Vikipediya:Silinməyə namizəd səhifələr/Selin Köseoğlu Haqqinda Melumat - Vikipedia

Vikipediya:Silinməyə namizəd səhifələr/Selin Köseoğlu Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Silinməyə namizəd səhifələr/Selin Köseoğlu

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

X  Silinsin: "Filmlərdə rol alıb amma bu rollar əsas rollardan biri deyil sadəcə resuslarda adına məlumatlar əlavə edilib və bunlarda şəxsi məlumatlardır. Həmçinin türkiyəli aktrisa ingilis vikipediyasında saxlanılır türkdə silindi orasıda maraqlıdır.." --Johsgun ✡ (müzakirə) 22:43, 8 yanvar 2024 (UTC)[cavabla]

Şərh  Şərh: Mən digər vikilər üzərindən bir rəy bildirmək istəyirəm. Bəli EnVikidə məqalənin saxlanılmasına qərar verilib. Amma diqqət etsəz, EnVikidə demək olar ki, müzakirə getməyib. Amma TrVikidə konkret müzakirə edilib, bütün mənbələr/istinadlar araşdırılıb və şəxsin qeyri-ensiklopedik olduğu qərarına gəlinərək məqalə silinib. samral müzakirə 22:56, 8 yanvar 2024 (UTC)[cavabla]
X  Silinsin: Digər vikilərdəki müzakirələrin nəticəsinin azvikiyə heç bir təsiri ola bilməz. TheJoyfulTentmaker-in dediyinin əksinə şəxs aktrisa olduğu üçün VP:AKTRİSA kriteriyasını əsas götürməliyik. Şəxs bu kriteriyaya cavab vermir. YouTubedakı videolara 20 milyon nəfərin baxması ensiklopediklik üçün kifayət deyil. Nemoralis (müzakirə) 10:09, 9 yanvar 2024 (UTC)[cavabla]
X  Silinsin: kross-viki spam nümunəsi. --► Hörmətlə: SolaVirum 10:17, 9 yanvar 2024 (UTC)[cavabla]
Şərh  Şərh: Fikir beyan etdiyiniz üçün təşəkkür edirəm, amma bu səhifə spam deyil. TrVikidə bu şəxsin təhsil aldığı məktəbin səhifəsini zənginləşdirməyə çalışarkən, bu şəxsi tapdım və səhifə açdım. Silinməyə namizəd göstərilənə görə mənim moralım bozuldu, onun üçün AzVikidə də səhifəsi olsun istədim. Onun əlavəsində şəxslə heç bir tanışlığım, görüşüm olmamışdır. Zatən diqqət edərsinizsə, şəhsin İnstagram səhifəsində mavi tıq belə yoxdur, yəni reklama böyük önəm verən bir şəxsiyyət kimi görünmür. TheJoyfulTentmaker (müzakirə) 01:36, 11 yanvar 2024 (UTC)[cavabla]
Şərh  Şərh: İncələmə üçün təşəkkür edirəm. Videoları paylaşmağımın səbəbi, VP:AKTRİSA kriteriyasında keçirildiyi kimi, onun aldığı rolun əsas rol olub olmadığının qiymətləndirilə bilinməsi idi. Videolar, "Siyah Beyaz Aşk" adlı serialın rəsmi YouTube kanalından. Xüsusilə oynadığı bölümlərdə əsas rol kimi qiymətləndirilə bilinər. Bundan əlavə, onun İkinci Bahar adlı teatr oyununda əsas rol oynadığı da görünür. TheJoyfulTentmaker (müzakirə) 15:18, 9 yanvar 2024 (UTC)[cavabla]
Əsas rol yox baş rol olmalıdır. Baxdım, serialda baş rol deyil. İkinci Bahar oyununun isə nə qədər ensiklopedik olduğu müzakirə edilməlidir. Nemoralis (müzakirə) 15:38, 9 yanvar 2024 (UTC)[cavabla]
Təşəkkür edirəm. İkinci Bahar oyununun EnVikiTrViki səhifələrində hər ikisi də mövcuddur. Oyunun ensiklopedik olması məsələsində etiraz edən çıxmayıb. TheJoyfulTentmaker (müzakirə) 17:09, 9 yanvar 2024 (UTC)[cavabla]
Hər iki dildəki səhifəni siz yaratmısınız. Səhifənin olması və ya "etiraz edənin çıxmaması" avtomatik ensiklopedik etmir. Həm qeyd etdim axı digər dillərin bura dəxli yoxdur. Nemoralis (müzakirə) 06:27, 10 yanvar 2024 (UTC)[cavabla]
Təkrar təhlil üçün təşəkkür edirəm. Mən düşündüm ki, ən azından oradakı istinadlar İkinci Baharın ensiklopedik olub olmadığını qiymətləndirmək üçün istifadə edilə bilər. TheJoyfulTentmaker (müzakirə) 06:46, 10 yanvar 2024 (UTC)[cavabla]
Əsas rol elə baş rol deməkdir. Hörmətlə, Gadirmüzakirə 20:53, 9 yanvar 2024 (UTC)[cavabla]
Şərh  Şərh: Kriterlərdə yer alan "əsas rol" ifadəsinin "baş rol" kimi oxunması məsələsi müzakirəli bir məsələdir. Bir neçə redaktor bu rolu əhəmiyyətli rol kimi qiymətləndirir. Başqa bir deyimlə, akılda qalan roldur. @Xeyal_Azerbeyli, Sizin bu mövzuda fikrinizi öyrənməyi çox istəyirəm. Şəxs seriala sonra qoşulduğu üçün bəzi siyahılarda adı ilk sıralarda gəcmir. Son 10 bölümdə iştirak etdi. Amma məsələn bu səhifədə adı ilk sıralarda yazılmışdır: https://www.kanald.com.tr/siyah-beyaz-ask/hikaye-ve-kunye Hörmətlə, TheJoyfulTentmaker (müzakirə) 01:24, 11 yanvar 2024 (UTC)[cavabla]
✔  Qalsın: Salam. Məqalə, bəhs olunan şəxslə bağlı araşdırmalar apardım. Düşünürəm TrWikiyə əsasən qərar vermək gərəksizdir. Bəhs olunan Wikipediyada Nahidə Babaşlı ilə bağlı etdiyim tərcümə də, 24 saat keçmədən silinənlər siyahısına əlavə edilmişdir. Lakin görünür Azərbaycan Wikipediyası üçün o kifayət qədər ensiklopedikdir. Eyniylə Selin Köseoğlu haqqında da bunu demək olar. Berlin Çəkirdəkçisi filmi ilə bağlı istinada əsasən önəmli rolda çıxış etmişdir. İngilis dilindəki Wikipediyada isə, 10 gün ərzində baxış sayı 600-ün üzərindədir. Bu isə o şəxsin maraq dairəsində olduğunun işarəsidir. (Həmçinin əlavə etmək istəyirəm ki, "Gittilər Şair və Məçhul" adlı filmin istinadı yenilənməlidir. Sözügedən istinad bir tətbiqin tərkibində görünür, redaktəyə açıqdır. Yəni o personajı sevməyən biri redaktə ilə presonajlar arasında onu silərsə istinad etibarsız olacaq, suallar doğuracaqdır). Uğurlar! Asif Məmmədovmüzakirə 13:06, 16 yanvar 2024 (UTC)[cavabla]
Yuxarıda o boyda yazmışıq ki başqa müzakirələrin bura təsiri yoxdu, yenə hansısa məqaləni nümunə göstərirlər. Berlin Çekirdekçisi qısa serialdır, bölümləri heç 20 dəqiqəni keçmir. Birinci serialın özünün ensiklopedikliliyi sübut olunmalıdır. Şəxsin maraq dairəsində olması hansısa dildə 600-dən çox oxunması ilə ölçülmür. VP:AKTRİSA adlı kriteriyamız var, niyə gedib başqa şeylərdən yapışırsınız? Nemoralis (müzakirə) 12:52, 16 yanvar 2024 (UTC)[cavabla]
X  Silinsin: Bəy, diqqət və səbriniz üçün çox sağolun. Doğrudur, əsas kriteriyaları nəzərdən keçirmək lazımdır, bunu xatırlatdığınız üçün minnətdaram. Mən Türkiyə Wikipediyasının bu məsələyə aidiyyatı olmadığını deməklə sizə dəstək vermək istəmişəm. Hər hansı səhv anlaşılma yaransın istəmərəm. Ümid edirəm məni tam anlayacaqsınız. Hörmətlə. Asif Məmmədov (müzakirə) 02:55, 17 yanvar 2024 (UTC)[cavabla]

Yekunlaşdırma: Hə Y Silinməsinə qərar verildi. — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 04:33, 1 fevral 2024 (UTC)[cavabla]


Saytda 107 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024