Vikipediya:Mövzulu ay/Neftçi PFK ayı Haqqinda Melumat - Vikipedia

Vikipediya:Mövzulu ay/Neftçi PFK ayı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Mövzulu ay/Neftçi PFK ayı

Neftçi PFK ayı

Neftçi PFK ayı — "Mövzulu ay" layihəsinin bir hissəsi kimi Neftçi PFK haqqında məqalələrin yazılması üçün yaradılmışdır. Bu layihə çərçivəsində mövzu ilə əlaqəli məqalələrin zənginləşdirilməsi nəzərdə tutulmayıb.

İstiqamət: Layihə iştirakçıları Vikipediya:Mövzulu ay/Neftçi PFK ayı/Plan səhifəsində nəzərdə tutulan səhifələri yarada və həmçinin həmin səhifədə olmayan, lakin Neftçi PFK ilə bağlı olan səhifələri yarada bilərlər. Güman edilir ki, vikipediyanın bir sıra digər dil bölmələrində - xüsusilə də rusdilliingilisdilli layihələrdə bu mövzu haqda daha çox məlumat var.

Məqsəd: Neftçi PFK bu sahə ilə əlaqəli məqalələrdəki boşluqları aradan qaldırmaq üçün nəzərdə tutulub. Ay ərzində Neftçi PFK ilə bağlı məqalələrin yaradılması nəzərdə tutulmuşdur.

Müddət: 1-31 iyul 2020-ci il. (1 iyul 2020-ci il Bakı vaxtı ilə saat 00:01-də başlayacaq və 31 iyul 2020-ci il Bakı vaxtı ilə saat 23:59-da bitəcək.)

Başlayarkən redaktə

  • İştirakçılar hissəsinə imzanızı qoymağı unutmayın.
  • Layihə səhifənizdə hazırladığınız səhifələri əvvəlinə # işarəsi qoyaraq alt-alta yazın.
  • Layihə iştirakçıları yalnız qeydiyyatdan keçmiş istifadəçilər olmalıdır. IP ilə işləmək tövsiyə olunmur. Hər istifadəçi yalnız 1 istifadəçi adı ilə layihə iştirakçısı ola bilər.

Qiymətləndirmə redaktə

Qiymətləndirmə "Jüri üzvləri" tərəfindən aparılacaq. Jüri üzvləri qiymətləndirməni aşağıda göstərilmiş metodla aparacaq. Onlar qiymətləndirməni ay başa çatdıqdan sonra maksimum 5 gün ərzində yekunlaşdırmalıdır.

Qeyd 1: Jüri üzvləri də layihə iştirakçısı ola bilər və öz töhfələrini qiymətləndirə bilərlər. Mübahisəli hallarda qiymətləndirmə digər Jüri üzvləri tərəfindən təkrar aparıla bilər.
Qeyd 2: Qiymətləndirmə yalnız buraya yüklənən məqalələrlə bağlı aparılır. İştirakçıların burada göstərmədikləri töhfələr qiymətləndirilmir.

Qaydalar redaktə

Xülasə: Yeni məqalə, Neftçi PFK haqqında, yaxşı keyfiyyətdə, minimum 3000 bayt və 250 söz, 2020-ci ilin iyul ayı müddətində yaradılmalı, siyahı olmamalı.

Neftçi ayı çərçivəsində yaradılan məqalələr aşağıdakı şərtlərə cavab verməlidir:

  • Yeni məqalə 1 iyul 2020-ci ildən (saat 00:00) 31 iyul 2020-ci ilə qədər (saat 23:59) olan dövrdə yaradılmalıdır.
  • Məqalə Neftçi PFK haqqında olmalıdır.
  • Məqalənin ölçüsü azı 3.000 bayt olmalı və içərisində azı 250 söz işlənməlidir.
  • Məqalə ensiklopedik cəhətdən əhəmiyyətli olmalıdır.
  • Məqalədə lazımı qədər istinad olmalıdır.
  • Məqalə maşın tərcüməsi ilə yaradılmamalıdır, aydın dildə yazılmalıdır.
  • Məqalədə onun bəzi kriteriyalara cavab vermədiyini göstərən şablonlar olmamalıdır. Məsələn, {{orijinal tədqiqat}}, {{tərəfli}}, {{mənbə azlığı}} və s.
  • Məqalə siyahı olmamalıdır. Lakin seçilmiş statusu alarsa, dəyərləndiriləcəkdir.

Qeyd:

  • Məqalənin qəbul olunub-olmamasını sonda ancaq Jüri üzvləri müəyyənləşdirir.

Qiymətləndirmə metodu redaktə

  • Qəbul olunan hər bir məqalə keyfiyyətinə görə 1-3 arası xal ilə qiymətləndirilir.
  • Böyük həcmli məqalələrə əlavə olaraq 1 xal verilir (Bu xal məqalənin keyfiyyətinə aid deyil).

Qiymətləndirmə metodunun təkmilləşdirilməsinə zərurət yaranarsa, bu halda Qiymətləndirmə Komissiyasının üzvləri müvafiq qərarın qəbul edilməsində məsuldurlar

Mükafatlandırma redaktə

  • 1-ci yeri tutan istifadəçiyə "Qızıl medal" mükafatı veriləcək.
  • 2-ci yeri tutan istifadəçiyə "Gümüş medal" mükafatı veriləcək.
  • 3-cü yeri tutan istifadəçiyə "Bürünc medal" mükafatı veriləcək.
[[Fayl:COTW Towns Copper Barnstar Hires.png 240px]]


Qeyd: İldə bir dəfə təşkil olunan tədbirdə il ərzində Mövzulu ay mükafatçılarına "Azərbaycan vikimediaçıları" istifadəçi qrupu tərəfindən müxtəlif hədiyyələr təqdim olunur.

Qeyd 2: Qaliblərə Neftçi peşəkar futbol klubu və vikipediya idarəçisi Nicat49 tərəfindən dəyərli mükafatlar təqdim olunacaq.

Nəticə redaktə

İştirakçılar redaktə

Töhfələrinizi bu alətlə qeyd etməyi unutmayın! Həmçinin, aşağıda istifadəçi adınızı qeyd edə bilərsiniz.

  1. eldarado 07:03, 2 iyul 2020 (UTC)[cavabla]
  2. EeSmile 00:20, 18 iyul 2020 (UTC)[cavabla]

2020-ci ilin iyul ayında "Azərbaycan vikimediaçıları" istifadəçi qrupunun təşəbbüsü ilə həyata keçirilmiş "Neftçi PFK ayı" layihəsi çərçivəsində aşağıdakı göstəricilər qeydə alınmışdır:

İştirakçı
sayı
Töhfəsini
təqdim
edənlər
Məqalə
sayı
Şablon
sayı
Kateqoriya
sayı
Şəkil
sayı

1-ci yer

2-ci yer

3-cü yer
4-cü yer

Faydalı keçidlər redaktə

Təşkilatçı redaktə


Saytda 83 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024