Vikipediya:Nə üçün qeydiyyatdan keçməliyəm? Haqqinda Melumat - Vikipedia

Vikipediya:Nə üçün qeydiyyatdan keçməliyəm? Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Nə üçün qeydiyyatdan keçməliyəm?

Vikipediya açıq ensiklopediyadır. Oxumaq və redaktə etmək sərbəstdir. Qeydiyyatdan keçməyə məcbur deyilsiniz. Qeydiyyat prosesi bir neçə saniyə vaxtınızı aparır və sizə aşağıdakı üstünlükləri verir:

  • Özünüzə istədiyiniz istifadəçi adı seçməklə bütün vikimedia layihələrində həmin adla fəaliyyət göstərə bilərsiniz.
  • Öz istifadəçi səhifənizi yaradaraq özünüz haqqında məlumat verə və həmçinin istifadəçi səhifənizin alt səhifələrində qaralamalar edərək redaktə etməyi öyrənə bilərsiniz.
  • Öz müzakirə səhifənizdə digər könüllülərlə əlaqə yarada bilərsiniz. Həmçinin seçiminizdən asılı olaraq elektron məktubla da digər istifadəçilərlə əlaqə qura bilərsiniz.
  • Nizamlamaları öz istəyinizə uyğun quraşdırıb sizə rahat formada məqalələri oxuya və redaktə edə bilərsiniz.
  • Öz fəaliyyətinizə baxış keçirə və həmçinin, istədiyiniz məqalələri izləmə siyahınıza əlavə edib onlara daim nəzarət edə bilərsiniz.
  • Qeydiyyatdan keçməklə öz IP adresiniz görünmədən fəaliyyət göstərə bilərsiniz.
  • Vikipediyada keçirilən səsvermələrdə iştirak edə bilərsiniz.

Üstünlüklərin xülasəsi redaktə

İstifadəçi adı və məxfilik redaktə

Hesab yaratdıqda siz indiyə qədər istifadə olunmamış istifadəçi adı seçirsiniz. Hesaba daxil olub etdiyiniz bütün redaktələr sizin IP ünvanınız yox, həmin istifadəçi adı ilə görünəcək. Sizin özünüz haqqında məlumat verə biləcəyiniz daimi istifadəçi səhifəniz olacaq. Bu səhifəyə siz bir neçə şəkil yükləyə, öz hobbiləriniz və sair haqqında məlumat yaza bilərsiniz. Bir çox istifadəçilər öz səhifələrində yaratdıqları ən yaxşı məqalələrin siyahısını paylaşır və ya Vikipediyadan digər faydalı məlumatları bölüşür.

Həmçinin sizin digər istifadəçilərlə əlaqə qura bilməyiniz üçün daimi müzakirə səhifəniz olacaq. Müzakirə səhifənizə kimsə nəsə yazdıqda sizə bildiriş gələcək. Siz e-mail funksiyasını aktivləşdirməklə digər istifadəçilərin sizə e-mail yaza bilməsinə şərait yarada bilərsiniz. Bu funksiya anonimdir, yəni sizə e-mail göndərən istifadəçi sizin e-mailinizi görmür.

Nüfuz, ünsiyyət və daha uğurlu redaktələr redaktə

Hesaba malik olmaq sizə fərdi Vikipediya kimliyi verir. Qeydiyyatsız istifadəçilərin töhfələrini də səmimiyyətlə qarşılayırıq, lakin qeydiyyatdan keçməklə fəaliyyət göstərmək sizin etimadınızı artıracaq və faydalı redaktələr tarixçənizlə vikicəmiyyətdə hörmət qazanacaqsınız. Digər istifadəçilərlə ünsiyyət qurmağınız və birgə fəaliyyət imkanlarınız genişlənəcək.

Bəzi səhifələr mümkün vandalizm hallarının qarşısını almaq üçün qeydiyyatdan keçməmiş istifadəçilərin redaktələrindən mühafizə olunurlar, bu səhifələrdə yalnız qeydiyyatdan keçmiş istifadəçilər redaktə edə bilirlər. Həmçinin Vikipediya botları bəzən qeydiyyatsız istifadəçilərin faydalı redaktələrini vandalizm kimi qiymətləndirib səhvən ləğv edə bilərlər. Bu səbəbərdən istifadəçi adı ilə fəaliyyət göstərmək daha uğurlu alınır.

Sizin istifadəçi adınız həmçinin Vikipediya ulduzları, layihə mükafatları ala bilər, həmçinin həftəlik, aylıq redaktəçilər statistikasında görünə bilər. Bütün bunlara malik olmaq üçün qeydiyyat keçməyiniz lazımdır, IP ünvanlarla bunlara nail olmaq mümkün deyil.

Vikicəmiyyətdə nüfuzunuz artdıqca siz patrul, rollbaker, idarəçi və digər statuslara yiyələnə bilərsiniz. Qeyd etdiyimiz üstünlüklərin heç birini qeydiyyatsız istifadəçilər əldə edə bilmirlər.

İstifadəçi nizamlamaları redaktə

Qeydiyyatlı istifadəçi kimi siz öz nizamlamalar səhifənizdən Vikipediya səhifələrinin necə görünməsini istəyinizə uyğun müəyyənləşdirə bilərsiniz. Görünüş bölməsində aşağıdakı funksiyaları dəyişə bilərsiniz:

  • Cild başlığında vebsaytın görünüşünü dəyişmək üçün müxtəlif seçimlər var.
  • Riyaziyyat başlığında riyazi formulların necə görünməsini müəyyənləşdirmək mümkündür.
  • Fayllar başlığında şəkil ölçülərini seçmək mümkündür.

Və müxtəlif redaktə nizamlamaları:

  • Müzakirə səhifələrində öz imzanızın necə görünməsini müəyyənləşdirə bilərsiniz.
  • Son dəyişikliklər bölməsində səhifələrin necə görünməsini seçə bilərsiniz.
  • və daha çoxu.

Hesab yaratmaq üçün "İndi hesab yarat" keçidini klikləyin və tələb olunan sahələri doldurun. Sizin hesabınız yaradılacaq və bu hesaba daxil olacaqsınız.


Saytda 80 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023