Vikipediya:Patrullar Haqqinda Melumat - Vikipedia

Vikipediya:Patrullar Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Qısa keçid-yönləndirmə

Patrullar — səhifələri patrullama hüququna sahib istifadəçilər. Bu istifadəçi qrupu vandalizmlə mübarizə aparmaq üçün xüsusi alətlərə sahibdir. Patrullar son dəyişikliklər səhifəsinə daxil olarkən patrullanmayan redaktələrin önündə qırmızı rəngli nida (!) işarəsi görürlər. Patrullanmağa ehtiyacı olan redaktələrə bir-bir daxil olaraq patrullaya bilirlər. Eyni zamanda patrul hüququna sahib olan istifadəçilər yeni yaradılmış məqalələri də patrullaya bilirlər. Bunun üçün onlar yeni səhifələr səhifəsinə daxil olaraq yeni yaradılmış məqalələri (patrullanmayan məqalələr sarı rəngdə görünür) yoxlayıb patrullaya bilirlər. Patrul hüququ inzibatçılar tərəfindən verilir. Hüquq müəyyən səbəblərə görə istifadəçidən geri alına bilər.

Azərbaycanca Vikipediyada hal-hazırda 11 patrul var (patrul hüququ olan istifadəçilərin tam siyahısı).

Avtopatrullar — fəaliyyətlərinin patrullanmağa ehtiyacı olmayan təcrübəli istifadəçilərdir. Avtopatrullar inzibatçılar tərəfindən müəyyən edilir. Hüquq müəyyən səbəblərə görə istifadəçidən geri alına bilər.

Aşağıda qeyd olunan istifadəçi qrupuna daxil olan istifadəçilərin redaktələri avtomatik patrullanmış kimi qeyd olunur.

  • Bürokratlar
  • İnzibatçılar
  • Avtopatrullar
  • Patrullar
  • Səhifə addəyişdiriciləri (sadəcə addəyişmə redaktələri)
  • Fayl addəyişdiciləri (sadəcə addəyişmə redaktələri)

Şablon

İstifadəsi Görüntü
{{Patrul}}

Həmçinin bax


Saytda 191 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024