Vikipediya:Stil kitabçası/Anime və manqa məqalələri Haqqinda Melumat - Vikipedia

Vikipediya:Stil kitabçası/Anime və manqa məqalələri Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Stil kitabçası/Anime və manqa məqalələri

Qısa keçid-yönləndirmə
  • VP:SK-AM

Qayda səsvermə nəticəsində qəbul olunmuşdur.

  • Səsvermə müddəti: 6 noyabr 2015 — 21 noyabr 2015.
  • Qüvvədədir: 22 noyabr 2015-ci ildən.

Bu səhifədə anime və manqa haqda məqalələrin yazılışı barədə göstərişlər gətirilib. Bu mövzüda məqalələr yazmaq fikrindəsizsə mütləq bu məqaləyə nəzər yetirin.

Məqalələrin növləri

Animemanqaya aid olan məqalə kateqoriyaları bunlardır:

  • Ümumilikdə anime haqda — bu kateqoriyada animenin yaranması, mövcud janrlar və onların xüsusuyyətləri, anime cəmiyyətinə aid olan simvolika, spesifik anlayışlar və terminlər haqda məqalələr olmalıdır.
  • Ümumilikdə manqa haqda — analoji olaraq manqa haqda.
  • Anime-filmlərseriallar — bu kateqoriyadan olan məqalələr müəyyən anime-filmə və ya seriala və ya bir süjet xətti ilə bağlı olan filmlər və seriallar qrupuna aid olmalıdır.
  • Manqa haqda — analoji olaraq manqa haqda.
  • Anime və manqa personajları haqda — bu kateqoriyada anime-filmlərə və seriallara aid olan personajların təsviri haqda məqalələr olmalıdır.
  • Anime studiyaları haqda — bu kateqoriyada anime-studiyaları, onların yaranması, işlərinin xronologiyası, yaradıcı heyət haqda məqalələr olmalıdır.
  • Anime industriyasında məşhur olan insanlar haqda məqalələr — məşhur insanlarınların bioqrafiyası: rejissorlar, rəssamlar, dizaynerlər, bəstəkarlar, seyülar.
  • Manqakalar haqda — məşhur manqakaların biqrafiyaları və işlərinin xronologiyası.

Məqalə adı

Məqalə adı yazarkən Azərbaycan dilinin əlifbasına üstünlük verməyin. "Takarajima" animesi haqda təsadüfən internetdə qeyd görən insan Vikipediyada "Takaracima" axtararaq məqaləni tapmaya da bilər.

Ümumi qaydalar:

  • Əsər yalnız Yaponiyada buraxılıbsa adı yapon dilində romaci ilə yazılır, məsələn "Azumanga Daioh".
  • Əsər Azərbaycan dilində rəsmi olaraq buraxılmayıbsa, ingiliscə adı varsa, (əvvəlcədən ("Ghost in the Shell") və ya sonradan tərcümə olunub ("His and Her Circumstances")) məqalənin adı ingilis dilində yazılmalıdır, çünki Azərbaycan dilli oxucular üçün ingilis dili yapon dilindən asandır.
  • Əsər Azərbaycanda rəsmi buraxılıbsa və Azərbaycan dilində adı varsa ("Seylor Mun"), məqalə elə də adlanmalıdır.

Ad artıq başqa məqalədə istifadə olunursa və dəqiqləşdirmə tələb olunursa, mötərizədə "(anime)", "(manqa)" və ya "(anime və manqa)" yazılır: "Tales from Earthsea (anime)".

Məqalədə hansısa anime və ya manqa qeyd etmək lazımdırsa, həmin qaydalara riayət etmək lazımdır.

İstiqamətləndirmələr

Qaydalara uyğun olaraq, bütün mövcud adların istiqamətləndirməsini də yaratmaq lazımdır. Misal: "Seylor Mun" animesi üçün "Sailor Moon" istiqamətləndirməsi. Eyni vaxtda 美少女戦士セーラームーン yazısından istiqamətləndirmə yaratmaq lazım deyl.

Şablonlar

Məqalə görünüşünün unifikasiyası və işini asanlaşması üçün bu şablonlardan istifadə olunur.

Mətndən əvvəl şablonlar əlavə etmək lazımdır. Şablonların istifadə qaydalarına bu səhifədə baxmaq olar. Altşablonların adlandırma qaydalarını yuxarıda yazıldığı kimi olmalıdır. İngilis dilində olan məqaləni kopyalayıb ya da Azərbaycan dilində olan başqa məqalənin əsasında da yazmaq olar (məsələn, "Death Note").

Seriyaların siyahısını bu şablonla, manqa və kitabların cildlərinin siyahısını isə bu şablonla yazın.

Düz və səhv

Terminlərdə anlaşılmazlığın aradan qaldlrılması üçün bu qaydalara riaəyt edin:

Səhv Düzgün
TV-serial; TV-mövsüm; TV-seriya; TV-kanal teleserial; telemövsüm; teleseriya; telekanal
muvi, muvik tammetrajlı film
hər hansı başqa termin OVA, OVA-serial ("OAV" məsləhət olunmur)
epizod seriya
fansub fansab, subtitrlər. altyazı
hər hansı başqa termin OST, cizgi film musiqisi
sel, tsel, cel (ing. cel) kel

Məqalənin məzmunu

Əvvəli

Məqalənin əvvəlində adı və adın bütün yazılma üsullarını qeyd etmək lazımdır. {{nihonqo}}:

{{nihonqo|'''Ad'''|kandzi|Hepbörn ya Polivanov sistemi ilə|tərcüməsi|əlavə yazılar}}

Misal:

Fullmetal Alchemist (鋼の錬金術師, Haqane-no renkincütsuşi?)

Məqalənin əvvəli onun təsvirini yaratmalıdır. Əsər haqda əsas məlumat, növbəti bölmələr haqda qısa məlumat, anime və ya manqa haqda ümumilikdə qısa məlumat verin. Anime və manqanın formatını (serial, film, manqa ya hamısı birlikdə), janrın, müəllifin adını (manqaka ya ideya müəllifi), rejissorlar, anime buraxan kompaniyalar haqda yazın. Spoyler və ətraflı məlumatın gətirilməsindən çəkinin, lakin məzmun haqda bir-iki cümlə yazmaq yerinə düşər və oxucunun məqalə haqda qısa təəsürat yarada bilməyinə kömək olar. Əgər anime video oyun ya manqanın əsasında çəkilibsə məqaləni bununla başlayın. Misal: "Bakuman" eyniadlı manqa əsasında çəkilib, ona görə də məqaləni "Bakuman — animedir" yox, "Bakuman — manqa və onun əsasında…". Məqalənin əvvəli ümumilikdə 3-4 sətirdən ibarət olmalıdır.[1].

Əsərlərin adları məqalənin mətnində (başlığında və məqalənin adında istisna olmaqla) dırnaq arasında yazılmalıdır (""):

Misal:

Ardınca "Bakuman: Mangaka e no Michi" adlı oyun çıxdı.

Məzmun

Ardınca "Məzmun" bölməsi gəlir. Qısa formada anime və ya manqanın məzmununu, əsas məzmun xətlərini yazın.

Spoylerlərin istifadəsi qaydalarına riayət edin. Mövcud qaydalara görə məlumat kiminsə məqalə haqda təəssüratını pozursa, bu məqalənin mündəricatını silməyə bəhanə ola bilməz. Spoylerli məlumatı silmək və ya başqa üsullarla gizlətmək olmaz. Bununla birgə, məzmunu bütün xırdalıqlarla əhatə etmək də lazım deyl, bu olduğca yorucu və maraqsızdır. Lakin, bubu şablonlardan lazım olduqda istifadə etməyiniz məsləhət olunur.

Məzmunu elə təsvir edin ki, əsərlə tanış olmayan insan onu başa düşsün.

Səhv:

2000-ci ildə Misato Katsuraqinin atası ilk Mələyi — Adəmi tapdı.

Düzgün:

2000-ci ildə doktor Katsuraqinin başçılıq etdiyi alimlər qruppu Antarktidaya səyahət edib orada nəhəng varlıq tapıb adını ilk Mələk — Adəm qoydular.

Çalışın anime və manqa submədiniyyətinə spesifik olan terminlərindən az istifadə edin, etdikdə isə elə yerindəcə aydınlıq gətirməyə çalışın.

Dünya

"Dünya" adlı bölmə yaratmaq anime və ya manqa seriyasının mövzusundan asılıdır. Əgər hadisələrin cərəyan etdiyi dünya real dünyadan xeyli fərqlidirsə, bu bölmənin yaradılması məsləhət görülür. Əks halda, bu o qədər də vacib deyil.

Personajlar

Personajlar siyahı şəklində izahlı yazılırlar. Anime lisenziya olunubsa personajların adları rəsmi tərcümədə verildiyi kimi yazılmalıdır. İzahın sonunda seyüların adlarını çəkmək məsləhətdir, çünki obrazın yaranmasında onların mühüm rolu var. Qeyri-yapon relizləri (Azərbaycan dilində rəsmi relizlər istisna olmaqla) səsləndirən aktyorları qeyd etmək vacib deyl.

Misal:
Haçirota Hoşino (Haçimaki) (星野 八郎太, Hoşino Haçiro:ta?) — kosmik gəmi almaq üçün çoxlu pul yığmaq arzusu ilə yaşayan cavan Yapon bir gəncdir. Digərləri onu başına taxdığı sarğıya görə "Haçi" yaxud "Haçimaki" çağırır. Təmizləmə şöbəsində işləmək onu kinik etsə də, şəxsi gəmidə uçuşları həyata keçirmək arzusu hələ də onda yaşayır.

Seyü:  (yap.).

Hər personajın təsviri onun əsərdəki roluna uyğun olmalıdır: vacib olmayan qəhrəmanların bioqrafiyasına dərin getmək lazım deyl. Əgər personajların təsviri böyük alınırsa onları ayrı məqalədə yazıb "XXX animesinin qəhrəmanları" və ya "XXX manqasının qəhrəmanları" adlandırmaq lazımdır. Bu halda əsər üçün Kateqoriya:Anime seriallarıKateqoriya:Manqa seriyaları kateqoriyalarında müvafiq altkateqoriyalar yaradıb məqalələri orada yerləşdirmək lazımdır. Siyahıda ikinci dərəcəli qəhrəmanları da qeyd etmək olar. Lakin məqalənin ölçüsünü də yaddan çıxartmaq lazım deyil. Həmçinin, personajların yaranma tarixi və tənqidçilərin personajlar haqda fikirləri bölmələrini də yaratmaq olar. Əgər siyahı böyük alınırsa, az əhəmiyyətli bölmələri (az əhəmiyyətli personajlar yaxud qəhrəmanların izahında lazımsız təfərrüatlar) çıxartmaq olar. Ayrıca "İkinci dərəcəli personajlar" siyahısını yaratmaq məsləhət olunmur. Ayrı-ayrılıqda personajlar haqda məqalələri onlar əhəmiyyət kriteriyalarına cavab verdiyləri halda yaratmaq olar.

İstehsal

Məqaləyə serialın özü və yaranması haqda faktları əlavə edin. Bu bölmədəki məlumatlar fərqlənə bilər. Adətən bura növbəti məlumat daxil olunur: anime və ya manqanın adının yaranması; müəllifin bədii düşüncəsi və ona təsir etmiş əsərlər; başqa əsərlərdən götürülənlər; animenin yaranmasında iştirak edən əsas fiqurlar (rejissor, ssenarist, prodüsser); musiqi və bəstəkar. Burada orijinal və ekranizasiya və ya orijinal və tərcüməsi arasındakı fərqləri, ekranizasiyanın çətinlikləri haqda da yazmaq olar.

Maraqlı faktlar və bu tipli müxtəlif məlumatlar siyahılarının yaradılmasından çəkinin. Animenin yaranmasında iştirak edənləri siyahı və ya cədvəl kimi gətirmək məqbul sayıla bilər.

Media

Media bölməsində musiqilər (OST, açılış, bağlanış), OVA, novellizasiyalar, filmlər, oyunlar, radiotamaşalar kimi altbölmələri yaratmaq mümkündür.

Hansı bölmənin birinci gəlməsi sözügedən seriyadan asılıdır. Məsələn, əgər franşiz manqa seriyasının istehsalı ilə başlamış və anime ilə davam edibsə, bu zaman əvvəlcə "Manqa", daha sonra "Anime" altbölmələri yaradılmalıdır. (Məsələn, "Polad əlkimyagər") Əgər franşiz video oyun istehsalı ilə başlamışsa, əvvəlcə "Video oyun" altbölməsi yaradılmalıdır. (Məsələn, "Pokemon") Əgər franşiz ranobe istehsalı ilə başlayıbsa, əvvəlcə "Ranobe" altbölməsi yaradılmalıdır. "Media" bölməsində anime və manqa versiyaları, anime seriyaların və manqanın cildləri, xarici dillərə tərcümələr, artbuklar buraxan kompaniyalar haqda məlumatlar və "Yaranma tarixi" bölməsinə daxil olmayan faktlar yazılır. Böyük məqalələrdə (80 KB-dan artıq olan), qaydalara görə, anime seriyalarını və manqa cildlərini ayrı siyahıya ayırmaq lazımdır. Bunun üçün {{Graphic novel list}}{{Yapon epizod siyahısı}} şablonları var. Siyahının preambulasında bunları yazmaq lazımdır:

  • Manqa (anime) nə zaman və kim tərəfindən yaradılmışdı.
  • Manqa hansı tarixdə və hansı jurnalda dərc olunmuşdu; anime hansı tarixdə və hansı telekanallarda nümayiş olunmuşdu.
  • Manqanın tankobonlarda və ya başqa formatlarda buraxılması; animenin DVD, Blu-ray və ya başqa daşıyıcılarda buraxılması və buraxılmalarla məşğul olanların adları.
  • Əsərin başqa ölkələrdə lisenziyalaşdırılması.
  • Tənqidçilərin fikirləri haqda bir neçə söz.

Tənqid

Anime və manqa haqda tam və keyfiyyətli məqalənin etibarlı saytların, jurnal resenzentlərin, kitab və qəzetlərin tənqidçilərinin fikirləri haqda bölmə olmalıdır. Bu bölmənin koməyi ilə oxucuda əsərin yaxşı və pis cəhətləri haqda təəssürat yaranır. Tərif və tənqidlər elmi üslubda yazılmalı və mənbəyə keçidlərlə müşayiət olunmalıdırlar.

Pis misal:

The Adventures of Wikipe-tan dahi animedir, ona oxşarları yoxdur. Məzmun və personajların yoxluğuna baxmayaraq, o, ideya dərinliyi və ifa ustalığı ilə tamaşaçını heyrətləndirir. Heç bir tamaşaçı biganə qalmayacaq.

Yaxşı misal:

Mania.com əsəri dərin və maraqlı adlandırır, lakin həmin saytda başqa bir resenzent əsəri öz janrının ən görkəmli nümünəsi hesab etməsə də, onun böyük təəssürət yaratdığını etiraf etdi.

Əsər yüksək tamaşaçı reytinqi alıbsa, {{reytinq}} şablonunun köməyi ilə bu cür cədvəl yerləşdirmək olar:

reytinq
(25 sentyabr 2008)
Sayt Qiymətləndirmə Səs
Anime News Network 8 - 10 ulduzdan  keçid 550
AniDB 8 - 10 ulduzdan  keçid 700
Internet Movie Database 9 - 10 ulduzdan  keçid 800

Anime ya manqanın sonraki müəlliflərlərə və əsərlərinə təsiri haqda məlumatı bu bölmədə yazmaq olar. [1].

Əlavə bölmələr

Məqalənin mövzusundan asılı olaraq əlavə bölmələr də açıla bilər. Məsələn, əgər məqalə bir çox ölkədə senzuraya məruz qalıbsa "Senzura" adlı bölmə açmaq mümkündür. Və ya məqalə çox məşhurdursa və başqa əsərlərə də təsirləri varsa, "Təsirləri" adlı bölmə də yaradıla bilər.

Xarici keçidlər

Əsər haqda anime və manqa ensiklopediyaları və verilənlər bazalarında yerləşən məlumatlara keçid vermək lazımdır. Əsas mənbələr:

Bu üç sayta aparan keçidləri {{extref-anime}}{{extref-manga}} şablonlarıyla yazmaq rahatdır. Onlar belə rəsmiləşdirilir:

{{extref-anime
 |title   = başlıq; parametr yoxdursa səhifənin adıyla götürülür
 |annid   = animenin Anime News Network-də nömrəsi
 |anidbid = animenin AniDB.info-da nömrəsi
}}
{{extref-manga
 |title = başlıq; parametr yoxdursa səhifənin adıyla götürülür
 |annid = manqanın Anime News Network-də nömrəsi
}}

Əsərlərin səhifə nömrələrini saytlarda görmək asandır. Məsələn, http://www.animenewsnetwork.com/encyclopedia/anime.php?id=2960 son rəqəmlər (2960) nömrəsidir.

(titlename parametrlərini qeyd etməmək də olar, bu halda şablonun istifadə olunan səhifənin adı yazılacaq.)

Anime sənayesinin məşhur insanları və şirkətləri üçün müvafiq şablonlar var (hələ yazılmayıblar): {{extref-people}}{{extref-company}}.

Keçidlər Azərbaycan dilində şərh olunmalıdırlar. Məqalələrin unifikasiyası üçün bu ardıcıllıqdan istifadə edin:

  1. Şablon {{Yaponca mətn}}, əgər lazımdırsa.
  2. Əsərin rəsmi saytı.
  3. İngilis/Azərbaycan dillərində rəsmi sayt faydalı məlumat olduğu halda.
  4. {{extref-anime}}{{extref-manga}} şablonları.
  5. Məşhur anime saytları, Vikiya-layihələri.

Keçidləri {{cite web}} şablonu ilə yazmaq olar.

Personaj haqda məqalənin mündəricatı

İlk növbədə, personaj haqda məqalə əhəmiyyətlik kriteriyalarına cavab verməlidir. Aşağıda əsas prinsiplər və tez-tez istifadə olunan bölmələr sadalanıb.

Yaranma tarixi

Bölmə başqa cür də adlana bilər: "Yaranma tarixi və konsepsiyası", "Müəllif düşüncəsi", "İstehsal", "İzah" və s.

Buraya növbəti məlumat daxil olunur: qəhrəmanın adının yaranması; müəllifə təsir edən əsərlər və ya personajlar; bədii konsepsiya haqda məlumat; başqa əsərlərdən götürülənlər; seyü və onun personaj canlandırma tərzi. Bu bölmədə şayiələr, yoxlanılmamış məlumatlar və orijinal tədqiqatlar gətirmək olmaz.

Təqdimat

İlk abzasda personajın anime və manqadaki rolu, yaradıcısı, qəhrəmanın məşhurluğu, əsərin məzmunu haqda bəhs etmək olar. Yadda saxlayın ki, personaj haqda məqalədəki mətn elə rahat və aydın olmalıdır ki, oxucu əvvəlcədən əsər haqda başqa məqalələri oxumalı olmasın. İlk abzas ən azı 3-4 sətirdən ibarət olmalıdır[1]. Çalışın anime və manqa submədəniyyətinə spesifik olan terminlərindən az istifadə edin, etdikdə isə elə yerindəcə aydınlıq gətirməyə çalışın.

Bioqrafiya

Bu bölmə həm "Peyda olması" adlana bilər. Bu bölmədə personajın hekayədə başına gələn əsas hadisələri qeyd olunmalıdır. Bundan əlavə, personajın seriyada peyda olmasına səbəb olan hekayəyi qeyd etmək lazımdır.

Personajın təsviri

Bu bölmə həm də "Profil" adlandırıla bilər. Burada personaj haqda məlumat verilir: görünüşü, xasiyyəti, keçmişi, məqsədləri, qabiliyyətləri, döyüş bacarıqları, başqa personajlarla əlaqə və münasibətlər. Personajın bioqrafiyasını yox, obraz haqda təsvirin yaranması üçün vacib olan və ya süjetin gedişinə təsir edən detalları yazmaq lazımdır. Çalışın ki, əsərin orijinalı ilə tanış olmayana hər şey aydın olsun.

Misal:

Manqanın ikinci hissəsində ("Kiooto arkasında") Şişionun əzablarına son qoymaq üçün Kenşin Kiotoya yola düşür.

Aspektlər və formalar

Əgər personaj seriyada müxtəlif adlarla və ya formalarla çıxış edibsə bu bölmə yaradılmalıdır. Bu bölmənin içində isə altbölmələr yaradılmalıdır. Məsələn, Seylor Mun personajı üçün "Aspektlər və formalar" bölməsində "Şahzadə Sereniti", "Yeni Kraliça Sereniti", "Əbədi Seylor Mun", "Super Seylor Mun" kimi altbölmələr yaratmaq olar. Hər altbölmədə bu forma haqqında məlumat verilməlidir.

Xüsusi güclər və əşyalar

Əgər personajın xüsusi gücləri və əşyaları varsa yaradılması məsləhət olunan bölmədir. Bölmədə personajın gücləri, istifadə etdiyi xüsusi əşyalar qeyd olunmalıdır.

Başqa əsərlərdə

Populyarlıq qazanan personajlar çox vaxt oyunlar, spin-offlar, anime-filmlər və başqa əsərlərdə də qeyd olunurlar. Onları siyahı yaxud cədvəl halında yox, mətn kimi sadalayın.

Tənqid

Personajlar haqda məqalələrdə bu çox vacib bir bölmədir. Burada etibarlı saytlardan tənqidçilərin, kitab, qəzet və jurnallardan resenzentlərin fikirləri, saytlarda keçirilən sorğu nəticələri, suvenir produksiyaların və başqa malların (fiqurlar, köynəklər, pleyerlər, breloklar, plüş oyuncaqların) olması, müxtəlif populyarlıq reytinqləri, başqa manqaka və seyüların feedbackları olur. Bu tipdə məlumat yoxdursa, bu, məqalənin əhəmiyyətliyi şübhə doğrulda bilər.

Əlavə bölmələr

Personajdan asılı olaraq əlavə bölmələr də açıla bilər. Məsələn, əgər personaj bir çox ölkədə senzuraya məruz qalıbsa "Senzura" adlı bölmə açmaq mümkündür. Və ya personaj çox məşhurdursa və başqa əsərlərə də təsirləri varsa, "Təsirləri" adlı bölmə də yaradıla bilər.

Məqalə üçün şəkillər

Şəkilləri Vikipediyanın başqa dildəki bölmələrindən götürmək, skrinşotlar, aşağı görüntü imkanı olan manqa üzlüklərini, yəni "ədalətli istifadə" qaydalarına cavab verən bütün şəkillərdən istifadə etmək olar. Ən münasibi skrinşotu özünüz yaratmaq sayılır (nəzərə alın ki, şəkilin müəllifi onu çəkən sayılır, skrinşotu ya skanı edən yox). Manqa və kitablara gəldikdə, ilk çapın orijinal üzlüyünə başqalarıyla müqayisədə üstünlük verilir.

Şəkilləri onlar qaydaları pozmadığı halda məqaləyə əlavə etmək olar. Şəkilləri yüklədikdə lisenziyanı və istifadə üçün əsaslandırmanı düzgün qeyd etmək lazımdır. {{Şəkil məlumatı}} şablonundan istifadə etməyi unutmayın.

Kospleyerlərin şəkilləri birmənalı olmasa da, açıq sayılırlar. Bu barədə konsensus hələ ki yoxdur: bəziləri kospleyerlərin şəkillərini müəllif hüquqları ilə qorumaq və kospley şəkillərin pozmaq lazım olduğunu deyir, o biriləri kospleyin mümkün olduğunu söyləyir. Vikimedia fondunun hüquşunası Mayk Qodvinin sözlərinə görə insanının kostyumdaki şəkili müəllif hüquqlarının pozuntusu sayılmır.[2]

Kospleyer şəkillərini yükləmək üçün məsləhətlər:

  1. Şəkil açıq lisenziya ilə yayılmalıdır.
  2. Şəkil utilitar detallardan ibarətdirsə və orijinal stilistik elementləri yoxdursa (məsələn, bu insanın işə və adi halda küçəyə geyinə biləcək paltardırsa), şəkilə icazə var.
  3. Kostyumdaki insan şəklin mərkəzi lemnti deyilsə, şəkilin istifadəsinə çox güman ki, icazə var.
  4. Kostyum dəqiq və və ən xırda detallarıyla müəllif hüquqlarıyla qorunmuş personajın obrazını təsvir edirsə və kospleyer şəklin mərkəzidirsə, şəkil çox güman ki, silinəcək. Kostyumdaki insan görünmədikdə də şəkillər tez-tez silinir.

Kateqoriya, interviki

Unutmayın! Bu çox vacib aspektdir!

Çox xahiş olunur [[Kateqoriya:Anime]][[Katqoriya:Manqa]] şablonlarını ümümi suallar haqda məqalələrdə yerləşdirməyin. Bunun üçün müvafiq olaraq anime altkateqoriyalarımanqa altkateqoriyaları şablonları var.

Anime-filmlər, seriallar və manqalar üçün müvafiq olaraq [[Kateqoriya:Anime-filmlər]], [[Kateqoriya:Anime serialları]][[Kateqoriya:Manqa seriyaları]] şablonlarından istifadə edin.

{{Animanqa}} şablonunun modul komponentləri məqaləni avtomatik olaraq növbəti kateqoriyalara əlavə edirlər:

Şablon Kateqoriya
Şablon:Animanqa/Anime Anime-seriallar
Əlifba sırasına görə cizgi filmləri
Şablon:Animanqa/Manqa Manqalar
Şablon:Animanqa/Film Anime-filmlər (yaxud Yaponiya filmləri
Əlifba sırasına görə cizgi filmləri
Şablon:Animanqa/Oyun Video oyunlar
Şablon:Animanqa/Roman Yapon dilində romanlar (yaxud Ranobe)

Məqalədə lazım olan komponent varsa (şablon düzgün doldurulub), kateqoiyaları əlavə etmək lazım deyil.

İntervikiləri ingilis vikipediyasından götermək olar. İntervikinin avtomatik əlavə olunması üçün ən azı bir başqa dildə olan məqaləyə keçid lazımdır.

İstinadlar


Saytda 183 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024