Vikipediya:Silinməyə namizəd səhifələr/Sevinc Əliyeva (aktrisa, 1985) Haqqinda Melumat - Vikipedia

Vikipediya:Silinməyə namizəd səhifələr/Sevinc Əliyeva (aktrisa, 1985) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Silinməyə namizəd səhifələr/Sevinc Əliyeva (aktrisa, 1985)

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Sual  Sual: @Sura Shukurlu, məhz məqalədə fəaliyyətilə bağlı mənbə yoxdur, ya Google-da filan da axtardız ümumiyyətlə yoxdur? samral müzakirə 01:04, 1 fevral 2024 (UTC)[cavabla]
@Samral Google-da axtardım, aktrisa kimi fəaliyyətini işıqlandıran mənbə tapmadım. surə m 11:06, 1 fevral 2024 (UTC)[cavabla]
@Sura Shukurlu, məsələn bu xəbər fəaliyyətilə bağlı deyil? Hər halda bilirsiz də 1 aktyor/aktrisa hansı hallarda ensiklopedik hesab edilir? samral müzakirə 14:29, 1 fevral 2024 (UTC)[cavabla]
@Sura Shukurlu, və bu xəbərdən də aydın olur ki, məsələn "Fəryad-2" kimi tanınan "Həyat, deyəsən, gözəldir" kimi mühüm bir filmdə də baş rolu ifa edib. samral müzakirə 14:40, 1 fevral 2024 (UTC)[cavabla]
@Samral Baş rol deyil, rollardan birini ifa edib, baş rolda Hikmət Rəhimovdur, filmin posterində də qeyd olunub. Aktyroların ensiklopediliyi VP:SƏNƏTÇİ ilə təftiş olunur və o halda ensiklopedik olduqları hesab olunur ki, "Müxtəlif məşhur filmlərdə, teleşoularda, teatr tamaşalarında və ya digər sənət növlərində əsas rolları ifa etmişlər." Qeyd etdiyiniz film mühüm film deyil, filmə qarşı böyük gözləntilər olsa da, özünü doğrultmadı. Xüsusi əhəmiyyətli mükafatı olmamaqla birlikdə, filmin heç böyük izləyici kütləsi də olmadı, cinemalara çıxanda yerlər boş qaldı. Marağın az olduğunu imdb səhifəsindən də görmək olar: https://www.imdb.com/title/tt15838802/ Reytinq səsverməsində cəmi 18 nəfər iştirak edib :)) Göründüyü üzrə şəxs VP:SƏNƏTÇİ-nin meyarını da ödəmir. Göstərdiyiniz mənbə axtarılan mənbə nümunəsi deyil, şəxsin ensiklopedikliyini göstərən mənbə odur ki, 1. fəaliyyətini əhəmiyyətli həcmdə əhatə edərək orijinal tədqiqat olmadan ayrı məqalə yazmağa imkan versin. 2. ikincidərəcəli mənbələrin şəxsin fəaliyyətinə olan diqqətini əks etdirsin. Göstərdiyiniz xəbərin təkcə məzmunun ölçüsü açıq-aşkar tələb olunan mənbə olmadığını göstərir. Yəni şəxs ensiklopediklik üçün əsas meyarları, şübhəsiz, ödəmir, mənbələrdə əhəmiyyətli əhatə dairəsi yoxdur, VP:SƏNƏTÇİ-dəki meyarı da ödəmir ki, əhəmiyyətli fəaliyyəti olduğu üçün mənbələrin mövcud ola biləcəyini düşünək. surə m 09:49, 2 fevral 2024 (UTC)[cavabla]
@Sura Shukurlu, sizdən gözlədiyim cavabı verdiniz. Artıq sayını unutduğum dəfə qaydaları manipulyasiya edirsiz öz fikrinizin doğruluğunu isbat etmək üçün. Və həmçinin onu da artıq sayını itirdiyim qədər iddia edirsiz ki, güya 1 şeyin ensiklopedik olması üçün o şey barədə müstəqil kitablar, ensiklopediyalar, tədqiqat işləri, araşdırmalar yazılmalıdır. Halbuki nə hansısa vikidə, nə hansısa qaydada əsla belə bir ağır və sərt tələb yoxdur. Yoxdur belə bir şey. Mövzumuza qayıtsaq özünüz istinad etdiyiniz qaydada açıq-aşkar yazılıb ki, əsas rol. Yazılmayıb ancaq və ya məhz baş rol. Əsas rol. Əsas rol nə deməkdir? Belə baxıram ki, sanki ibtiadi məktəbmiş kimi "əsas rol" kimi sadə bir anlayışı izah etməliyik deyəsən. İstənilən baş rol əsas roldur, lakin hər əsas rol baş rol deyil. Dünya məşhurlarından misal çəksək məsələn "La Casa de Papel"dəki Berlin obrazı baş rol deyildi, lakin o qədər sevildi ki, əsas rol hesab edilir və hətta ayrıca serialı filan da çəkildi. Sözsüz ki, mən demirəm bu xanım aktirsa Berlin rolu qədər mühüm rol oynayıb və ya çəkildiyi hansısa kino LCDP qədər mühüm və məşhurdur. Xeyr. Reallığın fərqindəyəm. Sadəcə misal çəkdim əsas rol anlayışına. Nümunə. O ki qaldı kino barədə fikirlərinizə. Hər halda fərqindəsiz ki, bir kinonun bəyənilməməsi, tənqid edilməsi, nə bilim kinoteatrlarda yerlərin boş qalması və iMBD reytinqi filan heç biri o filmo qeyri-ensiklopedik etmir, etməz, edə də bilməz. Əksinə ensiklopedikliyini artırar. Siz, mən və ya milyonlarla insan hansısa kinonu, aktrisanı bəyənməyə, sevməyə, nə bilim 1 ulduz verə bilər. Amma bu məqam o şeyi qeyri-ensiklopedik etməz. Yoxdur belə bir qayda. Mənim göstərdiyim linkdə də qeyd edilib ki, aktrisa o filmdə əsas rolu ifa edib. Və adı da 2-ci çəkilir rollar siyahısında. Və bu məqam da etibarlı mənbələrdə öz əksini tapıb. Baxın qayda nə deyir? Etibarlı mənbə. Obyektiv mənbə. 2-ci dərəcəli, yəni ilkin olmayan mənbə. Qayda demir ki, 1 insanın 1 filmə çəkilməsini sübut etmək üçün o mənbə, tutaq ki, tədqiqat olmalıdır o barədə və ya dissertasiya filan. Xeyr. Yoxdur elə bir şərt. Siz neçənci dəfədir belə bir tələb qoyursuz. Etiraf edim ki, sizin bu qaydalara zidd mövqeyini, barədə Əzizə Cəfərzadənin romanlarının müzakirəsindən bu yana mən də az qala travma yaradıb. O qədər dəhşətə gəlmişdim həmin müzakirələr zamanı. EnVikidə qaydaları özləri yazmış adminlər (hansı ki hamı kimi biz də qaydaları məhz onlardan götürüb tərcümə edirik) əsla görməmişəm ki, hansısa SNS və ya BNS müzakirəsində bu cür absurd şərtlər qoya, tələb edə. Son olaraq bu xanım aktrisanı hər nə qədər özüm də bəyənməsəm də (mediada əsas gündəmə gəldiyi nalayiq temalara görə) 1-2 filmə seriala yox. Bəlkə 10-una 15-nə çəkilib. Və əksəriyyəti də ya baş roldu, ya əsas. Əksəriyyəti barədə də Google-da mənbə var. Baxın mənbə deyirəm. Demirəm, siz istəyən kimi qeyri-adi bir sübut. samral müzakirə 14:29, 2 fevral 2024 (UTC)[cavabla]
@Samral Siz demisiniz ki, baş rol oynayıb, mən də dedim xeyr oynamayıb. Filmin ensiklopedikliyi haqqında fikir bildirməmişəm, demisiniz "mühüm bir filmdə" ona görə mən də qeyd etmişəm ki, heç də mühüm layihə olmayıb. Qayda manipulyasiyasına isə gəldikdə, mənbələr ilə bağlı qeyd etdiyim tələblər eyni ilə burada var: en:WP:SIGCOV, en:WP:NRV. Qaydanı eyni ilə tərcümə etmişəm və səsverməyə də təqdim edəcəm, amma hərhalda manipulyasiya etdiyimi düşünürsünüzsə daxil olub envikidən oxumağınız daha doğru seçim olar. surə m 15:45, 2 fevral 2024 (UTC)[cavabla]

X  Silinsin: "Artıq neçənci məqalədir sonradan məqalənin müzakirəsinə istinadlar və mənbələr əlavə edilir. Elə götürsək gərək onda google uyğun müzakirə edək. Məqaləyə lazımlı düzəlişlər olunub bitdikdən sonra yenidən müzakirə edilə bilər lakin hal-hazırda ensklopedik dəyərə malik olmadığını düşünrəm."✡ Redivy ✡ (müzakirə) 22:56, 16 fevral 2024 (UTC)[cavabla]


Yekunlaşdırma: Şəxsin fəaliyyəti barədə istinadlar məqalədə yoxdur. Silinməsinə qərar verildi. Eminn (müzakirə) 06:09, 12 mart 2024 (UTC)[cavabla]


Saytda 63 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024