Vikipediya:Silinməyə namizəd səhifələr/Şəmistan Həsənov Haqqinda Melumat - Vikipedia

Vikipediya:Silinməyə namizəd səhifələr/Şəmistan Həsənov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Silinməyə namizəd səhifələr/Şəmistan Həsənov

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Məqalə fikrimcə qaydalara uyğun yazılmayıb. Kifayət qədər mənbə var, amma düzgün qoyulmayıbdır. Həmçinin şəxsin fəaliyyəti barədə çox az yazılıb, halbuki mükafatlarını nəzərə alsaq, fəaliyyəti də hər halda var. Ensikplopedik şəxsə oxşayır, amma məqalə fikrimcə həm struktur tərəfdən düzgün yazılmayıb, həm də şəxsin ensiklopedikliyini açıqlamır. Zohrab javad (müzakirə) 14:14, 11 mart 2024 (UTC)[cavabla]
Şəmistan Hüseyn oğlu Həsənov Azərbaycanın hal-hazırda sağ olan azsaylı uzaq səfərlər kapitanlarındandır. İşlədiyi dövr ərzində Azərbaycanı dünyanın çoxsaylı ölkələrində, beynəlxalq sularda təmsil etmişdir. Bildiyiniz kimi, uzaq səfərlər kapitanı beynəlxalq sularda üzərkən onun bəzi səlahiyyətləri fövqəladə səfir səlahiyyətlərinə bərabər tutulur. Dövlətimiz tərəfindən Şəmistan Hüseyn oğlu Həsənovun xidmətləri yüksək qiymətləndirilmişdir. O, istər sovet dövründə, istərsə də müstəqilliyimiz dövründə ali dövlət mükafatlarına layiq görülmüşdür. "Tərəqqi" medalı, "Əməkdar mühəndis" fəxri adı, azərbaycan Respublikası Prezidentinin Fəxri Təqaüdçüsü və s.
Səhifənin tərtibatı hələ tam bitmədiyi üçün anlayışla qarşılamağınızı xahiş edirik. 94.20.248.66 08:59, 12 mart 2024 (UTC)[cavabla]
Salam təşəkkür edirəm. Fikirlərinizə qatılıram. Şəxsin fəaliyyəti həqiqətən yüksək səviyyədədir. məqalə tam hazır deyil Anlayışla qarşıladığnız üçün təşəkkür edirəm. Elmikatib (müzakirə) 05:52, 13 mart 2024 (UTC)[cavabla]

✔  Qalsın: "Müəyyən düzəliş və əlavələrimi etdim."Redivy (müzakirə) 23:27, 13 mart 2024 (UTC)[cavabla]

təşəkkür. Elmikatib (müzakirə) 13:17, 14 mart 2024 (UTC)[cavabla]
salam zəhmət olmasa mənə ad dəyişdirilib axtarışda çıxmır onu düzəldə bilərsiz. təşəkkür Elmikatib (müzakirə) 13:23, 14 mart 2024 (UTC)[cavabla]
SALAM MEDALLARINI JPG FORMATINDA QOYA BİLƏRƏM ??? Elmikatib (müzakirə) 13:27, 14 mart 2024 (UTC)[cavabla]
@Elmikatib Ad uyğun formada olub və medalları şəkil olaraq yükləməyin nəzərdə tutursunuzsa bəli. Redivy (müzakirə) 14:13, 14 mart 2024 (UTC)[cavabla]
salam təşəkkür edirəm. Mən digər saytlardan olan linkleri x arici keçidlər başlığı altında qoymuşdum dəyişdirildi. İstinadlar başlığı altında verildi. düzdürmu elə.,?? Elmikatib (müzakirə) 02:25, 15 mart 2024 (UTC)[cavabla]
@Elmikatib Bəli düzdür. Redivy (müzakirə) 18:53, 17 mart 2024 (UTC)[cavabla]
  • X  Silinsin: Məqaləyə yerləşdirilən və ensiklopedikliyi təmin etdiyi iddia edilən mənbələrin hamısı eyni məzmunludur: təltiflərlə bağlı siyahılar. Sadəcə adının keçdiyi siyahı heç bir şəxsi ensiklopedik etmir. Şəxsin həyat və fəaliyyəti haqqında bir neçə cümlə məlumat belə ehtiva edən etibarlı ikincidərəcəli mənbə belə yoxdur. Nəyə, hansı meyara əsasən ensiklopedik hesab edirsiniz? — Sura Shukurlu (müzakirə) 18:45, 23 mart 2024 (UTC)[cavabla]
    @Sura Shukurlu Istinadlar oxşar ola bilər Bakı Dəniz Limanını kapitanı,50 illik dənizçilik yolunda qazandığı əməkdar mühəndis və kateqoriyası üzrə təcrübə və uğurları kifayətdir məncə ensiklopedik dəyər üçün ikinci dərəcəli olmasa belə adı keçən istinadlar ikinci dərəcəli öhdəlikləri ödəyir. Redivy (müzakirə) 19:06, 23 mart 2024 (UTC)[cavabla]
    @Redivy Qeyd etdiyiniz faktlar VP:ŞEƏ-ni ödəmir. Ümumiyyətlə bir anlayışın ensiklopedik olması üçün iki əsas tələb var: Birincisi ikincidərəcəli mənbələrin diqqət ayırdığı, haqqında yazmağa dəyər gördüyü mövzu olduğu sübut olmalıdır. İkincisi və ən əsası, mənbələrdə o dərəcədə əhatə olmaldır ki, həmin mövzu haqqında orijinal tədqiqat olmadan məqalə yazmaq mümkün olsun. Bu məqalədəki təltiflər xaricində heç bir fakt üçün mənbə yoxdur. Əgər siz bu şəxs haqqında məqalə yazsanız hansı mənbə əsasında yazacaqdınız? Şəxs haqqında axtarıb sadəcə təltifləri olduğunu tapacaq və yaratdığınız səhifədə (çünki bu halda ortada ümumiyyətlə "məqalə" olmur.) sadəcə bunları qeyd edəcəkdiniz, elə deyil? Tam da bu səbəbdən ensiklopediklik, yəni mövzunun ayrılıqda məqaləsi olması üçün əsas tələb mənbələrdə əhəmiyyətli həcmdə, birbaşa və dərindən əhatə olunmasıdır. Müzakirə etdiyimiz şəxs haqqında mənbələrdə heç bir cümlə belə məlumat yoxdur. Yəni şübhəsiz, ensiklopedik deyil. P.S. belə uzun şəkildə yazmağımın səbəbi rəsmi olaraq yeni qəbul edilmiş qaydanı düzgün şəkildə SNS-ə təqdim etməkdir. Sura Shukurlu (müzakirə) 19:27, 23 mart 2024 (UTC)[cavabla]
    @Sura Shukurlu Bəs illər öncə əlavə edilmiş lakin istinad mənbəsi olmayan məqalələr necə olacaq o maraqlı gəldi.(Misal SSRI tərəfindən təltif və s).
    Yenə bu məqalədə istinadlar daxilində qarışıqda olsa toplam ortaq məlumatlar mövcuddur. Redivy (müzakirə) 19:30, 23 mart 2024 (UTC)[cavabla]
    @Redivy Anlamadım tam, yəni daha əvvəl yaradılmış mənbəsiz məqalələri nəzərdə tutursunuz? Bir məqalədə mənbə, istinad var deyə məqalə ensiklopedik hesab edilmir. Ya da bir məqalədə heç bir mənbə yoxdur deyə o da q-ensiklopedik olmur. Ensiklopediklik mövzuya xas xüsusiyyətdir, məqaləyə yox. Sırf bununla bağlı qaydada başlıq var. Bu şəxs haqqında dediyim meyarlar ödənilmədiyi üçün, şəxs ensiklopedik deyil. Amma qeyd etdiyiniz həmin məqalələr vikidə pis vəiyyətdə olsa da, mənbəsiz olsa da, axtarış zamanı mənbələrin olduğu ortaya çıxdığı halda ensiklopedik hesab edilə bilər. Sura Shukurlu (müzakirə) 20:54, 23 mart 2024 (UTC)[cavabla]
    @Sura Shukurlu İndi daha aydın oldu mənə çünki oxuduqda insanda sual yaranır amma belə izahla daha yaxşı olur. Təşəkkürlər. Redivy (müzakirə) 20:56, 23 mart 2024 (UTC)[cavabla]
    salam siz qeyd etmisiz ki mənbələrdə həmin şəxs haqqında məlumat yoxdur. Göstərilən bütün istinadlarda şəxsin adı çəkilir .
    Əgər bir məqalədə istinad, mənbə birinci şərt sayılmırsa, ensiklopediklik deyilsə, əsas mövzudursa onda şəxslərlə bağlı yüzlərlə məqalə var niyə silinmir?. ???nəzər yetirilsə dediyiniz şərtləri ödəməyən o qədər məqalə var ki vikipediyada. Heç şəxsin özü də o dərəcə də tanınmır. amma məqaləsi hələ də var. Hec qaydalara da uyğun yaradılmayıb. sizin fikirləriniz çox qarşıqdı.
    Amma bu şəxs ömrünün çox hissəsini bu peşəsinə həsr edib. dövlət tərəfindən yüksək qiytmətləndirilib. onu göstərəcək mənbələr də məqalədə var. Axtarış zamanı da həmin mənbələr ortaya çıxır. bu da ensiklopedikdir özünüz qeyd etmisiniz. Elmikatib (müzakirə) 05:41, 27 mart 2024 (UTC)[cavabla]
    ✔  Qalsın: — Məqalədə bəzi düzəlişlər və əlavələr edilib. Vusalsuvarov1996 (müzakirə) 09:47, 29 mart 2024 (UTC)[cavabla]
    təşəkkür edirəm Elmikatib (müzakirə) 03:35, 2 aprel 2024 (UTC)[cavabla]

✔  Qalsın: Təltif və mükafatları fəaliyyətinin göstəricisidir.— Kamil Cəlal oğlu İbrahimov (müzakirə) 12:54, 5 aprel 2024 (UTC)[cavabla]

✔  Qalsın: Əməkdar mühəndisdir. 134.19.210.24 20:40, 14 aprel 2024 (UTC)[cavabla]
Əməkdar Mühəndis olmaq şəxsi birbaşa ensiklopedik etmir. — Sura Shukurlu (müzakirə) 19:14, 15 aprel 2024 (UTC)[cavabla]
salam. şəxsin adı çəkildiyi istinadlar var, mənbələr göstərilir. Ensiklopedik şəxs olmaq üçün yeterli dəlildir məncə.
yetərincə də öz sahəsi üzrə xaricdə də tanınmış şəxsdir. Fəaliyyəti dövlət tərəfindən də yüksək səviyyəli təltiflərlə mükafatlandırılıb. Elmikatib (müzakirə) 06:44, 16 aprel 2024 (UTC)[cavabla]
təşəkkür edirəm Elmikatib (müzakirə) 06:36, 16 aprel 2024 (UTC)[cavabla]

Yekunlaşdırma: Silinməsi üçün konsensus yoxdur. Eminn (müzakirə) 07:25, 22 aprel 2024 (UTC)[cavabla]


Saytda 78 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024