Vikipediya:Silinməyə namizəd səhifələr/Xinyu Yanq Haqqinda Melumat - Vikipedia

Vikipediya:Silinməyə namizəd səhifələr/Xinyu Yanq Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Silinməyə namizəd səhifələr/Xinyu Yanq

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR
  • X  Silinsin: ŞEƏ qaydalarına əsasən əhəmiyyətli idmançı deyil. Karyerası ərzində islamiada da çıxıb edib və medal alıb. Sonra da idmandan gedib. Həmçinin məqalədə istinad və mənbə yoxdur. Bu tip məqalələri illər əvvəl səhvən yaratmışdım. Zamanla hamısının bir-bir SNS edirdim. Google'da da baxanda barəsində islamiadadan başqa bir uğurun və ya xəbərin olmadığı görünür. İslamiadadan əvvəl çinli stolüstü tennisçiləri yığıb gətirmişdilər Azərbaycan. Bir turnirdə medal alandan sonra çıxıb evlərinə getdilər :d Grenzsoldat 09:00, 20 oktyabr 2023 (UTC)[cavabla]
  • ✔  Qalsın: Bu idmançı beynəlxalq yarışda 3-cü yerə, yəni İslam Həmrəyliyi Oyunlarının bürünc medalına sahib olubdur. Bu onun ensiklopedik olmağına kifayət edir. — Araz Yaquboglu (müzakirə) 06:10, 21 oktyabr 2023 (UTC)[cavabla]
    Hər beynəlxalq turnirdə üçüncü olan idmançının məqaləsi olmalıdır? Birdə İslam Həmrəyliyi Oyunları beynəlxalq turnir deyil, regional turnirdir. Ancaq İSSF üzv olan dövlətlər qatılır o turnirə. Grenzsoldat 09:04, 21 oktyabr 2023 (UTC)[cavabla]
    İslam Həmrəyliyi Oyunları dünyaca məşhur və böyük bir turnirdir, amma qeyd olunan idmançının nəticələri fikrimcə onu ensiklopedik edəcək qədər deyil Memoli13 (müzakirə) 00:21, 22 oktyabr 2023 (UTC)[cavabla]
    ✔  Qalsın: yuxarıda göstərilən arqumentlər əsasında. --► Hörmətlə: SolaVirum 13:01, 23 oktyabr 2023 (UTC)[cavabla]
    @Grenzsoldat, regional başqa şeydi. Məsələn Tiflisdə turnir olsa, ancaq Cənubi Qafqaz ölkələri iştirak etsə və ya Astanada turnir olsa və ancaq Mərkəzi Asiya ölkələri iştirak etsə, onda olur regional turnir. İslam Həmrəyliyi Oyunları Olimpiya və Dünya çempionat və kuboklarından sonra 3-cüdür iştirakçı dövlət və idmançı sayına görə. samral müzakirə 07:48, 24 oktyabr 2023 (UTC)[cavabla]
    İslam Həmrəyliyi Oyunları 2017-ci ildə Azərbaycanın ev sahibliyində olmasaydı heç toplum olaraq bu turnirin əhəmiyyətli bir turnir olduğu çox guman məlum olmazdı. Yeri gələndə Universiada Oyunları, hətta EYOF belə İslam Həmrəyliyi Oyunlarından daha nüfuzludur. Grenzsoldat 15:42, 24 oktyabr 2023 (UTC)[cavabla]
✔  Qalsın: İslam Həmrəyliyi oyunlarında 3-cü yeri tutub bürünc medal qazanıb. Şiroi Akuma 15:55, 24 oktyabr 2023 (UTC)[cavabla]

Yekunlaşdırma: Silinməsinə qərar verildi. Qeyd olunan faktları təsdiqləyəcək mənbə əlavə edilməyib. Nemoralis (müzakirə) 21:11, 29 oktyabr 2023 (UTC)[cavabla]


Saytda 36 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024