Vikipediya:Silinməyə namizəd səhifələr/Poetika.izm (jurnal) Haqqinda Melumat - Vikipedia

Vikipediya:Silinməyə namizəd səhifələr/Poetika.izm (jurnal) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Silinməyə namizəd səhifələr/Poetika.izm (jurnal)

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

  • X  Silinsin: Ensiklopedik əhəmiyyəti yoxdur. Beynəlxalq aləmdə xüsusi ağırlığı yoxdur və tanınmır. Ölkə tədqiqatçılarının məqaləyə müraciət etməsi normal haldır. Elm və təhsil qurumlarında belə bir neçə jurnal var. surə m 21:09, 30 oktyabr 2023 (UTC)[cavabla]
  • X  Silinsin: qeyd edilən arqumentlə razıyam. Heç bir əhəmiyyəti və nüfuzu yoxdur. AMEA içində tanınan jurnaldır. Müəssisələrin nəznində olan jurnallar barədə ayrı-ayrılıqda məqalələrə ehtiyac yoxdur. Grenzsoldat 07:38, 31 oktyabr 2023 (UTC)[cavabla]
      Sürətli qalsın: respublika ərazisində neçə jurnal görmüsünüz ki, ISBN və ya ISSN kodu olsun? --► Hörmətlə: SolaVirum 00:22, 1 noyabr 2023 (UTC)[cavabla]
      Sürətli qalsın: Ölkədə ədəbiyyatla bağlı çap olunan ən vacib jurnaldır. Bütün standartlara və beynəlxalq kodlara malikdir. Sadəcə bir az əl gəzdirmək lazımdır. O da düzələn şeydir. — Rəcəb Yaxşı (müzakirə) 07:02, 2 noyabr 2023 (UTC)[cavabla]
Salam, Poetika.izm jurnalı AAK-ın dərc olunması tövsiyyə edilə jurnallarının siyahısındadır. Bu jurnal haqqında məlumatın vikipediada yerləşdirilməsi tədqiqatçılar üçün vacibdir. Jurnal pulsuz olaraq çap edilir. Bu xüsusiyyəti vurğalamağımızın səbəbi isə ödənişli jurnallarda tədqiqatçılar bütün məqalələrini çap etdirmək imkanları olmadığından onlar daim ödənişsiz jurnallar axtaşırında olurlar. Bunu tapmaq üşün isə axtarış edirlər. Bizim bu jurnalın vikipediasını yaratmağımızın onlar üçün faydalı olacağını düşünmüşük. Həmçinində onu qeyd etmək istəyirəm ki, jurnal doi sertifikatına malikdir. Seyidnisə (müzakirə) 07:37, 1 noyabr 2023 (UTC)[cavabla]
X  Silinsin: gənclər, normalda bütün kitabların ISBN və ISSN idenfikasiyası olmalıdır. hətta, hər elmi məqalənin də ayrıca doi kodu. bu beynəlxalq təcrübədə belədir, yəni normal olanı budur və fərqli bir şey deyil. Atakhanli (müzakirə) 11:11, 2 noyabr 2023 (UTC)[cavabla]
Salam, jurnalın əhəmiyyəti barədə bir xüsusiyyəti də diqqətinizə çatdırmaq istəyirəm ki, Poetika.izm jurnalı ölkəmizdə ədəbiyyat nəzəriyyəsinə aid olan ilk və yeganə jurnaldır. Seyidnisə (müzakirə) 13:19, 2 noyabr 2023 (UTC)[cavabla]
Qalsın: Mən sizinlə tam razıyam, normalda jurnallar sadalanan keyfiyyətlərə sahib olmalıdırlar. Ancaq, bugün ölkəmizdə hamının rahatlıqla məqaləsini ödənişsiz şəkildə çap etdirə bildiyi neçə jurnal var? Bütün bunları nəzərə alaraq Poetika.izm(jurnal) adlı məqalənin qalmasının tərəfdarıyam Nərmin Həsənova Tərlan (müzakirə) 12:41, 3 noyabr 2023 (UTC)[cavabla]
Şərh  Şərh: Solavirum, soruşursunuz ki, respublika ərazisində neçə jurnal görmüsünüz ki, ISBN və ya ISSN kodu olsun?. Mən 50-yə yaxın ISBN və ISSN olan Azərbaycan elmi jurnalı tanıyıram. Sayı da əminəm ki, daha çoxdur, çünki mənim tanıdıqlarım əsasən humanitar sahənin jurnallarıdır. Biri azvikidə də vardı — ISSN 2664-5432 nömrəsi ilə nəşr olunur. Adı "Dilçilik araşdırmaları". Burada səs verib sildirdiniz. Onun ISSN-i ilə bağlı nəsə problem vardı? — Sortilegus (müzakirə) 20:55, 3 noyabr 2023 (UTC)[cavabla]
Sura Shukurlu, "Beynəlxalq aləmdə xüsusi ağırlığı yoxdur" şərhi ilə məqalə sildirmək olmaz. Bura axı azərbaycandilli vikipediyadır, beynəlxalq aləm deyil. Ona qalsa Namiq Qaraçuxurlunun da beynəlxalq aləmdə xüsusi ağırlığı yoxdur, yəni Eminem deyil. Silək məqaləsini? Yanaşmanız yanlışdır. Azvikidən son vaxtlar azərbaycandilli kontent üçün çox sayda gərəkli səhifə, yəni məlumat sildirirsiniz. Məqsəd mənə tam aydın deyil.— Sortilegus (müzakirə) 21:18, 3 noyabr 2023 (UTC)[cavabla]
Grenzsoldat, "AMEA içində tanınan jurnaldır" - fikrinizin məntiqini anlamadım. AMEA da Azərbaycanın içində tanınan ən aparıcı elm-təhsil müəssisəsidir. Belə çıxır ki, siz Azərbaycanın ensiklopedikliyini şübhə altına alırsınız? Onda məsələn, Çingiz Cuvarlı məqaləsini silək, deyək ki, AMEA içində tanınan akademikdir? Biz elm adamlarımıza, elmi nəşrlərimizə daha ciddi şəkildə sahib çıxmalıyıq. Tək elm yox, elə ədəbiyyat, tarix və s. sahələrinə də. Amma azvikidəki son zamanların "sil-süpür və yox et" prinsipinə çox təəssüflənirəm. Düşünürəm ki, bizim hər şeyi sildirmək istəyən gənclərimiz daha çox mütaliə ilə məşğul olmalı, daha çox məlumat əldə etməlidirlər. Məsələn, elmi jurnal haqqında məlumat sildirmək istəyən azviki redaktoru bilməlidir ki, ISSN və ya ISBN nədir, DOI nədir, SSCI və ya SCIE, ESCI və ya AHCI nədir və s. Azərbaycan dilində olan elmi jurnalları sildirmək həvəsində olan redaktorlarımıza bir "sirr verim". SCIE ən məşhur beynəlxalq elmi jurnal indeksidir və Azərbaycanda heç bir elmi jurnal (mən bildiyim qədər) bu indeksə sahib deyil. Azərbaycanda nəşr olunan elmi jurnal haqqında olan məqaləni sildirəndə sadəcə yaza bilərsiniz ki, "SCIE" indeksi yoxdur. — Sortilegus (müzakirə) 21:46, 3 noyabr 2023 (UTC)[cavabla]
  • ✔  Qalsın: Yuxarıdakı şərhlərə əsasən.— eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 22:00, 3 noyabr 2023 (UTC)[cavabla]
  • qalması üçün yazılan arqumentlərdən hələ də bir tutarlı arqument görmədim. Atakhanli (müzakirə) 17:40, 7 noyabr 2023 (UTC)[cavabla]
    Salam, biz vikipediada məqalə yaradarkən, redaktə edərkən ən başlıca şərtlərdən biri cəmiyyətə faydalı ola biləcəyini düşündüyümüz, ehtiyac oluna bilən mövzular haqqında yaradırıq. Elmi nəşrlərimiz haqqında məlumatların olması hər bir tədqiqatçının məqalə yazarkən istiqamətini hansı jurnala yönəldəcəyi haqqında fikrə sahib olması deməkdir. Bildiyimiz kimi, bu gün insanlar maraqlı olan, bilmədiyi məlumatları ilk növbədə vikipedia vasitəsi ilə yaxından tanış olaraq məlumat əldə etmək istəyir. Bir daha diqqətinizə çatdırmaq istəyirəm ki, AAK saytında olan jurnallar bütün tədqiqatçıların diqqət mərkəzindədir və məlumat əldə etmək istədikdə rahatlıqla vikipediada bu məlumata yiyələnmələri daha məqbuldur. Seyidnisə (müzakirə) 19:14, 7 noyabr 2023 (UTC)[cavabla]
  • ✔  Qalsın: Bununla artıq neçənci dəfədir elmi, bədii jurnalların, kitabların silinməsi təklifinin şahidi oluruq. Amma bunu subyektiv fikrim olaraq düzgün hesab etmirəm. Özü də bu jurnalın ensiklopedikliyini göstərən amillər məqalədə qeyd edilib. Futurolog21 (müzakirə) 05:33, 13 noyabr 2023 (UTC)[cavabla]
Yekunlaşdıma: Yox N Saxlanılmasına qərar verildi. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 22:07, 18 noyabr 2023 (UTC)[cavabla]

Saytda 119 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024