Vikipediya:Mövzulu ay/VikiBahar 2017/Qaydalar Haqqinda Melumat - Vikipedia

Vikipediya:Mövzulu ay/VikiBahar 2017/Qaydalar Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Mövzulu ay/VikiBahar 2017/Qaydalar


Bu qaydalar yalnız az-vikidəki müsabiqəni tənzimləyir. Digər dillərdəki Vikipediyalar öz fərdi qaydalarını tətbiq edirlər.

  • Vikipediyada qeydiyyatdan keçmiş bütün istifadəçilər layihədə iştirak edə bilərlər.
  • Müsabiqəyə aşağıdakı meyarlara cavab verən məqalələr buraxılır:
    • Məqalə Azərbaycan haqda olmamalıdır.
    • Məqalə 21 mart – 31 may tarixləri arasında və Azərbaycan dilində yazılmış olmalıdır.
    • Məqalə aşağıdakı siyahıdakı məqalələr arasından olmalıdır. Digər məqalələr müsabiqədə iştirak etmir.
    • Məqalə sizin özünüz tərəfindən yaradılmalıdır.
    • Məqalə minimum 2000 bayt ölçüyə malik olmalı və ən az 200 sözdən ibarət olmalıdır.
    • Məqalə maşın tərcüməsindən ibarət olmamalıdır.
    • Məqalədə etibarlı mənbələrə istinadlar olmalı və çatışmazlıqlar barədə şablonlar (məsələn, {{orijinal tədqiqat}}, {{mənbə azlığı}}, {{tərəfli}} və s. olmamalıdır).
    • Tələblərə cavab verən hər bir məqaləyə görə 1 xal verilir. Əlavə xal nəzərdə tutulmayıb.

Müsabiqənin münsifləri müsabiqəyə təqdim edilən məqalələri müəllif hüquqlarının qorunmasına dair tam və ya qismən yoxlayır. Qismən yoxlama zamanı müəllif hüquqlarının pozulması aşkar olunarsa, bu zaman iki hal mümkündür:

  1. həmin istifadəçinin məqalələrinin tam yoxlanması;
  2. həmin istifadəçinin digər məqalələrinin qismən yoxlanması və əgər əlavə pozuntular aşkar edilərsə, tam yoxlama aparmadan həmin istifadəçinin müsabiqədən kənarlaşdırılması.

Əgər istifadəçinin VP:MH qaydasının mövcudluğundan xəbərdar olduğu şübhə doğurmursa və istifadəçinin müsabiqəyə təqdim etdiyi məqalələrdə münsiflər heyətinin üzvləri tərəfindən aşağıdakı şərtlərə uyğunluq müəyyən edilərsə, o zaman istifadəçi istənilən halda diskvalifikasiya olunur:

a) 2 və ya daha artıq məqalədə pozuntular məqalənin silinməsinə və ya tam, yaxud əhəmiyyətli hissəsinin yenidən yazılmasına səbəb olubsa;
b) pozuntular sistematik xarakter daşıyırsa.

Saytda 80 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024