahiş edirəm Füzuli-nin də son vəziyyətini tapıb qoyaq. Yoxsa Şuşa təmirlidir deyə qoyuruq şəkilləri? Xahiş edirəm öncə, adlarını sadaladığım abidələrin məqalələrinə nəzər yetirəsiniz. Hansı səbəbdən yeni şəkillər yoxdur?

Nəyə görə, Şuşa qalasının digər qapısı olan İrəvan qapısının şəkili qədim, Gəncə qapısınınkı isə yenidir? Yoxsa biz ermənilərin gözəlliklərini göstəririk? Yoxsa İrəvan qapısı dağıdılıb deyə lazım deyil?

Hörmətli Rufet Turkmen,

Sizin fikirlərinizə də böyük hörmətlə yanaşaraq bildirmək istərdim… Şuşa bizdə deyil, adı da dəyişdirilib. Bayrağımız da orada yoxdur. Amma Şahbulaq qalası məqaləsində istifadə olunan şəkilin adı Tigranakertdir[3]. O zaman niyə biz bu məqalənin adını Şahbulaq qalası qoymuşuq? Bəlkə Tiqranakert qalası qoyaq? Axı bu qalanın hal hazırkı adı heç Şahbulaq qalası da deyil. Şuşanın da adını dəyişək. Qoyaq Şuşi. Hal hazırda burada ermənilər yaşayır və ora Şuşidir!

Biz bunu edə bilmirik çünki hələ heç bir qəti qərar bu torpaqların adının tam erməniləşdirilməsinə icazə vermir və müharibə davam edir. Nə zaman ki, hansısa müqavilə ermənilərin xeyrinə bağlanacaq, o zaman vikipediyaya, istəsək də Şuşa və ya Kəlbəcər adını yaza bilməyəcəyik.

Mən sizin hər birinizlə razıyam tarixi abidələrin son görüntüsünün və ya son halının vikipediyada istifadə olunması daha məqsədə uyğundur. Əgər məsələyə bu tərəfdən yanaşırıqsa və düşünürksə Şuşa işğal altındadır və qalanın adı dəyişdirilib, bu zaman xahiş edirəm işğal altında olan bütün rayonlarımızın son və dəyişdirilmiş adları əks olunan şəkilləri tapıb yerləşdirək vikipediyaya. Axı rayonlarımızın da hal hazırda adı Ağdam və ya Cəbryallı deyil? Və heç bir yerdə rast gəlmədiyimiz, amma rayonlarımıza, fotoşopda düzəldilmiş və məcburi gerb status verdiyimiz Ağdam gerbini [4] oradan götürək. Və araşdıraq AKNA yazılmış bir gerb varsa gətirib yerləşdirək. Hal hazırki dövrə uyğun hərəkət etməliyiksə, nəzər salsaq o şəhərdə məscidə gedən bir dənə də müsəlman yoxdur!!!

Bütün istifadəçilərə sualım var:

-Nəyə görə Ağdamın gerbində bir məscid şəkili qoyub altında azərbaycanca Ağdam sözünü yazmışıq, amma Xankəndinin gerbini[5] qədim tarixə malik erməni gerbi kimi vermişik və erməni gerbindən istifadə etmişik? Üstəlik orada ermənicə ad da yazmışıq? Axı hər iki rayon və şəhər işğal altındadır?

-Mənim cavabım! Belə çıxır ki, biz Xankəndinin erməni torpağı olduğuna razılaşdıq. Gerbinə hansısa erməninin at belindəki şəkilini qoyaraq!!! Çünki hal hazırda orada yaşayanlar o gerbdəki qəhramanla fəxr edirlər!!!

Hörmətli White_Demon,

Biz bu şəkil ilə istər oxuculara, istərsə də dünyaya, qalamızın kifəyət qədər yaxşı qorunmasından başqa heç nə çatdırmırıq. Bu şəkildə “ermənilərin bu tarixi abidəmiz üzərində hansı işlər gördüyü” məlumdur. Onlar qalanı göz bəbəyi kimi qoruyub özəlləşdirməkdə davam edir.

Şəxsi fikirlərə və ya vətənpərvərlik hisslərinə qapılıb hansısa müzakirəyə sərt verdiyim cavaba görə hər birinizdən üzr istəyirəm. Lakin gəlin bu məsələlərdə birgə fəaliyyət nümayiş etdirək. Hörmətli Nicat49-ın fikirlərini dəstəkləyirəm. Şəkilə mütləq işğaldan sonra və ya erməni işağlından sonra yazılmalıdır. Erməniləri yüksəltmək lazım deyil! İşğal ediblər, dəyişdiriblər və bayraqları da dalğalanır!

Hörmətlə --Patriot Kor (müzakirə) 06:16, 31 avqust 2018 (UTC)

Patriot Kor, zəhmət olmasa yuxarıda adlarını işarələdiyiniz abidələr haqqında məqalələrin tarixçəsinə baxın görün kim yaradıb həmin məqalələri.)) Hansı abidələrdə ki, şəkil qoymamışam deməli şəklini tapa bilməmişəm, sizin bildiyiniz şəkillər varsa əlavə edin. Yaratdığım həmin məqalələrdəki məlumatlar internetdə heç yerdə yoxdu! Buyurub axtara bilərsiz. Bu qədər zəhmətdən sonra heç bir iş görməyən yoldaşlar "vətənpərvərlik" nümayiş etdirib məni tənqid edirsə bunu qəbul edə bilmərəm. Azərbaycan dilində vikipediyanı oxuyanlar Azərbaycan dilini başa düşənlərdi, siz necə burdakı məqalələrdə dünyaya nəyisə sübut etməyə çalışırsız. Əgər nəsə sübut etmək istəyirsizsə buyurun rus və ingilis dilində olan vikipediyalarda vətənpərvərliyinizi nümayiş etdirin. Əminəm ki, ordakı ermənilərin qarşısında burdakı kimi uzun-uzadı danışa bilməyəcəksiz. Dünən iki dəfə yazmışam, yenə təkrar edirəm, vətənpərvərlik nümyiş etdirmək istəyirsizsə götürün Şahbulaq qalası və Qarabağdakı digər abidələr haqqında məlumatları zənginləşdirin. Müzakirələri davam etdirmək istəmirəm, mübahisələrə səbəb olduğuna görə Azərbaycan mövzulu məqalələr yaratmamağa qərar verdim. --sefer azeri 06:30, 31 avqust 2018 (UTC)
AzVikidə Ermənistanla bağlı bir mövzuda işləyən kimi tənqid edilmə kimi tendensiya yaranıb. Elə bil, Ermənistan qonşu ölkə deyil, Afrikanın hansısa ucaq nöqtəsində yerləşən hansısa dövlətdi, ona görə də Ermənistan haqqında məqalə işləyənlərə bu cür qəribə yanaşılır. Patriot Kor, Füzulinin son vəziyyəti haqqında commons-da şəkil tapsaz, özünüz əlavə edə bilərsiz. Sefer azerinin də qeyd etdiyi kimi, əgər vətənimizi belə sevirsizsə, məqalələrə töhfə vermək lazımdı, vaxtın çoxunu müzakirəyə sərf etmək yox.--White Demツnyo! 06:47, 31 avqust 2018 (UTC)

Hörmətli, istifadəçilər! Bəli, Ermənistanla bağlı mövzuda (müəyyən sahələrdə) məqalələr yaradıldığı zaman tənqidlər olmalıdır. Çünki, bura Azərbaycan vikipediyasıdır. Biz azərbaycanlıyıq. Belə bir mövzuda tənqidlərin olmaması normal olmazdı. Hörmətli Patriot Kor, bütün fikirlərinizlə eynilə razıyam. Bütün dolğun şəkildə ifadə etdiyiniz fikirlərə görə təşəkkür edirəm.

Məncə Azərbaycan vikipediyası hal hazırda dünyaya Azərbaycan həqiqətlərini, erməni yalanlarını çatdıra bildiyimiz ən önəmli virtual sistemdir. Bəzi istifadəçilərin yaratdığı bir sıra məqalələrin azvikidə olduğu kimi qalması, bəzi istifadəçilərin də onu dəstəkləməsi ciddi məsələdir. Biz azərbaycanlı olaraq Şuşanın adını nə olursa olsun "Şuşa" kimi qəbul edirik. Məqalələrdə heç bir formada "Şuşi" sözünün işlədilməsini qəbul edə bilmərik. Alban əlifbası məqaləsində qədim alban yazısı ilə 15-ci əsr ereməni əlyazması verilib. Buna nə ad vermək olar? Həm də yazıdakı əlifba müasir erməni əlifbasının demək olar ki eynisidir. Bunu necə görməmək olar? Bəlkə biz ermənilərin albanların varisləri olduğunu qəbul etmişik, xəbərimiz yoxdu. Söhbət Azərbaycanın orta məktəb və universitet təhsil tədris proqramlarının verdiyi məlumların Azvikidə əksinə gedilməsindən gedir. İndi məsələnin ciddiyyətinin nə dərəcədə olduğunu özünüz düşünün. Hörmətlə --Natəvan.R. (müzakirə) 07:14, 31 avqust 2018 (UTC)

Bu alban əlifbasının başqa alternativi olan əlyazma var? Yoxsa, kimsə özündən əlifba uydurub, onu alban əlifbası kimi oxuyuculara çatdıraq? Vikipediyanın əsas fəlsəfəsi tərəfsiz və elmi məlumatların çatdırıldığı azad ensiklopediyadır. Yoxsa, müasir Azərbaycan ali məktəblərinin tədris proqramının çatdırıldığı məkan deyildir. hansı ki, bu universitetlərin tədris proqramında əvvəllər bunun tam əksi yazılmışdı. --Eks-istifadəçi (müzakirə) 07:31, 31 avqust 2018 (UTC)
Natəvan.R. Azərbaycan vikipediyası yoxdur, Azərbaycan dilində vikipediya var. Heç kimi hansısa mövzuda, o cümlədən Ermənistan mövzusunda məqalə yaratdığına görə tənqid etmək olmaz. Azərbaycan dilində vikipediya təbliğat aləti və "Azərbaycan həqiqətləri"ni yaymaq üçün meydan deyil, ensiklopediyadır. Burad əsas tələb tərəfsiz və düzgün məlumat verilməsidir. Azərbaycanın orta məktəb və universitet tədris proqramlarında istifadə edilən kitablar isə səhvlər və saxtalaşdırmalarla dolu olduğuna görə ensiklopedik əhəmiyyət daşımır. Zəhmət olmasa qaydalarla tanış olun. --sefer azeri 07:34, 31 avqust 2018 (UTC)
İşğaldan sonra sözünün yazılmasına məndə razıyam. Bu daha məntiqlidir. Həmdə abidənin indiki tarixini də əks etdirir. Ancaq şəkillərin adlarından narazılıq edənlər varsa, commonsda müzakirə aparıb şəkillərin adını dəyişə bilər. Həqiqətən Qarabağ bu qədər sizləri maraqlandırırsa, şəkillərə göz dikmək əvəzinə ensiklopediyada olduğumuzu yadımıza salaq, məqalə yaradaq. Sadəcə siyahı verəcəm məqalələr yaradılmalıdır. Həmçinin istifadəçilər yaxşı bilməlidirlər ki, məqalə copy-paste yox, təhlillərlə bir neçə ədəbiyyatın ortaqlığı ilə yazılır. Əgər razılıq olan varsa yazsın mənə məqalə siyahısı verəcəm.--Rufet Turkmen (müzakirə) 11:02, 31 avqust 2018 (UTC)


Hörmətli həmkarlar xüsusi ilə də Sefer azeri, Rufet Turkmen, White_Demon. Diqqət yetirsəniz mən yazdığım fikirlərin heç birində "niyə etmisiniz?" və ya "nə isə edin" kimi sözlər yox əksinə, "nəyə görə etmirik?", "hansı səbəbdən etmirik" kimi fikirlər yazmışam! Bununla mən bildirmək istəyirəm ki, əslində bu problemlər bizim hər birimizin problemləridir. Mən dəfələrlə qeyd etdim ki, mən sizin hər birinizlə razıyam tarixi abidələrin son görüntüsünün və ya son halının vikipediyada istifadə olunması daha məqsədə uyğundur. Lakin, bununla yanaşı bir neçə sual da verdim. Bəlkə bir vikigörüş keçirib bütün işğal altında olan rayonların hal hazırkı vəziyyətini, adlarını müzakirə edək? Onların adlarını dəyişdirməklə bağlı qərarlar qəbul edək? Bəlkə erməni vikihəmkarlarımızdan son fotoşəkillər alaq? Axı, White_Demon demişkən onlar qonşu ölkədir? Afrikada yaşamırlar... Bu sözlərimlə heç kəsin fikirlərinə hörmətsiz yanaşmıram və xahiş edirəm ki, belə qəbul edilməsin. Sadəcə olaraq, əgər Şuşa qalasının İravan qapısının şəkilini Sefer azeri tapa bilməyibsə və köhnə şəkillərdən istifadə edibsə gəlin birlikdə həmin qapının 2018-ci ilə aid erməni bayrağı asılmış şəkilini tapaq. Bununla daha bir tarixi abidənin son görüntüsünü yerləşdirmiş olarıq. Mən bu sualları verməklə heç kəsi ittiham etmirəm. Amma verdiyim heç bir sualın cavabını almadım. Əgər bütün tarixi abidələri üzərində erməni yazısı ilə yerləşdirəcəyiksə gəlin bütün rayonlarımızın hal hazırkı adlarını da dəyişdirək. Bizə görə, şəhərin adı Xankəndidir. Amma hal hazırda Stepanakertdi. Bu bizim qlobal problemimizdir. Ortaya birlikdə güc qoyub, bu torpaqların Azərbaycana məxsus olduğunu sübut edəcək şəkillər qoymalıyıq. Əgər Şuşanın son və təmirli görüntülərini yerləşdirmək lazımdırsa xahiş edirəm Xocalı Hava Limanı məqaləsinə də son vəziyyətin şəkilini qoyaq və inşasının kimlər tərəfindən olunduğunu, hansı erməni şirkətləri tərəfindən maliyyələşdirdiyini yazaq. Sonra da göstərək ki, işğal altındadır. Bəs necə işğal altındadır? Bu rəsimlə biz Xocalıda firavan həyatdan başqa heç nə göstərmirik və gələn yeni nəsilə sadəcə təmirli Xocalını buraxırıq. Bəlkə düşünərsiniz, hava limanı ilə tarixi abidə fərqli anlayışlardır. Amma söhbət hal hazırki vəziyyətdən gedir. Mənsə Xocalı Hava Limanı məqaləsi haqqında yeni tədbirlər görəcəyəm və orada gedən qanlı döyüşləri də göstərən redaktələr edəcəyəm. Tam tərəfsiz və ensiklopedik şəkildə.

Sefer azeri sizin əziyyətinizi heç kəs danmır və ya görməzdən gəlmir. Və mən adını sadaladığım məqalələrin kim tərəfindən yaradıldığını da bilirəm. Lakin əgər bu mövzularda fəaliyyətinizi dayandırmaq istəyirsinizsə bu sizin şəxsi fikirinizdir. Yox əgər bir qərara gəlib hal hazırkı vəziyyətlər barədə məlumatlar yerləşdirməyə başlanılsa mən inanıram ki, sizdən böyük dəstək ala bilərik. Heç bir "iş görməyən yoldaş olaraq" sizdən xahişim budur ki, ortaq bir nəticəyə gələk. Ya bütün rayonların, abidələrin adları erməniləşdirilsin ya da Xankənidinin gerbi kimi, Ağdamın da gerbində ermənicə AKNA yazılsın... O cümlədən bütün işğal altında olan rayonlarımızın!

Hörmətlə --Patriot Kor (müzakirə) 11:50, 31 avqust 2018 (UTC)

Patriot Kor görürəm siz yazdıqlarınızla nə demək istədiyinizi heç özünüz də başa düşmürsüz.)) Abidələrin, şəhərlərin adı niyə erməniləşdirilsin, kim belə bir təklif edir ki, siz də bunu müzakirə edirsiz? Məqalənin adı Şuşi yox Şuşa qalası yazılıb axı. Xocalı hava limanının məsələyə nə aidiyyatı olmasını anlamasam da, məqaləyə şablon və şəkil əlavə etdim. Siz də burda böyük-böyük mesajlar yazmaqdansa məqalə redaktə edin və ya yaradın. Uğurlar. --sefer azeri 12:36, 31 avqust 2018 (UTC)

Hörmətli Sefer azeri. Siz bir daha Azərbaycan şəhərində, Qondarma Dağlıq Qarabağ Respublikası dalğalanan bir şəkil yerləşdirdiniz. Şəkilin adı isə Stepanakert Aeroportudur. Məni ciddi şəkildə narahat edən məsələyə bir daha qayıdıram. Şəkilin adı Stepanakertlə bağlıdır və bu şəkildə BMT-yə üzv olan heç bir dövlət tərəfindən müstəqilliyi tanınmayan dövlətlərdən birinin bayrağı dalğalanır. Adından da göründüyü kimi Qondarma bir dövlətin bayrağından öz məqaləmizdə istifadə edirik. Əgər bu şəkildə davam ediriksə və edəcəyiksə bir daha təkrar edirəm ki, bütün rayonlar üçün bu şəkilləri əldə etməli və erməni bayraqlı şəkillər əlavə etməliyik. Amma bilmirəm bu nə qədər doğru olacaq. Biz bununla nəyə nail oluruq? Belə davam edərsə mən vikiidarəçilərimizdən xahiş edirəm ki, bu haqqda ciddi bir tədbir görülsün. Sizin Abidələrin, şəhərlərin adı niyə erməniləşdirilsin, kim belə bir təklif edir ki, siz də bunu müzakirə edirsiz? sualınıza cavab olaraq bildirmək istərdim ki, bu məqalədəki gerbə diqqəqtlə baxasınız.[6] Hörmətlə --Patriot Kor (müzakirə) 13:45, 31 avqust 2018 (UTC)

Ah... məsələni aydın başa düşdüm. Patriot Kor və Natəvan xanım, möhtəşəm şəkildə qayğıyla işlənmiş bir məqalə bir şəkildə yerləşən on pikselə görə deyinirsiz. Commonsda bir erməninin yüklədiyi şəklə görə biz niyə tənqid olunuruq? Gedin Commonsda yazın, ermənilərəş ingilislərə yazın. Bu nədir axı?! Erməni bayrağını görmək istəmirsinizsə, gedin Şuşaya, Ermənistan bayrağını endirin və qalanın şəklin çəkin. Bunu edin, sonra gəlib burada bizi tənqid edin. Üstəlik, Səfər bəyin yaratdığı məqalələrdın sizə nə? Biraz açıqgörüşlü olun. Erməni şairi haqda yazan olun vətən xaini, Ləzgistandan yazan olur satqın. Bu nədir belə?! Bunun kimi müzakirələr Vikipediyada çox keçirilib və hamısının nəticəso eyni olub. Vikipediya açıq, neytral ensiklopediyadı. Bu saytı nə Rabitə Nazirliyi, nə də ki Milli Elmlər Akademiyası hazırlayıb və tamamilə könüllüdür. Gələcəkdə Artsax milli futbol komandası kimi məqalələr yaratmaq fikrindəyəm, ancaq yəqin onu da tənqid edərsiz. Milliyətçi, vətənpərvər olmaq pis şey deyil, mən də eləyəm, fəqət absurd vətənpərvərlik çox lazımsız bir şeydi. --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€(hail sithis!) 15:16, 31 avqust 2018 (UTC)
Commonsda şəklin adının dəyişdirilməsi üçün rename şablonundan istifadə edilir. Linkdəki şəklin adında Azərbaycan xalçası erməni xalçası kimi təqdim edilmişdi. Ancaq xalçanın saxlandığı muzeyin saytında tikildiyi yer olaraq Azərbaycan göstərildiyindən dəyişdirildi. Erməni istifadəçilər Gövhər ağa məscidləri şəkil adlarında məscidləri fars məscidi kimi təqdim edirdilər. Onlar da dəyişdirildi.--Abutalub (müzakirə) 17:09, 31 avqust 2018 (UTC)

Hörmətli Aykhan Zayedzadeh,

Təəssüf edirəm ki, bir daha "gedin!", "edin!" kimi sözlər işlədirik. Xahiş edirəm sizi tənqid etdiyim cümləni mənə göstərin! Commonsda bir erməninin yüklədiyi şəklə görə sizi tənqid etmirəm, sizdən və digər həmkarlarlardan niyə bir erməninin commonsda qoyduğu erməni və ya qondarma dövlət bayraqlı şəkillərin azvikidə istifadə olunmasının səbəbini soruşuram. Məsələyə açıqgörüşlü yanaşaraq mənə aid olmayan (Erməni şairi haqda yazan olun vətən xaini, Ləzgistandan yazan olur satqın.) məsələlərə münasibət bildirmək istəmirəm! Gələcəkdə yaradacağınız məqalə ilə bağlı sizə uğurlar arzulayıram və hətda bunu normal qarşılayıram. Lakin ümid edirəm ki, sizdə olan fəqət absurd şəkildə olmayan vətənpərvərlik hisslərinizdən azca da olsa istifadə edib, Qondarma Dağlıq Qarabağ sözünü orada mütləq qeyd edəcəksiniz. Nəhayət erməni işğalçısının bayrağını görmək istəmədiyim üçün, düşmən nəzarətində qalan Azərbaycan torpağına gedib bayraq endirə bilməm mümkünsüzdür. Bunun sonu mütləq oradan geri qayıtmamamla nəticələnəcək! Lakin həmkarlarım, tarixi abidələrimizin son erməni bayraqlı görüntülərini və xüsusən də Şuşa qalasının İrəvan qapısının son vəziyyətinin, Füzulinin, Kəlbəcərin son şəkilini almaq üçün, hansı ki, tapmaqda çətinlik çəkirik və Artsax FK-nın haqqında dolğun məlumat almaq üçün Şuşaya gedib mültəq əsaslı məlumatlarla qayıda bilərlər. Erməni bayraqlı son şəkillər tapmaqda hər birinizə uğurlar! Amma bu məsələylə bağlı bir daha qeyd edirəm ki, bütün idarəçilər ayıq olmalıdır. Mən erməni bayraqlı şəkillərin və xüsusi ilə də Xankəndi və Xankəndi qaralamalarında istifadə olunan bu gerbin[7] götürülməsini xahiş edirəm!Fikirlərimə və vətənpərvəlik hisslərimə qarşı göstərdiyiniz dərin anlayışa və hörmətə görə hər birinizə sonsuz minnətdaram!
Hörmətlə --Patriot Kor (müzakirə) 17:36, 31 avqust 2018 (UTC)
Patriot Kor, qaralamada erməni gerbindən istifadəyə mən də qarşıyam. --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€(hail sithis!) 00:04, 1 sentyabr 2018 (UTC)
Drabdullayev17 demişkən, vikipediyanın adı Azərbaycandilli vikipediyadı. Azərbaycan milli vikipediyası yox. Hər bir mövzuya neytral yanaşmaq lazımdı. Şəkilə işğaldan sonra yazılsa daha yaxşı olar.--Anar 00:38, 1 sentyabr 2018 (UTC)
  • Ay bürokrat Eldarado, hesab edirəm ki, sefer azerini bu formada bloklamağın tam ədalətsiz qərardır. Səfər təcrübəli istifadəçidir. Konkret bu məsələdə nə dediyini bilir. İstinad etdiyin linkdə onun yazdıqları əsaslandığın qaydanın 4-cü bəndindəki kimi "Hökmlü, ədalı tonda digər istifadəçilərə göstərişlər verdikdə" standartına uyğun deyil, əksinə dəvət xarakterlidir; 11-ci bənddəki kimi isə "İstehza, rişxənd, acılama, sancma, sataşma" elementləri yoxdur. Ümumiyyətlə isə belə bloklamaları əsaslandırmağa çalışarkən Bloklama qaydalarını əsaslansan daha dəqiq olar. Nəzakət qaydaları bloklanmanı mütləq etmir. Onun müvafiq bölməsində bloklana bilər yazılıb. --►Cekli829 08:34, 1 sentyabr 2018 (UTC)

Hörmətli Cekli829, məndə sizdən rica edirəm ki, müraciətlərinizi daha nəzakətli formada edəsiniz. Axı siz idarəçisiniz, Nəzakət qaydalarına ilk siz riayət etməlisiniz. Bloklara gəldikdə isə hər ikisi tam qaydalara uyğun verilib. Səfər bəyin əlavə etdiyi redaktədəki "görürəm siz yazdıqlarınızla nə demək istədiyinizi heç özünüz də başa düşmürsüz.))" cümləsi 11-ci bənddəki, "Siz də burda böyük-böyük mesajlar yazmaqdansa məqalə redaktə edin və ya yaradın." cümləsi isə 4-cü bənddəki blok səbəbləridir. Ayxan bəyin əlavə etdiyi redaktədəki "Commonsda bir erməninin yüklədiyi şəklə görə biz niyə tənqid olunuruq? Gedin Commonsda yazın, ermənilərəş ingilislərə yazın. Bu nədir axı?!""Üstəlik, Səfər bəyin yaratdığı məqalələrdın sizə nə? Biraz açıqgörüşlü olun." cümlələri 4-cü cə 11-ci bəndlərdəki, "Milliyətçi, vətənpərvər olmaq pis şey deyil, mən də eləyəm, fəqət absurd vətənpərvərlik çox lazımsız bir şeydi." cümləsi isə 2-ci bənddəki blok səbələridir. Hər şey bu qədər açıq və aydındır, siz bütün bunlara rəğmən nə üçün blokun açılmağını tələb edirsiz? --eldarado 09:12, 1 sentyabr 2018 (UTC)
Aykhan Zayedzadeh düz yazıb da; "Milliyətçi, vətənpərvər olmaq pis şey deyil, mən də eləyəm, fəqət absurd vətənpərvərlik çox lazımsız bir şeydi." - bu cümlə heç bir halda blok səbəbi ola bilməz. Onun və sefer azerinin digər fikirlərinə görə maksimum xəbərdarlıq etmək olar. Əgər bir istifadəçi başqa istifadəçini vikilayihələrdə fəaliyyətə yönləndirirsə, bunun nəyi pisdir ki? Ay bürokrat Eldarado onları bloklamaqla özün də Ümumi etiket qaydalarını (Konsensusa doğru fəaliyyət göstərin, destruktiv olmayın; Diqqәtinizi şəxslərə deyil, məzmuna yönəldin.) pozmusan. Ona görə də bloku mütləq açmalısan. Əks halda bu məsələ META-da müzakirəyə çıxarıla bilər ki, bu da planlaşdırdığın stüard seçkilərində sənin üçün mənfi nəticəyə səbəb olacaq. --►Cekli829 10:52, 1 sentyabr 2018 (UTC)
Hörmətli Cekli829, mən bir bir izah elədim bloklama səbəblərini əgər razı deyilsinizsə, normal qaydada etiraz edə və digər idarəçilərin blokla bağlı fikirlərini öyrənə bilərsiniz. Əgər bir neçə idarəçi blokun haqsız olduğunu təsdiqləsə bloku açmağa hazıram. Çünki mən səbəsiz bloklamamışam hər istifadəçinin blokuna birdən çox səbəb göstərmişəm. META-ya müraciət isə istədiyiniz mövzuda edə bilərsiniz, bu hər bir istifadəçinin haqqıdır. Mənə burada hədə qorxu gəlməyin bir anlamı yoxdur, əksinə müraciətiniz sizin üçün mənfi nəticələnə bilər.
Maraqlı məqam da odur ki, 7 illik fəaliyyətim zamanı yalnız siz mənim qərarlarıma etiraz etmisiz (oda bürokrat seçildiyimdən bu yana) və heç bir etirazınız da öz təsdiqini tapmayıb. Bir neçə idarəçi yazsın ki, blok qərarınız səhvdir və bunu əsaslandırsın. O zaman deyərəm ki haqlısız mən yanılmışam, indiki halda sizin etdiyiniz sadəcə nəyinsə prinsipidir və nəyin prinsipidir? Onu heç anlamıram.--eldarado 11:58, 1 sentyabr 2018 (UTC)
Hörmətli Azviki istifadəçiləri və idarəçiləri, Şuşa qalası məqaləsi haqqında uzun müddətdir müzakirə gedir. Bir çox istifadəçi fikrini bildirib. Mən də mövzu haqqında öz fikrimi bildirməliyəm. Hörmətli Anar Məmmədov mənim mövzu haqqında ümumi fikrimi gözəl qeyd edib "vikipediyanın adı Azərbaycandilli vikipediyadı. Azərbaycan milli vikipediyası yox. Hər bir mövzuya neytral yanaşmaq lazımdı." İndi isə tək-tək fikirlərimi izah edim. Məqalədə qalanın son şəkli istifadə olunmalıdır. Bu fikirlə məndən başqa Sefer azeri, Araz Yaquboglu,Rufet Turkmen,White Demon,Nicat49Aykhan Zayedzadeh də razıdır. Həmçinin Pinkfloyd1990, Eldarado, Natəvan.R. da bayraq məsələsində haqlıdır. Məncə məqalədə qalanın son halını göstərən lakin erməni bayrağı olmayan bir şəkildən istifadə edilə bilər. Həmçinin "işğaldan sonra" sözü də yazılmalıdır (infoqutuda da). Bu fikirlə də bir çox istifadəçi razılaşıb. İki istifadəçinin bloklanmasına gəlmişkən. Hörmətli Cekli829 ilə razıyam, məncə bloklanma düzgün deyil. Amma bunu onu deməsi mənə çox amma çox qəribə gəldi. --Drabdullayev17 (müzakirə) 12:10, 1 sentyabr 2018 (UTC)
Hörmətli Eldarado zəhmət olmasa Ayxanın və Səfər bəyin blok müddətini azaldardız. Hər ikisi aktiv istifadəçilərdir. Yəqinki, nəzərə alarsız. Yenədə sizin və hər kəsin fikrinə hörmətlə yanaşıram. Hörmətlə --Rufet Turkmen (müzakirə) 12:18, 1 sentyabr 2018 (UTC)

։։Düşünürəm bu şəkilin özü elə erməni provkasiyasıdır. Bayrağı qabardmağa çalışdıqları göz qabağındadır. Düşünürəm bir az anlaşıqlı olmaq lazımdır. Həmkarım Drabdullayev17-lə bir çox mənda razıyam. İstər Cekli829 istərsə Eldarado kimi həmkarlarıma gözəl şəkildə anlaşma diləyirəm ::)))).__Q🅾⚓Ç🅾Ⓜ🅰Q 19:29, 1 sentyabr 2018 (UTC)

Rüfət bəyin təklifini nəzərə alaraq Ayxan bəyin blokunu 9 günə, Səfər bəyin blokunu isə 6 günə qədər azaltdım. Ümid edirəm ki, blok müddəttiniz bitdikdən sonra daha nəzakərli formada müzakirələrdə iştirak edəcəksiniz.--eldarado 08:50, 2 sentyabr 2018 (UTC)
Təşəkkürlər. --Rufet Turkmen (müzakirə) 10:07, 2 sentyabr 2018 (UTC)

Səfər və Ayxanın bloklanması biyabırçılıqdır. Bu qərar haqqında ətraflı izahat verilməlidir. Mənə maraqlıdır ümumiyyətlə kim vikipediyaya kənar müdaxilə edir? --Eks-istifadəçi (müzakirə) 05:06, 3 sentyabr 2018 (UTC)

Mən azərbaycan dilli Vikipediyada aktiv fəaliyyət göstərmirəm. Fars dilli Vikipediyada Azərbaycanla bağlı fars dilində məqalələr yerləşdirirəm. Əlbəttə ki, məlumat əldə edib, tərcümə etmək üçün yazacağım məqalə ilə bağlı Az.vikidə olan məqalələrdən istifadə edirəm. Bu vaxt Azərbaycan dilindəki məqalələrin bir çoxunda uyğunsuz şəkillər və ya termin səhvləri ilə rastlaşıram. Tərcümə etdiyim məqalələrin bir çoxu da Qarabağda yerləşən abidələrdir. Lakin Şuşa qalası məqaləsində olduğu kimi, bir çox Az.dilli vikipediyadakı məqalələrdə regionun hansı dövlətə məxsus olduğunu şübhə altına alacaq məqamlar olduğuna görə, bu cür məqalələri digər xarici dillərdə yerləşdirməkdə tərəddüd edirəm. Bildirmək istəyirəm ki, Sefer azeri azərbaycan dilli vikipediyada Şəki xan sarayı məqaləsində şəkil şablonunda abidənin üslubunu "Fars üslubu" kimi qeyd edib və bununla bağlı keçid verdiyi məqalənin adı isə İran memarlığıdır. Digər istifadəçilər və ya adminlər Sefer azerinin "Fars üslubu" kimi sözdən istifadə etdiyinə irad bildirməyib və onu dəyişməyib. Bildirmək istəyirəm ki, İranda İran memarlığından söhbət gedəndə "fars üslubu", "türk uslubu" deyilmir, ümumi bir termindən, yəni "İran memarlığı" terminindən istifadə edilir. Bununla bağlı istifadəçilərə ətraflı məlumatları olmayan ölkələr haqqında termindən istifadə zamanı saxta sözlərdən istifadə etməməklə bağlı tövsiyyələr verilməlidir. Fars üslubu kimi heç bir elmi mənbədə qeyd edilməyən sözlər dəyişdirilməlidir. İran memarlığı ilə bağlı məlumatı olmayanlar fars dilli vikipediyada معماری ایرانی məqaləsini oxuya və ya digər saytlara müraciət edə bilərlər. [8] [9] [10] میرعلی 797 (müzakirə) 17:25, 2 sentyabr 2018 (UTC)

Hörmətli میرعلی 797, sizin fikirlərinizə qatılaraq, bildirmək istəyirəm ki, eyni problemlə mən də tez-tez qarşılaşıram, çünki azvikidə fəaliyyətimin çox da olmamasına baxmayaraq, ərəb dilli vikipediyada Azərbaycan haqqında mövzular yazmaqla aktiv fəaliyyət göstərirəm. Yuxarıda bir sıra istifadəçilərin qeyd etdiyi mövzular da daxil olmaqla azvikidə bir sıra anlaşılmayan məqamlara rast gəlmişəm. Nəzərə alsaq ki, xarici dilli vikipediyalarda işlədiyimiz mövzuların mətnlərini azvikidəki mətnlərdən tərcümə edirik, bu səbəbdən bəzi məqalələr bizim üçün çətin vəziyyət yaradır. Şuşa qalası məqaləsindəki şəklin isə ümumiyyətlə yanlış seçildiyini düşünürəm. --لاله171 (müzakirə) 07:52, 3 sentyabr 2018 (UTC)

Hörmətli həmkarlar,

Şuşa qalası məqaləsi haqqında gedən böyük müzakirələrdən sonra, yekun nəticəyə gəlmədiyimiz üçün, düşünürəm ki, müzakirəni səsvermə yolu ilə yekunlaşdırmalıyıq.

İşğal altında olan Şuşa qalası və digər tarixi abidələr haqqında olan məqalələrdə erməni və Qondarma Dağlıq Qarabağ respublikasının bayrağı əks olunmuş şəkillərdən istifadə olunmasın. -- Patriot Kor (müzakirə) 09:23, 3 sentyabr 2018 (UTC)

  • +  Lehinə: -- Patriot Kor (müzakirə) 09:23, 3 sentyabr 2018 (UTC)
  • Şərh  Şərh: Mən təklif edirəm ki, gəlin belə edək: Sefer azeri və onunla razılaşanlar haqlı olaraq son şəkillərdən istifadə etməyi təklif edir. Məncə o haqlıdır. 1-2 istifadəçi də deyir ki, erməni bayrağı olmasın. Bu irad hər nə qədər Vikipediya qaydalarına uyğun bir irad olmasa da Sefer azeri-nin təklif etdiyi şəkillərdən erməni bayrağını Photoshope-la silib bu şablondan istifadə edib yenidən yükləyib məqalədə istifadə edə bilərik. Belədə, mənə elə gəlir ki, hər 2 tərəf razı qalacaq.--samral müzakirə 11:06, 3 sentyabr 2018 (UTC)
Bir şeyi də əlavə edim ki, Səfər və Ayxanın bloklanmasını səhv hesab edirəm. Baxmayaraq ki, Səfər özü də idarəçi olanda bu cür bloklamalar edirdi. Düşünürəm ki, bu ilk növbədə söz və ifadə azadlığına ziddi.--samral müzakirə 11:09, 3 sentyabr 2018 (UTC)
Samral, Photoshop proqramından istifadə edərək şəkillərdən filan şeyin silinməsi variantından söhbət gedə bilməz. Bayrağın silinməsi şəkilə senzuranın tətbiq olunması deməkdir və açıq ensiklopediya olan Vikipediyada senzura yolverilməzdir.--White Demツnyo! 11:32, 3 sentyabr 2018 (UTC)

Həmkarım White Demon-la razıyam. Bu yolverilməzdir. Lakin bayraqsız şəkillərə də rast gəlmək mümkündür. Maksimum çalışıb onlardan istifadə etməliyik. Hörmətlə --Patriot Kor (müzakirə) 11:56, 3 sentyabr 2018 (UTC)

Tərəfsizlik vikipediyanın əsas prinsiplərindən biridir. Amma bu o demək deyil ki, tərəfsizlik naminə qarşı tərəfin mövqeyini güclü göstərmək lazımdır. Vikipediyada əsas istifadəçi və oxucu kütləsinin azərbaycanlı olduğunu nəzərə almaq lazımdır. Mən inanmıram ki, biz nə vaxtsa Qondarma Dağlıq Qarabağ Respublikası məqaləsini ana səhifəyə yerləşdirək və ya mövzulu ay keçirib ən başda "bayraq"larını yerləşdirək. Cəmiyyətdə vikipediyaya qarşı aqresiya yaratmamaq üçün də bəzi məqalələrdə müəyyən qədər qaydalardan kənara çıxmaq olar.--Emin ismarıc 17:50, 4 sentyabr 2018 (UTC)

Şərh  Şərh: İnfoqutuda qalanın son halını göstərən, lakin ermənicə yazısız şəkildən istifadə etmək lazim oldugunu düşünürəm. Məsələn bu şəkil. --Pinkfloyd1990 (müzakirə) 12:47, 5 sentyabr 2018 (UTC)

Bu cür müzakirənin və "səsvermənin" keçirilməsi VP:BƏP qaydasının ikinci bəndinin tələbinin (Biz təbliğatın qarşısını alırıq və məlumat və məsələləri müzakirə etməkdən daha çox onları səciyyələndiririk.) kobud şəkildə pozulmasıdır. Nəzərə alın ki, VP:NM qaydasına əsasən Vikipediyanın heç bir qayda və prinsipləri və istifadəçilər arasında heç bir konsensus ensiklopediklik, neytrallıq və müəllif hüquqlarının qorunması siyasəti ilə müqayisədə üstün ola bilməz. Hörmətlə --sefer azeri 11:16, 9 sentyabr 2018 (UTC)
Hörmətli sefer azeri,

Azərbaycanın işğal altında qalmış torpaqlarında erməni bayraqlarından istifadə etməmək sizcə qayda pozuntusudur? --Patriot Kor (müzakirə) 05:32, 10 sentyabr 2018 (UTC)

Hörmətli Patriot Kor, Azərbaycanın işğal altında qalmış torpaqları Azərbaycan dövlətinin problemidir və bu işlə dövlət xadimləri, siyasətçilər və hərbiçilər məşğul olmalıdır. Vikipediyada istənilən dövlətə, millətə, dinə qarşı, ümumiyyətlə hər hansı bir təbliğatın aparılması yolverilməzdir. --sefer azeri 07:10, 10 sentyabr 2018 (UTC)
Hörmətli sefer azeri,

Azərbaycanın işğal altında qalmış torpaqları bizim də problemimizdir və bu işlə bu işlə dövlət xadimləri, siyasətçilər və hərbiçilərlə yanaşı biz də məşğul olmalıyıq. --Patriot Kor (müzakirə) 08:07, 10 sentyabr 2018 (UTC)

Hörmətli Patriot Kor, VP:VND qaydasına əsasən "Təbliğat və ya nəyinsə tərəfini tutmaq məqsədilə" yazı yazmaq üçün yer deyil. '"Məqalə yazan zaman Neytrallıq prinsipinə əməl etmək lazımdır. Əgər öz fikirlərinizin üstünlüklərini başqalarına göstərmək üçün bura gəlmisinizsə, bilin ki, Vikipediya sizin yeriniz deyil. Lütfən özünüzə bloq yaradın, forumlarda iştirak edin və ya bunun üçün başqa vasitələrdən istifadə edin."' Hörmətlə --sefer azeri 08:21, 10 sentyabr 2018 (UTC)
Biz bu gün bu məsələni "vətənpərvərlik" konteksindən həll etsək. Onda sabah da kim istəsə durub deyəcək ki, filan siyasətçi, filan siyasi partiya, filan blogger, filan fəal hökumətə müxalif yox, dövlətə düşməndi, erməni dəyirmanına su tökür, onun məqaləsinə vətən xaini yazaq və ya məqaləsini silək və s. Ona görə də burdakı bu qeyri-qanuni "lehinə", "əleyhinə" səslərini sonlandırmaq lazımdı. Bu nədi? Biz nəyə səs veririk? Biz ümumiyyətlə nə edirik?--samral müzakirə 07:59, 12 sentyabr 2018 (UTC)

Vəfat edənlər

Salam. Şəxslərin vəfat illəri ilə bağlı son vaxtlar kim kütləvi redaktələr edib? İstifadəsiz kateqoriyalar bölməsinə xeyli boş kateqoriya düşüb.--Sortilegus (müzakirə) 14:52, 31 avqust 2018 (UTC)

Salam. O şablonun təkmilləşmiş formasını hazırlayırdım. Doğum günləri və ya ayları kimi parametrlər bilinmədikdə hesablamalar aparmaq üçün. Bir neçə parametrdə problem yaşadım. İstəyirsinizsə, geri qaytara və ya bunun implementasiyasına kömək edə bilərsiniz. --Toghrul Rahimli (müzakirə) 14:57, 31 avqust 2018 (UTC)
Salam. Məncə qaytaraq geri. Ya da səhifələrə zərər vurmayacaq daha yaxşı variant hazırlayacaqsınızsa, bir müddət gözləyə bilərik. Yoxsa bu boş kateqoriyalar hamısı silinməlidir. Amma bəllidir ki, hamısının içində məqalələr olub və onlar indi də azvikidə mövcuddur. Əgər uğurlu variant alınmasa, lütfən, geri qaytararsınız köhnə variantı.--Sortilegus (müzakirə) 17:22, 31 avqust 2018 (UTC)
Hörmətli Sortilegus, yeni versiya hazırlayana qədər yenidən əvvəlki halına qaytardım.--Toghrul Rahimli (müzakirə) 09:02, 1 sentyabr 2018 (UTC)
Toghrul Rahimli, təşəkkür edirəm.--Sortilegus (müzakirə) 12:01, 1 sentyabr 2018 (UTC)

Təftişçi

Salam əziz vikipediyaçılar. Azərbaycanca Vikipediyada təftişçi (checkuser) seçilməsi barədə fikirlərinizi öyrənmək istərdim. Azviki günü-gündən inkişaf edir. Bundan əvvəl patrul və interfeys idarəçiləri seçilmişdir. Məncə bizə təftişçidə lazım olacaq. Çünki bəzən təftişçiyə ehtiyac olduqda metaya müraciət etməli oluruq. Əgər konsensus olsa təftişçiyə aid bütün səhifələri yaratmağa başlayım. Hörmətlə, riman 18:39, 2 sentyabr 2018 (UTC)

Neriman2003, mən aktivləşməsini çoxdan istəyirdim çünki bu barədə çətinliklərimiz olmuşdu (blok edilən istifadəçilər başqa IP ilə daxil olurdular). Vikipediya:Təftişçi səhifəsində biraz tərcümə apardım ancaq ingiliscə bilmədiyim üçün yarımçıq qaldı. Sadəcə metadakı Chekuser qaydalarını azvikiyə tərcümə etmək lazımdır. Tərcüməm məncə normaldır sadəcə azca əlavələr olunmalıdır və kənd meydanında qaydanın qəbul edilməsi ilə bağlı səsvermə keçirilməlidir.--Rufet Turkmen (müzakirə) 01:08, 3 sentyabr 2018 (UTC)
Bu layihədə çekyuzer olması üçün çalışmaq lüzumsuz vaxt itkisidir. Ehtimal edirəm ki, metada bu statusu verməyəcəklər. --Eks-istifadəçi (müzakirə) 05:08, 3 sentyabr 2018 (UTC)
Eks-istifadəçi niyə? --Rufet Turkmen (müzakirə) 14:17, 3 sentyabr 2018 (UTC)
Çünki layihə çekyuzerin tələb olubduğu qədər böyük deyildir. Azvikidə cəmi 20-25 qədər aktiv istifadəçi vardır. Məqalə sahəsini çıxarsaq, bu say təxminən 10-15-ə qədər düşəcəkdir. Bu istifadəçilər də çekyuzer seçmək üçün kifayət etməyəcəkdir. Digər layihələrə baxın, uzun müddət əvvəl metada yerli layihələrə status vermək işinə bu qədər həssaslıqla yanaşmırdılar. İndi isə belə hallarda bir növ çəkingənlik sərgilənir. Misal kimi bu müzakirələrə baxın. --Eks-istifadəçi (müzakirə) 05:14, 4 sentyabr 2018 (UTC)
Bir də bu səhifədə çekyuzerə malik olan layihələrin ümumi siyahısına baxın. Burada görərsiniz ki, bu layihələrin demək olar ki, hamısı azvikidən daha aktiv və çox sayda istifadəçiyə malikdir. --Eks-istifadəçi (müzakirə) 05:21, 4 sentyabr 2018 (UTC)
Eks-istifadəçi birinci atdığınız linkdə yerli bürokratın olduğunu deyir və hüququ onun verəcəyini təsdiqləyir. İkinci atdığınız linkin isə heçbir mənası yoxdur, çünki layihədə ehtiyac varsa, qaydaları tərcümə edib, səsvermə keçiririk və buna meta heçnə deyə bilməz. Vikipediyada kiçik və yaxud böyük dil layihəsi olmağın bununla əlaqəsi yoxdur. Ehtiyac varki istəyirik və bunun qarşısını isə meta ala bilməz.--Rufet Turkmen (müzakirə) 16:29, 4 sentyabr 2018 (UTC)
2018-ci ildə bu müraciətdən başqa heç bir müraciət daxil olmayıb. Bu da çekyuzerə ehtiyac olduğu fikrini inkar edir. --Eks-istifadəçi (müzakirə) 05:26, 5 sentyabr 2018 (UTC)
Layihə ilə bağlı səhifələr tərcümə olunsa, azvikidə də aktivləşəcək və checkuser statusunu bürokrat verəcək. Sadəcə olaraq daha məsuliyyətli işdir checkuser olmaq və düşünürəm ki, əgər azvikidə də aktivləşsə bunu sadəcə bir etibarlı istifadəçiyə və ya idarəçilərdən birinə verməliyik. --eldarado 17:27, 4 sentyabr 2018 (UTC)
Qısa desəm, stüardlar statusun mövcud olmadığı layihələrdə bunu vermək işinə xəsis yanaşırlar. Özü də çekyuzer kimi həssas statusu. Ehtimal edirəm ki, metada bu statusu istəsəniz də indiki vaxtda verməyəcəklər. Səbəblərini yazmışam, təhlil edərək haqlı olduğumu görərsiniz. Eldoradonun dediklərinə gəlincə, yadınızda qalsın ki, çekyuzer statusu bir yox, ən azı iki nəfərə verilir. Özü də çekyuzer statusunu bürokrat yox, ancaq stüard verir. --Eks-istifadəçi (müzakirə) 05:13, 5 sentyabr 2018 (UTC).

։ Hörmətli vikipediyaçılar. Məndə-məndə düşüncəsi ilə hərəkət etmək lazım deyil. Digər vikipediyalarda varda demək bizdə də olmalıdır. Yanlış düşüncədir. Mənim üçün vikipediyanın əsas qayəsi daha çox məlummat (düzgün), informasiya (xəbərlər yox), marifləndirmədir. Bizlər isə məqalə yazmaqdansa ondan bizdə də olsun, bundan da və s ilaxırla məşquluq. Patruler təsis edildi (əla buna ehtiyac vardı), bir ikisi istisna fəallıq görmürəm. Hələ idarəçilərdən 16-sından gündəlik 7-8 istisna fəallıq yoxdur. İnterfeys idarəçidə həmçinin. Təftişçiyə ehtiyac görmürəm. Amma məqaləyə böyük ehtiyac var. Özüdə ensiklopedik. Bizdə vikipediyaya hər gələn istəyir ki, özü haqqında məqalə yaratsın. Bax buna çarə fikirləşmək lazımdır.__Q🅾⚓Ç🅾Ⓜ🅰Q 17:48, 4 sentyabr 2018 (UTC)

Hörmətli Qolcomaq elə ensiklopedik olmayan məqaləni dəfələrlə yaradıb sonda bloklanan, sonra isə yenidən başqa profil və ya IP adresi ilə bu vandalizmi təkrarlayan, müddətsiz bloklanandan sonra idarəçiləri, istifadəçilərə rahat buraxmayan istifadəçiləri birdəfəlik bloklamaq üçün bu hüquq Azvikiyə lazımdır.--Turkmen müzakirə 11:55, 15 sentyabr 2018 (UTC)

Read-only mode for up to an hour on 12 September and 10 October

13:32, 6 sentyabr 2018 (UTC)

Salam, idarəçilərdən kimsə bu məqaləni bərpa edə bilər? Yəqin istinadı olmadığı üçün silinib. Məqalə bərpa edilsə istinad əlavə edəcəm.--Abutalub (müzakirə) 10:31, 9 sentyabr 2018 (UTC)

Hə Y Biraz da mətn əlavə edilsə əla olardı. Uğurlar.--Rufet Turkmen (müzakirə) 11:02, 9 sentyabr 2018 (UTC)

Bakının azad olması günü "seçilmiş məqalə" problemi

Bu gün Bakının erməni-daşnak və rus-bolşevik dəstələrindən azad olunmasının 100 illik yubileyidir. Bu tarixi hadisəyə azərbaycanca olan vikipediya da öz töhvəsini verməli idi. Ancaq diqqət etdim ki, ana səhifəmizdə bununla bağlı həftənin seçilmiş məqaləsi yoxdur, oranı Cek Sərçə məqaləsi tutub. Hesab edirəm ki, idarəçilər bu məsələyə diqqət etməli idilər.--Acategory (müzakirə) 19:59, 15 sentyabr 2018 (UTC)

Bakı döyüşü məqaləsi seçilmiş məqalədir. Onu qoymaq olardı. Amma düşünürəm ki, artıq gecdir, həftə başa çatır.--White Demツnyo! 20:14, 15 sentyabr 2018 (UTC)

The GFDL license on Commons

18:11, 20 sentyabr 2018 (UTC)


Saytda 107 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024