Vikipediya:Tarixdə bu gün/Oktyabr Haqqinda Melumat - Vikipedia

Vikipediya:Tarixdə bu gün/Oktyabr Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Tarixdə bu gün/Oktyabr

Tarixdə bu gün arxivi
YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


Hazırda 10:28, Cümə, 19 aprel, 2024 (UTC) – Keşi təmizlə


1 oktyabr: Qavqamel döyüşü; İkinci Çeçenistan müharibəsi.

Mixail Qorbaçov
Mixail Qorbaçov
  • e.ə. 331Qavqamel döyüşündə Makedoniyalı İsgəndər Əhəməni çarı III Daranı məğlub etdi.
  • 1795 — Cənubi Niderland torpaqları (gələcək Belçika ərazisi) Fransaya birləşdirildi.
  • 1827General Paskeviçin rəhbərliyindəki rus qoşunları İrəvan qalasını ələ keçirdilər.
  • 1880Tomas Edison ilk elektrik lampası fabrikini açdı.
  • 1908Henri Ford avtomobilqayırma sənayesinin ən çox satılan modellərindən olan T modelinin istehsalına başladı.
  • 1971Florida ştatının Orlando şəhəri yaxınlığında sahəsinə görə dünyanın ən böyük əyləncə mərkəzi olan "Disney World" fəaliyyətə başladı.
  • 1988SSRİ milli futbol komandası Braziliya milli futbol komandasını 2:1 hesabı ilə məğlub edərək Olimpiya çempionu oldu.
  • 1999 — Rus ordusunun Çeçenistan ərazisinə daxil olması ilə İkinci Çeçenistan müharibəsi başladı.
  • Digər günlər: 30 sentyabr1 oktyabr2 oktyabr

    baxmüzakirəredaktətarixçə


    2 oktyabr: Avropa Birliyi ölkələri arasında Amsterdam sazişi; Qvineyada müstəqillik günü.

    Avropa Birliyinin bayrağı
    Avropa Birliyinin bayrağı
  • 1187 — Misir hökmdarı Səlahəddin Qüdsü səlibçilərdən azad etmişdir.
  • 1552İvan Qroznı Kazanı tutmuş və Kazan xanlığı Rusiyaya birləşdirilmişdir.
  • 1870Roma vahid İtaliyanın paytaxtı olmuşdur.
  • 1936ABŞ-da yenidən spirtli içki istehsalına icazə verilmişdir.
  • 1936SSRİ-də maksimum həbs müddəti 10 ildən 25 ilə qaldırılmışdır.
  • 1975 — ABŞ Türkiyəyə qoyduğu silah embarqosunu yumşaltmışdır.
  • 1992Xocavənd rayonu erməni silahlı birləşmələri tərəfindən işğal edilmişdir.
  • 1997Avropa Birliyi ölkələri arasında Amsterdam sazişi imzalanmışdır.
  • Digər günlər: 1 oktyabr2 oktyabr3 oktyabr

    baxmüzakirəredaktətarixçə


    3 oktyabr: Yuqoslaviya dövlətinin yaranması; Tu-154 təyyarəsinin ilk uçuşu.

    Tu-154 təyyarəsi
    Tu-154 təyyarəsi
  • 1814Mixail Lermontov anadan olmuşdur.
  • 1906 — ümumi SOS siqnalı qəbul edilmişdir.
  • 1929Yuqoslaviya dövləti yaradılmışdır.
  • 1932İraq müstəqilliyini elan etmişdir.
  • 1946BMT-nin Əhali Komissiyası İqtisadi və Sosial Şurası (ECOSOC) təsis edilmişdir.
  • 1949Almaniya Demokratik Respublikası yaradılmışdır.
  • 1968 — Tu-154 təyyarəsinin ilk uçuşu həyata keçirilmişdir.
  • 1990 — Avropada adi silahların azaldılmasına dair SSRİ-ABŞ sazişi imzalanmışdır.
  • Digər günlər: 2 oktyabr3 oktyabr4 oktyabr

    baxmüzakirəredaktətarixçə


    4 oktyabr: Meksika Respublikasının yaranması; Belçikanın müstəqillik qazanması.

    Ay
    Ay
  • 1675 — Holland fizik Hügens cib saatına patent almışdır.
  • 1824 — Meksika Respublikası elan edilmişdir.
  • 1830Belçika müstəqillik əldə etmişdir.
  • 1895Rixard Zorge anadan olmuşdur.
  • 1911 — Dünyada ilk eskalator Londonda quraşdırılmışdır.
  • 1959 — Sovet kosmik aparatı Ayın görünməyən hissəsinin şəklini çəkmişdir.
  • 1980 — 38 müsəlman dövləti Əfqanıstandan sovet qoşunlarının çıxarılması üçün BMT-yə müraciət etmişdir.
  • Digər günlər: 3 oktyabr4 oktyabr5 oktyabr

    baxmüzakirəredaktətarixçə


    5 oktyabr: Kosta-Rikanın kəşf olunması; The Beatles qrupunun ilk albomu.

    Bitlz qrupu
    Bitlz qrupu
  • 1502Xristofor Kolumb Kosta-Rikanı kəşf etmişdir.
  • 1864Hindistanda qasırğa 60 000 nəfərin həyatına son qoymuşdur.
  • 1910Portuqaliyada respublika idarə sistemi bərqərar olmuşdur.
  • 1936İspaniyada vətəndaş muharibəsi başlamışdır.
  • 1936Aşqabad şəhərində baş vermiş zəlzələ nəticəsində 110 min insan həyatını itirdi.
  • 1962The Beatles qrupunun ilk albomu olan "Love me do" satışa çıxarılmışdır.
  • 1989Dalay Lama Nobel Sülh Mükafatı almışdır.
  • Digər günlər: 4 oktyabr5 oktyabr6 oktyabr

    baxmüzakirəredaktətarixçə


    6 oktyabr: SSRİ-də atom silahı; Ərəb-İsrail müharibəsinin başlanması.

    Tur Heyerdal
    Tur Heyerdal
  • 1683ABŞ-a köç edən ilk alman mühacirlər Filadelfiya şəhərində məskunlaşmışlar.
  • 1908Krit adası Osmanlı İmperiyasından ayrılaraq Yunanıstana birləşdiyini elan etmişdir.
  • 1914 — Norveç səyyahı Tur Heyerdal anadan olmuşdur.
  • 1927 — Uorner qardaşları Nyu-Yorkda ilk səsli filmin təqdimatını keçirmişlər.
  • 1948Aşqabadda baş verən 9-10 ballıq zəlzələ nəticəsində şəhər bütünlüklə dağılmış, təxminən 150 min insan həlak olmuşdur.
  • 1951Stalin SSRİ-nin atom silahına malik olduğunu bəyan etmişdir.
  • 1973 — Ərəb-İsrail müharibəsi başlamışdır.
  • Digər günlər: 5 oktyabr6 oktyabr7 oktyabr

    baxmüzakirəredaktətarixçə


    7 oktyabr: ABŞ-da ilk dəmir yolu xətti; Tereza Ana xeyriyyə fondunun yaranması.

    Arnold Şvartsenegger
    Arnold Şvartsenegger
  • 1768Ceyms Kuk Yeni Zelandiya adalarını kəşf etmişdir.
  • 1806Karbon kağızı kəşf edilmişdir.
  • 1826 — ABŞ-da ilk dəmir yolu xətti istifadəyə verilmişdir.
  • 1950 — Tereza Ana xeyriyyə fondu yaradılmışdır.
  • 1970Riçard Nikson Vyetnam müharibəsinə son qoyacaq beş maddəlik sülh şərtlərini açıqlamışdır.
  • 1992Azərbaycan Ali Soveti MDB-yə daxil olmağın əleyhinə səs vermişdir.
  • 2001ABŞ Əfqanıstanda hərbi əməliyyatlara başlamışdır.
  • 2003 — Kinoaktyor Arnold Şvartsenegger Kaliforniyanın qubernatoru seçilmişdir.
  • Digər günlər: 6 oktyabr7 oktyabr8 oktyabr

    baxmüzakirəredaktətarixçə


    8 oktyabr: ABŞ-da ilk qadın həbsxanası; İngiltərədə ilk alkotester.

  • 1601 — Azərbaycan şairi Saib Təbrizi anadan olmuşdur.
  • 1873ABŞ-da ilk qadın həbsxanası açılmışdır.
  • 1906Lev Tolstoy Nobel Ədəbiyyat Mükafatından imtina etmişdir.
  • 1912Osmanlı İmperiyasıBalkan dövlətləri arasında Balkan Müharibəsi başlamışdır.
  • 1962Əlcəzair BMT-yə üzv olmuşdur.
  • 1967İngiltərədə ilk dəfə alkotester yaradılmışdır.
  • 2001 — Duman nəticəsində Milan aeroportunda 2 təyyarə toqquşmuş, 118 nəfər həlak olmuşdur.
  • Digər günlər: 7 oktyabr8 oktyabr9 oktyabr

    baxmüzakirəredaktətarixçə


    9 oktyabr: Beynəlxalq Poçt İttifaqının yaranması; Şimali Koreyanın ilk nüvə sınağı.

    Google-un loqosu
    Google-un loqosu
  • 1547 — İspaniya yazıçısı Migel de Servantes Saavedra anadan olmuşdur.
  • 1874Beynəlxalq Poçt İttifaqı yaradılmışdır.
  • 1876Aleksandr Bell ilk telefonu sınaqdan çıxarmışdır.
  • 1941 — Azərbaycanlılardan ibarət 223-cü Milli Diviziya yaradılmışdır.
  • 1967 — Kuba inqilabçısı Ernesto Çe Gevara qətlə yetirilmişdir.
  • 2006Şimali Koreya nüvə sınağı həyata keçirmişdir.
  • 2006Google şirkəti YouTube-u almaq üçün 1,65 milyard dollar ödədiyini bəyan etmişdir.
  • Digər günlər: 8 oktyabr9 oktyabr10 oktyabr

    baxmüzakirəredaktətarixçə


    10 oktyabr: Qilyotinin maketi; ABŞ-da ilk yuyucu toz.

    Edit Piaf
    Edit Piaf
  • 1470 — Osmanlı sultanı Yavuz Sultan Səlim anadan olmuşdur.
  • 1789Jozef Gilyoten gilyotinin maketini dövlətə təqdim etmişdir.
  • 1913Panama kanalı açılmışdır.
  • 1933ABŞ-da ilk dəfə yuyucu toz satışa çıxarılmışdır.
  • 1963 — Fransa müğənnisi Edit Piaf vəfat etmişdir.
  • 1967 — Kosmik fəzadan istifadə haqqında saziş imzalanmışdır.
  • 1997Dario Fo Nobel Ədəbiyyat Mükafatına layiq görülmüşdür.
  • Digər günlər: 9 oktyabr10 oktyabr11 oktyabr

    baxmüzakirəredaktətarixçə


    11 oktyabr: Tomas Edison səsləri avtomatik sayan maşına patent almışdır (1887), Qədim Romada Meditrinaliya — yeni üzüm məhsulunun yığımı bayramı.

    Tomas Edison
  • 1783Rusiya Elmlər Akademiyası təsis edildi.
  • 1931SSRİ-də fərdi ticarət tam ləğv edildi.
  • 1961Semipalatinsk poliqonunda dünyada ilk dəfə yeraltı nüvə sınağı keçirildi.
  • 1974Yuqoslaviyada etnik təmizləmənin yeni mərhələsi başladı.
  • 1992Eduard Şevardnadze Gürcüstan parlamentinin rəhbəri seçildi.
  • 1997Azərbaycan Avropa Mədəniyyət Konvensiyasına qoşuldu.
  • 1999 — Azərbaycan-Ermənistan sərhəddinin Sədərək rayonu ərazisində prezidentlər Heydər ƏliyevRobert Koçaryan arasında görüş keçirildi.
  • 2007Tiflisdə Cənubi Qafqaz jurnalistlərinin 4-cü toplantısı keçirildi.
  • Digər günlər: 10 oktyabr11 oktyabr12 oktyabr

    baxmüzakirəredaktətarixçə


    12 oktyabr: Kolumbun Amerikanı kəşf etməsi (1492), XIX Yay Olimpiya Oyunlarının açılışı (1968)

  • 1552İvan Qroznı Kazan xanlığını ələ keçirdi.
  • 1813 — Rusiya və İran arasında Gülüstan müqaviləsi imzalandı və Azərbaycanda rus işğalının birinci mərhələsi başa çatdı.
  • 1929 — Beynəlxalq aviasiya daşımalarını tənzimləyən Varşava sazişi imzalandı.
  • 1931Rio-de-Janeyronun rəmzi sayılan "Xilaskar İsa" heykəlinin açılışı oldu.
  • 1968Meksikada XIX Yay Olimpiya Oyunları başladı.
  • 1997 — Azərbaycanda "Space" televiziya kanalı yayıma başladı.
  • 2006 — Türk yazıçısı Orxan Pamuk Nobel Ədəbiyyat Mükafatına layiq görüldü.
  • Digər günlər: 11 oktyabr12 oktyabr13 oktyabr

    baxmüzakirəredaktətarixçə


    13 oktyabr: Qalatasaray idman klubunun yaranması günü, Azərbaycan dəmiryolu işçilərinin peşə bayramı günü.

    "Qalatasaray"ın loqosu
    "Qalatasaray"ın loqosu
  • 54Neron Roma imperatoru olmuşdur.
  • 1792ABŞ-da Ağ Ev binasının təməli qoyulmuşdur.
  • 1827 — Rus-İran müharibəsi: rus qoşunları Təbrizi ələ keçirmişdir.
  • 1880Bakı-Sabunçu-Suraxanı xəttinin istifadəyə verilməsi ilə Azərbaycanda dəmir yolu nəqliyyatının əsası qoyulmuşdur.
  • 1905Türkiyənin Qalatasaray idman klubu yaradılmışdır.
  • 1921ZSFSR ilə Türkiyə arasında Qars müqaviləsi imzalanmışdır.
  • 1923Türkiyə Böyük Millət Məclisi Ankaranın Türkiyə paytaxtı olması ilə bağlı qərar qəbul etmişdir.
  • Digər günlər: 12 oktyabr13 oktyabr14 oktyabr

    baxmüzakirəredaktətarixçə


    14 oktyabr: BMT Qarabağa dair 874 saylı qətnaməni qəbul etdi (1993)

    Martin Lüter Kinq və Prezident Lindon Conson
    Martin Lüter Kinq və Prezident Lindon Conson
  • 1743 — Şirvanda üsyan: Üsyançılar Ağsu şəhərini ələ keçirdilər.
  • 1924Tacikistan SSR yaradıldı.
  • 1926Londonda Vinni-Pux haqda ilk hekayə çapdan çıxdı.
  • 1964Leonid Brejnev Sov.İKP MK-nın Birinci Katibi seçilməklə Sovet İttifaqının rəhbəri oldu.
  • 1964Martin Lüter Kinq Nobel Sülh Mükafatına layiq görüldü.
  • 1994Yasir Ərəfat, Şimon Peres və İshak Rabinə Nobel Sülh Mükafatı verildi.
  • 2006Dağlıq Qarabağın Azərbaycan icması Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçdi.
  • 2009Bursada TürkiyəErmənistan milli komandaları arasında futbol matçı keçirildi.
  • Digər günlər: 13 oktyabr14 oktyabr15 oktyabr

    baxmüzakirəredaktətarixçə


    15 oktyabr:

    Monqolfye qardaşlarının hava şarı
    Monqolfye qardaşlarının hava şarı
  • 1582 — İspaniya, Portuqaliya, Reç Pospolita və bəzi italyan dövlətləri Yulian təqvimindən imtina edərək Qriqorian təqviminə keçdilər.
  • 1783 — Jak-Etyen Monqolfye hava şarında uğurlu uçuş həyata keçirən ilk insan oldu.
  • 1806Bakı xanlığı Rusiyanın tabeliyinə keçdi.
  • 1894 — Fransa ordusunun zabiti Alfred Dreyfus Almaniyanın xeyrinə casusluqda ittiham edilərək həbs edildi.
  • 1993Cənubi Afrika Respublikasının Prezidenti Frederik De Klerk və Afrika Milli Konqresinin sədri Nelson Mandela Nobel Sülh Mükafatı ilə təltif edildilər.
  • 2003 — Çin özünün ilk idarəolunan kosmik raketini - Şenzou 5 kosmik raketini kosmosa buraxdı.
  • 2008İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçildi.
  • Digər günlər: 14 oktyabr15 oktyabr16 oktyabr

    baxmüzakirəredaktətarixçə


    16 oktyabr:

    II İoann Pavel
    II İoann Pavel
  • 1806RusiyaOsmanlı arasında yeni müharibə başladı.
  • 1830 — Rusiya işğalına qarşı 21 iyunda başlayan Zaqatala üsyanı yatırıldı.
  • 1946Nürnberq prosesində barəsində ölüm hökmü çıxarılan hərbi canilər edam edildilər.
  • 1951İ.Stalin adına Respublika stadionu istifadəyə verildi.
  • 1959SSRİ-də ilk dəfə olaraq Moskvada yeraltı piyada keçidləri açıldı.
  • 1978 — Tarixdə ilk slavyan və 1523-cü ildən bəri romalı olmayan ilk şəxs Roma papası seçildi.
  • 2004Bakı-Tbilisi-Ceyhan neft kəmərinin AzərbaycanGürcüstan ərazilərindən keçən hissələri təntənəli mərasimlə birləşdirildi.
  • Digər günlər: 15 oktyabr16 oktyabr17 oktyabr

    baxmüzakirəredaktətarixçə


    17 oktyabr:

  • 1346 — İngiltərə və Şotlandiya arasında baş verən Nevils-Kross döyüşü nəticəsində Şotlandiya ordusu darmadağın edildi, Şotlandiya kralı II David əsir düşdü.
  • 1612Səfəvilər dövlətiOsmanlı İmperiyası arasında Sərab sülhü imzalanmışdır.
  • 1855 — İngilis Henri Bessemer polad istehsalı prosesini patentləşdirdi.
  • 1902Detroytda "Cadillac" markalı ilk avtomobil istehsal edilmişdir.
  • 1905 — Rus çarı II Nikolay Dövlət Dumasına qanunverici hakimiyyətin və liberal azadlığın verilməsi haqqında manifest imzaladı.
  • 1961Sov.İKP-nin XXII qurultayı keçirildi. Qurultayda ölkədə kommunizmi 20 il müddətinə qurmaq qərara alındı.
  • 2007 — Türkiyə parlamenti hökumətə Şimali İraqda antiterror əməliyyatları keçirməyə icazə verdi.
  • Digər günlər: 16 oktyabr17 oktyabr18 oktyabr

    baxmüzakirəredaktətarixçə


    18 oktyabr:

  • 1867Amerika Birləşmiş Ştatları Alyaskanı Rusiyadan 7,2 milyon dollara satın aldı.
  • 1892ÇikaqoNyu-York arasında ilk uzunməsafəli telefon xətti quruldu.
  • 1912İtaliya-Türkiyə müharibəsinə son qoyan Lozanna sazişi imzalandı.
  • 1967 — SSRİ-yə məxsus "Venera-4" avtomatik planetlərarası elmi-tədqiqat kosmik stansiyası Veneranın səthinə endi.
  • 1991 — Azərbaycan Respublikası Ali Soveti "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktını qəbul etdi.
  • 1991SSRİ Ali Sovetinin son iclası keçirildi.
  • 2007 — Mühacirətdən qayıdan Pakistanın keçmiş baş naziri Bənazir Bhuttoya qarşı həyata keçirilən partlayış 140 nəfərin həlak olması, 400 nəfərin yaralanması ilə nəticələndi. Bhutto özü hadisədən salamat qurtardı.
  • Digər günlər: 17 oktyabr18 oktyabr19 oktyabr

    baxmüzakirəredaktətarixçə


    19 oktyabr:

    Pan Gi Mun
    Pan Gi Mun
  • 1781İngilislərin Corc Vaşinqtona təslim olmaları ilə ABŞ İstiqlal müharibəsi başa çatdı.
  • 1812Napoleon Moskvanı tərk etdi.
  • 1867Çar Rusiyası 6 milyon dollara Alyaskanı ABŞ-a satdı.
  • 1872Avstraliyanın Yeni Cənubi Uels ştatında dünyanın ən böyük qızıl külçəsi (215 kq) tapıldı.
  • 1934AnadoluTrakyada yaşayan yunanların Yunanıstanda yaşayan müsəlman-türk əhali ilə mübadilə edilməsi üçün yaradılmış Türkiyə-Yunanıstan birgə Komissiyası öz fəaliyyətini başa çatdırdı.
  • 1951Böyük Britaniya ordusu Süveyş kanalını ələ keçirdi.
  • 2004Moskvada ikinci ümumrusiya azərbaycanlıları konqresi keçirildi.
  • 2006Pan Gi Mun BMT-nin baş katibi seçildi.
  • Digər günlər: 18 oktyabr19 oktyabr20 oktyabr

    baxmüzakirəredaktətarixçə


    20 oktyabr:

    Latın qrafikasının yayılma xəritəsi (yaşıl rənglə)
  • 1911Amundsenin ekspedisiyası Şimal qütbünə yola düşdü.
  • 1923Azərbaycan SSR rəsmi olaraq Latın qrafikalı əlifbaya keçdi.
  • 1945 — Fransada qadınlar seçki hüququ əldə etdilər.
  • 1980Yunanıstan yenidən NATO-ya qəbul olundu.
  • 1982 — Türkiyədə prezident Kənan Evrənin konstitusiya ilə bağlı çıxışlarını tənqid etmək qadağan edildi.
  • 1997 — "Microsoft" şirkəti antiinhisar qanununu pozduğu üçün cərimələndi.
  • 2008Türkiyədə "Ergenekon" məsələsi çərçivəsində ilk məhkəmə prosesi Silivridə keçirildi.
  • Digər günlər: 19 oktyabr20 oktyabr21 oktyabr

    baxmüzakirəredaktətarixçə


    21 oktyabr:

  • 1520 — portuqaliyalı səyyah və tədqiqatçı Fernan Magellan Cənubi Amerikanı Antarktidadan ayıran və sonradan onun adı ilə adlandırılan boğazı kəşf etdi.
  • 1879Tomas Edison ilk közərmə lampasını sınaqdan çıxardı.
  • 1915 — İlk transatlantik telefon rabitəsi VirciniyaParis arasında quruldu.
  • 1935Almaniya Millətlər Cəmiyyətindən rəsmən ayrıldı.
  • 1938Yaponiya Çinin Kanton şəhərini işğal etdi.
  • 1945Fransada qadınlar ilk dəfə səsvermə hüququ əldə etdilər.
  • 1950 — Çin Tibeti işğal etdi.
  • 1971Pablo Neruda Nobel Ədəbiyyat Mükafatını aldı.
  • 1999Çeçenistanın paytaxtı Qroznıda bazarda raket partlayışı nəticəsində 110 nəfər öldü, 400 nəfər yaralandı.
  • Digər günlər: 20 oktyabr21 oktyabr22 oktyabr

    baxmüzakirəredaktətarixçə


  • 2020Tural Rəhimov (leytenant) İkinci Qarabağ müharibəsi zamanı şəhid olmuşdur.
  • E.ə. 202Hannibalın rəhbərlik etdiyi Karfagen ordusu Zama döyüşündə Roma legionlarına məğlub olmuşdur.
  • 362Dafne şəhərində yerləşən Apollon məbədi səbəbi bilinməyən yanğında məhv olmuşdur.
  • 1600Osmanlı ordusu, Macarıstanın Kanije qalasını fəth etmişdir.
  • 1746 — "The College of New Jersey" (indiki adı ilə Prinston Universiteti) qurulmuşdur.
  • 1962Amerika Birləşmiş Ştatları Prezidenti Con Kennedi (John F. Kennedy), Kubada SSRİ nüvə başlıqları olduğunu açıqlamışdır və Karib böhranının qızğın vaxtında Kennedi Kubaya qarşı iqtisadi embarqo qoymağı təklif etmişdir.
  • 1964Jan Pol Sartr (Jean-Paul Sartre) Nobel Ədəbiyyat Mükafatını qazanmış, amma mükafatı geri qaytarmışdır.
  • 1980Roma papası Qalileo Qaliley haqqında 1633-cü ildə çıxarılmış hökmü ləğv etmişdir.
  • 1983Qərbi AlmaniyaFransada 1 milyon 500 min nəfər nüvə silahı əleyhinə etiraz nümayişi keçirmişdir.
  • Digər günlər: 21 oktyabr22 oktyabr23 oktyabr

    baxmüzakirəredaktətarixçə


    23 oktyabr:

    Asuan bəndinin kosmosdan görünüşü
    Asuan bəndinin kosmosdan görünüşü
  • 732Puatye döyüşündə ərəblər məğlub oldular.
  • 1714 — Səfəvi hökmdarı Sultan Hüseynin nümayəndəsi Məhəmməd Rza bəy Marseldə Fransa kralı XIV Lüdovik tərəfindən qəbul edildi.
  • 1954Qərbi Almaniya NATO-ya qəbul edildi.
  • 1956Macarıstanı antisovet üsyanı bürüdü.
  • 1958SSRİ "Hidroproyekt" institutu tərəfindən hazırlanmış layihə əsasında Asuan bəndinin tikintisinə maliyyə vəsaiti ayırdı.
  • 1996Roma papası Darvin nəzəriyyəsinin hipotez olduğunu iddia etdi.
  • 2000Pensilvaniya Universiteti alimləri yaşı 250 min il olan bakteriya aşkar etdilər.
  • Digər günlər: 22 oktyabr23 oktyabr24 oktyabr

    baxmüzakirəredaktətarixçə


    24 oktyabr: Birləşmiş Millətlər Təşkilatı BMT Beynəlxalq BMT günü.

    Birləşmiş Millətlər Təşkilatının təsis edilməsi
  • 1648Katolikprotestant alman knyazlıqları arasında 30 il davam edən müharibə Vestfaliya sülhü ilə başa çatmışdır.
  • 1904Nyu-York metrosu açılmışdır.
  • 1919Naxçıvanda ABŞ general-qubernatorluğu təsis edilmişdir.
  • 1945BMT Əsasnaməsi qüvvəyə mindi və BMT fəaliyyətə başladı.
  • 1956SSRİ Macarıstana qoşun yeritdi.
  • 1960Baykonur kosmodromunda partlayış nəticəsində 7 nəfər, o cümlədən bir marşal həlak oldu. Bu səbəbdən ilk insanın kosmosa uçması təqribən 1 il gecikmişdir.
  • 1975Türkiyənin Fransadakı səfiri İsmayıl Ərəz erməni terrorçuları tərəfindən qətlə yetirildi
  • 1992ABŞ Konqresi "Azadlığa Dəstək" Aktına 907-ci düzəlişi qəbul etmişdir.
  • 2003 — Səsdənsürətli sərnişin təyyarəsi — "Concorde" sonuncu transatlantik uçuşunu həyata keçirdi.
  • 2008 — Prezident İlham Əliyevin andiçmə mərasimi keçirilmişdir.
  • Digər günlər: 23 oktyabr24 oktyabr25 oktyabr

    baxmüzakirəredaktətarixçə


    25 oktyabr: Hepatit virusunun kəşfi, Çinin BMT-yə qəbul edilməsi.

    Microsoft Windows XP loqosu
    Microsoft Windows XP loqosu
  • 1913 — "Arşın mal alan" operettasının ilk tamaşası Tağıyev teatrında səhnələşdirildi.
  • 1962Karib böhranı: ABŞ-ın BMT-dəki səfiri Adlay Stivenson BMT iclasında Kubada yerləşmiş Sovet raketlərinin kosmosdan çəkilmiş şəkillərini nümayiş etdirdi.
  • 1971 — Çin BMT-yə qəbul edildi
  • 1984 — Hepatit virusu kəşf edildi.
  • 2001Microsoft Windows XP əməliyyat sistemi satışa çıxarıldı.
  • 2006 — ABŞ-da ilk Azərbaycan məktəbi açıldı.
  • 2007Airbus A380 ilk kommersiya uçuşunu həyata keçirdi.
  • Digər günlər: 24 oktyabr25 oktyabr26 oktyabr

    baxmüzakirəredaktətarixçə


    26 oktyabr:

  • 1863Cenevrədə Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti yaradıldı.
  • 1905İsveç Norveçin müstəqilliyini tanıdı.
  • 1917Bakıda "İsmailiyyə" binasında Müsavat Partiyasının ilk qurultayı keçirildi.
  • 1956Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyi təsis edildi.
  • 1962ABŞ-ın Türkiyədəki nüvə silahını çıxarması şərtilə Xruşşov Kubadakı sovet raketlərinin sökülməsinə razılaşdı və Karib böhranı sona çatdı.
  • 1967 — İran tarixində ilk dəfə şah Məhəmməd Rza Pəhləvinin xanımı üçün tacqoyma mərasimi keçirildi.
  • 1992Azərbaycan Milli Olimpiya Komitəsi yaradıldı.
  • 1994İordaniyaİsrail 46 illik münaqişədən sonra sülh müqaviləsi imzaladılar.
  • Digər günlər: 25 oktyabr26 oktyabr27 oktyabr

    baxmüzakirəredaktətarixçə


    27 oktyabr:

    Nobel mükafatı laureatına verilən medal
  • 1806Napoleon Bonapartın komandanlığı altında Fransa ordusu Berlini tutdu.
  • 1904Nyu-Yorkda ilk metro xətti istifadəyə verildi.
  • 1924SSRİ-nin tərkibində Özbəkistan SSR yaradıldı.
  • 1971Konqo Demokratik Respublikasının adı dəyişdirilərək Zair oldu.
  • 1978Misir prezidenti Ənvər Sadatİsrail baş naziri Menaxem Begin Kemp-Devid razılaşmalarına görə Nobel Sülh Mükafatına layiq görüldülər.
  • 1982 — Çin rəsmi olaraq əhalisinin sayının 1 milyardı keçdiyini təsdiqlədi.
  • 2005Sloveniyada Mehdi Hüseynzadənin abidəsi açıldı.
  • 2008İsveçrədə ilk metro xətti istifadəyə verildi.
  • Digər günlər: 26 oktyabr27 oktyabr28 oktyabr

    baxmüzakirəredaktətarixçə


    28 oktyabr:

  • 1492Xristofor Kolumb Kubanı kəşf etdi.
  • 1516Qəzza yaxınlığında Sinan Paşanın komandanlığı altında Osmanlı ordusu məmlükləri məğlub etdi.
  • 1886Nyu-Yorkdakı Liberti adasında Azadlıq heykəlinin rəsmi açılış mərasimi keçirildi.
  • 1918Çexoslovakiya Avstriya-Macarıstan İmperiyasından ayrılıb müstəqil oldu.
  • 1940 — İtaliya ordusunun Yunanıstana hücum etməsi ilə Yunanıstan İkinci dünya müharibəsinə daxil oldu.
  • 1941SS qüvvələri Litvada 9000-dən çox yəhudini güllələdilər.
  • 1962Karib böhranı: Nikita Xruşşov Kubada sovet raketlərinin sökülməsini elan etdi.
  • 1984Çin Kommunist Partiyası ölkədəki iqtisadi vəziyyəti düzəltmək məqsədilə açıq rəqabətə şərait yaradılacağını bəyan etdi.
  • 1998 — İkinci müddətə Azərbaycan Respublikasının prezidenti seçilən Heydər Əliyevin andiçmə mərasimi keçirildi.
  • 2008 — Moskvada Müslüm Maqomayevlə vida mərasimi keçirildi və həmin axşam cənazə xüsusi reyslə Bakıya gətirildi.
  • Digər günlər: 27 oktyabr28 oktyabr29 oktyabr

    baxmüzakirəredaktətarixçə


    29 oktyabr:

  • 1863Anri Dünan Qızıl Xaç təşkilatının əsasını qoydu.
  • 1922 — İtaliya kralı III Viktor Emmanuel Benito Mussolinini hökumət başçısı təyin etdi.
  • 1923Türkiyə Cümhuriyyəti elan edildi və Mustafa Kamal Atatürk onun ilk prezidenti seçildi.
  • 1929Nyu-York fond birjasının iflasa uğraması ilə ABŞ-da iqtisadi böhran başladı.
  • 1955Sevastopolda sovet "Novorossiysk" linkorunun batması nəticəsində 604 nəfər həlak oldu.
  • 1956Süveyş böhranı zamanı İsrail ordusu Misir sərhədini keçərək Sinay yarımadasını işğal etdi.
  • 1993Zəngilan rayonu Ermənistan Respublikası tərəfindən işğal edildi.
  • 1998Azərbaycan, Qazaxıstan, Türkiyə, ÖzbəkistanGürcüstan prezidentləri Bakı-Tbilisi-Ceyhan əsas neft kəməri haqqında Ankara Bəyannaməsini imzaladılar.
  • Digər günlər: 28 oktyabr29 oktyabr30 oktyabr

    baxmüzakirəredaktətarixçə


    30 oktyabr:

    "Kosmos-186" və "Kosmos-188"-ə həsr olunmuş poçt markası
    "Kosmos-186" və "Kosmos-188"-ə həsr olunmuş poçt markası
  • 1914Birinci dünya müharibəsinin əsas döyüşlərindən olan İpr döyüşü başladı.
  • 1918Osmanlı dövləti ilə Antanta arasında Mudros sülh müqaviləsi imzalandı. Müqaviləyə görə Qafqazdakı türk qoşunları geri çəkilməli idi.
  • 1941İkinci dünya müharibəsi: ABŞ SSRİ-yə 1 milyard dollar dəyərində hərbi-texniki yardım ayırdı.
  • 1956Böyük Britaniya, Fransaİsrail Misirdən Süveyş kanalını 12 saat ərzində tərk etməsini tələb etdilər.
  • 1961 — SSRİ Yeni Torpaq adasında tarixdə ən güclü hidrogen bombası sınağını keçirdi.
  • 1967 — İlk dəfə 2 kosmik gəmi ("Kosmos-186" və "Kosmos-188") açıq fəzada birləşdilər.
  • 1974Məhəmməd Əli boks üzrə dünya çempionu olub.
  • Digər günlər: 29 oktyabr30 oktyabr31 oktyabr

    baxmüzakirəredaktətarixçə


    31 oktyabr:

  • Hellouin - Bütün Müqəddəslər Günündən əvvəlki gecə.
  • 1517Martin Lüter Vittenberq kilsəsində "Doxsan beş tezis"ini kilsə qapısına asaraq "cənnət qəbzləri"nə etirazını bildirdi.
  • 1876Hindistanda qasırğa 200 000 insanın həyatına son qoydu.
  • 1922Benito Mussolini İtaliyanın baş naziri seçildi.
  • 1952Amerika Birləşmiş Ştatları Marşal adalarında ilk hidrogen bombasının sınağını keçirdi.
  • 1956Böyük BritaniyaFransa Misirin Süveyş kanalını milliləşdirməsinə cavab olaraq kanalın bombalanmasına başladılar.
  • 1961Stalinin cənazəsi mavzoleydən çıxarılaraq dəfn edildi.
  • 1984İndira Qandi öz mühafizəçisi tərəfindən qətlə yetirildi.
  • 1989Turqut Özal Türkiyənin 8-ci prezidenti seçildi.
  • 1992Vatikan Qalileo Qalileyə bəraət verdi.
  • 2006Gəncə Beynəlxalq Hava Limanı əsaslı təmirdən sonra açıldı.
  • Digər günlər: 30 oktyabr31 oktyabr1 noyabr

    baxmüzakirəredaktətarixçə


    Tarixdə bu gün arxivi
    YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


    Hazırda 10:28, Cümə, 19 aprel, 2024 (UTC) – Keşi təmizlə

    Ən Son Axtarılanlar

    Fayl:Predictors_of_academic_success_of_graduate_studazts_in_the_communications_managemazt_curriculum Fayl:Italy_and_the_rise_of_a_new_school_of_criticism_in_the_18th_caztury_(with_special_referazce_to_ Fayl:Medical_law_for_medical_men_(elecenonic_resource)_-_their_legal_relations_shortly_and_popularly Fayl:Moise_Kean_-_2015_-_Juventus_FC_(youth_team).jpg Fayl:Stars10055.svg Fayl:An_analysis_of_the_U.S._Departmazt_of_Defazse_conruacting_and_logistics_support_during_the_firs Fayl:The_National_Insurance_(Indusazial_Injuries)_(Insurable_and_Excepted_Employments)_Amendment_Reg Fayl:Distribution_of_woolly_mammoth.png Fayl:A_manual_of_palaeontology_for_the_use_of_students_with_a_general_inenoduction_on_the_principles Fayl:Chavasse's_advice_to_a_wife_-_on_the_management_of_her_own_health_and_on_the_treatment_of_some_ Dövlət_Yerquenluşu_Layihə_İnstitutu Fayl:The_dogmatic_faith-_an_inquiry_into_the_relation_subsisting_betweru_revelation_and_dogma_-_in_e Fayl:The_art_of_the_Vitrna_galleries,_giving_a_brief_history_of_the_public_and_private_galleries_of_ SəhifəyəKeçidlərXeberazerbaycanin-qeyri-neft-sektorunda-onlarla-brende-cevire-bilecek- xeberermenistan-sefiri-etimadnamenin-suretini-macaristan-xarici-isler-nenirliyinin-protokol-rehberi Fayl:ImamReza(A).jpg Fayl:The_law_of_nations_considered_as_indeprudrut_political_communities._On_the_rights_and_duties_of Fayl:Kim_Boo-kyum_-_20170119_k_(cropped).jpg ruxebersuruculerin-nezerine-bir-sira-kuce-ve-prospektlerde-tixac-yaranib.html Pakistan Media Award
    Dostlarınla Paylaş

    Saytda 110 nəfər
    Top.Mail.Ru
    ©Tatli.Biz 2010-2024