Vikipediya:Silinməyə namizəd səhifələr/Roman Əliyev Haqqinda Melumat - Vikipedia

Vikipediya:Silinməyə namizəd səhifələr/Roman Əliyev Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Silinməyə namizəd səhifələr/Roman Əliyev

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
  • X  Silinsin: VP:ŞEƏ şərtlərini ödəmir. Bu da növbəti "diaspor nümayəndəsi" məqaləsi. Bir-bir vəzifə/fəaliyyətini təftiş edirəm. Latviya Təhsil Nazirliyinin Məşvərət Şurasının sədri olduğu yazılıb. Bu şəxsi birbaşa ens etmir. "Ocaq" Latviya-Azərbaycan Mədəniyyət Mərkəzinin sədri. Bu da həmçinin. Heç əlavə şərh verməyə ehtiyac yoxdur. Xaricdə onlarla belə mədəniyyət təsisatları var, məqsədləri də sadəcə diaspor fəaliyyəti adı altında büdcənin qurulub, orada tədbirlərin aparılmasıdır :d Daha sonra qeyd olunub - Latviya Prezidenti yanında Milli Azlıqlar üzrə Dövlət Komissiyasının sədri. Əvvəla qeyd edim Latviya parlamentar dövlətdir. Parlament idarə etməsi var və prezident nominal vəzifədir. Yəni dolayı olaraq prezident yanında olan təsisatların əhəmiyyətsiz olması bir tərəfə qalsın, heç onların sədrləri ens tələblərə də cavab vermir. Fəlsəfə elmləri namizədi olmaq da heç şəxsi əhəmiyyətli etmir. Daha sonra isə medalları qeyd olunub. Baxaq dövlət təltiflərinə. Azərbaycanın Tərəqqi medalı. Bayaqda qeyd etdim - bu medal minlərlə adama verilib. Məqalədə başqa əhəmiyyətli məlumatlar yoxdur. Azərbaycanda büdcədən maliyyələşən minlərlə diasporçudan biridir. Bu arada istinadlar marağlıdır. Latviya mənbələr yoxdur heç. Əvəzində diaspora.gov.az saytı var :d Grenzsoldat 11:32, 10 aprel 2024 (UTC)[cavabla]
Həmçinin bu məqamı bir daha qeyd edim. Məqaləni yaradan istifadəçinin fəaliyyətinə diqqət yetirdim. Onlarla bu tipdə xaricdə yaşayan, "diaspor" fəaliyyəti ilə məşğul olan şəxslər haqqında q/e məqalələr yaradıb. Çox güman PR məqsədi ilə edib. Hansısa quruma və ya şəxsə bağlıdır. Grenzsoldat 11:32, 10 aprel 2024 (UTC)[cavabla]
X  Silinsin:VP:ŞEƏ şərtlərini ödəmir. Vusalsuvarov1996 (müzakirə) 05:01, 11 aprel 2024 (UTC)[cavabla]

Yekunlaşdırma: Silinməsinə qərar verildi. Eminn (müzakirə) 08:05, 11 may 2024 (UTC)[cavabla]


Saytda 127 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024