Vikipediya:Silinməyə namizəd səhifələr/Chai Khana media Haqqinda Melumat - Vikipedia

Vikipediya:Silinməyə namizəd səhifələr/Chai Khana media Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Silinməyə namizəd səhifələr/Chai Khana media

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

  • X  Silinsin: VP:EƏ ödənilmir. Məqalənin özündəki istinadlardan üçü qurumun öz saytıdır, ikisi də qurum haqqında mənbə deyil, qurumun müəyyən platformalardakı istifadəçi, müəllif kimi hesabının linkidir. Dw.com-dakı yazı isə ikincidərəcəli mənbələrin mövzuya diqqətini şübhəsiz təqdim etmir, çünki işıqlandırılma deyil, platforum az istifadə olunan bir alt-bölməsində paylaşılmış yazıdır. Ümumi olaraq axtarışda da başqa mənbə yoxdur, bu var, hansı ki, məzmundan da gördüyü kimi müstəqil nəşr deyil, özünü-reklamdır. Qurum haqqında müəyyən həcmdə məlumat verən əhəmiyyətli mənbə belə yoxdur, nəyinki, ikincidərəcəli mənbələrin diqqətini, mövzuya verdiyi əhəmiyyəti əks etdirən. Onu da qeyd edim ki, almanca vikipediyada da məqaləni həmin istifadəçi yaradıb və orada SNS edən mən deyiləm. Məqalə çox güman PR məqsədlidir və mənbənin istifadəçi ilə əlaqəsi ola bilər. P.S. ümid edirəm istifadəçi bu dəfə də müxtəlif dillərdəki layihələrdə mənim sırf mövzusuna görə məqalə sildiyimi, tərəfli olduğumu deyib məni viki-icmaya anti-feminist kimi təqdim etməz. Bu, inandırıcı olmazdı məncə. Sura Shukurlu (müzakirə) 12:17, 14 aprel 2024 (UTC)[cavabla]
  • ✔  Qalsın: Kifayət qədər nüfuzlu mediadır. Hansı təşkilatlar həmin mediaya tərəfdaşdırlar daha burada qeyd etmirəm. Çünki bunu bəzi istifadəçilər arqument kimi qəbul etmir. Halbuki çox nüfuzlu təşkilatların dəstəklədiyi beynəlxalq mediadır. Cənubi Qafqazda çox zaman danışılmayan mövzuların, qadın problemlərinin, cəmiyyətdə olan həssas təbəqələrin problemlərini, regionun heç yerdə müzakirə edilməyən problemlərini üzə çıxaran yeganə şəbəkədir və bu cəhəti onu unikal edir. Mərkəzi Tbilisi şəhərindədir. akademie.dw.com, globalvoices.org kimi mənbələrdə media haqqında məlumatlar var. Həmçinin bu şəbəkə özü xəbərlər portalı olduğundan onun öz şəxsi saytı var ki, məqalədə qeyd edilib. İnanmıram ki, bu saytın PR olunmasına ehtiyac olsun. Qeyd etdiyim kimi medianın mərkəzi Tbilisi şəhərində, mən isə Bakı şəhərində yaşadığım halda yuxarıda qeyd edilən arqument tamamilə əsassızdır. Qurumun mənim varlığımdan belə xəbəri yoxdur.Futuroloq (müzakirə) 14:49, 14 aprel 2024 (UTC)[cavabla]
  •   Sürətli qalsın: məqaləni heç oxumadan deyirəm ki, 100% ensiklopedikdir. Gərək AbzasMedia kimi təqibə uğrasın deyə məqaləsi olsun? Çayxana Media Cənubi Qafqazda ilk və ən böyük sərhədlərarası media platformasıdır. Layihələri kiçikmiqyaslı deyil. --► Hörmətlə: SolaVirum 19:29, 14 aprel 2024 (UTC)[cavabla]
    @Solavirum mövzunu araşdırmadan, məqaləni oxumadan ensiklopedik olduğunu necə deyirsiniz? Ensiklopediklik nəyinsə, kiminsə əhəmiyyəti və ya cəmiyyətin şəxsi fikrinə görə təyin olunur? Belə əsassız arqument gözləməzdim. Sura Shukurlu (müzakirə) 19:58, 14 aprel 2024 (UTC)[cavabla]
    Sura Shukurlu, məqaləyə baxmadım dedim, mövzunu bilmirəm demədim. İllərdir bu sahədə olan biri kimi ensiklopedik olduğuna əminəm. Mənbələr tapmaq olar, sabah kompüterdən əsaslı cavab yazaram. --► Hörmətlə: SolaVirum 20:03, 14 aprel 2024 (UTC)[cavabla]
  •   Sürətli qalsın: Solavirum'un qeyd etdiyi arqumentlə razıyam. Grenzsoldat 19:42, 14 aprel 2024 (UTC)[cavabla]
  • X  Silinsin: birmənalı şəkildə qeyri-ensiklopedikdir. ümumiyyətlə saytın mərkəzinin kolumbiyada, ya gürcüstanda qeydiyyatdan keçməsi nəyisə dəyişdirmir. sadəcə bəzi startaplar ona görə xarici ölkədə qeydiyyatdan keçir ki, müəyyən qədər ölkə senzurasından uzaq qala bilsin və xarici donorlardan rahat qrant ala bilsin. ümumiyyətlə adına baxanda Chai Khana, yəni Çay Xana sözlərinə uyğunlaşdırıldığı aydın olur. saytda da müəlliflərin çoxunun azərbaycanlı olması, hətta digər dillərdə yazanlar arasında da azərbaycanlıların olması (digər xarici adda müəlliflır qeyd olunsa da) saytın daha çox hansı ölkə mərkəzli olmasını göstərir. təbii ki, saytın vikipediya üçün fərqi yoxdur ya Azərbaycan olsun, ya Ermənistan, ya da hansısa Afrika ölkəsi. sadəcə beynəlxalq dünya səviyyəli Qafqazlararası, Dünyalar arası mənbə kimi təqdim olunmasın deyə dedim. indi keçək mənbələrə. mötəbər mənbə kimi təqdim olunan dw.com-da sadəcə startap ilə bağlı müsahibədir, yəni, ikincidərəcəli mənbənin mövzunu diqqətdə saxlaması demək deyil. ümumiyyətlə lap əksi olsaydı belə, bu kimi hal saytı birbaşa ensiklopedik edən bir şey deyil. misal üçün çox nüfuzlu Voice of America media mərkəzi də zaman-zaman müxtəlif azərbaycanlılardan geniş müsahibə alır, zaman-zaman bəzi hadisələr ora da çıxır. ümumiyyətlə bu şəxsin ensiklopedik olmasıdırmı? təbii ki, xeyir. yəni, ortada ensiklopedik fəaliyyət olmayandan sonra istəyirsən səndən The Guardian da müsahibə götürsün, yenə də bu ensiklopedikliyə zəmin yaratmır. növbəti olaraq digər mötəbər mənbə kimi təqdim olunan GlobalVoices-də sadəcə saytın contributors-ları arasında qeyd olunub. misal üçün elə həmin hissəyə daxil olanda, saytın 100-lərlə contributoru olduğun görə bilərik. bunlardan biri də Chai Khana-dır. elə daxil olanda yuxarıdakı yazını oxuyanda da, orada da qeyd olunub ki, müəllif, tərcüməçi, redaktor və sub-redaktor kimi töhfə verən yüzlərlə könüllülərimiz var. hətta o qədər çoxdur ki, özü deyir ki, kimisə axtarmaq istəsəniz ctrl+F ilə axtarın :) + sayt barədə European Journalism Centre deyilən saytda da məlumat var, adındakı Avropa sözünü görüb bunu da dünya miqyaslı bir şeymiş kimi göstərən olacaq deyə, qeyd edim, bu saytı da araşdıranda görürsən ki, nəsə mötəbər bir şey deyil. həmçinin yazını da oxuyanda aydın olur ki, bu da 2-ci dərəcəli neytral mənbə deyil. "avropa mərkəzinin" saytda qeyd olunmuş Instagram səhifəsinə də daxil olanda sadəcə 724 follovu var və postlarına da ortalama 4-5 layk gəlir. (yəni heç 724 də deyil :D). yəni ümid edirəm dünya miqyaslı mənbə kimi təqdim olunmaz.
    yəni, qısaca birmənalı şəkildə qeyri-ensiklopedikdir. qrantlar hesabına zaman-zaman belə startaplar çıxır. bir az qadın azadlığı, bir az insan hüquqları, bir az digər məlum mövzularda nələrsə yazıb-yaradır, bir dönəm parıldamağa çalışır və sonra qrant kəsilən kimi də yox olub gedir. gəl gör ki, açığı mən heç vaxt da Chai Khana-nın parıldadığını, belə dəhşət içıq saçdığını da görməmişəm. vikipediya hansısa reklam yeri və ya startaplara dəstək verən arena deyil.
    bizdə elə aura var ki, hansısa ingilis dilində saytda nə iləsə bağlı məlumat görən kimi deyirik ki, a fso bu dünya miqyasındadır. bu ensiklopedikdir filandır elədir belədir. yəni, bu tip şeylərdən artıq yavaş-yavaş uzaqlaşmaq lazımdır. Atakhanli (müzakirə) 00:51, 15 aprel 2024 (UTC)[cavabla]
    X  Silinsin: @Atakhanli qeyd etdikləri ilə tam olaraq razıyam -- ☞QRAF☜   (✉ → ♕) 04:45, 15 aprel 2024 (UTC)[cavabla]
  • X  Silinsin: @Atakhanli və @Sura Shukurlu-nün qeydləri ilə razıyam.— Rəcəb Yaxşı (müzakirə) 07:48, 15 aprel 2024 (UTC)[cavabla]
    Mən belə başa düşürəm ki, nəyinsə ensiklopedik olması üçün dövlətəmeylli olmalıdır, ya da ilk növbədə envikidə dərc edilməlidir, çünki azviki müstəqil qərarvermə bacarığına malik deyil. --► Hörmətlə: SolaVirum 11:13, 15 aprel 2024 (UTC)[cavabla]
    Mən belə baxıram ki, Azərbaycanca Vikipediyada Azərbaycan haqqında nəsə yaratmağa dəymir. Elə ancaq tərcümə edəsən hansısa dildən. Mən nə qədər məqalə görmüşəm ki, İngiliscə Vikipediyada yaratdığım məqalədir, sonra Azərbaycan dilinə tərcümə edib kimsə və əl dəyən olmayıb. Dəhşətli dərəcədə zərərli düşüncə tərzinə malikdir bu icma, axırə yaxşı deyil. --► Hörmətlə: SolaVirum 11:16, 15 aprel 2024 (UTC)[cavabla]
  • ✔  Qalsın: ZEIT-Stiftung və Frid Ord fondu tərəfin Azad Media mükafatına layiq görülüb. Məqaləyə əlavələr etdim. EJC-nin məqaləsi necə "özünüreklam" oldu anlamadım, açıqlama verilməyib. Məqalənin müəlliflərinin media ilə əlaqəsini tapa bilmədim. Yuxarıda instagramda gələn like sayı müqayisə edilib, hansı ki qaydalarda like sayı ilə bağlı heç bir tələb yoxdur. Sabah deyərsiz ki filan müğənninin mahnısına 10 min like gəldi, məqaləsini yaradaq. Nemoralis (müzakirə) 12:03, 15 aprel 2024 (UTC)[cavabla]
    @Gadirin də daha əvvəl dediyi kimi, heç kim bir mükafata görə ensiklopedik olmur. Araşdırmaq lazımdır ki, bu mükafat mənbələrin şəxsə diqqətinə səbəb olacaq qədər əhəmiyyətli bir nailiyyətdirmi. Fikir verin, bu mükafat hər il bir neçə media nümayəndəsinə verilib və baxsanız bəzilərinin məqalələri yoxdur heç. Bu özü göstərir ki, mükafat həqiqətən də heç kimi birbaşa ensiklopedik etməyib. Məqaləsi olanlara baxdıqda isə görürsən ki, bu şəxslər bu mükafatı almasa belə ensiklopedikdir. Çünki ümumi fəaliyyətlərinə, töhfələrinə, bəlkə də başqa daha əhəmiyyətli bir mükafata görə mənbələr diqqət edib, haqlarında müstəqil şəkildə yazı yazıb, fəaliyyətini araşdırıblar. Bu mükafat isə göründüyü üzrə mövzuya diqqəti təmin edə bilməyib. Sura Shukurlu (müzakirə) 16:20, 15 aprel 2024 (UTC)[cavabla]
    EJC və DW Akademie bəhs edib də? EJC istinadının niyə reklam olduğunu açıqlamamısınız hələ də. Nemoralis (müzakirə) 07:13, 16 aprel 2024 (UTC)[cavabla]
    @Nemoralis siz teq edin, soruşun, mən də açıqlayım. Ejc.net-dəki keçid qurum tərəfindən yazı deyil, press-relizdir. Bu yazı Resources bölməsində nəşr olunub, hansı ki, orada paylaşılanların çoxu təlim məqsədli yazılardır və aralarında Chai Khana da daxil olmaqla bir neçə platforma haqqında tanıtım yazısı var, misal üçün bu və ya bu. Necə yəni nəyi özünüreklamdır? Heç paylaşıldığı bölmə, başqa platformalar haqqında tamami ilə eyni formada yazılmış yazıları bir kənara qoyaq, məzmunu oxuduqda tərtibatdan, məzmundan başa düşmürsünüz bunun sadəcə tanıtım yazısı olduğunu? DW Akademie-dəki mənbəni isə etibarlı sayırsınızsa, demək mövzuya tərəfli baxırsınız. Demirəm tərəflisiniz, deyirəm tərəfli baxırsınız. Mənbəni doğru araşdırın lütfən. Mənbənin adı aldadıcı gəlir (ümumi olaraq saytın etibarlılığı və tərəfsizliyi haqqında bir şey deməyəcəm), sözügedən yazı nə akademikdir, nə də əhəmiyyətli publisistik bir yazı. Sözügedən yazı platformanın "in focus" bölməsi üçün bu mövzuda həvəskar olan freelance jurnalist tərəfindən yazılıb və müəyyən bir müddət həmin bölmədə görünüb. Başa düşdüyüm qədəri ilə istənilən şəxs bənzər mövzuda, müəyyən bir teq ilə yazı göndərdikdə həmin səhifə paylaşırlar, araşdırıb mən də yazı göndərəcəm. :) Sura Shukurlu (müzakirə) 08:34, 16 aprel 2024 (UTC)[cavabla]
    DW Akademiedeki yazı həvəskar jurnalist yox, DW Akademiyanın layihə meneceri tərəfindən yazılıb. Məqalənin sağ tərəfində müəllifin adını (Pauline Tillmann) görmək mümkündür. Adını axtarışa versəz vəzifəsini özünüz də görəcəksiniz. DW-nin etibarlı olmasına gəlsək, məncə danışmağa ehtiyac yoxdur. Deutsche Welle mötəbər mənbələrdən biridir. Nemoralis (müzakirə) 08:44, 16 aprel 2024 (UTC)[cavabla]
    @Nemoralis dedim axı adına aldanırsınız)) Müzakirə etdiyimiz mənbə Deutsche Welle deyil axı, DW Akademie-dir. Bu sayt DW-nin beynəlxalq medianın inkişafı, jurnalistlərin təlimi və məlumat transferi üçün nəzərdə tutulmuş layihəsidir. Layihədəki yazıların əhəmiyyəti elə buradakı yazının layihə meneceri tərəfindən yazılmasından görünür :D Layihənin özünün əhəmiyyəti də onun mencerinin Pauline Tilmannn olmasından. Mən xanımı yetərincə araşdırmışam, bundan əmin ola bilərsiniz. Sura Shukurlu (müzakirə) 09:34, 16 aprel 2024 (UTC)[cavabla]
    Nəyə aldanıram 🙂  Deutsche Welle-nin altqurumu hazırlayıb da materialı, başqa bir əlaqəsiz qurum yazmayıb ki. Layihə menecerini niyə bu qədər alçaltdız anlamadım, sizcə kim yazmalıdı idi? Mənbə bəyəndirmək olmur sizə. Aşağıdakı yazdığıma da cavab verməmisiniz. Nemoralis (müzakirə) 09:49, 16 aprel 2024 (UTC)[cavabla]
    @Nemoralis alt-qurum dediyiniz qurum DW tərəfindən həvəskar jurnalistlərin inkişafı üçün yaradılmış təlim və inkişaf qurumudur. "Mənbəni bəyənməyən" tək mən deyiləm, bu haqda məndən əvvəl məqaləni SNS edən almanca vikidə yazıblar. Mən layihə menecerini alçaltmamışam, əksinə yüksək tuturam deyə demişəm, layihə meneceri məqalə yazır? :d Sura Shukurlu (müzakirə) 10:14, 16 aprel 2024 (UTC)[cavabla]
    bu, yaxşı oldu. tək belə düşünən biz deyilmişik. almanların özü belə həmin o alman mənbəsindəki xəbəri önəmli hesab etməyib :) ümumiyyətlə bir şeyi anlamıram, lap The Gardian, Washington Post yazsın tutaq. özü də buradakı kimi yox. normal xəbər kimi. indi 1 xəbərə görə ensiklopedik olacaq? təbii ki, yox. nəyin söhbətidir anlamıram Atakhanli (müzakirə) 10:47, 16 aprel 2024 (UTC)[cavabla]
    @Atakhanli, siz də lütfən mənim rəylərimə cavab yazmamağa çalışın. Onsuz qlobal icmada məni qaralamağa çalışan biri var və artıq yalan danışmaqdan da çəkinmir, təkrarən fake profil söhbəti ilə narahat edilmək istəmirəm. Sura Shukurlu (müzakirə) 11:26, 16 aprel 2024 (UTC)[cavabla]
    Məlum istifadəçi başqa vikidə sırf mənim tərəfimi saxlayıb və rəylərimiz eyni yöndədir deyə esvikinin bürokratının fəaliyyəti ilə bağlı "şübhəli məqamlar" tapıb və mənim fake profillər itifadə etdiyimi iddia edib. [1] Odur ki, ehtiyatlı olun və çalışın fikirləriniz mənlə üst-üstə düşməsin. Sura Shukurlu (müzakirə) 11:43, 16 aprel 2024 (UTC)[cavabla]
    Almanca vikidə nə yazıblar bura dəxli yoxdur. Layihə menecerinə deyirsiz məqalə yazmır, jurnalist yazsaydı deyəcəkdiz ki bu həvəskardı. Mənbələri bəyənməməyiniz burda əsas götürülə bilməz. Atakhanli da siz deyəni təkrarlayır ancaq deyəsən. Nemoralis (müzakirə) 10:57, 16 aprel 2024 (UTC)[cavabla]
    @Nemoralis Mən bayaqdan deyirəm ki, həmin xanım, layihə meneceri özü elə freelance jurnalistdir)) O qədər mötəbər layihədir ki, xanım həm menecerdir, həm də yazıları özü yazır :D. Nəysə, mən artıq müzakirə etmək istəmirəm. Açıq-aşkar demişəm ki bu mənbə, bu layihə nədir, nəyə xidmət edir. @Eldaradonu da artıq çox gözəl başa düşürəm. Sura Shukurlu (müzakirə) 11:20, 16 aprel 2024 (UTC)[cavabla]
    Baxın, yenə bəyənmirsiz. Artıq müzakirə etmək istəmirsinizsə deməli aşağıda yazdığımı cavabsız qoyacaqsınız. Nemoralis (müzakirə) 11:23, 16 aprel 2024 (UTC)[cavabla]
    "Həm menecerdir, həm yazıları özü yazır" cümləniz elə bəyənməməyinizi sübut edir. Nə üçün yazmasın ki, səbəbi var yazmamalı olduğunun? Misal üçün Topçubaşov Mərkəzinin direktoru da tez-tez məqalələr yazır direktoru olduğu mərkəzin saytında. Nemoralis (müzakirə) 11:29, 16 aprel 2024 (UTC)[cavabla]
    @Nemoralis Hər iki şəxsin karyerasını daxil olub araşdırın, başa düşəcəksiniz. Sura Shukurlu (müzakirə) 11:32, 16 aprel 2024 (UTC)[cavabla]
    Gürcüstanın ictimai televiziyası Chai Khana medianın materialını plagiatlaşdırıb hətta: [2], [3], [4] Nemoralis (müzakirə) 08:22, 16 aprel 2024 (UTC)[cavabla]
    @Nemoralis, yəni? Sura Shukurlu (müzakirə) 10:23, 16 aprel 2024 (UTC)[cavabla]
    Dövlət televiziyası məzmunu bunlardan oğurlayıb eyni şeyi çəkib, bunlarda xartiyaya şikayət edib, axırda da plagiat təsdiqlənib. Məqaləyə əlavələr etdim. Bunu da bəyənmirsiz deyəsən. Nemoralis (müzakirə) 10:57, 16 aprel 2024 (UTC)[cavabla]
    Mən bu arqumentinizdən sonra daha heç nə deyə bilmərəm. Buna görə qurumu ensiklopedik edirsinizsə, əla, uğurlar bu icmaya. Sura Shukurlu (müzakirə) 11:36, 16 aprel 2024 (UTC)[cavabla]
    Yuxarıda yazmısınız ki, qurumun fəaliyyətindən önəmli ölçüdə bəhs edən mənbə yoxdur. Bu nədir bəs sizcə? Hansı mənada "heç nə deyə bilmirsiniz" anlamadım. Bu icmanın üzvlərindən biri də sizsiniz, unutmayın. Nemoralis (müzakirə) 11:39, 16 aprel 2024 (UTC)[cavabla]
  • ✔  Qalsın: Qalsın deyənlərin arqumentlərinə əsasən. — Araz Yaquboglu (müzakirə) 07:40, 16 aprel 2024 (UTC)[cavabla]
  • X  Silinsin: Ətrafında süni ajiotaj yaradılmış daha bir layihə. Heç bir ensiklopedik əhəmiyyətliliyi yoxdur. Yuxarıda yoldaşlar daha ətraflı əsaslandırıblar. Təkrar yazmaq istəmirəm — Tarixi Nadir (müzakirə) 08:46, 16 aprel 2024 (UTC)[cavabla]
  • X  Silinsin: Belə başa düşürəm ki, hansısa beynəlxalq təşkilatın hər hansısa bir QHT və ya media quruluşu ilə əməkdaşlıq etməsi onu ensiklopedikləşdirə bilər, ancaq mən bunu doğru hesab etmirəm. Məqalənin saxlanılmasında problem yoxdur, mənə görə isə ensiklopedik deyil.— Baskervill 22:16, 18 aprel 2024 (UTC)[cavabla]
Eldarado, White Demon, xahiş edirəm müzakirədə iştirak etməyən neytral istifadəçi kimi müzakirəni yekunlaşdırardınız. — Sura Shukurlu (müzakirə) 09:45, 7 may 2024 (UTC)[cavabla]

Yekunlaşdırma: Silinməsinə qərar verildi. Silinməsi üçün göstərilən arqumentləri daha əsaslı hesab edirəm.— Kosmik Ozan utora! 12:48, 7 may 2024 (UTC)[cavabla]


Saytda 151 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024